Hər şey çox dəyişdi sevgili dostum

 
Hər şey çox dəyişdi sevgili dostum

"Getməklə gedilmirmiş... Getməklə getmiş ola bilməzsən; könlün qalar, ağlın qalar, xatirələrin qalar..." Zamanla xatırələr silinməsə də, hər şey dəyişir, elə zamanın özü dəyişir hər gün. Mən də yaşadım, və yaşadıqca hər şeyin dəyişdiyini hiss etdim. Bəlkə də dəyişmək məcburiyyətində olduğunu hiss etdim.

Küləyin istiqamətinin dəyişməsi, artıq həyata qarşı üsyan etmədən sakitcə onun göstərdiyinə baş əyməsini hiss etdim. Dalğalar da çox dəyişib, daha çırpılmırlar qalalara, daşlara. Saatlarla baxdığım o sahil, o daş qırıntıları. Dalğaların ayağıma toxunuşu da onlarla birgə yox oldu.

Böyüdüyüm otaqlara, divarlara toxunduqca yadlığımı, yoxluğumu hiss edirəm bu yerlərdə. Burda yaşanan bütün duyğular dəyişdi zamanla. Uşaq ikən daha fərqli görünürdü bu məkanlar, lakin hər şeyin öhdəsindən gəlmək üçün böyüməli olduğumu hiss etdiyim andan çox yadlaşdı hər şey burada. Acılarımı boş divarlara yazdım..Soyuq və qaranlıq divarlara.

Hər şey çox dəyişdi sevgili dostum

Baxışlar çox dəyişibdi sevgili dostum, gülüşlər çox dəyişibdi. Artıq hər bir baxışın, gülümsəmənin altında başqa niyyətlər, gizli olan sözlər vardır. Xəyallarla, xatirələrlə dolu idi yaşamımız...Lakin bütün arzular silinib atıldı bir kənara, həyata dair bütün istəklər dəyişdi çünki.

Ağrılar, acılar dəyişdi. Yıxılardıq və hər yıxıldıqda əlimizdən tutub qaldırardılar, üstümüzün çirkini təmizlərdilər. İndi o çirklər də dəyişdi, çirklənən daha geyimin deyil, həyatındı. Böyümək… Onun da bir dərd olduğunu böyüyəndə anladım. Üzüldüm... susdum və sadəcə susdum... Hər bir gələn günlə birgə yox olan dəyərlərimi ağladım. Sonsuzluqda batıb qaldım. Səmalarda axtardım cavablarımı...

Sevgilər də çox dəyişdi. Bütün hislərdən ali idi ailəyə sevgi, tükənməzmiş heç bir zaman, təmənnasız sürəcəkmiş həyatımız boyu. Hər an əlimizi uzatdıqda duyacaqdıq bu sevgini...amma sən demə bütün hislər keçiciymiş. Saxtalanmış o sevgilər, artıq yerini başqa hislər tutmuş. Etdiyin hər bir səhv aparırmış o sevgini, o saflığı. Məsum baxışların yerini kin tutmuş artıq... Daha o sevgini axtarmadım o gözlərdə... mənə hər an sevgi ilə baxan o gözlərdə... Elə sanırdım ki, hər nə olursa olsun dəyişməyəcək o sevgi dolu gözlər.

Hər şey çox dəyişdi sevgili dostum

Doğmalıq çox dəyişdi insanlarda, sən başqalarını qırmamaq üçün çalışırkən səni doğmaların çoxdan qırmış olub artıq. Sən onların səhvlərini unutmaq istədikcə onlar sənin hər səhvini dəfələrlə üzünə çırpmış olur. Bağışlamaq indi onlar üçün mümkünsüzdür. Bağışlamaqdansa xatırlatmağı daha üstün bilir hər kəs.

Zamanı geriyə döndərmək istəyi yaranır qəlbində: yaşadığını yenidən yaşamaq, gördüklərini yenidən görmək, amma sanki lap əvvələ qayıtmaqçün insanda illər keçdikcə güc və istək azalır elə bil. Öyrəndiyin hər şey dərs olaraq qalmalıydı həyatında, həyatın özünü öyrənəcəkdin. Arzular quracaqdın gerçəkləşməyəcəyini bilə-bilə... Həyatın acı oyunlarından uzaq olub yox olmayacaqdın içində... Boğulmayacaqdın... amma hər şey yox oldu... İtdi... Dəyişdi...

Çox şey dəyişdi sevgili dostum... Fərqində olduqlarım, olmadıqlarım... Çox itkilər yaşadım... Bildiklərim, bilmədiklərim… Yaşadıqlarım və paylaşdıqlarım bir qələmdə bitdi... Ağrını ən acı ağrılısıyla daddıqca özümü tək hiss etdim... Tutunduğum hər bir əl uzaqlaşdı məndən, düşdüm və düşdüyüm yerdən yenə tək qalxası oldum. Hər kəs bir-bir gedərkən həyatımdan daha da gücsüz qaldım.

Hər şey çox dəyişdi sevgili dostum

Kim bilir...daha nələr dəyişdi... nə qədər bəlkələr olacaq daha həyatımda... Dəyişməyən bir tək tənhalığım və əlçatmazlığın idi, ilk gündəki əlçatmazlığın. O heç dəyişmədi. Yanımda olmayacağını bilə-bilə, bəlkə də bilərəkdən özümü görməməzliyə vururdum. Səni bir başqa istəyirdim, yanımda istəyirdim, varlığında özümü axtarırdım.

Hər şey çox dəyişdi sevgili dostum... Bəlkə də dəyişən sadəcə mən oldum...


Geri dön

come back

  • 12 iyun 2012 20:55
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
tewekkurler beyendim

Nuray2012

  • 12 iyun 2012 20:23
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore........

--------------------

✰GlaMurKa✰

  • 12 iyun 2012 19:02
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Hər şey çox dəyişdi sevgili dostum... Bəlkə də dəyişən sadəcə mən oldum...

MELEK INSAN...

  • 12 iyun 2012 18:30
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
Səni bir başqa istəyirdim, yanımda istəyirdim, varlığında özümü axtarırdım.

Hər şey çox dəyişdi sevgili dostum... Bəlkə də dəyişən sadəcə mən oldum...

--------------------

..:MeleK kiz:..

  • 12 iyun 2012 17:30
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

... Deryam ...

  • 12 iyun 2012 15:36
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Dəyişiklər məni çox yorur recourse recourse
Tşk çox gözəl məqaləydi

--------------------

...BARSA FANATI....

  • 12 iyun 2012 15:12
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
BEYENDIMM...TSKK...

esi .i.

  • 12 iyun 2012 14:45
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler

Serena

  • 12 iyun 2012 14:30
  • Məqalə: 2
  • Şərh: 347
  • Bal:
{awards}
cox recoursesagol.....

SU PƏRİSİ

  • 12 iyun 2012 14:09
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Hər şey çox dəyişdi sevgili dostum...

--------------------

★Miss Love★

  • 12 iyun 2012 14:07
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli movzu idi...Amma men hec deуiwmemiwem sadece heуaтimda уaxwi menada bezi weуler deуiwib ve уaxwidaki deуiwib winked

sevgi dushmeni

  • 12 iyun 2012 14:07
  • Məqalə: 29
  • Şərh: 2871
  • Bal:
{awards}
Bəlkə də dəyişən sadəcə mən oldum...belke mende deyismedim deyisdiyime ozumu inandirdim ozumu aldatdim
tesekkurlerrr sad

--------------------

Sergio Ramos

  • 12 iyun 2012 13:41
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Heçnə dəyişmədi mən belə deyərdim ( hələki )

--------------------

ZAC EFRON

  • 12 iyun 2012 13:36
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
He4 ne deyi6miyib...Her 6ey oldugu kimidir....

MENI_GOR_YIXIL_OL

  • 12 iyun 2012 13:30
  • Məqalə: 0
  • Şərh: 574
  • Bal:
{awards}
SUPERRRRRRRRRRRRRRRRRRRRRRRR

--------------------
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki SIRIN təkdir və dardadır

Merry_Samirə

  • 12 iyun 2012 13:23
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
Hər şey çox dəyişdi sevgili dostum... Bəlkə də dəyişən sadəcə mən oldum.........................maraqli idi twk

frog

  • 12 iyun 2012 13:21
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
dost................ xmmmmmmmmmmmmmmmm menim bu movzu hech xoshuma gelmir am

GlamouR_

  • 12 iyun 2012 13:20
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Belkede deyisen mne oldum,Belkede zaman :/

--------------------

LoVe_LiFe

  • 12 iyun 2012 13:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Hər şey çox dəyişdi sevgili dostum... Bəlkə də dəyişən sadəcə mən oldum...recourse

))_AntiLove_((

  • 12 iyun 2012 13:10
  • Məqalə: 3
  • Şərh: 532
  • Bal:
{awards}
Çox şey dəyişdi sevgili dostum... Fərqində olduqlarım, olmadıqlarım... Çox itkilər yaşadım... Bildiklərim, bilmədiklərim… Yaşadıqlarım və paylaşdıqlarım bir qələmdə bitdi... Ağrını ən acı ağrılısıyla daddıqca özümü tək hiss etdim... Tutunduğum hər bir əl uzaqlaşdı məndən, düşdüm və düşdüyüm yerdən yenə tək qalxası oldum. Hər kəs bir-bir gedərkən həyatımdan daha da gücsüz qaldım. recourse

--------------------
Arxαmdαn dαnışαn Üç Quruşluq İnsαnlαrα , Söyləyə biləcək Tək Sözüm Var ; - Xırda Pullαr Dαimα Səs Sαlαr [; ♥

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 12 iyun 2012 13:10
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
xeber ucun twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

enigmatic_girl

  • 12 iyun 2012 13:10
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}

Hər şey çox dəyişdi sevgili dostum... Bəlkə də dəyişən sadəcə mən oldum...

--------------------

✰Dгeaм✰

  • 12 iyun 2012 13:08
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hər şey çox dəyişdi sevgili dostum... Bəlkə də dəyişən sadəcə mən oldum... recourse

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}