Mükəmməl, sağlam yuxu hər birimizin həyatının vacib hissəsidir. Yuxu zamanı orqanizm istirahət edir və güc toplayır. Bu yaxınlarda alimlər yuxunun daha bir faydalı cəhətini aşkara çıxarmışlar. Məlum olmuşdur ki, yuxu bu və ya digər mətni yaxud təsviri daha yaxşı yadda saxlamaq imkanı verir. Notr-Dam Unversitetinin alimləri 208 tələbədən ibarət olan qrupla bir neçə eksperiment aparmışlar.
Gənclərin hamısı adətən sutkada 6-7 saat yatırdılar. Sınaqdan keçirilənlərə əvvəlcə betöv, bir-biri ilə əlaqəsi olan ifadələr, sonra isə bir-biri ilə heç bir əlaqəsi olmayan ayrı-ayrı sözlər nümayiş etdirmişlər. Müəyyən vaxt keçdikdən sonra tələbələr gördüklərindən yadlarında qalanların hamısını xatırlamalı idilər. Bir-biri ilə əlaqəsi olan söz və ifadələri eksperiment iştirakçılarının hamıs eyni uğurla xatırlamışlar. Ayrı-ayrı sözləri isə yalnız mükəmməl 12-saatlıq yuxudan sonra xatırlamaq mümkün olmuşdur.
Beləliklə, alimlər yuxunun yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını aşkara şıxarmışlar. Bu gün onlar nəyisə mənimsəmək istəyənlərə bunu yuxudan qabaq bir daha təkrar etməyi məsləhət görürlər.