Xoşbəxtlik həsrəti (30-cu hissə) - SON

 
Xoşbəxtlik həsrəti (30-cu hissə) - SON

- Buyurun?

- Vahid bəy, sizinlə danışmaq üçün çox uzaqdan gəlmişəm. Zamanım da azdır. Xərçəng xəstəsiyəm. Son həftələrim, son günlərimdir. Amma sizin həqiqəti bilməyiniz üçün burdayam.

- Siz axı kimsiz?

- Tərlan!

- Tərlan? Arifənin yoldaşı?

Bəli. Tərlan xəstəxanadan nəhayət ki, çıxa bilmişdi. Qıc olmaları olsa iynəsini vuracaq insan var deyərək, arxayın etmişdi həkimlərini. Lakin nə fayda? Onsuz da öləcəkdi. Heç olmasa Sevinci ölərkən xoşbəxt görmək istəyirdi. Sakitlik çöksə də Vahid Tərlanı dinləməyə məcbur idi. Axı mənəvi əzab çəkirdi.

- Sizin Sevinclə eşqbazlıq etdiyinizi Arifə zəng edib demişdi. Mən o andan Sevinci həyatımdan sildim. Mələyi də ona göstərmədim. Hətta uşağın da sizin olduğunu Arifə mənə demişdi.

Tərlan ani olaraq sarsıntı keçirtsə də Arifədən bunaları gözlədiyindən özünü ələ aldı.

- Vahid bəy, mən sonsuzam. Bunu Arifə ilə toyumuzdan bir neçə ay sonra şəhərdə müayinə zamanı öyrənmişik. Arifə bunu yaxşı bilirdi. Sevincə bir dəfə olsun pis niyyətlə baxmamışam. Lakin uşaqlığımdan onu sevmişəm. Bir dəfə olsun onun adına ləkə gəlməsini istəməmişəm. Arifə ilə evlənəndə Sevinc çoxdan sizinlə evli idi. Onu yenidən hamilə olanda gördüm. Çox sıxıntı keçirtdiyini də yoldaşım Arifədən öyrəndim. Anam öləndə bizə gəlmişdi. Kömək etməyə. Bir dəfə onda başsağlığı verəndə danışmışıq. Bir-iki kəlmə. Bir də Mələyin ad günündən 3 gün sonra Əsmər xanımın məktubunu ona verəndə Mələyin şəklini göstərəndə danışmışıq. Ona kimi hər ay məktubu Dilarə xalaya verərdim. Ya da Sevincə verib gedərdim. Kəndə də Arifə qısqandığı üçün şayə yayıb. Lakin hər şeyin doğrusunu bir Allah bilir. Bir Sevinc, bir də sizlə mən. İnsana şər yaxmaq asandır. Lakin gün gəlir etdyin yanlışlıq mənəviyyatını incidir. Doğru etmədiyini gec də olsa dərk edir insan.

Xoşbəxtlik həsrəti (30-cu hissə) - SON

Zəminə eşitdikcə alışıb yanırdı günah içində. Vahid bir insanın həyatının son anlarında yalan deməyəcəyini bildiyi üçün inanırdı. Həm də Sevincin yeri bura idi. Mələyin və onun yanı. Bu ev eşik yalnız onun ayaqları altına atılacaq qədər ucuz idi. Bir an belə tərəddüt etmədən Tərlana qoşulub yola çıxdı. Zəminə də Mələyi götürüb onlarla birgə getdi. Maşında Tərlan ona həyatdakı hər şeyin qədrini bilməyini, kimsənin sözündən ötrü kimsənin qəlbinə dəyməməli olduğunu başa saldı. Tərlan Sevincin xoşbəxtliyi üçün bu səfərə çıxmışdı. Hiss edirdi ki, taqəti daha qalmayıb. Vahiddən son arzusunu istədi: "Sevinci dünyanın ən xoşbəxt anası, ən xoşbəxt həyat yoldaşı və ən xoşbəxt insan et!". Vahid onun son istəyini qəbul edib. Əməl edəcəyinə söz verdi. Beləliklə, Sevincin ata evinə çatdılar. Qapını açıb evə girdilər. Tərlan bir tərəfinin tamamilə tutulduğunu hiss etsə də bu anı görməli idi.

- Vahid??? Mələk!!!!

Sevinc Vahidi görüb çox təəccüb etsə də Mələyi Zəminənin qucağında görüb ona doğru atıldı. Sevincinin həddi hüdudu yox idi. "Balam! Şip-şirin balam." Vahid artıq Tərlandan öyrənmişdi ki, Əsmər hər ay Sevincə məktub yazırmış. Mələyin bu günə kimi necə böyüdüyündən bəhs edirmiş. Buna görə sadəcə ona təşəkkür borclu idi. Bir ananı balsından ayrı qalsa da ondan xəbəri olması ümid yeridir. Sevinci Mələksiz yaşadan da elə o ümid idi. Budur Mələyi bərk -bərk bağrına basıb öpür, ətrini içinə çəkirdi. Qəribəsi odur ki, Mələyin də qanı bu "yad" insana qaynamışdı. Başqaları onu öpəndə üzünü çəkən o uşaq Sevincin öpüşlərindən yayınmırdı. Bu səhnəni görən tək Tərlan deyildi. Maşının küçəyə girdiyini görən hamı darvazadan boylanıb baxırdı. Arifə də gəlmişdi. Dilarə Vahiddən gəlişinin səbəbini artıq anlasa da bir daha eşitmək istədi. Vahid hər kəsin bərəlmiş gözlərinin onlara zilləndiyini görüb dedi:

- Mən bir zamanlar Arifənin yalanına, böhtanına inanıb gül kimi xanımımı tərk etdim. Qızımızı da ona həsrət qoydum. Arifənin sayəsində günah ardınca günah etdim. İndi həqiqəti öyrənmişəm. Və gəlmişəm ki, Sevincdən üzr istiyib evimizə geri aparam. Sevinc gözləri dolsa da Mələk üçün razı oldu. Vahidə isə dedi: "Səni də Zəminə xanımı da mən bağışladım. İndi qoy Allah sizi bağışlasın!"

Bu Tərlanın son gördüyü və eşitdiyi sözlər idi. Ordaca dünyasını dəyişib əbədiyyətə qovuşdu. Söylənməyən, eşidilməyən tək bir cümlə qaldı: "Mən səni həmişə sevmişəm və sevəcəyəm Sevinc!"...

Xoşbəxtlik həsrəti (30-cu hissə) - SON

Hal-hazırda:

Sevinc Vahidlə çox xoşbəxtdir. İkinci uşaqları doğulmaq üzrədir. Mələk ilk andan anasına isindi. Əsmər onların xoşbəxtlikləri üçün əlindən gələni əsirgəmir. Sevincə ev işlərində və Mələyə baxmağa çox kömək olur. Ailə həyatı qurmamaqda hələ də israrlıdır. Zəminə etdiyi yanlışlıqları yuya bilmək üçün tövbə edib Allah yoluna gəlib. Fidan kənddə diş həkimliyi edərək oğlunu heç nəyə ehtiyac duymadan böyüdür. Arada Vahid də Sevinclə onlara baş çəkir. Nadejda başqa biri ilə ailə qursa da iki balasını da Vahidə görməyə icazə verir. Vahid hər ay onlara maddi olaraq köməklik edir. Cavid vaxtı ikən etdiyi yanlışlığı hələ də dərk etmir. Vahidin gec tez geri qayıtdığını sözünün sübutü kimi göstərib özündən razılıq edir. Arifə isə Tərlanın ölümündən sonra hər gün məzarlığa gedir. Qəbri üstə Allahdan özünə ölüm arzulayır...

Xoşbəxtlik həsrəti (30-cu hissə) - SON


Həyat paylaşılmağa dəyər. Lakin onu paylaşdığımız insanlara bir nəzər yetirməli, ondakı mənfi cəhətlərdən çox müsbətləri axtarmağa da zaman ayırmalıyıq. Hər insan ikinci şansa layiqdir. Bunu kimsədən əsirgəməyək. Ən önəmlisi isə yaşanan hər bir çətinliyə, hər əzaba, hər xoşbəxtliyə daim şükr edək. Allaha şükr edərək günümüzü başlayıb, şükürlə də bitirək. Aldığımız hər nəfəsə görə Allaha min şükür!!!

Yazan: Xəyalə Murad (29. 05.2012)

İcazəsiz kopya edilməsi qadağandır.


Geri dön

dj deniz

  • 12 iyul 2012 12:08
  • Məqalə: 0
  • Şərh: 146
  • Bal:
axirki men hamisini oxudum amma bezilerine serh yazmamisdim twk

--------------------
AnLa MəNi............

Miss Lady

  • 30 iyun 2012 21:30
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
cox sagol tebriz...axirki bu hekayenin sonuna geldik...cox maragli ve tesirli idi....cox sagol...insallah bawga bele gozel ve terrbiyevi hekayeleri bize teqdim edersen.

Xəyalə Murad

  • 30 iyun 2012 15:08
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
SİZLƏR SAĞOLUN Kİ HƏR HİSSƏNİ BELƏ MARAQLA OXUDUZ İZLƏDİZ. ƏMƏYİMƏ DƏYƏR VERƏN TƏBRİZ BƏYƏ DƏ XÜSUSİ MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM. BÜTÜN OXUCULARIMI DOSTLUĞUMA DƏVƏT EDİRƏM. HAL HAZIRDA MÖHTƏŞƏM BİR ROMAN ÜZƏRİNDƏ İŞLƏYİRƏM İNŞALLAH PAYIZDAN ETİBARƏN SİZ OXUCULARIMA TƏQDİM EDƏCƏM....



Aysel_

  • 26 iyun 2012 18:03
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Mutlu sonla bitdiyine gore cox sevindim...Bu meqale de menim cox xosuma gelirdi..Tesekkurler..

angelochik

  • 21 iyun 2012 20:43
  • Məqalə: 0
  • Şərh: 337
  • Bal:
{awards}
Cox super,ne yaxwiki mutlu sonla bitir,Cox beyenirdim zaten bu hekayeni...

guncicek

  • 20 iyun 2012 20:00
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
mutlu sonla biten hekayelerden cox xosum gelir cox beyendim

--------------------

music_angel

  • 19 iyun 2012 17:36
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
ay ne gozel hekayedi..oxudum hamiyada meslehet edirem........................

--------------------

LoVe_LiFe

  • 18 iyun 2012 09:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coxx beyenirdimmm severekde oxuyurdum tewekkurler

Analia

  • 17 iyun 2012 22:30
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
cox sag olun Xeyala xanim... ellerinize ve yureginize saglik... cok guzeldi

frog

  • 17 iyun 2012 17:03
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
maraqli idi....................chox sagol............... love

enigmatic_girl

  • 17 iyun 2012 15:49
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir.... winked

--------------------

TAYNA VOSTOKA

  • 17 iyun 2012 14:30
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Həyat paylaşılmağa dəyər. Lakin onu paylaşdığımız insanlara bir nəzər yetirməli, ondakı mənfi cəhətlərdən çox müsbətləri axtarmağa da zaman ayırmalıyıq. Hər insan ikinci şansa layiqdir. Bunu kimsədən əsirgəməyək. Ən önəmlisi isə yaşanan hər bir çətinliyə, hər əzaba, hər xoşbəxtliyə daim şükr edək. Allaha şükr edərək günümüzü başlayıb, şükürlə də bitirək. Aldığımız hər nəfəsə görə Allaha min şükür!!!--COX SAG OLUN DEYERLI XEBERE GORE

--------------------

..:MeleK kiz:..

  • 17 iyun 2012 13:35
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
sonuna cox sevindim yaxsi bitti cox beyenerek oxudugum bir yazi idi

✰GlaMurKa✰

  • 17 iyun 2012 13:21
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
maraqli idi tesekkurlerrr

✰Dгeaм✰

  • 17 iyun 2012 13:09
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Dosi yaaaa ardi yoxdu cox pis oldu...Amma yene de gozel hekaye idi.

ღ★Diamond★ღ

  • 17 iyun 2012 12:14
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Həyat paylaşılmağa dəyər. Lakin onu paylaşdığımız insanlara bir nəzər yetirməli, ondakı mənfi cəhətlərdən çox müsbətləri axtarmağa da zaman ayırmalıyıq. Hər insan ikinci şansa layiqdir. Bunu kimsədən əsirgəməyək. Ən önəmlisi isə yaşanan hər bir çətinliyə, hər əzaba, hər xoşbəxtliyə daim şükr edək. Allaha şükr edərək günümüzü başlayıb, şükürlə də bitirək. Aldığımız hər nəfəsə görə Allaha min şükür!!!

Niqul

  • 17 iyun 2012 12:06
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
Xosbextlik hesreti sonunda bitdi bu maraqli romana gore cooooooooooooooooooox tewekkurler yazan elleriniz yorulmasin winked smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

★Miss Love★

  • 17 iyun 2012 11:20
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Axirki sona geldik cox maraqli idi axirida уaxwi biтdi...тewekkurler winked

Angel_Boy

  • 17 iyun 2012 11:19
  • Məqalə: 17
  • Şərh: 210
  • Bal:
{awards}
Biraz oxudum hamisi cox maraqli idi twk ellerinize saglig

--------------------
BY-admin-hemid jhnafuaifhlmsfuhsahfai

CiCeK PeRiSi

  • 17 iyun 2012 11:18
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
Sozun duzu cox oxumadim amam yazan elleriniz var olsun

Sky Star

  • 17 iyun 2012 11:00
  • Məqalə: 1
  • Şərh: 518
  • Bal:
{awards}
super maraqli idi.yenede xosbext sonluq twkler cox maraqli idi

--------------------
Nə olar, sevgilim başa düş məni, həsrətdən tükənib, qalmayıb səbrim, deyəsən, ayrılıq qapını döyür, açma bu qapını sevirəm səni...

aksana1993

  • 17 iyun 2012 10:25
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
emeye gore cox sag ol

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

Nuray2012

  • 17 iyun 2012 10:12
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol..........

--------------------

Воровской

  • 17 iyun 2012 09:08
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
cox sagol menali idi ))))))))))))))))))))))

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}