Bağışla məni,ata

 
Bağışla məni,ata

Evləndiyi gündən atası onun
yanında qaldığı üçün həyat
yoldaşı ilə tez-tez mübahisə
edirdi. Təbii ki, həyat yoldaşı
qocanın onlarla bir yerdə
qalmasını istəmir, onun bu evdə
artıq olduğunu düşünürdü. Bu
mübahisələr bəzən xoşagəlməz
həddə də çatırdı.
Yenə növbəti mübahisələrdən
biri idi. Uzun çək-çevirdən sonra
həyat yoldaşı: "Ya mən evdən
gedəcəyəm, ya da atan bu evdə
qalmayacaq”
, -dedi.
O, ailəsini belə asanlıqla itirmək
istəmirdi. Çünki atası ilə bağlı baş
verən bu mübahisələri nəzərə
almasaq, ailəsindən çox razı idi.
Həyat yoldaşı ilə evlənmək də
ona asan başa gəlməmişdi. Ata-
anasını razı salmaq üçün az qala
dəridən-qabıqdan çıxmışdı.
Üstəlik, onu dəlicəsinə sevirdi...
Çarəsizlik içərisində nə edəcəyini
düşündü və "çıxış yolunu” tapdı.
Dağların qoynunda illər əvvəl
ova gedərkən daldalanmaq üçün
tikdiyi balaca bir daxma var idi.
Atasını bu daxmaya aparacaqdı.
Həftədə bir dəfə yanına
gedəcək, beləcə, ailəsini
dağılmaqdan xilas edəcəkdi.
Atası üçün lazım olan bütün
əşyaları hazırladıqdan sonra
yataq xəstəsi olan atasını
qucağına götürüb maşına apardı.
Balaca oğlu: "Ata mən də səninlə
getmək istəyirəm
”, -deyəndə
çarəsiz qalıb onu da maşına
mindirdi. Bir yerdə yola
düzəldilər.
Qışın lap ortası idi. Dəhşətli
soyuq var idi. Qar və çovğundan
yolu seçmək çox çətin idi. Balaca
oğlu tez-tez atasından "Ata, biz
hara gedirik?
” deyə soruşsa da,
hec cür cavab ala bilmirdi. Artıq
oğlunun onu hara apardığını
anlayan yaşlı ata isə gizli-gizli
göz yaşı tökür, ancaq bunu
bildirməməyə çalışırdı.
Uzun və çətin yoldan sonra dağ
evinə çatdılar. O, nə vaxt idi ki,
burada olmamışdı. Balaca daxma
artıq çürüməyə başlamışdı.
Üstəlik, tavandan da su axırdı.
Daxmanın bir küncünü təmizlədi.
Sonra atası üçün gətirdiyi
yorğan-döşəyi sərdi. Gətirdiyi
əşyaları yerbəyer etdikdən
sonra, nəhayət, növbə atasına
çatdı. Atasını qucağına götürüb
yatağa uzatdı. Külək elə bil
daxmanın içində əsirdi. Sanki
çovğun bayırda yox, daxmada
qopmuşdu. Çarəsizlik içərisində
atasına baxdı. Atası elə indidən
üşüyürdü. Ürəyində: "Bir-iki
yorğan-döşək götürüb sabah
yenə gələrəm
”, -dedi.
Öz-özünə təskinlik verməyə
çalışsa da, bir xeyri olmurdu.
Atasının ürəyinə isə sanki xəncər
saplanmışdı. O, oğlunu böyüdüb
boya-başa çatdırmaq üçün necə
əziyyətlərə qatlaşmışdı. Indi isə
oğlu onu daxmanın bir
küncündə qoyub getmək
istəyirdi. Ürəyi ağrısa da, büruzə
vermək istəmirdi. Balaca nəvəsi
isə nə baş verdiyini heç cürə
başa düşə bilmirdi. Əlbəttə ki,
babasından ayrılmaq onun üçün
asan deyildi. Ancaq əlindən bir
şey də gəlmirdi.
Artıq getmək vaxtı çatmışdı.
Atasının yatağına əyilib onun
yanaqlarından öpdü. Sanki
gözləri ilə "ata, məni bağışla
deyirdi. Bir də atasını bağrına
basdı. Artıq ikisi də hönkür-
hönkür ağlayırdı. O, balaca
oğlunun əlindən tutub sürətlə
daxmadan çıxdı. Maşına mindilər.
Təzəcə yola çıxmışdılar ki: "Ata,
babamı niyə o soyuq daxmada
qoyub gəldin
”, -deyə ağlamağa
başladı. Ürəyindən qara qanlar
axsa da, cavab verməyə söz tapa
bilmirdi.
Birdən oğlu gözlənilmədən: "Ata
sən qocalanda mən də səni
gətirib bu daxmaya
qoyacağam
”, -dedi. Sanki onu
ildırım vurdu. Söz oğlunun
ağzından qurtarmamış sükanı
sürətlə çevirdi. Daxmaya çatar-
çatmaz özünü atasının qoynuna
atdı. "Ata, məni bağışla”, -deyib,
uşaq kimi hıçqıra-hıçqıra
ağlamağa başladı. Atası da
ondan geri qalmırdı. Ata-oğul
xeyli belə bir-birilərinə sarılı
vəziyyətdə qaldılar. Nəhayət,
atası dilləndi (bu cavab çoxlarına
dərs ola bilər): "Oğlum,
qayıdacağını bilirdim. Çünki mən
atamı dağ başında atıb
getməmişdim ki, sən də məni
burada atıb gedəsən
”...


Geri dön

_Kyonul_

  • 1 iyul 2012 17:40
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
cox maraqli ve tesirli hekayedi,twk

--------------------

_favorit_arkadas

  • 15 iyun 2012 17:46
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Hekayəyə görə çox sağol...

--------------------

Tacire

  • 15 iyun 2012 12:20
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
offf,bu yazını çox paylaşın xahiş edirəm! göz yaşlarımı saxlaya bilmədim.....hazırki həyat tərzimizdədə belə çarəsizliklərlə çox rastlaşırıq,ancaq nə qədər dəyərli ailə,həyat yoldaşında olsa Atanın,ananın yerini heçnə vermir! Saglığında dəyər verək valideyinlərimizə!

★Miss Love★

  • 15 iyun 2012 10:51
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
sona kimi oxudum cox тesirli hekaуe idi gozlerim doldu oxuуanda. recourse ..Allah hec bir valideуne bele ovlad gosтermesin..valideуnlerimi cooox isтeуirem...тewekkurler

ツMrs.Crazy ツ

  • 15 iyun 2012 10:05
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
thankssssss..

music_angel

  • 15 iyun 2012 01:21
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
axira kimi oxudum.cox tesirli hekayedi cox pis oldum...

--------------------

AysU_DilarE

  • 15 iyun 2012 00:42
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
pis oldume atam menim aldigim nefesimdi atami cox sevirem twkler xebere gore

--------------------

Nuray2012

  • 15 iyun 2012 00:22
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

Yuksel

  • 15 iyun 2012 00:06
  • Məqalə: 0
  • Şərh: 391
  • Bal:
{awards}
cox tesirli hekayedi,Allah hec bir ata anani bele hadise ile qarsilasdirmasin AMIN,tesekkur

--------------------
sen sen ol kimsenin kalbini kirma

ZAC EFRON

  • 14 iyun 2012 23:59
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Oğlum,
qayıdacağını bilirdim. Çünki mən
atamı dağ başında atıb
getməmişdim ki, sən də məni
burada atıb gedəsən”...

Bele ogludansaa.....

GuNeM AyAm

  • 14 iyun 2012 23:43
  • Məqalə: 1
  • Şərh: 56
  • Bal:
{awards}
recourse twk maragli hekayeye gore lap kovreldime ehh

GlamouR_

  • 14 iyun 2012 23:40
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Aydaa coox kovreldimm.Insan anasinin ve atasinin qiymetini bilmelidir.sonra gec olur.
Ata senin 3un cooooooo.......x darixmisam =/ :'( =( =(

--------------------

Serena

  • 14 iyun 2012 23:21
  • Məqalə: 2
  • Şərh: 347
  • Bal:
{awards}
cox sagol tesirlidir

lie to the world

  • 14 iyun 2012 23:08
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
Allah ne hecbir ataya nedeki anaya ovladinnan bele sinaqa cekmesin... recourse

--------------------

sTiLni__BaXiw

  • 14 iyun 2012 23:04
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
tesirli hekayedi..ellerine sagliq sad

Ada...07

  • 14 iyun 2012 22:51
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
cox tesirli hekayedi, cox beyendim..

--------------------


tunayka

  • 14 iyun 2012 22:41
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
very likeeeeeeeeeeeeeeeeeeee

enigmatic_girl

  • 14 iyun 2012 22:19
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Oğlum,
qayıdacağını bilirdim. Çünki mən
atamı dağ başında atıb
getməmişdim ki, sən də məni
burada atıb gedəsən

--------------------

ღ★Diamond★ღ

  • 14 iyun 2012 21:37
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Nəhayət,
atası dilləndi (bu cavab çoxlarına
dərs ola bilər): "Oğlum,
qayıdacağını bilirdim. Çünki mən
atamı dağ başında atıb
getməmişdim ki, sən də məni
burada atıb gedəsən”...

Priya

  • 14 iyun 2012 21:36
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Oğlum,
qayıdacağını bilirdim. Çünki mən
atamı dağ başında atıb
getməmişdim ki, sən də məni
burada atıb gedəsən”...[/
color]
Təşəkkürlər.[/color]

--------------------




SU PƏRİSİ

  • 14 iyun 2012 21:31
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Üstəlik, onu dəlicəsinə sevirdi...
Çarəsizlik içərisində nə edəcəyini
düşündü və "çıxış yolunu” tapdı.

--------------------

TAYNA VOSTOKA

  • 14 iyun 2012 21:26
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
"Oğlum,
qayıdacağını bilirdim. Çünki mən
atamı dağ başında atıb
getməmişdim ki, sən də məni
burada atıb gedəsən”...
-SONA KIMI OXUDUM VE TESIRLENDIM,ANLAYAN UCUN COX IBRETAMIZ HEKAYE BU

--------------------

✰GlaMurKa✰

  • 14 iyun 2012 21:26
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
coxxxxxx maraqli idi recourse

LoVe_LiFe

  • 14 iyun 2012 21:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MARAQLI HEKAYEDIR TESEKKURLERrecourse

..:MeleK kiz:..

  • 14 iyun 2012 21:14
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox tesirli idi sad

SaRiCkA

  • 14 iyun 2012 21:11
  • Məqalə: 1
  • Şərh: 587
  • Bal:
{awards}
recourse sagoluuuuun

--------------------

I am Happy

  • 14 iyun 2012 21:07
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Ilk sherh menden.
Oxudum super hazirlamisan.Ellerine sagliq.

--------------------

frog

  • 14 iyun 2012 21:06
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
THANKS.............

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 55
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}