Mən insan ola bilmədim, Ya RəsulAllah

 
Mən insan ola bilmədim, Ya RəsulAllah

Sözə necə başlasam...

Necə xitab etsəm ki, Ona?!

Ey gül üzlü...Yox gül Onun gözəlliyini ifadə etməkdə aciz olar. Çünki gül gözəlliyini ondan alıb.

Ey xoş sözlü...Yox sözün xoş olması sözü Onun işlətdiyi səbəbilədi

Ey...

Sənə O xitab etmişkəm, mən Sənə hansı sözlə, necə xitab edim ki?!

Sənə layiq olan Onun etdiyi xitabdır.

Səni O tərifləmişkən, mən Səni necə tərif edim ki?!

Sənin layiq olduğun tərif Onun tərifidir.

Mən acizəm Sənə gözəl söz deməkdən və xitab etməkdən...Çünki gözəlliyin səbəbi Sənsən...

Və mən Sənə sadəcə RəsulAllah deyə xitab edəcəm.

Mən, Ya RəsulAllah, özünü Sənin ümmətindən hesab edən günahkar biriyəm.

Bu günahkar dilimlə Səni çağırdığım üçün məni bağışla...

Bu günahkar halımla Səni andığım üçün məni bağışla...

Amma Ya RəsulAllah mən Səni çox se...

Yox mən bu cümləni tamamlaya bilmərəm.

Sevən Sevdiyinin dediyini dinləyər. Mən necə Səni sevdiyimi deyim ki, sözümlə əməlim bir deyil. Mən Sənin sözünə qulaq asmıram...

Sevən sevdiyinə bənzəməyə çalışar. Mən necə səni sevdiyimi deyim ki, Sənə bənzəməyə çalışmaq bir yana Səni tanımağa belə çalışmıram...

Həm də Ya RəsulAllah, Səni O sevmişkən, mən Səni sevdiyimi necə söyləyim?!

Sənin layiq olduğun sevgi Onun sevgisidir.

Ya RəsulAllah, Səninlə məni eyni cümlədə işlətdiyim üçün də məni bağışla...

Çünki Sən Onunla bir cümlədə olmağa layiqsən.

Sənə şikayətim var, Ya RəsulAllah...Sənə özümdən şikayətim var.

Ya RəsulAllah, kim bilir Səni nə qədər incitmişəm..

Kim bilir, mənim kimi günahkar biriyçün mə qədər dua etmisən...

Kim bilir, mənim günahlarım üzündən nə qədər ağlamısan..

Mən insan ola bilmədim, Ya RəsulAllah...

Mən Səni sevmək iddiasında olub, Sənin yolunu getmək iddiasında olub nəfsimi sevdim və onun yolunu tutdum...

Mən insan ola bilmədim, Ya RəsulAllah...

Mən dedim, Sən Peyğəmbərsən amma dediyini etmədim.

Mən dedim Sən doğru danışansan, amma sözünə inanmadım.

Mən dedim Sən nümunəsən, amma bənzəməyə çalışmadım.

Çox söz eşitdim Sənin barəndə amma heyf qulağımdan o yana keçmədi...

Danışdım barəndə dilimdən o yana keçmədi...

Səni sadəcə sözdə tanıdım, sözdə sevdim Ya RəsulAllah.

Mən Sənə xəyanət etdim Ya RəsulAllah...

Mən insan ola bilmədim, Ya RəsulAllah...

Başqasının səhvini axtarmaqdan öz səhvlərimi unutdum...Oysa bu insana layiq olmamalıydı...

Mən insan ola bilmədim, Ya RəsulAllah...

İnsan deyə O, Səni yaratmışkən, mən kim insan olmaq kim, Ya RəsulAllah...


Geri dön

frog

  • 22 iyun 2012 21:06
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN..............

_BiRiCiK_

  • 19 iyun 2012 00:42
  • Məqalə: 144
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

SWEET LOVE

  • 18 iyun 2012 00:17
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
cox sagol,coooooooooooox tesekkur edirem canim cox gozeeldir cooooox..........

Nuray2012

  • 16 iyun 2012 15:37
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Cox sagolun....

--------------------

music_angel

  • 11 iyun 2012 18:33
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Priya

  • 11 iyun 2012 16:45
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Kim bilir, mənim günahlarım üzündən nə qədər ağlamısan..
Çox sağ ol, BEATIFUL GIRL Həqiqətən sağ ol.Yazmaq xatirinə demirəm.İçimdən gəldi.Təşəkkür etməyə bilməzdim, bu cür yazıya.Günahkar bir bəndənin deyə biləcəyi hər bir etirafı qeyd etmisən.Həm mən şərh yazanlar kimi iddiaya durmamışam.İstədiyim məqalələrə yazıram sadəcə.

--------------------




esi .i.

  • 11 iyun 2012 15:05
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
minnetdaram

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 11 iyun 2012 14:48
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
cox cox cox ela.twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

enigmatic_girl

  • 11 iyun 2012 14:37
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
cox beyendim....

--------------------

✰GlaMurKa✰

  • 11 iyun 2012 14:04
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
Ya RəsulAllah, Səninlə məni eyni cümlədə işlətdiyim üçün də məni bağışla..


cox gozel yazidi canim ALLAH razi olsun

★Miss Love★

  • 11 iyun 2012 13:24
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
Ne qeder gunahkar olsanda Allahin уoluna qaуidib тovbe elemek ucun hec vaxт gec deуildir...Esas odur ki,sen sehvini anlaуasan...Rebbimiz merhemeтli ve bagiwlaуandir...gozel meqaleуe gore Allah razi olsun...

Asi98

  • 11 iyun 2012 12:48
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler

LoVe_LiFe

  • 11 iyun 2012 12:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

MələkKız

  • 11 iyun 2012 12:19
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}