İslamda zarafat, salam, qeybət

 
İslamda zarafat, salam, qeybət

Salam

1. Peyğəmbəri-Əkrəm (s) : Camaatdan Allaha və Onun Peyğəmbərinə ən yaxın olan odur ki, salamı birinci vermiş olsun
2. İmam Əli (ə) : “Salam yetmiş həsənədən (savabdan) ibarətdir : Altmış doqquzu salamı verənin , biri isə salamı alanındır.
3. Peyğəmbəri-Əkrəm (s) : “Kiçiklər böyklərə, bir nəfər iki nəfərə, az adam çox adama, minikdə olanlar piyada gedənlər, yoldan keçən dayanmış adama, dayanmış adam da oturmuş adama salam versin”.
4. İmam Sadiq (ə) : “Salam hər bir kəlamdan qabaqdır”.
5. Peyğəmbəri-Əkrəm (s) : “Salamı birinci verən təkəbbürdən uzaqdır”.
6. Peyğəmbəri-Əkrəm : “Beş şeyi ölənə qədər tərk etmərəm... Uşaqlara salam verməkdir ki, (bu iş) məndən sonra bir sünnə olacaq”
7. Peyğəmbəri-Əkrəm: “Salamı aşkarda ver ki, evinin xeyir-bərəkəti çoxalsın”.
8. İmam Baqir (ə) : “Həqiqətən Alla-təala təam verməyi və salamı aşkar deməyi sevir”.
9. Peyğəmbəri-Əkrəm (s) : “Məğfirət səbələrindən biri də salam vermək və gözəl danışmaqdır”
10. İmam Baqir (ə) : “Və iza dəxəltum buyutən fəsəlli əla ənfusikum” – (evlərində daxil olduğunuz zaman özlərinizə salam verin) ayəsinin barəsində buyurur ”Bu, insanın evə daxil olduğu zaman ev əhlinə salam verməsidir ki, sonra onun cavabını qaytarırlar, bu da sizin ozünüzə salam verməyinizdir”.

Zarafat

1. İmam Baqir (ə) :” Həqiqətən, Allah-təala camaatın arasında söyüş söyməmək şərtiıə zarafat etməyi sevir”.
2. Peyğəmbəri-Əkrəm (s) : “Mömin zarafatcıl və şəndir.Münafiq isə qaşqabaqlı və əsəbidir”
3. Peyğəmbəri-Əkrəm (s) : “Mən zarafat edirəm, lakin haqdan başqa bir şey demirəm”
4. Bir qoca qarı Peyğəmbəri-Əkrəm (s)-in yanına gəldi, o həzrət buyurdu ki, qoca qarılar cənnətə daxil olmayacaqlar. Qarı ağlamağa başladı. Peyğəmbər (s) buyurdu: “Həqiqətən, sən qiyamət günü qoca olmayacaqsan, çünki Allah-təala buyurdu : “İnnə ənşənahunnə inşəan, fəcəəlnahunnə əbkarən” (Həqiqətən biz onları (qadınları) yeni xilqətdə inşa edib, bakirə qərar verərik)”.
5. İmam Kazım (ə) : “Peyğəmbəri-Əkrəm-in yanına bir çöl ərəbi gəldi və o həzrət üçün hədiyyə gətirdi. Sobra dedi: Bizim hədiyyəmizin pulunu ver. Peyğəmbəri-Əkrəm təbəssüm edirdi. O həzrət hər vaxt qəmgin olanda buyururdu : “ O çöl ərəbi haradaır? Kaş bizim yanımıza gələydi”.
6. İmam Əli (ə) : “Həddindən artıq çox zarafat etmək dəyər və ehtiramı aradan aparır, düşmənçilik gətirir”.
7. İmam Əli (ə) : “Hər kəsin zarafatı çox olsa, onu nadan hesab edərlər”.
8. İmam Əli (ə) : “Nə qədər zarafatlar var ki, axırda cidiyyətə çevrilir”.
9. Peyğəmbəri-Əkrəm (s) : “Bəndə həqiqi imana yalnız o zaman çatar ki, (həddindən artıq) zarafatı və yalanı tərk etsin, mübahisəni boşlasın, hətta haqq onunla olsa belə”.
10. İmam Sadiq (ə) : “Hər vaxt bir nəfərin xatirini istəsəniz, onunla nə çoxlu zarafat et, nə də mübahisə!!!”.

Qeybət

1. Peyğəmbəri-Əkrəm : ”Qeybətin nə olduğunu bilirsinizmi?” Dedilər: “Allah və Onun Rəsulu daha yaxşı bilərlər!” Buyurdu : “Din qardaşını onun xoşu gəlmədiyi şeylərlə yad etmək” Soruşdular : “ Əgər dediklərimiz din qardaşımızın barəsində düz olsa necə?” Buyurdu : “ Əgər dedikləriniz düz olsa, qeybətdir, əgər olmazsa ona böhtan atmış olursuz!”
2. Peyğəmbəri-Əkrəm (s) : “ Hər kəs bir mömin kişinin mömin qadının qeybətini edərsə, sahibi onu bağışlamayıncaya qədər Allah-təala onun namazını, orucunu qırx gecə və gündüz arzində qəbul etməz!”
3. İmam Sadiq (ə) : “ Qeybət budur ki, din qardaşın barəsində Allah-təalanın örtmüş olduğu şeyləri deyəsən, amma onun barəsində aşkar olan şeylərə gəldikdə isə, (hiddətli və tələskən olduğu kimi şeylər) qeybət deyildir!”
4. İmam Sadiq (ə) : “ Hər zaman fasiq və günahkar şəxs aşkarda günah edərsə, onun nə hörməti vardır, nə də qeybəti haramdır.”
5. İmam Əli (ə) : “Qeybəti dinləyən şəxs qeybət edən şəxs kimidir”
6. Peyğəmbəri-Əkrəm (s) : “Qeybət etməyin kəffarəsi qeybətin etdiyin şəxsin barəsində istiğfar etməkdir”.
7. Peyğəmbəri-Əkrəm (s) : “Əgər bir neçə nəfərin arasında bir şəxsin qeybəti olunsa, qeybəti olunan şəxsə kömək et və o cəmiyyəti qeybət etməkdəm çəkindir və onların arasından qalxıb get”
8. Peyğəmbəri-Əkrəm (s) : “Qeybət etmək müsəlman şəxsin dinini məhv etməkdə onun daxilindəki xora xəstəliyindəndə şiddətlidir!”
9. İmam Baqir (ə) : “Hər kəsin yanında mömin qardaşının qeybəti edilirsə və o şəxs qeybəti olunan şəxsin köməyinə qalxarsa, Allah dünya və axirətdə ona kömək edər. Hər kəsin hüzürunda mömin qardaşının qeybəti olunarsa, o da qadir və imkanlı olduğu halda ona kömək etməzsə və onu müdafiə etməzsə, Allah-təala onu dünya axirətdə zəlil edər”
10. Peyğəmbəri-Əkrəm (s) : “Qiyamət günündə bir nəfəri gətirib Allahın hüzurunda saxlayarlar, əməl dəftərini ona verərlər, amma o öz yaxşı əməllərini orada görməz və deyər : “Pərvərdigara, bu mənim əməl dəftərim deyildir?! Həqiqətən mən onda itaətdən başqa bir şey görmürəm.” Ona deyirlər : “Həqiqətən, sənin Allahın unutmaz və zəlalətə düşməz. Sənin əməllərin camaatın qeybətini etdiyinə görə aradan getmişdir”. Sonra başqa birini gətirərlər və onun əməl dəftərini ona verərlər və o, orada çoxlu yaxşı əməllər, itaət və ibadət görər və deyər: “İlahi, bu mənim əməl dəftərim deyildir, çünki, mən bu itaətləri yerinə yetirməmişdim” Ona deyərlər : “Filankəs sənin qeybətini etdiyi üçün onun gözəl əməlləri sənə verilmişdir!”


Geri dön

frog

  • 22 iyun 2012 21:17
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
ALLAH RAZI OLSUN........

_BiRiCiK_

  • 18 iyun 2012 16:59
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
MİNNETDARAM.......

--------------------

_favorit_arkadas

  • 17 iyun 2012 13:38
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
4. Bir qoca qarı Peyğəmbəri-Əkrəm (s)-in yanına gəldi, o həzrət buyurdu ki, qoca qarılar cənnətə daxil olmayacaqlar. Qarı ağlamağa başladı. Peyğəmbər (s) buyurdu: “Həqiqətən, sən qiyamət günü qoca olmayacaqsan, çünki Allah-təala buyurdu : “İnnə ənşənahunnə inşəan, fəcəəlnahunnə əbkarən” (Həqiqətən biz onları (qadınları) yeni xilqətdə inşa edib, bakirə qərar verərik)”.
ALLAH RAZI OLSUN..

--------------------

TAYNA VOSTOKA

  • 14 iyun 2012 02:55
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
REY YAZANLARA MINNETDARAM

--------------------

frog

  • 13 iyun 2012 19:18
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

SU PƏRİSİ

  • 13 iyun 2012 15:03
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Allah razi olsun..........

--------------------

✰GlaMurKa✰

  • 13 iyun 2012 15:01
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
4. Bir qoca qarı Peyğəmbəri-Əkrəm (s)-in yanına gəldi, o həzrət buyurdu ki, qoca qarılar cənnətə daxil olmayacaqlar. Qarı ağlamağa başladı. Peyğəmbər (s) buyurdu: “Həqiqətən, sən qiyamət günü qoca olmayacaqsan, çünki Allah-təala buyurdu : “İnnə ənşənahunnə inşəan, fəcəəlnahunnə əbkarən” (Həqiqətən biz onları (qadınları) yeni xilqətdə inşa edib, bakirə qərar verərik)”.

come back

  • 13 iyun 2012 13:58
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler maraqldir.

esi .i.

  • 13 iyun 2012 13:16
  • Məqalə: 9
  • Şərh: 1181
  • Bal:
{awards}
tesekkurler

ღ★Diamond★ღ

  • 13 iyun 2012 13:09
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Qeybet etmey olmuw bir insanin etini ceynemey kimi bir weydi

enigmatic_girl

  • 13 iyun 2012 13:00
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm tesekkurler....

--------------------

..:MeleK kiz:..

  • 13 iyun 2012 12:29
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
allah razi olsun

Rogue

  • 13 iyun 2012 12:26
  • Məqalə: 0
  • Şərh: 359
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
kimlərsə mənim şəkillərimi yenə götürüb başqa saytlarda öz adlarıyla qoymasun söyüşüm pisdi !

✰Dгeaм✰

  • 13 iyun 2012 12:11
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Serena

  • 13 iyun 2012 12:09
  • Məqalə: 2
  • Şərh: 347
  • Bal:
{awards}
cox sagol bilmediklerim vardi

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 13 iyun 2012 11:43
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
tesekkurler maraqli idi

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Nuray2012

  • 13 iyun 2012 11:07
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------

★Miss Love★

  • 13 iyun 2012 10:31
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli meqale idi oxudum,caliwaram emel edim cox sagol=)

LoVe_LiFe

  • 13 iyun 2012 10:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}