Uşaqlara davranmağa dair bəzi nəsihətlər

 
Uşaqlara davranmağa dair bəzi nəsihətlər


Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər çox öyrənsək, araşdırsaq bir o qədər də faydalardan bəhrələnəcəyik. Bu gün bizlərə, həmçinin bizdən sonra gələn nəsillərə gələcəkdə fayda verəcək şeyləri öyrənəcəyik.

Uşaqlarımızın tərbiyəsində Peyğəmbərimizi sallallahu aleyhi və səlləm özümüzə nümunə götürməklə faydalanmaq mümkündür. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm uşaqlara necə qayğı göstərdiyini dərindən öyrənsək və bu istiqamətdə yarışsaq, Allahın neməti sayəsində inşallah öz uşaqlarımızı tərbiyə etməkdə müvəffəqiyyət qazanacağıq.

Uşaqlara insanlara göstərilən ehtirama müvafiq olaraq hörmət etməliyik. Uşaqların hörmət edilməyə ethiyacları var. Əfsuslar olsun ki, bir çox valideynlər bu hörməti, ehtiramı onlara göstərməkdə adətən qafil olurlar və nəticə etibarilə müvəffəq olmurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm gələcək nəsillərə həmişə hörmət nümayiş etdirdiyini onlara əyani şəkildə göstərmiş və onların məqamını yüksək tutmuşdur. Uhud döyüşü baş verən zaman Sad bin Malik kiçik bir uşaq idi. Atası həmin döyüşdə ölmüşdü. Peyğəmbər sallallahu aleyhi və səlləm ona yaxınlaşdı və dedi: “Sad bin Malik?” Oğlan kim olduğunu təsdiqlədikdə, peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Atanın ölümü ilə qoy Allah Öz xeyirini, bərəkətini sənə bəxş etsin”.

Burada biz Peyğəmbər sallallahu aleyhi və səlləmin böyük insanlara davrandığı kimi ona da eynilə davrandığının şahidi oluruq. Rəsulullah sallallahu aleyhi və səlləm tam bir yaşlı kişiyə baş sağlığı verdiyi kimi ona da vermişdir. Rəsulullah sallallahu aleyhi və səlləm ona himayədarlıq etmədi və baş verənləri ona dərhal çatdırdı.
Uşaqlarımızın düşüncələrinə, zəkasına və dərrakələrinə daha çox qiymət, əhəmiyyət verməliyik. Onların zəka və düşüncələrini lazımınca qiymətləndirməliyik, laqeyd yanaşmamalıyıq. Onlara ehtiram göstərməli və onların hissiyyatlarına hörmət etməli, öz növbəsinə başqalarına hörmət etmək əxlaqını onlara tərbiyə etməliyik. Bu cür davranış uşaqların zehni və sosial cəhətdən inkişafına imkan verir.

Uşaqlarımızı məsuliyyət daşımağa, məsuliyyətli işlərin, tapşırıqların öhdəsindən gəlməyə öyrəşdirmək olduqca mühümdür. Bu gün bizlərdən bir çoxu, yaşlılar həmçinin uşaqlar cavabdehlik, məsuliyyətdən yaxamızı qurtarmağa və öz yükümüzü başqalarının üzərinə yükləməyə meyilliyik.

Bunun qarşısını almaq üçün, bizlərdən uşaqları olanlar, uşaqlarını tərbiyə edənlər hər şeydən öncə onlarda özləri haqqında müsbət fikirləşmək düşüncəsini yaratmağa yardım etməliyik. Bu cür davranış böyüdükçə onların məsuliyyətin öhdəsindən gəlməyi onlar üçün daha da asanlaşdıracaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm ətrafındakı gənclərin şəxsiyyətini inkişaf etdirmək, yetişdirmək üçün böyük zəhmətlərə qatlaşmışdır. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm oturmuşdu. Ona içmək üçün bir şey təklif edildi. O sallallahu aleyhi və səlləm onu aldı və içdi. Rəsulullahın sallallahu aleyhi və səlləm sağ tərəfində gənc bir oğlan oturmuşdu. Sol tərəfində isə bir neçə yaşlı kişilər oturmuşdu. Ənənəvi olaraq xidmət sağdan başladığından, rəsulullah sallallahu aleyhi və səlləm oğlana tərəf döndü və dedi: “Olar (icazə verərsən) ki, ilk öncə içkini onlara (yaşlılara) təklif edim? (Səhih Muslim).

Bax bu şəkildə, qaydada uşaqlarımız necə davranmağı öyrənirlər. Həmçinin bu cür müamilə uşaqlarda özləri haqqında mənfi görüş və zəif rəylərini deyil güclü şəxsiyyət hissinin və daha iti zəkanın inkişafına səbəb olur.

Uşaqlar ilə müamiləmizdə, davranışlarımızda ədalətli, adil olmalıyıq. Uşaqlarda sabitlik, dayanıqlıq hissiyyatını təmin etməkdə ədalət amili ən ümdə əhəmiyyətə malikdir. Bu amil uşaqların bir-birinə qarşı qısqanc, paxıl olmasının və üstünlük iddiasına qarşı arzuolunmaz rəqabətin, yarışmanın qarşısını alır. Bir uşağı digərindən daha çox öpmək və yaxud birinə daha çox gülümsəmək və ya yemək və paltarda birini digərindən üstün tutmaq kimi kiçik məsələlərdə uşaqlara zülm etmiş, ədalətsiz davranmış ola bilərsiniz.

Bir dəfə Bəşir radiyallahu anhu öz oğlu Numana hədiyyə vermişdi. O peyğəmbər sallallahu aleyhi və səlləmin yanında getdi ki, o sallallahu aleyhi və səlləm buna şahid olsun, görsün. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşdu: Ey Bəşir! Sənin ondan başqa uşaqların varmı? Bəşir uşaqlarının olduğunu dedikdə, peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşdu: “Sən onlardan hər birinə eyni hədiyyənimi verdin? Bu suala Bəşir “mənfi” cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Elə isə mənim sənin üçün şahid olmağımı xahiş etmə. Mən ədalətsizliyiə şahid olmaram”.
(Səhih Muslim)

Bizlər uşaqlarımızla səmimi, mehriban və bəzən isə şən ədalı, oynaq davranmalı, onarın həyatına girməliyik.İslamın təyin etdiyi hüdudlar çərçivəsində uşaqlarımızın öz həyatlarını şadyanalıq və şən keçirməyə ehtiyacları var. Lakin şənlik və sevgimizdə uşaqlarımızın ərköyün böyüməsinə səbəb yaratmamaq üçün həddi keçməməliyik. Bununla belə, uşaqlarımızın sevgi və şənlik ilə əlaqədar olduqca təbii ehtiyaclarından onları məhrum etməmək üçün də qətiyyətli olmamalıyıq. Bu ehtiyacın məhrum edilməsi uşaqların daxilən gərginlik yaşamasına və digərlərindən qorxması ilə nəticələnir.

Aişə rəvayət edir ki, uşaqlığında Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olanda onun yanına gələn qızlarla oynayardı. Peyğəmbər sallallahu aleyhi və səlləm içəri daxil olduğunda, onlar kənara çəkilərdilər. Bununla belə, peyğəmbər sallallahu aleyhi və səlləm onları mənim yanıma geri çağırardı ki, bir az da əlavə oynayaq.

Uşaqlar oynamaq və şənlənmək haqqlarından məhdrum edilməməlidirlər. Şüurlu, məqsədəuyğun çərçivə və hüdudlarda icazə verildiyi təqdirdə, oyun uşaqları ürəkləndirir, canlandırır və rövnəqləndirir. Onların şəxsiyyətlərinin münasib şəkildə təşəkkül tapmasına kömək edir və onların emosional inkişafa təşviq edir.

Bizlər uşaqlarımızı sadəcə digərlərindən yaxşı olması, üstün olması üçün deyil , Allahın razılığını qazanmaq üçün tərbiyə etməli və böyütməliyik. Uşaqlarımız gözəl davranış nümayiş etdirdiklərndə onları bu istiqamətdə daha da təşviq etməli, həvəsləndirməliyik. Onlara sadəcə mühazirə demək ən effektiv yanaşma üsulu sayılmır. Bizdən tələb olunan onlara gözəl söz söyləmək və sonra isə onlar üçün canlı, əyani nümunə olmaqdır.

Bu həqiqət Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri tərəfindən tamamilə dərk edilmiş, başa düşülmüşdü. Səhabələrdən biri rəvayət edir ki, digər bir səhabə Vail bin Məsud radiyallahu anhu onlara hər Cümə axşamı bir dəfə xütbə verirdi. Kişilərdən biri onlara hər gün xütbə verilməsini arzu etdiklərini dedi. Vail cavab verdi: “Mən bu cür etməkdən ona görə çəkinirəm ki, çünki sizləri bezdirmək istəmirəm. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə xütbə verdiyi qaydada sizə xütbə verirəm. Rəsulullah sallallahu aleyhi və səlləm mötədil, orta yol tutardı ki, biz yorulmayaq”. (Səhih Buxari və Səhih Muslim)

Məqaləni xəlifə Müaviyə radiyallahu anhuya onun müşavirlərindən birinin verdiyi nəsihət ilə qurtarıram:

Bir gün Müaviyə radiyallahu anhu oğlu Yezidə qəzəblənmişdi və onu töhmət etdi. Əl-Əhnəf bunu gördü və ona dedi: “Ey möminlərin əmiri! Uşaqlarımız qəlblərimizin meyvələridir və bizə dəstək verən sütunlardır. Biz onlara başımızın üstündəki səma və ayaqlarının altındakı yer kimiyik. Onlar qəzəblənsə onları sakitləşdir və səndən istəsələr onlara ver. Onların həyatına maneə olma ki, sənin mövcudluğuna nifrət etsinlər və sənin ölümünü, həlakını arzulasınlar”.

Sonda Allahın salamı və salavatı aləmlər üçün rəhmət olaraq göndərilən, ən gözəl tərbiyəçi, müəllim, hidayət rəhbəri olan Muhəmməd sallallahu aleyhi və səlləmə, onun pak ailəsinə və səhabələrinə və qiyamətə qədər hidayətdə onların yoluna tabe olanların üzərinə olsun.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:08
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

BELLA_SWAN

  • 16 avqust 2011 10:38
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
təşəkkur.......

--------------------
VAMPİRE GİRL

NELLY19

  • 1 avqust 2011 14:42
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tewekkur edirem cox sagol

_RONALDO_

  • 14 may 2011 12:31
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Ezizim eziz terbiyesi ondan da eziz)

--------------------

nilayka

  • 1 may 2011 18:45
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Ezizim eziz terbiyesi ondan da eziz)

--------------------

::..ONSLAUGHT::..

  • 6 aprel 2011 19:23
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
maraqlidi cox sagol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

only-girl

  • 1 aprel 2011 21:00
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Allah razi olun

--------------------

Ulya

  • 14 noyabr 2010 20:30
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Angel-Xranitel-666

  • 14 noyabr 2010 12:18
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
ela sozlerdi twk

--------------------
AnGeL-xRaNItEl ti super

фея

  • 13 noyabr 2010 21:49
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
cox gozel nesihetlerdir tewekkurler mene ele bu lazim idi love love

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Yusif

  • 13 noyabr 2010 11:17
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
xebere Gore Tesekkur

Free-Love

  • 12 noyabr 2010 23:28
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
ay cox uzunduree..copy edim sonra oxuyaram:(

Ucube_cocuk

  • 12 noyabr 2010 22:16
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
НФЧЮЖ ЫЩЯДУК

YAXŞI SOZLER wink

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

Cin_Bala

  • 12 noyabr 2010 21:32
  • Məqalə: 2
  • Şərh: 56
  • Bal:
{awards}
supper idi..twkler dostik...maraqli idi

Ghost

  • 12 noyabr 2010 20:23
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
cox gozel sozlerdi!

MuslimGirl

  • 12 noyabr 2010 19:43
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox gozel meqaladir. Bele Peygemberimiz(s.a.s) gozel davranis numuneleri gosterib.Allah razi olsun! Tesekkurler

Just For Legend

  • 12 noyabr 2010 19:26
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Ezizim eziz terbiyesi ondan da eziz)

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}