Əhdə vəfalı olmaq

 
Əhdə vəfalı olmaq

«...Әhdə vəfa edin. Çünki [insan] əhd barəsində [qiyamət günü] cavabdehdir. [İnsan verdiyi əhdi yerinə yetirib-yetirmədiyi haqda sorğu-suallara tutulacaqdır]».
«Ey iman gətirənlər! Әhdlərə sadiq olun...»
«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?...»
«Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.»
«...Onlarla əhdinizə axıra qədər [müddəti bitənədək] vəfa edin...»
«O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər]».
«Yaxşı insanlar əhd-peyman bağladıqda ona vəfalı olarlar.»
Başqa bir ayədə Allah-taala həzrət İsmayıl (ə)-ı vəsf edərkən buyurur:
«[Ya Məhəmməd!] Quranda İsmaili də yada sal! O öz vədinə sadiq və [Bizim tərəfimizdən öz ümmətinə] göndərilmiş bir peyğəmbər idi».

İmam Sadiq (ə) buyurur:

«Üç halda kimsənin üzrü qəbul olunmayır:

1. Әmanətin öz sahibinə qaytarılmasında (mal sahibinin əməli-saleh bir şəxs olub-olmamasından asılı olmayaraq);

2. Kimliyindən asılı olmayaraq əhdə vəfa etmədikdə;

3. Ata-anaya yaxşılıq etmədikdə (istər onlar əməli-saleh olsun, istərsə də yox).

Peyğəmbər (s) buyurur:

«Allaha və Qiyamət gününə iman gətirmiş hər bir şəxs verdiyi vədəyə əməl etməlidir».
Әli (ə) buyurur:
«Möminlərin nişanələrindən biri də onların əhdə vəfalı olmalarıdır.»
«Dinin sütunlarından biri də əmanətə və əhdə vəfa etməkdir».
İmam Sadiq (ə) buyurur:
«Mömin möminin qardaşıdır. Göz təki ona yol göstərər və heç vaxt haqqını mənimsəyib xəyanət etməz. Vədə verdiyi zaman aldatmadan əhdinə sadiq qalar».

Peyğəmbər (s) buyurur:

«Bu üç şey münafiqlərin xüsusiyyətlərindəndir:

1. Bir şey danışdıqları zaman yalan söyləyər;

2. Bağladıqları əhd-peymanı pozar;

3. Verilən əmanətlərə xəyanət edər.

Әli (ə) Malik Әştərə verdiyi göstərişlərin birində buyurur:

«Camaata vədə verdiyin zaman öz əhdinə sadiq qal. Çünki əhdə vəfa etməmək Allahla insanlar arasında düşmənçiliyə [insanların Allahdan uzaq düşmələrinə] səbəb olur. Allah-taala buyurur:
«Etməyəcəyiniz bir şeyi demək Allahın qəzəbinə səbəb olur».

İmam Sadiq (ə) buyurur:

«Möminin öz din qardaşına verdiyi vədə, kəffarəsi olmayan nəzr kimidir. (Yəni, verilmədikdə kəffarə ilə əvəz etmək olmur). Әhdini pozmuş şəxs Allahın qəzəbinə gələrək Onunla müxalifət etmiş olur. Allah-taala Öz kitabında buyurur:
«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar».

Әli (ə) buyurur:

«Öhdəsindən gələ bilməyəcəyin hər hansı bir şey haqda əhd-peyman bağlama».
«Yerinə yetirəcəyiniz şeyin öhdəsindən gələcəyinə əmin olmayınca vədə verməyin»


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:03
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 14 noyabr 2010 20:37
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox maraqli idi

Angel-Xranitel-666

  • 13 noyabr 2010 16:46
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqlidi belay

--------------------
AnGeL-xRaNItEl ti super

Yusif

  • 13 noyabr 2010 10:42
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
oxudum maraaqlidi Tesekkurler

SerSeRi_RuzGaR

  • 13 noyabr 2010 00:56
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
winked SaGol_CaNim_MAraqli_Ve_HIkmeTamIZ_TEwekKURLeR)))

--------------------
<<<$aLunKa>>>

Just For Legend

  • 13 noyabr 2010 00:51
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
BU DUNYADAN VEFA YOX,CEFA GOZLE KI,SONUNDA DA SEFA GORESEN

--------------------

R_O_M_A

  • 12 noyabr 2010 23:48
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
xebere gore tew maraqliydi

--------------------

Free-Love

  • 12 noyabr 2010 22:48
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
her bir insan dediyi sozun arxasinda durmagi bacarmalidir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 39
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}