Günün təamı - buğlama

 
Günün təamı - buğlama


Buğlamanın tərifi çoxdur. Bu, əsasən damaq dadından irəli gəlir. Kimisi kəklikotu, kimisi badımcan və kartof vurur, bəziləri isə əti soğan və pomidorla qaynadıb, duz-istiut vururlar. Buğlamanın əsas bir neçə komponenti var: ət (əsasən yağlı qoyun və ya quzu əti), soğan, pomidor, bibər, göyərti. Qalan ərzaqları isə zövqə görə əlavə etmək olar.

Sadə buğlama

Tərkibi:

0,5 kq yağlı qoyun əti
4 pomidor
3 bolqar bibəri
6-7 soğan
4-5 diş sarımsaq
1 st. soyuq su
duz
istiot

Soğanları uzununa doğrayın. Sümüklü əti doğrayın, duz, istiot və soğanla qarışdırın.

Pomidorların qabığını soyub halqa, bibəri jülyen (saman kimi) doğrayın. Qazanın dibinə ətlə soğanı qoyun, bunların üstünə bibəri döşəyin. Lap üstdən pomidoru düzün, duz və istiot səpin. 1 st. soyuq su töküb vam odda təxminən iki saat bişirin.

Gürcüsayağı buğlama

Tərkibi:

800 q qoyun əti
8 soğan, yaxud iki dəstə göy soğan
2 x.q. quyruq yağı
1,5 st. tkemali sousu
acı bibər (istəyə görə)
sarıkök, yaxud zəfəran
tərxun, keşniş, nanə, sarımsaq, duz - hamısı zövqə görə

Ətin pərdələrini təmizləyib yuyun, bir nəfərə 5-6 ortaboy tikə hesabı ilə doğrayın. Qoyun quyruğu ilə qovurun, qazanını qapağını örtüb 10-12 dəqiqə bişirin. Nazik doğranmış soğan (yaxud göy soğan) əlavə edib yenə qapağını örtün. Tam hazır olanadək bişirin. Sonra azca bulyon, sürtgəcdən keçirilmiş sarımsaq, xırda doğranmış nanə, keşniş, tərxun, sarıkök, duz, istiot, tkemali sousu (yaxud göy tkemali meyvələri) əlavə edib bir buğum qaynadıb götürün.

Badımcanlı buğlama

Tərkibi:


500 q qoyun əti
1,2 kq pomidor
400 q soğan
4-5 kartof
2-3 badımcan
2-3 yarpaq keşniş
0,5 st. su
acı istiot
duz

Qoyun ətini doğrayıb yuyun. Pomidorların qabığını soyub doğrayın. Baş soğanı xırda doğrayın. Kartofu təmizləyib-yuyub iri doğrayın. Badımcanları halqa doğrayın. Qazana lay-lay: soğan, ət, kartof, pomidor, badımcan, acı bibər, xırda doğranmış göyərti döşəyib su tökün. Qapağını bağlayıb vam odda təxminən 2 saat bişirin. Bu müddətdə qapağını açmayın.

Kartoflu buğlama

Tərkibi:


1 kq qoyun əti
1 kq soğan
2 kq pomidor
1 kq kartof
1 dəstə keşniş
əzilmiş istiot
duz

Soğanı xırda doğrayın. Əti doğrayıb yuyun. Pomidorları yuyub, qabığını soyun, doğrayın. Kartofun qabığını soyub yuyun, iri doğrayın. Qazana lay-lay: soğan, ət, kartof, pomidor, xırda doğranmış keşniş döşəyin, 2 st. su əlavə edib qazanın qapağını örtərək 2 saat vam odda bişirin.

Qabırğa buğlaması

Tərkibi:


1 kq qoyun qabırğası
400 q soğan
8 pomidor
2-3 bolqar bibəri
1 diş sarımsaq
50 q ərinmiş yağ
duz
istiot
sarıkök
göy soğan, keşniş, reyhan, nanə, şüyüd

Qabırğanın pərdəsini və üstündəki artıq piyi kəsib götürün. Hər qabırğanın üstündə bir qədər ət olmalıdır, onu bıçağın enli tərəfi ilə azca əzin. Duzlayıb-istiotlayın, üstünə ərinmiş kərə yağı tökün. 10-15 dəqiqə saxlayıb hər iki üzünü yaxşı qızdırılmış tavada qızardın. Qızılı rəng alanda tavadan çıxarıb bir qaba yığın.
Əti qovurduğunuz tavaya ərinmiş yağ töküb vam odda iri doğranmış soğanları şəffaf olanadək qovurun, sarıkök, göyərti əlavə edin, soğanın üstünə çıxana qədər qaynar su tökün.
Qabırğaları soğanın üstünə düzün, üstünə xırda pomidorları, sarımsağı - hamısı diri, doğranmamış və bolqar bibərini doğrayıb qoyun. Tavanın qapağını örtüb vam odda bişirin. Bunu saxsı qabda hazırlayaraq, ağzına folqa çəkib 180 dərəcə qızdırılmış sobada da 20-30 dəqiqə bişirə bilərsiniz.


Xüsusi buğlama

Tərkibi:

3 kq yağlı sümüklü quzu əti
2 iri soğan
2 bibər
5-6 albuxarı (olmasa, alça)
50 ml çaxır (və ya 2 desert qaşığı sirkə)
1 dəstə cəfəri
1 alma (və ya heyva)
2 pomidor
acı bibər
duz
istiot
0,5 st. su
kəklikotu

Əti tikələrə doğrayıb qazanın dibinə yığın.

Soğanı, bibəri halqa, cəfərini xırda doğrayın, almanı, pomidoru kubik şəklində doğrayıb, qarışdırın. Üzərinə duz, istiot, sirkə vurub yenidən qarışdırın.

Qarışığı ətin üzərinə düzün. 0,5 st. su tökün. Ara-sıra 5-6 ədəd albuxarı (yaxud alça) qoyun. Üzərinə kəklikotu səpin. Ağzını örtün, 2-3 saat vam odda bişirin.

Nuş olsun!


Geri dön

_Kyonul_

  • 23 iyun 2012 20:50
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
buglama sevmirem.tewekkur yene de

--------------------

_favorit_arkadas

  • 17 iyun 2012 13:17
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
məsləhətə görə çox sağol...

--------------------

music_angel

  • 15 iyun 2012 14:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
bu ac vaxtimda lap istaha geldime request request

--------------------

TAYNA VOSTOKA

  • 13 iyun 2012 23:57
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Sitat: Sergio Ramos
Xoşum gəlir bu yeməkdən...Çoox dadlıdır..Amma bu istidə yeyiləsi yemək deyil...

--------------------

_BiRiCiK_

  • 13 iyun 2012 19:19
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Nyam Nyam tewekkür

--------------------

frog

  • 13 iyun 2012 19:04
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
QOYUN ETI XOSHLAMIRAM

nurlana77

  • 13 iyun 2012 19:01
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
gözəl xəbərçün təşəkkürlər

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

AysU_DilarE

  • 13 iyun 2012 17:14
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
twkler baci dadi yemeklerdi hamisi

--------------------

lie to the world

  • 13 iyun 2012 16:37
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
resepte gore cox sagolun...buglama menim en cox sevdiyim yemeklerdendi feel

--------------------

I am Happy

  • 13 iyun 2012 16:31
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Hmmmmm cox lezzetli gorunur.Dadli yemekdir.

Tshk love love love love love love love love

--------------------

barby girl

  • 13 iyun 2012 15:48
  • Məqalə: 0
  • Şərh: 897
  • Bal:
{awards}
mmmm dadli gorunur twklerrrrr

come back

  • 13 iyun 2012 15:22
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler mende elemek isdeyerdim cox sagolun.

Prank girl

  • 13 iyun 2012 15:18
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Çoox dadlıdır..

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Serena

  • 13 iyun 2012 14:54
  • Məqalə: 2
  • Şərh: 347
  • Bal:
{awards}
resept ucun tesekkur

✰GlaMurKa✰

  • 13 iyun 2012 14:41
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurelr resepte goree

SU PƏRİSİ

  • 13 iyun 2012 14:24
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
men coox sevirem buglamani dadli olurrr...

--------------------

..:MeleK kiz:..

  • 13 iyun 2012 14:09
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox dadli gorunur

LoVe_LiFe

  • 13 iyun 2012 14:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
resepte gore tesekkurler

★Miss Love★

  • 13 iyun 2012 14:07
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox dadli уemek olur men уemiwem cox sagol=)

✰Dгeaм✰

  • 13 iyun 2012 14:05
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Resepte gore cox sag ol.

enigmatic_girl

  • 13 iyun 2012 14:02
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm maraqlidir...

--------------------

Sergio Ramos

  • 13 iyun 2012 14:02
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Xoşum gəlir bu yeməkdən...
Çoox dadlıdır..Amma bu istidə yeyiləsi yemək deyil...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 46

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}