Həmd aləmlərin Rəbbinədir

 
Həmd aləmlərin Rəbbinədir

Ey Rəbbimiz,
Bizi Sənsizliyin alovundan xilas et, bizi heçliyin yanğınından qurtar, Səndən uzaqlığın yaxınlığından qoru. Bağışla hər birimizi, yaxşılarla bərabər pak və qüdsi cənnətinə daxil et bizi. Ancaq əffinlə girərik cənnətinə ey qulların əzabdan qoruyan Mücir. Ancaq fəzlinlə layiq olarıq sonsuz xoşbəxtliyə.
Rəbbim, bütün kərim və şərif adlarının, cəlil və lətif sifətlərinin haqqı üçün Peyğəmbərimiz Məhəmmədə( ə.s), əl və əshabına, Onun yaxşılıqları və gözəl işləri sayında salət və salam endirməni istəyirəm.

Adınla istəyirəm Allahım. Nə gözəl Vəkilsən Sən. Sən yetərsən bizə. Səndən başqa İlahi yoxdur. Şahid ol yaxşı əməllərimizə ey Allahım. De ki : O Allahdır. Sən nə diləyərsən o olar Allahım. Tək sənə qulluq edərik. Sənsin Rəbbimiz. Şərəfli və mübarəksən Sən. Sənə güvənib təvəkkül etdik. Sən bizə yetərsən, Sən hər çağırışımızı eşidərsən və hər dərdimizi bilərsən Allahım.

Biz Səni tərifləməyə çatmarıq, Sənin kəmalını ifadə etməyə idrakımız yetməz. Səni yenə Sən haqqıyla tərif edə bilərsən. Biz sadəcə Sənə aidiq Rəbbim. Doyurub bəslə bizi ey Rəhman. Qoruyub davamlılıq ver bizə ey Rəhim. Şükrünə müvəffəq et bizi.
Səni tanımaq üçün Sənin tərəfindən bir-bir öyrədilən gözəl adlarını, ülvi sifətlərini və tamamlanmış sözün Quran-ı şəfaətçi edərək yalvarıram Sənə ey Allahım. Məni, ana və atamı, həyatta olan və vəfat etmiş erkək və qadın möminləri, erkək və qadın bütün Müsəlmanları bərabər bağışla, hər birimizə məğfirət et.

Elə bir rəhmətlə mərhəmət et ki, Səndən başqa heç kimsənin və yaradılmışlardan heç bir şeyin mərhəmətinə möhtac olmayaq. Rəhməti yalnız Səndən umaq. Dünyada və axirətdə bütün hacətlərimizi yerinə yetir, ehtiyaclarımızı qarşıla, hər diləyimizi gerçəkləşdir. Dünyadan ayrılıq vaxtı gəldikdə səadət və şəhadətlə, Sənə yaxınkən iman etmiş olduğumuzu bilərək, Sənin varlıq və birliyinə şahidlər olaraq yazıldığımız, sonsuz ikramlarına məzhər olduğumuzu, sonsuz xoşbəxtliyə layiq olduğumuz, Sənə heç bitməyən bir vüslatla qovuşacağımız, Sənin razı olduqların arasında sayılacağımız müjdəsini alaraq ölməyi nəsib et. Bizə hüsnü hatimə ver, sonumuzu gözəl et.

Həzrəti Məhəmməd Əleyhissəlatu Vəssəlama bizim dilimizdən gəldiyi qədər deyil, Onun layiq olduğu hədiyyələr ver, heç bitməyən xəzinələrindən rəhmət elə. Onu sonsuz əcirlə mükafatlandır və bu niyyət və niyazımızı bizdən ona bir hədiyyə olaraq təqdim et, qəbul buyur.

Ya Rəbbim, göz açıb bağlayıncaya qədər də olsa, bizi nə öz nəfsimizə, nə də yaradılmışlardan birinə tərk etmə. Hər işimizi həll et, hər halımızı gözəlləşdir. Hər şeyi hər anı görən, görənlərin görməsinin əsil səbəbi olan, yuxu girməsi mümkünsüz olan baxışında tut bizi; heç bir şeyə uzaq olmayan, hər şeyə izzət və şərəf qazandıran izzətinlə qoru bizi ey Cəlal və Kərəm Sahibimiz.

Cinlərin, insanların və şeytanların afət və şərlərini, yer üzünün zəlzələsini və dağların parçalanıb dağılmasının, taun və vəba kimi xəstəlikləri, nəzər dəyməsini, bədənimizin rahatsızlıqlarını və acılarını və digər bütün afət, bəla və müsibətləri bizdən uzaq et. Bizi hər cür şər və pisliklərdən mühafizə et.


Allah, Məhəmməd(ə.s.), Onun ardı ilə gələnlərə, Onun dostlarına birlikdə salam olsun.
Həmd aləmlərin Rəbbinədir


Geri dön

frog

  • 22 iyun 2012 21:05
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN......

_NezisH_

  • 18 iyun 2012 17:41
  • Məqalə: 32
  • Şərh: 1703
  • Bal:
{awards}
Allah razi qalsin sizden

faithful

  • 13 iyun 2012 15:33
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Allah razi olsun

Nuray2012

  • 13 iyun 2012 12:19
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------

SU PƏRİSİ

  • 12 iyun 2012 14:43
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ...........

--------------------

..:MeleK kiz:..

  • 12 iyun 2012 11:56
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

✰GlaMurKa✰

  • 11 iyun 2012 23:26
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Allah, Məhəmməd(ə.s.), Onun ardı ilə gələnlərə, Onun dostlarına birlikdə salam olsun.
Həmd aləmlərin Rəbbinədir

esi .i.

  • 11 iyun 2012 23:23
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
minnetdaram

MELEK INSAN...

  • 11 iyun 2012 20:01
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN!!!!!!!!!!!!!!!!

--------------------

★Miss Love★

  • 11 iyun 2012 19:36
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cooox gozel meqale idi Allah razi olsun senden=)

frog

  • 11 iyun 2012 19:21
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 11 iyun 2012 19:06
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Ey Rebbimiz,
Bizi Sensizliyin alovundan xilas et,bizi hecliyin yanginindan qurtar,Senden uzaqligin yaxinligindan qoru

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

enigmatic_girl

  • 11 iyun 2012 18:57
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah, Məhəmməd(ə.s.), Onun ardı ilə gələnlərə, Onun dostlarına birlikdə salam olsun.

--------------------

LoVe_LiFe

  • 11 iyun 2012 18:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★Diamond★ღ

  • 11 iyun 2012 18:54
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Allah, Məhəmməd(ə.s.), Onun ardı ilə gələnlərə, Onun dostlarına birlikdə salam olsun.
Həmd aləmlərin Rəbbinədir Allah razi olsun.


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}