"Hələ vaxta var, bir az da yat !"

 
"Hələ vaxta var, bir az da yat !"

"Hələ vaxta var, bir az da yat !"


Kiməsə xeyirxahlıq etmək təşəbbüsündə olduğumuz zaman, həmin əngəllər səbəbindən təşəbbüsümüz nəticəsiz qalır. Sanki içimizdə “sabah edərsən”, “hələ vaxta var” kimi hisslər bizi bu xeyir işlərdən uzaqlaşdırır. Uca rəbbimizin rızası üçün bir işə başlamaq istədiyimiz zaman bu hiss bizi öz çıxılmaz bataqlığında boğur. Düşünürəm ki, günümüxdə hər kəs “sabah edərsən” hissinin onların həyatında buraxdığı acı izləri asanlıqla görə bilər. Neçə-neçə xeyir iş, neçə-neçə haqq söz sabaha buraxıldığı üçün edilməmiş, söylənilməmişdir. Nəfsin xoşlandığı şeylərin dərhal edilməsini istəyən şeytan, həqiqiət və xeyir işlərdə hər zaman “sabah edərsən” düşüncəsi ilə insana vəsvəsə vermişdir.

Həyatımıza nəzər salsaq, “sabah edərsən”, “ bir azdan edərəm” kimi düşüncələrin nəticəsini görmək bizə elə də çətin olmayacaq. Kim bilir? Şeytanın “bir azdan qalxarsan”, “ hələ vaxta var, bir az da yat” kimi ifadələrlə bizə vəsvəsə verib və bunun nəticəsində qəzaya buraxdığımız səhər namazlarımızın sayı, görəsən nə qədərdir? “Bir azdan qılaram” deyib sonra tez-tələsik son dəqiqədə qıldığımız namazların sayı, görəsən nə qədərdir? Namazla bağlı bu misallar şeytanın xeyir və haqq qarşısındakı “sabah edərəm” vəsvəsəsi haqqındadaır. Edilməsi vacib olan digər xeyir işlərimizi də belə “sabahlar” arasına aid etdiyimizi düşünsək, bunların sayını hesablamaq olduqca çətin olar. Belə təxirə salmaların nəticələrini təkcə öz dünyamızda müşahidə etmirik. Allaha ibadəti “sabah edərəm” düşüncəsi ilə təxirə salan, ancaq sabah olmadan dünyadan köçən bir çox insan vardır. Bir çoxları üç gün yaşayacağı haqda əlində bir zəmanət olmadığı halda, yaşlılıq vaxtını gözləyirlər.

Bir çox xanım da “gələcəkdə hicab geyərəm” düşüncəsi ilə bu gün örtüksüz gəzir. Allaha ibadəti lazımi şəkildə yerinə yetirən bəzi insanlar da “sən hələ gəncsən, gələcəkdə edərsən” kimi boş sözlərlə öyüd-nəsihət verirlər. Unutmayaq ki, ölümün yaşı yoxdur. Həyat evinin nə vaxt viran qalacağına dair heç kim zəmanət kağızına sahib deyil. Bir dəqiqə sonra ölmək yüz il yaşamaqdan daha inandırıcıdır. Şeytanın “sabah”ı bitməz. Hər dəfə Allaha ibadəti düşündükdə, qəlbimiz iman və ibadət hissi ilə alışıb yandıqda şeytan dərhal “sabah” fikrini qəlbimizə təlqin edər. Qəribədir, Allaha ibadəti yerinə yetirmək üçün təşəbbüs etdiyimiz zaman qarşımızda minlərlə “sabahlar” sərən şeytan şər işlərdə bu “sabahlar”ı yadımıza salmır?! Bizi qəflət yuxusunda qərq edən, duyğularımızı dünyanın fani nemətlərində puç edən şeytan bu işlərin birini də sabaha saxlamaz. Bir dəfə də olsun bizə: “Bu gün Quran oxu, sabah televizor seyr edərsən” - deməyib; bir dəfə olsun: “Bu gün malik olduqların üçün şükür et, şikayətini sabah edərsən” - deməyib. Çünki şeytan əlimizdə olan yeganə vaxtın indiki vaxt olduğunu çox gözəl bilir; bunu bildiyi üçün Allaha ibadəti “sabah”a təxirə salmamız üçün bizi aldadır. Allaha ibadət üçün verilmiş hazır zamanı əlimizdən alaraq, ondan istifadə etməməyimiz üçün əlindən gələni edir. Bununla da biz asanlıqla qəflət, səfalət və zəlalət çuxuruna yuvarlanırıq.

Məhəmməd peyğəmbər (s): “İşlərini “sabah edərəm”, “hələ vaxta var” - deyərək, qəflətə dalanlar cəhənnəmə vasil oldular”- dediyi zaman bizi şeytanın bu tələsinə düşməmək üçün ehtiyatlı olmağa çağırıb

"Hələ vaxta var, bir az da yat !"


Geri dön

frog

  • 22 iyun 2012 21:19
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN..............................

Nuray2012

  • 21 iyun 2012 13:14
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler........

--------------------

_BiRiCiK_

  • 18 iyun 2012 17:43
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
MARAQLIDIR..................................

--------------------

..:MeleK kiz:..

  • 13 iyun 2012 14:01
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

faithful

  • 13 iyun 2012 00:46
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
maraqli meqaledi.elinize sagliq

son damla

  • 12 iyun 2012 23:53
  • Məqalə: 29
  • Şərh: 524
  • Bal:
{awards}
bele hadiseler mendede cox bas verib

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

✰Dгeaм✰

  • 12 iyun 2012 20:53
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

SU PƏRİSİ

  • 12 iyun 2012 20:21
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN........

--------------------

sun_shine98

  • 12 iyun 2012 20:20
  • Məqalə: 0
  • Şərh: 409
  • Bal:
{awards}
thanks for information

--------------------
ARKAMDAN KONUSUP BESTE YAPACAĞINA,YÜZÜME KONUŞ DÜET YAPALIM

Prank girl

  • 12 iyun 2012 19:54
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Serena

  • 12 iyun 2012 19:36
  • Məqalə: 2
  • Şərh: 347
  • Bal:
{awards}
dogrudur cox sagol

GlamouR_

  • 12 iyun 2012 19:26
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Ayyxeberin adi bele insana tesir edir...Cooox gozel xeber idi tesekkurler canimm

--------------------

frog

  • 12 iyun 2012 19:17
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

come back

  • 12 iyun 2012 19:11
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
maraqli meqaleye gore tewekkurler

★Miss Love★

  • 12 iyun 2012 19:10
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli meqale idi Allah razi olsun

LoVe_LiFe

  • 12 iyun 2012 18:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

enigmatic_girl

  • 12 iyun 2012 18:44
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm maraqli ve tesirli idi,....

--------------------

✰GlaMurKa✰

  • 12 iyun 2012 18:32
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Məhəmməd peyğəmbər (s): “İşlərini “sabah edərəm”, “hələ vaxta var” - deyərək, qəflətə dalanlar cəhənnəmə vasil oldular”- dediyi zaman bizi şeytanın bu tələsinə düşməmək üçün ehtiyatlı olmağa çağırıb

esi .i.

  • 12 iyun 2012 18:21
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
minnetdaram

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}