Cəmilə (12-ci hissə)

 
Cəmilə (12-ci hissə)

Cəmilə

O, şinelini çiyninə ataraq, Orozmatın alçaq, yorğa yerişli meydanından geri qalmamaq üçün inadla addımlayırdı. Briqadir isə öz alçaq boyu və cəldliyi ilə uzun Daniyarın yanında dəcəl çay cüllütlüyü xatırladı. O zaman uşaqlar buna gülüşürdülər də.

Daniyarın hələ o vaxt tamam sağalmamış yaralı ayağı dizindən bükülmüşdü. Buna görə o, biçinliyə yaramazdı. Onu bizim, uşaqların yanına ot çalan maşına təyin etdilər. Açıq deyim ki, Daniyar o qədər də xoşuma gəlmirdi. Hər şeydən qabaq onun adamyovuşmazlığı bizi açmadı. Daniyar az danışar, danışanda da hiss olunurdu ki, bu zaman o tamam başqa şey haqqında düşünür, onun nə isə öz fikirləri var. Öz dalğın, xəyalpərvər gözlərini sənin sifətinə zilləyib baxsa da, başa düşmürdün ki, o səni görür, ya yox. Onun haqqında belə deyirdilər:

-Yazıq oğlan! Görünür ki, cəbhədən sonra hələ də özünə gələyib. Maraqlı orası idi ki, Daniyar bu cür daimi dalğınlığı ilə bərabər, çox sürətlə və dəqiq işləyirdi. Kənardan baxanda adama elə gəlirdi ki, o, danışıb gülən və açıq-saçıq bir adamdır. Bəlkə uşaqlıqda keçirdiyi ağır yetimlik onu, öz hiss və fikirlərini gizlətməyə öyrətmiş,onda belə bir təmkinlik yaratmışdır? Bəlkə də.

Daniyarın, cəhənglərində iri qırışlar olan nazik dodaqları həmişə möhkəm büzülmüş olardı, gözləri sakit-sakit kədərlə baxardı, yalnız çevik oynaq qaşları onun həmişə yorğun olan artıq sifətini canlandırardı. Hərdənbir boylanıb durar və sanki başqalarına müyəssər olmayan bir şey eşitdiyi üçün qaşları alnına tərəf dartılar və gözləri qeyri-məlum bir sevinclə parıldadı. Sonra isə o uzun müddət gülümsər vənəyə isə sevinərdi. Bütün bunlar bizə qəribə gələrdi. Təkcə bu deyil, onun başqa qəribəlikləri də vardı. Axşamlar bizə atları açaraq, talvarın yanında oturar və aşpaz qadının bizə yemək bişirməsini gözlərdik. Daniyar isə keşik təpəsinin üstünə qalxıb hava qaralanadək orada oturardı.

-O oradanə eləyir? Onu gözətçi qoyublar, nədir? –biz gülərdik.

Bir dəfə mən maraqlandığım üçün təpənin üstünə, Daniyarın yanına qalxdım. Orada diqqəti cəlb edən heç bir şey yoxdu. Yasəmən rəngli axşam qaranlığına qərq olmuş dağətəyi step geniş uzanmışdı. Tünd, alatoran çöllər, elə bil sakitlik içərisində ağır-ağır əriyirdi. Daniyar mənim gəlməyimə heç qımıldanmadı; o dizlərini qucaqlayaraq oturmuş, dalğın, lakin parlaq nəzərləri ilə qabağa baxırdı. Yenə mənə elə gəlirdi ki, o, mənim eşidə bilmədiyim səslərə qulaq asır. Bəzən donuxur və mən elə fikirləşirdim ki, o indicə, ancaq mənim qarşımda deyil, (o məni görmürdü) mənə məlum olmayan, böyük geniş bir varlığın qarşısında ürəyini açacaqdır. Sonra mən ona baxanda onu tanımadım; Daniyar süst və məyus halda oturaraq, elə bil, işdən sonra istirahət edirdi.
Bizim kolxozumuz biçənəkləri Kukureu çayının çaylaq yerlərində səpələnmişdir.Bizdən bir az uzaqda Kurkureu çayı dərədən çıxıb, harın, quduz bir axınla vadi ilə axır. Ot çalımı dağ çaylarının daşdığı vaxtda olur. Axşamdan bulanıq, köpüklü sular artmağa başladı. Çayın güclü lərzəsindən komada gecəyarısı yuxudan oyandım. Mavi, sakitləşmiş gecə öz ulduzları ilə komaya baxırdı. Hərdən soyuq külək əsirdi, torpaq yatırdı, yalnız gurultulu çay, elə bil, bizi hədələyərək üstümüzə hücum çəkirdi.

Biz lap sahildə olmasaq da, gecə bizə elə gəlirdi ki, su lap yaxındadır, qeyri-ixtiyari olaraq qorxuya düşürdük: birdən o komanı yuyub aparmasın? Yoldaşlarım ağır yuxuya getmişdilər. Mən isəyata bilməyib bayıra çıxdım.


Geri dön

LoVe_LiFe

  • 28 iyun 2012 16:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
beyendiyinize sevindim
love

_BiRiCiK_

  • 15 iyun 2012 20:14
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Tewekkür.................

--------------------

I am Happy

  • 15 iyun 2012 19:05
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Oxudum super.Cox sagol....... love

--------------------

_favorit_arkadas

  • 15 iyun 2012 17:15
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Hekayəyə görə çox sağol görən axırı nolacaq ardını gözləyirəm...

--------------------

enigmatic_girl

  • 15 iyun 2012 16:17
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqli hekaye idi...

--------------------

---ANGELA---

  • 15 iyun 2012 15:40
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
THANKS.....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

..:MeleK kiz:..

  • 15 iyun 2012 13:38
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun oxudum

_RiHanNa_

  • 15 iyun 2012 13:11
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
thankss.. =)

music_angel

  • 15 iyun 2012 13:10
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler super hekayedi....

--------------------

Prank girl

  • 15 iyun 2012 13:07
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰GlaMurKa✰

  • 15 iyun 2012 12:42
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
teskekurler canim coxxx maraqli idi

★Miss Love★

  • 15 iyun 2012 12:15
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqlidir oxudum ardini gozleуrem тewekkurler=)

frog

  • 15 iyun 2012 12:09
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
XMMMMMMMMMMMMMM EVVELINI OXUMAMISHAM INDI DE OXUMADIM

✰Dгeaм✰

  • 15 iyun 2012 11:56
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye super idi.Tesekkurler.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}