Qədərə təslimiyyət

 
Qədərə təslimiyyət


Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman, Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)
İnsan zamana tabe olan və hadisələri ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan gələcəyini bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli hikmətləri, gözəllikləri və xeyirləri də həmişə görə bilmir. Lakin zamana tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların həyatını “zamanın xaricindən” görür və bilir. Elə burada qədər gerçəyi ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız bizim üçün “bilinməz”dir. Allah bizim bilmədiyimiz hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı, əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq yaşayaraq öyrənirik.“Qədər elmi” inkar edənlərin başa düşə bilmədikləri böyük bir elmdir. Müsəlmanların dünya və axirət həyatındakı bütün çətinliklərə və sınaqlara gözəl şəkildə səbr etməsinə vəsilə olan da bu elmdir. İman edənlər “Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!” (Teğabün Surəsi, 11) ayəsində də bildirildiyi kimi üzləşdikləri hər hadisənin qədər ilə baş verdiyini bilir, bunun rahatlığı və hüzurunu yaşayırlar.
Allahın rəhməti olaraq möminlərin imtahanı çox asan yaradılmışdır. Lakin bu asanlıq ancaq səmimi iman edən və qədərə təvəkkül edənlər üçündür. Haqqıyla iman edən, səmimiyyətlə Allaha təslim olan müsəlman ona göstərilən bütün görüntülərin daima dəyişməsini ibrət, həyəcan, şükr və təfəkkürlə seyr edər, divanda oturub filmə baxan insan kimi rahat olar, onun üçün hazırlanmış qədəri etibar və sevinclə izləyər. Bəzən dinamik, bəzən ürküdücü, bəzən nəfsə xoş gələn, bəzən də sakit görüntülərdən ibarət qədərdə iman zövqü, iman həyəcanı var. Ürküdücü görüntülər də xüsusi olaraq hazırlanmışdır. Ən kiçik hissəsi belə planlanmışdır. Bunların hamısı Allahın bildiyi və idarə etdiyi hadisələrdir.
Qədər gerçəyini bilən və imtahanın bu sirrini qavrayan müsəlman başına gələn müxtəlif müsibətləri, aclığı və ya kasıblığı gözəllik olaraq görər və bunlardan çox böyük zövq alar. Çünki bu sınaqlar qarşısında göstərəcəyi gözəl əxlaqın Allah Qatında çox qiymətli olacağını bilir. Bu, möminlərə xas olan zövqdür. Müsəlmanlar bu tip çətinliklər qarşısında kədər, stress, panika, qorxu kimi duyğular yaşamazlar. Çünki xeyr və ya şər olaraq görünən bütün hadisələrin müsəlmanların leyinə olacağını bilirlər. Allah bunu bir ayəsində möminlərə bildirmişdir:
“… Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa Surəsi, 141)
Ancaq bəzi məsələlər yanlış anlaşılmamalıdır. Möminlər dünyada hər cür çətinliklə üzləşə, mallarını itirə, fiziki cəhətdən zəifləyə, xəstələnə, yaralana bilər, ölə və ya öldürülə bilərlər. Ancaq bunların heç biri müsəlmanlar üçün bir “şər” deyil. Allah bu hadisələrlə iman edən qullarını sınaqdan keçirir və göstərdikləri səbrin qarşılığını da həm dünyada, həm də axirətdə qat-qat artıq verir. Əlavə olaraq müsəlmanları bu qısa imtahanın nəticəsində sonsuz cənnət həyatı ilə mükafatlandırır.
Bu mühüm gerçəyin şüurunda olan müsəlmanlar, elə buna görə də çətinliklərlə qarşılaşdıqlarında daha da şövqlənirlər. Möminlərin bu şövqləri həm də inkar edənlərin qurduqları tələləri təsirsiz edən və onların məğlubiyyətinə səbəb olan çox xüsusi vəziyyətdir. İnkar edənlər möminləri çətinliyə saldıqlarını zənn etdiklərinə baxmayaraq, möminlərdəki bu sevinc və şövqü görərək onlara əsla zərər verə bilməyəcəklərini də anlamırlar. Üstəlik müsəlmanların çətinlik anlarındakı danışıqları da onların yaşadıqları təslimiyyəti və təvəkkülü inkar edənlərə göstərir. Quranda möminlərin çətinliklər qarşısında söylədikləri sözlər belə bildirilir:

Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik? Bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha təvəkkül etsinlər! Küfr edənlər peyğəmbərlərinə dedilər: “Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!” Rəbbi də onlara belə vəhy etdi: “Biz o zalımları mütləq məhv edəcəyik! Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan və əzabımdan qorxanlara aiddir!” (Ibrahim Surəsi, 12-14)
De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)
Şübhəsiz bütün bunlar müsəlmanların Allahın yaratdığı qədərə təslim olmalarının nəticəsidir. Allaha güvənən bir insan heç bir qorxu və qəm yaşamaz.
Həqiqətən də:
“Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf Surəsi, 13)
Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə Surəsi, 112)
Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər – Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus Surəsi, 62-64)
Allah başqa ayələrində də Ona inanan və təslim olan qullarının əsla qopmayacaq bir “qulp”dan tutduqlarını bildirmişdir:
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman Surəsi, 22)
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə Surəsi, 256)


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:02
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

only-girl

  • 3 yanvar 2011 19:03
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
təşəkkür

--------------------

Payner

  • 20 dekabr 2010 02:23
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
lazimdi bilmeyenler ucun

Ulya

  • 14 noyabr 2010 20:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli xebere gore

Angel-Xranitel-666

  • 13 noyabr 2010 16:48
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqlidi belay

--------------------
AnGeL-xRaNItEl ti super

FanatkaJB

  • 13 noyabr 2010 13:09
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
Maraqlidir twk

--------------------

Yusif

  • 13 noyabr 2010 11:07
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli xebere gore Tesekkurler

wink tesekkkurler

SerSeRi_RuzGaR

  • 13 noyabr 2010 01:49
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
TeweKKuR_EdIReM_CaNIm_cOx+SaG+Ol))))

--------------------
<<<$aLunKa>>>

R_O_M_A

  • 12 noyabr 2010 23:54
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
xebere gore tew

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 60
Cəmi: 93

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}