Ölüm Arzulanan Bir Şeydirse

 
Ölüm Arzulanan Bir Şeydirse

Həyatdan doyursan.Yaşın irəliyib və artıq yaşad olmusan.Həyatın uçurumunda,Ölümün isə başlanğıcındasan.Nəfəsin gedir,gəlir.Hər dəfə nəfəsin getdikdə öldüyünü düşünürsən.Lakin hər dəfə dünyaya qayıdırsan və ətrafında dayanıb səni izləyən insanlara baxırsan...Bəlkədə səni heç kəs izləmir?Unudulmusan....
Qayıdaq əvvələ.Sənin uşaqlığın,yaşadığın evin və ailən!Hələ uşaqsan,lakin çox şey bilirsən.Hətta bəzən sənə çoxbilmiş deyə ləqəbdə qoyurlar.Fikir verirdim,bəzən uşaqlarla oynamaqdan etiraz edərək, gedib bir sakit yerdə oturardın.Saatlarca yoldan keçən maşınlara baxaraq fikrə dalırdın.Lakin anlamırdım nə düşünürsən.Heç kəsə bir kəlmə belə demirdinki,nə düşünürsən.Bəlkədə düşündüyün mövzu çox bəsit idi?Və ya əksinə,çox qəliz bir şey idi?Anlamaq olmurdu.Üzündə gülüş hiss olunmurdu...

İllər keçdi gənc oldun və tələbəlik illərin başladı.Heç kəsi tanımadığın bir mühitə düşdün.Fərqli insanlar,fərqli məkan və ən əsasıda fərqli qaydalar.Sənə zidd olmayan qaydalar idi.Amma bunlara dözməli idin.Çünki valideynlərin sənə inanırdıki sən Ali məktəbi bitirib sənət sahibi olacaqsan!Lakin onlar düşünmürdülərki arzuları ürəklərində qalacaq.Sən qorxaq olub Ali məktəbdən qaçdın!Onların qayda qanunları,tələbləri səni boğurdu.Quyunun dibinə addım addım yaxınlaşırdın,amma bilirdinki uçurumdasan.Lakin bunu fərqinə varmırdın!!Sənə güvənən,yolunu gözləyən ailənin damla damla axan göz yaşlarının heç durmadğını bilirdin,amma elə öz elədiyini edirdin...

İllər keçdi,dövran dəyişdi.Valideynlərin yaşad olub dünyalarını dəyişdilər.Sən isə şəhərin boş küçələrində sülənib bir dilim çörək pulu üçün dilənirdin.Bunu səbəbi özün idin.Bu şəraiti özün yatarmışdın,və şikayət etmeyin heçde doğru deyildi...
Və illər beləcə keçdi,artıq sənində yaşın artdı.Artıq həyat terzin çətinleşirdi,soyuqa davam gətirmirdin.Lakin yaşam uğrunda azda olsa mübarizə aparırdın.Saçına belə dən düşmüşdü.Qocaldığını sanırdın.Həqiqətən bu belə idi.Sen Qocalırdın!!!
Və həyatının son saatı,yox yox həyatının son dəqiqələridir.Boş,Qaranlıq küçədə divar künçünə sıxışıb halsız halda ölümlə savaşırsan!Amma qəbul edirsənki ölüm daha güclüdür,və səni yenəcək...Son saniyələr.nəfəsin gedir-gəlir.Gözün yumulur digər yerləri görürsən.gözün açılanda isə halsız halda yıxılıb qaldığın yer...bir anlıq bütün ağrıların yox olub gedir.Nəfəsində yerinə qayıdır.Elə bil cavanlıq vaxtındakı kimi sağlam olursan.Amma həmin anda son nəfəsini verib ölürsən...Həyatla mübarizədə məğlub olursan.Bütün həyatın bir matinor kimi sənə təqdim olunur,düşünürsən ki kaş ki.....


Geri dön

Ulya

  • 14 noyabr 2010 20:58
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
cox maraqlidi

Xatire

  • 13 noyabr 2010 23:45
  • Məqalə: 0
  • Şərh: 87
  • Bal:
{awards}
mende arada olur olmey arzusu

Just For Legend

  • 13 noyabr 2010 20:23
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
o haqdir

--------------------

Yusif

  • 13 noyabr 2010 19:44
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
xebere gore twkler maraqli de

Angel-Xranitel-666

  • 13 noyabr 2010 19:34
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
twk maraqlidi eee wink recourse

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}