Bakıda zəlzələ olacaq?

 
Bakıda zəlzələ olacaq?


Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun Bakıda əhəmiyyətli dərəcədə seysmik təzyiqin toplanılması və bu səbəbdən burada güclü zəlzələlərin gözlənilməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib. RSXM-nin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli müsahibəsində qeyd edilən institutun bu məlumatlarını real saymayıb.

O bildirib ki, Bakı seysmik baxımdan çox təhlükəli zona olsa da, birbaşa Bakı və Abşeron rayonu ərazisində zəlzələnin baş verməsi üçün heç bir şərait yoxdur. Bakı və Abşeron üçün zəlzələ təhlükəsi yalnız Xəzər dənizindən gözlənilir. Ona görə də həmin institutun məlumatı həqiqətə uyğun ola bilməz.

İnstitutun əməkdaşlarının Azərbaycan mütəxəssisləri ilə birgə tədqiqat aparmasından xəbərsiz olduğunu deyən Məmmədlinin sözlərinə görə, birbaşa Bakı və Abşeronda heç vaxt güclü zəlzələ olmayıb və olmayacaq da. Bu ərazilərdə zəlzələ ocaqları yoxdur.

O indiyədək aparılmış hesablamalara istindən bildirib ki, hazırkı seysmik rayonlaşdırma xəritəsinə görə, Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində Bakıda 8 ballıq təkanlar hiss edilə bilər. Amma zəlzələ yaxında olsa, onda Bakıda bu təkanlar 9 bal ola bilər. Çünki məsafədən asılı olaraq seysmik intensivlik sönür.

Tahir Məmmədli deyib ki, bundan əlavə, yerli mühəndisi geoloji şərait də zəlzələnin gücünə 1 bal artım verə bilər.

"Bakıda elə yerlər var ki, orada qrunt şəraiti daha pisdir və yeraltı sular yer səthinə daha yaxındır. Bun görə də bu amillər 1 bal da artım verir. Yəni ki, fon səviyyəsi 8 olduğu halda, yerli, yəni qrunt şəraiti onu bir qədər də artırır. Xüsusilə də, sahildə, bulvara yaxın ərazilərdə, Səbael, Nəsimi rayonunda, Xətai rayonunun bəzi yerlərində zəlzələnin 9 bala qədər hiss oluna bilən sahələri var",- Məmmədli deyib.

O deyib ki, Bakıda sovet dövründə tikilmiş binalar 6-7 bal gücünə hesablanıb. Çünki o vaxt - 1978-ci ilədək alimlər hesab edirdilər ki, Bakıda 6 bala qədər zəlzələ ola bilər. 1978-ci ildən sonra isə bunun 7 bal ola bilməsini açıqlayıblar. İndi isə məlum olur ki, Bakıda 8 bal gücündə zəlzələ ola bilər.

Tahir Məmmədli deyib ki, həmin illərdə seysmoloq alimlərin tədqiqatlarının nəticələrinə uyğun olaraq, Bakıda 7 bala uyğun binalar tikilib. Ona görə də Bakıda 8 bal gücündə zəlzələ olarsa, həmin binalar təhlükəyə məruz qalacaqlar. Bakı seysmik baxımdan çox təhlükəli zonadır. Sadəcə, onun mənbəyi Xəzər dənizindədir.

"Azərbaycanda neçə bal gücündə zəlzələnin ola biləcəyini azərbaycanlı mütəxəssislər özləri müəyyənləşdiriblər. Onlardan biri də mənəm. Mən deyirəm ki, Şamaxı-İsmayıllı-Qəbələ zonasında 10 bal gücündə zəlzələ ola bilər. İndiyə qədər belə deyilmirdi. Hazırda 8 ballıq zona hesab edilən Lənkəranda 9 bal gücündə zəlzələ ola bilər. Yəni bu dəyişikliyi Azərbaycan alimləri özləri deyiblər", - seysmoloq əlavə edib.

Qeyd edək ki, ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun yaydığı yeni məlumata görə, Bakı ərazisində güclü zəlzələlər ola bilər. Amma onlar bu zəlzələlərin nə zaman və konkret olaraq harada ola biləcəyini açıqlamayıblar. Alimlər bu nəticələrə son 10 il ərzində apardıqları tədqiqatlardan sonra gəldiklərini bildiriblər.


Geri dön

LoVe_LiFe

  • 17 iyun 2012 20:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
ALLAH bilen meslehetdir

✰GlaMurKa✰

  • 16 iyun 2012 14:56
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH KORUSUN wassat

_favorit_arkadas

  • 16 iyun 2012 14:29
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Allah uzaq eləsin...

--------------------

Melek Kiz

  • 16 iyun 2012 13:09
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
bow weydi inanmram

SWEET LOVE

  • 16 iyun 2012 09:14
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
ayyyyyy,ne piss.Allah zelzeleni azerbaycandan uzaq elesin,tesekkurler canim

my angel__

  • 16 iyun 2012 02:46
  • Məqalə: 291
  • Şərh: 10818
  • Bal:
{awards}
ayy bir defe wahidi olmuwam.bide olmaq istemirem...allah qorusun

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

faithful

  • 16 iyun 2012 00:36
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
teshekkurlerrrrrrrrrrr

adsiz2

  • 16 iyun 2012 00:20
  • Məqalə: 57
  • Şərh: 1729
  • Bal:
{awards}
oxumadim uzundur. tesekkurler

--------------------

.♣.Chrysalis.♣.

  • 15 iyun 2012 23:31
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
cox pis.cox sag ol ureyim menim xebein ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Slatkaya emocka.

  • 15 iyun 2012 23:23
  • Məqalə: 2
  • Şərh: 1391
  • Bal:
{awards}
ALLAH HER KESI BUTUN SEVDIKLERIMIZ QORUSUN ...INSALLAH

_Loveli_, Tamami ile sizinle raziyam...

✰Dгeaм✰

  • 15 iyun 2012 23:02
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah ozu bizi qorusun.Amin..

_Loveli_

  • 15 iyun 2012 23:00
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
bu ne seydii deyirsiz olur olsundee??? am bilirsiz zelzeledee ne qeder insan heyatin itirir....ne qederr evlerr dagilir.....biu bizim ucun dehsetli faciedir...buna gulub kecmek olmaz...insALLAH bele bir sey ne esiderik nede sahidi olariq...ALLAH uzaq elesinn!!!

--------------------
.......................

NeZNaKoMKa.

  • 15 iyun 2012 22:45
  • Məqalə: 385
  • Şərh: 2051
  • Bal:
{awards}
ALLAH uzaq elesin ((((((((((((((

--------------------

Nuray2012

  • 15 iyun 2012 22:41
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
smile Oyresmisem uje zelzeleye olur olsunda wink

--------------------

enigmatic_girl

  • 15 iyun 2012 22:40
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
zelzele bir defe gormusem balaca usag idim onda wink olmeden birde gorsem yaxsi olar silkelenek ozumuze gelek wink

--------------------

Sergio Ramos

  • 15 iyun 2012 22:15
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Eşitmişdim..
İnşallah yalan xəbər olar..

--------------------

SHARIM:)

  • 15 iyun 2012 22:04
  • Məqalə: 2
  • Şərh: 340
  • Bal:
{awards}
ALLAH elemesin
Nece gundur bizde(Zaqatalada)olur
Heqiqeten insan esidende pis olur amma zelzelenin sahidi olmaq baqsqa bir hisdi

ღ★Diamond★ღ

  • 15 iyun 2012 21:43
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
ele indi xeberlerde baxdim bu xebere

aksana1993

  • 15 iyun 2012 21:38
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
{awards}
xebere gore cox sag ol

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

---ANGELA---

  • 15 iyun 2012 21:33
  • Məqalə: 301
  • Şərh: 2716
  • Bal:
{awards}
ALLAH UZAQ ELƏSİN.....THANKS....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

frog

  • 15 iyun 2012 21:32
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
ALLAH ELEMESIN ALLAH OZU QORUSUN BIZI

_Kyonul_

  • 15 iyun 2012 21:28
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
Ayyyy,Allah uzaq elesin. lol
twk xebere gore

--------------------

★Miss Love★

  • 15 iyun 2012 21:25
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Duzgun olmaуan melumaтlari уaуib camaaтi narahaт edirler...Allah ozu qorusun...тewekkurler xebere gore

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 15 iyun 2012 21:24
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
ALLAH elemesin.xeber ucun twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}