İngilis Qadınlar Niyə Müsalman olur?!

 
İngilis Qadınlar Niyə Müsalman olur?!

Tony Blairin baldızının Müsəlman olmasının ardından Daily Mail, "Niyə bir çox müasir, karier sahibi qadın İslama dönür?" başlıqlı bir xəbər nəşr etdi.
İngiltərənin köhnə baş nazirlərindən Tony Blairin 43 yaşındakı jurnalist və nəşrçi baldızı Lauren Boothun Müsəlman olmasının ardından, Daily Mail qəzeti bir məqalə nəşr edərək İslamı seçən İngilis qadınların sayında artım olduğunu ifadə etdi.

"Niyə bir çox müasir, karier sahibi qadın İslama dönür?" başlıqlı xəbərdə, indi 43 yaşında olan dünya tərəfindən tanınmış musiqi kanalı MTVin Müsəlman olan məşhur spikeri Kristiane Backerin şərhlərinə yer verildi.

MTV televiziyası qurulduğunda beyin dəstəsi arasında iştirak edən Backer, "İşim gərəyi Müsəlman inancını araşdırdım. Çünki dünyanın dörd bir tərəfinə səyahət edirdim və bir çox məşhur adamla müsahibələr edirdim. İslamın dəyər sistemləri Qərb ölkələrindən çox fərqli idi. Stressdən uzaq, hər şeyi Allah üçün etmək lazım olduğu mənim üçün çox əhəmiyyətli idi" deyə danışdı.

Pakistanlı məşhur kriketçi İmran Khanla fikir müzakirəsinin ardından İslamiyyəti yaxından tanıma fürsəti tapdığını ifadə edən Backer, işindən ayrıldı və indi "MTVdən Məkkəyə" adlı öz yazdığı bir kitabı bazara sürdü.

Müsəlmanlığı qəbul edən qadınlardan biri də 32 yaşındakı Camilla Leyland. Yoga müəllimliyi, barış aktivisti və jurnalistika edən Leyland da işi gərəyi Müsəlman ölkələrdə olduğu üçün İslamiyyəti araşdırma şansı tapmış. Camilla Leyland, İslamiyyətlə çox fərqli mənəvi duyğular yaşadığını söylədi.

Müsəlman olan məşhur qadınlar arasında iştirak edən köhnə DJ Lynne Əli indi 5 vaxt namazını qaçırmır. Müsəlman olmadan əvvəl qatıldığı bütün lüks əyləncə və partiyalarda hər vaxt, həyatında bir şeylərin əskik olduğunu düşündüyünü ifadə edən köhnə DJ, işıqlanmağı İslamiyyətdə tapdığını ifadə etdi. Lynne Əli "Çox sayda maraqlı həyat və qarşılaşmalar məni təsir etdi, mənim bir parçam oldu. Ancaq bunlar keçmişdə qaldı" dedi.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:05
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 15 noyabr 2010 16:29
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
coxsagol xebere gore

MuslimGirl

  • 15 noyabr 2010 16:22
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Tesekkurler. Bezi insanlar uzaqdan da olsa haqqi gorurler.

Yusif

  • 15 noyabr 2010 13:45
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Qadinlara muselmanliq yarasir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 56
Cəmi: 85

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}