Sənə olan sevgim

 
Sənə olan sevgim


Sənə olan sevgim..

Gözüm hər yerdə səni axtarır. Baxdığım hər nöqtədə səni görürəm.
Aldığım hər nəfəsdə səni yaşayıram. Sanki əzəldən sən olmamış, məni sevməmiş kimidir bu fani həyat.
Sanmışdım ki, mənim tək sevən bir insanın qapısını ayrılıq çalmaz. Amma bilmirdim ki, sən gələn gündən mənim qəlbimin qapısını ayrılıq üçün açıbsan. Gəldin həyatıma. Gizli bir sevda kimi yaşadım səni. Sanki sən gördüyüm ən gözəl yuxu idin. Səni heç kəsə danışmadım.
Səni qəlbimdə hər kəsdən gizlin elə bir sevda ilə sevdim ki, indi nə səni unutmaq olur, nə də səndən başqasını sevmək.
Sanki sən qəlbimin dərinliklərinə düşmüş və oradan bir daha çıxmayacağın üzərə məhbusa çevrilibsən.
Sanki sən qəlb evimin ən gözəl bir çiçəyi idin. Sənə səndən xəbərsiz gülüm dedim və ən nəhayət səni istəmədən soldurdum.
Amma bil ki, sən hər zaman qəlbimdə 4 fəsil açacaq və heç zaman solmayacaq gülümsən. Kaş sən mənim olardın, mənimlə olardın.


Sənə olan sevgim

Ən pis günlərimdə belə səninlə unudulmayacaq qədər ən gözəl günlərimi yaşayardım. Sən qəlbimin solmaz gülü,
gizli bir sevdam, şübhə etmədən sığınacağım, dərdlərimi böləcəyim tək həmdəmim, sakit gecələrdə gördüyüm ən gözəl yuxum, yaşadığım ən gözəl xəyal, yaşamağına can atdığım ən sirli dünyam, tufanlı anlarda sığınacağım limanım, qarşılıqsız sevdiyim, tək sevgilimsən.
Mənim sənə olan sevgim cavabsız qalan telefon zənglərinə bənzəyir. Qapısı açılmamış bir evə bənzəyir ilk eşqim.
Kimsəsiz bir nömrə, sahibsiz bir ünvana bənzəyir mənim bu ölümsüz duyğum.

Sənə olan sevgim

Payızda saralıb tökülmüş ayaqlar altında qalan yarpaqlara bənzəyir mənim sənlə dolu olan ümidlərim. Bəzən kimini sənə bənzədir, bəzən də səni kimdəsə axtarıram. Ancaq nə səni, nə də sənin kimi bir vəfasızı tapa bilirəm bu dünyada. Sən mənim yaşamış olduğum günlər, sənin sevgin məni yaşadacaq günlər üçün gərəkdir. Bəlkə də gedişində haqlısan.
Bəlkə də bu sevginin bitməsi mənim üçün yaxşı oldu. Bir düşün!!!
Sən mənimlə olsaydın mən səni səndən də çox sevib, daha da çox yanardım bu sevgi odunda. Mən səni sənə görə deyil, mən özümü səndə tapdığım üçün sevmişdim. Sən həyatımda zamansız əsən külək idin. Əsdin və getdin. Ancaq məni sənsizliyin qollarına atdın.
Artıq səni sevən qəlbim yoxdur, məhv olub.


Sənə olan sevgim

Daha qəlbimin yerində qubar bağlamış dərdlərim var. Bəlkə də sən mənim əcəlimsən. Bəlkə də sən məni yaşadan bir mələksən.
Men səni hər cürə qəbul etdim. Səndən sadəcə sevgi dolu bir ürək istədim. Amma sən bunları eşitmədin.
Çünki indi olmadığın kimi o zamanda həyatımda, yanımda deyildin. Özümü anlamıram. Gözümdən axan yaşlar sənə aiddir.
Bəs gülüşüm? O kimə və nəyə aiddir? Axı kim üçün gülürəm mən? Axı mən nəyə sevinirəm?
Çətin olsa da saxta gülüşlərlə üzümü bəzədim. Amma nə qədər etdimsə ürəyimi sevindirməyi, güldürməyi bacarmadım.
Sən indi kiminsən? O iyrənc qəlbin kimə aiddir? Saxta sevgini kimə veribsən? İndi kimi aldadırsan? İndi hansı göz yaşlarına qıyırsan?
Bilirdim gedişində sənin çox dəyişəcəyini. Hayqırdım getmə oralarda deyişərsən deyə. Ancaq sən məni eşitmədin.
İndi bil ki, saçını oxşayan, yanağından öpən olsa belə yolunda ölməyə hazır olan, səni mənim qədər sevən bir sevənin olmayacaq.


Geri dön

..AY PERISI..

  • 23 iyun 2012 17:36
  • Məqalə: 1
  • Şərh: 235
  • Bal:
Gözüm hər yerdə səni axtarır. Baxdığım hər nöqtədə səni görürəm.
Aldığım hər nəfəsdə səni yaşayıram. Sanki əzəldən sən olmamış, məni sevməmiş kimidir bu fani həyat.
Sanmışdım ki, mənim tək sevən bir insanın qapısını ayrılıq çalmaz. Amma bilmirdim ki, sən gələn gündən mənim qəlbimin qapısını ayrılıq üçün açıbsan. Gəldin həyatıma. Gizli bir sevda kimi yaşadım səni. Sanki sən gördüyüm ən gözəl yuxu idin. Səni heç kəsə danışmadım.
Səni qəlbimdə hər kəsdən gizlin elə bir sevda ilə sevdim ki, indi nə səni unutmaq olur, nə də səndən başqasını sevmək.
Sanki sən qəlbimin dərinliklərinə düşmüş və oradan bir daha çıxmayacağın üzərə məhbusa çevrilibsən.
Sanki sən qəlb evimin ən gözəl bir çiçəyi idin. Sənə səndən xəbərsiz gülüm dedim və ən nəhayət səni istəmədən soldurdum.
Amma bil ki, sən hər zaman qəlbimdə 4 fəsil açacaq və heç zaman solmayacaq gülümsən. Kaş sən mənim olardın, mənimlə olardın.

--------------------

SU PƏRİSİ

  • 14 iyun 2012 14:24
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
Beyendiyinize sevindim....

--------------------

Slatkaya emocka.

  • 14 iyun 2012 13:03
  • Məqalə: 2
  • Şərh: 1391
  • Bal:
{awards}
Twk canim cox maraqli idi...

TENHA_HEYAT

  • 13 iyun 2012 12:11
  • Məqalə: 1
  • Şərh: 27
  • Bal:
{awards}
Daha qəlbimin yerində qubar bağlamış dərdlərim var. Bəlkə də sən mənim əcəlimsən. Bəlkə də sən məni yaşadan bir mələksən.

ererer

  • 12 iyun 2012 22:41
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
ela idi esekurler

come back

  • 12 iyun 2012 20:50
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler superdir

✰GlaMurKa✰

  • 12 iyun 2012 19:00
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
maraqli idi tesekkurlerrr

MELEK INSAN...

  • 12 iyun 2012 18:28
  • Məqalə: 40
  • Şərh: 1693
  • Bal:
{awards}
twk...canim beyendim....

--------------------

Melek Kiz

  • 12 iyun 2012 17:29
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox beyendim

★Miss Love★

  • 12 iyun 2012 17:13
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
qeweng уazi idi beуendim тewekkurler=)

_Kyonul_

  • 12 iyun 2012 16:55
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
Səni qəlbimdə hər kəsdən gizlin elə bir sevda ilə sevdim ki, indi nə səni unutmaq olur, nə də səndən başqasını sevmək.
maraqli idi.tesekkur

--------------------

Serena

  • 12 iyun 2012 15:18
  • Məqalə: 2
  • Şərh: 341
  • Bal:
{awards}
beyendim tesekkurler

...BARSA FANATI....

  • 12 iyun 2012 15:11
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
SUPER YAZIDI..TSKK...

esi .i.

  • 12 iyun 2012 15:02
  • Məqalə: 9
  • Şərh: 1166
  • Bal:
{awards}
MINNETDARAM

pionist

  • 12 iyun 2012 14:57
  • Məqalə: 2
  • Şərh: 388
  • Bal:
{awards}
tesekkurler

--------------------
Heyat aci sokalata benzeyir
Aciligini hiss etsen de hevesle yeyirsen

LoVe_LiFe

  • 12 iyun 2012 14:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler canim

sevgi dushmeni

  • 12 iyun 2012 14:52
  • Məqalə: 29
  • Şərh: 2768
  • Bal:
{awards}
hmmmm maraqlı gelmedi nedense tesekkurlerrr

--------------------

frog

  • 12 iyun 2012 14:51
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
MARAQLI GELMEDI

mi-ni

  • 12 iyun 2012 14:47
  • Məqalə: 10
  • Şərh: 78
  • Bal:
{awards}
Bilirdim gedişində sənin çox dəyişəcəyini. Hayqırdım getmə oralarda deyişərsən deyə. Ancaq sən məni eşitmədin.
İndi bil ki, saçını oxşayan, yanağından öpən olsa belə yolunda ölməyə hazır olan, səni mənim qədər sevən bir sevənin olmayacaq.

--------------------
Həyat: Sənin,olduğun,sənin varlığınla davam edən və sən,
olanda gözəl olan içində yaşadığımız qısa bir zaman...

✰Dгeaм✰

  • 12 iyun 2012 14:47
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
İndi bil ki, saçını oxşayan, yanağından öpən olsa belə yolunda ölməyə hazır olan, səni mənim qədər sevən bir sevənin olmayacaq.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 716
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 38
Cəmi: 469
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}