Allah bizim keçmişimizi və gələcəyimizi bir an olaraq bilir və görür

 
Allah bizim keçmişimizi və gələcəyimizi bir an olaraq bilir və görür


Bəzi insanlar, “necə olsa qədərimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməyimə ehtiyac yoxdur” deyərək yanlış qədər anlayışı qəbul edirlər. Yaşadıqlarımızın qədərimizdə müəyyən olduğu həqiqətdir. Biz daha o hadisəni yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün təfərrüatı ilə Allah qatındakı Lövhü Məhfuz adlı kitabda yazılıdır. Ancaq, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verir. Məsələn insan, su içmək istədiyində bunun üçün “qədərimdə varsa içərəm” deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyu içər. Həqiqətən də qədərində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda su içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair hiss duyar və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş bir insan ilə bu gerçəyi qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli insan, öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın istəyi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağılı və gücü ilə etdiyini zənn edərək səhvə yol verər.

Bir xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan, bunun qədərində olduğunu bildiyi üçün hədsiz təvəkküllü davranar. “Allah bunu qədərimdə yaratdığına görə mütləq böyük bir xeyri var” deyə düşünər. Amma “hər nə olsa qədərimdə sağalmaq varsa sağalaram” deyərək tədbir görmədən gözləməz. Əksinə, ola biləcək bütün tədbirləri görər. Həkimə gedər, qidalanmağına diqqət yetirər, dərman qəbul edər. Ancaq getdiyi həkimin, həkimin tətbiq etdiyi müalicənin, dərmanların, bunların öz üzərində nə qədər təsirli olacağının, sağalıb sağalmayacağının, qısası hər incəliyin qədərində olduğunu unutmaz. Bunların hamısının Allahın yaddaşında, daha özü dünyaya gəlmədən əvvəl hazır olaraq olduğunu bilər. Allah Quranda insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)
Buna görə də qədərə iman edən bir insan başına gələn heç bir hadisədən ötəri kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə çox təvəkküllü, təslimiyyətli davranar və daim rahat olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəldən müəyyən olduğunu, bu səbəblə başlarına gələn çətinliklərə kədərlənməmələrini və özlərinə verilən nemətlərlə lovğalanmamalarını əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi müvəffəqiyyət və zənginliklər də Allahın təqdiri nəticəsində baş verir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün qədərlərində əvvəlcədən təyin etdiyi hadisələrdir.
Allah ayədə “Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq.” (Qəmər Surəsi, 49) deyə bildirir. Yalnız insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında təyin olunmuş bir qədəri vardır.
O halda, hər anı Allahın qatında yaşanmış, görülmüş və hələ də Allahın yaddaşında hazır olan bir həyat üçün narahat olmaq, qorxmaq, kədərlənmək böyük qəflətdir. Bu halda ağıl və vicdan sahibi bir insanın bu gerçəyi qavrayaraq, Allaha və Allahın yaratdığı qədərə könüldən təslim olması lazımdır. Əslində hər insan zatən Allaha təslim olmuş və boyun əymiş şəkildə yaradılmışdır. Çünki, istəsə də, istəməsə də Allahın özü üçün yaratdığı qədərə boyun əyərək yaşayır. Qədəri inkar edən insan da qədərində “qədəri inkar etmək” olduğu üçün inkarçıdır.
Mömin, Allahın yaratdığı qədərə təslim olmalı, bununla birlikdə qarşılaşdığı hadisələrdə əlindən gəldiyi qədər səbəblərə sarılmalı, ehtiyat tədbir görməli, hadisələri xeyirə istiqamətləndirmək üçün çalışmalı, amma bütün bunların qədər içində reallaşdığı və Allahın ən xeyirlisini əvvəldən təqdir etdiyinin şüuru və rahatlığı içində olmalıdır. Quranda bu rəftara nümunə olaraq Hz.Yaqubun oğullarının təhlükəsizliyi üçün aldığı ehtiyat tədbirdən danışılır. Hz.Yaqub, pis niyyətli insanların diqqətini çəkməmək üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi nəsihət etmiş, amma bunun Allahın təyin etdiyi qədərə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:

(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusuf Surəsi, 67)
Allah, insanların nə edirlərsə etsinlər qədərlərini dəyişdirə bilməyəcəklərini bir ayəsində belə bildirir:
“Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!” (Ali-İmran Surəsi, 154)

Ayədə də görüldüyü kimi, bir insan ölməmək üçün xeyir və ibadət olan bir işdən qaçsa belə əgər ölüm yazılmışsa onsuzda öləcək. Hətta, ölümdən qaçmaq üçün istifadə etdiyi yollar və üsullar da qədərində müəyyəndir və hər insan qədərindəki hadisəni yaşayacaq. Allah, bu ayədə də insanlara qədərlərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların ürəklərini təmizləmək olduğunu ifadə edir.
Qəmər Surəsinin aşağıdakı ayələrində isə insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilir, cənnət xalqının yaşadıqları isə yaşanmış hadisələr olaraq izah edilir. Daha əvvəl də ifadə edildiyi kimi, cənnətdəki gerçək həyat bizim üçün gələcəkdir. Ancaq, cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri bu anda Allahın hifzində var. Biz doğulmadan əvvəl də bütün insanlığın dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanmışdır və Allahın hifzində mühafizə edilir:

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!
Kiçik, böyük hər şey sətir sətir (yazılı)dır.
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarındadırlar.
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurundadırlar. (Qəmər Surəsi, 52-55)

Qeyd: bu və bundan sonrakı ayələr Qurani-Kərimin ərəbcə orijinalındakı zaman formasındadır. Burada Ali Bulaçın Qurani Kərimin Türkcə Məalından istifadə edilmişdir.Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcəyin olmadığını Quranda istifadə edilən üslubdan da anlaşılır. Görüldüyü kimi bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr, Quranda çoxdan olub bitmiş hadisələr kimi izah edilir. Çünki Allah keçmişi də gələcəyi də, bir an olaraq zatən yaratmışdır. Bu səbəblə gələcəkdə olacağı izah edilən bir hadisə onsuz da olub bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edirik. Məsələn, axirətdə insanların verəcəkləri hesabatın bildirildiyi ayələr, çoxdan olub bitmiş hadisə kimi izah edilir:
Sur üfürüldü, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öldü. Sonra bir daha ona üfürüldü, artıq onlar ayağa qalxmış vəziyyətdə müşahidə edirlər.
Yer öz Rəbbinin nuru ilə işıqlandı, kitab qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi, onlar arasında ədalətlə hökm verildi…
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər…
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə sövq edildilər…
(Zumər Surəsi, 68-73)

Yuxarıdakı ayələrdə, ölümümüzdən sonra yaşanacaq hadisələr, yaşanmış və bitmiş hadisələr kimi izah edilir. Çünki Allah, bizim tabe olduğumuz nisbi zaman ölçüsünə tabe deyil. Allah bütün hadisələri zamansızlıqla təqdir etmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Kiçik böyük hər cür hadisənin, Allahın məlumatı daxilində həyata keçdiyi və bir kitabda yazıldığı ayədə xəbər verilir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus Surəsi, 61)


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:02
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 3 may 2011 20:55
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Duzu, hamisini oxuya bilmedim. Amma maraqli idi. Men qederim deyib kece bilmirem. Bilmirem niye? Amma bunu ede bilmirem. Tesekkurler, baciska

--------------------

only-girl

  • 3 yanvar 2011 19:02
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
təşəkkür

--------------------

Ulya

  • 14 noyabr 2010 20:28
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqlidi.ellerine sagliq

Angel-Xranitel-666

  • 13 noyabr 2010 17:25
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
twwk fellow

--------------------
AnGeL-xRaNItEl ti super

Yusif

  • 13 noyabr 2010 14:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Xebere Gore tesekkurler

☪SkAzKa KaVkAzA☪

  • 13 noyabr 2010 00:04
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
Hovselem catmadi sonra oxuyacam teshekkurler maraqli xebere oxshayir

MuslimGirl

  • 12 noyabr 2010 19:47
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Duzu, hamisini oxuya bilmedim. Amma maraqli idi. Men qederim deyib kece bilmirem. Bilmirem niye? Amma bunu ede bilmirem. Tesekkurler, baciska

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 56

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}