Evdə heyvan saxlamağın zərəri varmı?

 
Evdə heyvan saxlamağın zərəri varmı?

Pozitiv emosiyalar mənbəyi, yoxsa "işçi"?

Əsasən iqtisadi maraqlar naminə heyvanları əhliləşdirən insanlar vaxt keçdikcə hansı heyvanların daha itaətli, əhliləşdirməyə daha uyğun olduğunu öyrəndilər. Öncə itlər evlərə yol tapdılar. Zaman keçdikdə onların yeni-yeni "qardaşları" peyda oldu. Bu gün evlərdə daha çox quş, it, pişik saxlansa da, bir sıra xarici ölkələrdə evdə aslan, ayı kimi heyvan saxlayanlar da var.

Buna kimisini ekzotikaya həvəsi, kimisini isə sadəcə heyvanları qoruyub onlara nəvaziş göstərmək istəyi təhrik edir. Təbii ki, həm birinciləri, həm də ikinciləri qınayanlar da az deyil. Heyvanları yaxın buraxmaq istəməyən insanlar bunu müxtəlif cür izah edirlər. Bunu əsasən evdəki heyvandan müəyyən xəstəliyə yoluxmaq, eləcə də ona yetəri qədər vaxt ayırmamaq kimi səbəblərlə bağlayırlar.

Bu gün Azərbaycanda da evlərdə müxtəlif heyvanlar saxlanılır. Məsələn, evdə pişik saxladıqlarını deyən Aysel Muradova onu sevdiklərini və hər cür nəvaziş göstərdiklərini bildirir. Həyətində it saxlayan Sabir Hüseynov isə bu fikirdədir ki, iti sadəcə həyəti qorumaq üçün saxlamaq olar. Pişik saxlamaq niyyəti də yoxdur, bunu belə izah edir ki, pişik ancaq siçan məhv etmək üçündür.

Araşdırmalara görə, ev heyvanları sahiblərinin yüzdə 97-sini gündə ən az bir dəfə gülümsədir. Heyvanların sahiblərinin 76 faizinin stres səviyyəsini azaltdığı, it saxlayanların həkimə daha az müraciət etdikləri bəllidir. Hətta xərçəng xəstəliyi olanlara evdə it saxlamaq məsləhət görülür.

Allah necə yaradıbsa...

Nazirlər Kabinetinin məlumatına görə, ötən il "Azərbaycanın yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" təsdiq edilib. Heyvanların saxlanması şərtlərinə görə, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhər tipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.

Qeyd edək ki, qaydalarda iri cins itlərin, ovçarka, doq, boksyor, senbernar, endelteryer, doberman-pinçer və eləcə də digər heyvanların sahiblərinin mənzillərinin, təşkilatlarının qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borclu olduğu öz əksini tapsa da, hələ ki, belə bir lövhəyə heç yerdə rast gəlməmişik. Bəzi heyvan saxlayanların heç məlumatı da yoxdur ki, qaydalardakı məhdudiyyətlərə görə, ev heyvanının xarici görkəmini dəyişdirmək məqsədilə cərrahi əməliyyatlar - qulaqlarının kəsilməsi, dırnaq və dişlərin çıxarılması və s. - qadağandır. Ev heyvanlarını saxlayan və ya ona baxmaq üçün razılıq verən hər bir şəxs həmin heyvanın sağlamlığına görə məsuliyyət daşıyır.

Həkimi heyvan xəstələnəndən sonra axtarmaq lazım deyil

Bakı Baytarlıq İdarəsinin şöbə müdiri Pərviz Hacıyev bildirdi ki, evdə heyvan saxlamaq gigiyenik qaydalara uyğun olmalıdır:

"Vaxtında yemək verilməli, peyvənd aparılmalıdır. Bu yalnız it, pişiyə aid deyil, evdə saxlanan bütün heyvanlara, o cümlədən quşlara aiddir. Ayda 1-2 dəfə veterinar müayinəsindən keçməlidir. Ətrafda yaşayanlara ziyan törətməməlidir. Xaricdə olduğu kimi, bizdə də qaydalara diqqət edənlər var. Elə insanlar var ki, heyvanı alıb sevgi ilə saxlayır, elələri də var ki, sadəcə, məqsədi heyvan saxlamaqdır. Yemək üçün də onlara fərqinə varmadan nə olsa, verirlər. Bəzi xəstəliklər var ki, insana keçir və ona görə də heyvan vaxtında peyvənd edilməlidir. Heç olmasa 2 aydan bir qurd dərmanı verilməlidir. Bizdə ümumiyyətlə bu sahədə laqeydlik var. Çünki heyvan xəstələndikdən sonra həkim axtarırlar".

Pediatr Yasəmən Cəlilova da təsdiq edir ki, evdə heyvanla bərabər böyüyən körpələrin immunitet sistemi daha güclü olur. Yəni uşağa görə heyvanları küçəyə atmağa gərək yoxdur. Sadəcə, bir az diqqətli və hazırlıqlı olmaq lazımdır. Pişiklərdən keçə biləcək ən ciddi xəstəlik isə toksoplazma infeksiyasıdır. Bu, yaxşı yuyulmamış tərəvəz, meyvə və yaxşı bişməmiş ətdən də keçə bilər. Əgər uşağın genetik bir allergiya problemi yoxdursa, pişik və ya da it olan evdə böyüyən uşaqlar allergiya xəstəliklərinə qarşı daha az risk daşıyırlar. Heyvanlarda olan bəzi qurdlar isə uşaqlarda qarın ağrısından göz probleminə qədər müxtəlif narahatlığa yol aça bilir.

Heyvanlar uşaqları cinayətdən çəkindirir

Evdə heyvan saxlamağın psixoloji tərəflərinə gəldikdə isə heyvan olan evdə böyüyən uşaqların özlərinə daha inamlı, etibarlı, digər canlılara və ətrafdakılara qarşı daha həssas olduqları deyilir. Onlar bölüşməyi və məsuliyyətli olmağı öyrənirlər. Həmin uşaqların cinayətə meyletmə ehtimalının daha aşağı olduğunu göstərilir. Araşdırmalara görə, uşaqların 30 faizi qorxduğu zaman heyvanlar sayəsində sakitləşir, 28 faizi isə ailə üzvlərilə anlaşılmazlıqlardan sonra bəslədikləri heyvanın şəfqətinə sığınır.

Psixoloq Tariyel Faziloğlu deyir ki, ümumiyyətlə, evdə heyvan saxlamaq insanlara psixoloji cəhətdən həm yaxşı, həm pis təsir edə bilər: "Ailənin sosial və iqtisadi vəziyyətindən çox şey asılıdır. Əgər ailədə iqtisadi durum yaxşı deyilsə, onda evdə psixoloji narahatlıq yaradacaq. Ona görə də qəti bir fikir demək düzgün deyil. Heyvan saxlayan ailələr də hamı kimi nəvazişli və ya kobud ola bilərlər. Dediyim kimi, bu, ailənin sosial və iqtisadi, mədəni vəziyyətindən asılıdır".


Geri dön

Nuray2012

  • 18 iyun 2012 23:16
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
Xowlamiram evde heyvan saxlamaqdan

--------------------

Melek Kiz

  • 12 iyun 2012 12:09
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
mende saxliyiram narhatciliq yoxdu

frog

  • 11 iyun 2012 19:50
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 11 iyun 2012 19:40
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
tesekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

SU PƏRİSİ

  • 11 iyun 2012 18:37
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
tesekkurler......

--------------------

enigmatic_girl

  • 11 iyun 2012 17:57
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
men isteyirem mama qoymur((

--------------------

music_angel

  • 11 iyun 2012 17:43
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
biz evde yox ama heyetde saxliyiriq

--------------------

★Miss Love★

  • 11 iyun 2012 16:33
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Biz evvel saxlaуirdiq amma indi saxlamiriq ...maraqli xebere gore sagol=)

my angel__

  • 11 iyun 2012 16:31
  • Məqalə: 291
  • Şərh: 10808
  • Bal:
{awards}
biz evde piwik.papuqay saxlayiriq..coox maraqlidirlar

VIPTOZ,
sizde lap zooparkdir ki o qeder heyvan saxlamq olar..onlarin yemeyleri birlikde 50 man olar yeqin))))))))))))))))))))))))) wink )

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

VIPTOZ

  • 11 iyun 2012 16:07
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
{awards}
maraqliydi men heyetde dovsan,it,papuqay,baliq,xamyak saxlayiram.onlarla vaxt cox menali kecir ve her birine ayirmaga vaxt tapmaq olur.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

LoVe_LiFe

  • 11 iyun 2012 16:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli xebere gorre tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 49
Cəmi: 76

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 114
 
MiSS HaPPy)
Xəbərləri: 22
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 13
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 135
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}