“Tanrıların qidası” və “ölüm legionu”: 10 ən faydalı və ziyanlı qida

 
“Tanrıların qidası” və “ölüm legionu”: 10 ən faydalı və ziyanlı qida


Düzdür, hələlik, ötən əsrin ortalarında yaşayan fantastların «Hər şeyin dərmanı olan həb» arzusu əlçatmazdır. Əslində, alimlərin sağlam qida ilə bağlı vahid formul – superpəhriz ilə bağlı yekdil qərara gələ bilmədikləri dövrdə “superhəb” barədə danışmaq da yersizdir. Amma sağlam qidalanmaq üçün bəzi məsləhətlər artıq mövcuddur.

Ən geniş yayılmış pəhrizlərin siyahısı onlarladır və alimlər hər il yeni qida sxemləri hazırlayırlar. Onların bəziləri arıqlamaq, bəziləri xəstəliklərin profilaktikası, üçüncüləri isə idmanla məşğul olmaq üçündür.

Amerikalı həkim Fred Larson bildirir ki, bütün bu pəhrizlərdən baş çıxartmaq həddən artıq çətindir: «Amma normal düşüncə göstərir ki, bütün bu pəhrizlərdən və dietik elmi araşdırmalardan fayda əldə etməyin bir yolu var: məsləhətləri analiz etmək və onların əsasında sağlam qida üçün lazım olan ərzaq siyahısını hazırlamaq».

Bu siyahı öz-özlüyündə universal pəhriz olmayacaq. Amma sizin pəhrizinizin hansı məqsəd güdməsindən asılı olmayaraq, bu ərzaqlar qidanızın ayrılmaz hissəsinə çevrilməlidir.

Bostondakı Tafts Universitetinin tədqiqatçısı Elis Lixtenşteyn də bildirir ki, bu ərzaqların sizin rasionunuza daxil edilməsi sağlam həyat tərzi və qidalanma üçün vacibdir: «Sözsüz ki, digər faydalı qidalar və fiziki aktivliklə bir yerdə».

Amma hətta bu sağlam ərzaqlarla da ehtiyatlı olmaq gərəkir. «Ailəni düzgün qidalandır» adlı bestsellerin müəllifi, dietoloq Eliza Zid vurğulayır ki, bəzi ərzaqlar ancaq məhdud miqdarda xeyirlidir. O, buna misal kimi qozu göstərir. Qoz faydalı maddələrlə zəngindir. Amma çox kalorili olduğundan, onu sağlamlığa zərər vurmadan çoxlu miqdarda yemək olmaz.

Beləliklə, sağlam insanın rasionu üçün tələb olunan 10 ən çox məsləhət görülən və «Tanrıların qidası» adlandırılan ərzaq məhsullarının siyahısını təqdim edirik.

Yumurta

Yumurta çox faydalı ərzaqdır, hər bir şəxsin əldə edə biləcəyi qədər ucuzdur və keyfiyyətli və faydalı zülal mənbəsidir. Çoxsaylı tədqiqatlar göstərib ki, səhər yeməyi zamanı yumurtadan istifadə edilməsi ənənəsi özünü doğruldur. Amerikalı həkim Elizabet Uord bununla bağlı deyir: «Əgər siz səhər yeməyi zamanı 2 yumurta yesəniz, çox güman ki, gün ərzində daha az kalori qəbul edəcəksiniz. Məntiqi olaraq, siz xolesterinin səviyyəsinə təsir etmədən, çəkinizi aşağı ala biləcəksiniz».

Bundan əlavə, yumurtada 12 adda vitamin və mineral, o cümlədən xolein var. Bu, uşaqlarda beynin inkişaf etməsi, yaşlılarda isə onun normal fəaliyyət göstərməsi üçün böyük əhəmiyyətə malik olan V qrup vitaminlərə aiddir. Yaşlı adamlarda xoleinin qəbul edilməsi birbaşa yaddaşın işinə təsir göstərir.

Amma alimlər onu da vurğulayırlar ki, yumurtadan həddən çox istifadə etmək də olmaz. Onun tərkibində xolesterin olduğundan, gün ərzində 2 ədəddən çox yumurta yemək məsləhət deyil. Alimlər bir daha vurğulayırlar ki, sağlam qida rasionunu yumurtasız təsəvvür etmək olmaz.

Qızılbalıq

Qızılbalıq son onilliklərin ən populyar pəhrizlərinin tərkibindəki omeqa-3 yağlı turşunun mənbəyidir. Çoxsaylı araşdırmaların hamısı sübut edib ki, bu turşu ürək-damar sisteminin sağlam qalmasının əsasıdır.

Tədqiqatların nəticəsi o qədər əminlik ifadə edir ki, Amerika həkimlər assosiasiyası həftə ərzində ən azı 2 dəfə qızılbalıq yeməyi məsləhət görürlər.

Faydalı turşulardan əlavə, qızılbalığın digər müsbət cəhətləri də var. Məsələn, onun kaloriliyi aşağı olduğundan, qızılbalığı arıqlamaq istəyənlərin rasionuna salmaq olar. Bu, həm də orqanizmimizin tələb etdiyi dəmirin çox gözəl mənbəsidir. Qızılbalıqda zərərli, doymuş yağlar demək olar ki, yox dərəcəsindədir.

Qızılbalıq ən müxtəlif pəhrizlər üçün çox rahat məhsuldur. Çünki onun hazırlanmasının ən müxtəlif üsulları mövcuddur. Lixtenşteyn deyir ki, balığın əleyhinə olmayan, amma hər hansı səbəbdən qızılbalığı sevməyənlər bədbin olmamalıdırlar. Omeqa-3-lə zəngin olan digər balıqlar var: məsələn, tunes. Amma ümumi faydalı cəhətlərinə görə, qızılbalığın yerini heç bir digər balıq verə bilmir.

Qızılbalığı və ya digər dəniz balıqlarını qəbul etməyə hazır olanlar bir cəhəti də yaddan çıxartmamalıdırlar: bu balığın həddən çox istifadə edilməsinin mənfi cəhətləri də var. Çünki onun tərkibində civənin səviyyəsi yüksəkdir. Amma gün ərzində 1 balıq qidası yeməkdə təhlükə yoxdur.

Qoz

Bir tərəfdən, dietoloqların çoxu tərkibində yağın səviyyəsinin yüksək olması səbəbindən qozdan çox istifadə edilməsinin əleyhinədirlər. Amma son illərin tədqiqatları göstərir ki, onsuz superməhsulların siyahısı natamam olardı.

Birincisi, qozun tərkibindəki yağların böyük əksəriyyəti ürək-damar sistemi üçün faydalıdır. İkincisi, qozun tərkibində orqanizmin qocalmasının və xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan xeyli antioksidant var. Nəhayət, onu da yaddan çıxartmamalıyıq ki, qoz faydalı bitki mənşəli zülalın mənbəyidir.

Amma alimlər yenə də hər şeyin bir həddinin olmasının tərəfdarı kimi çıxış edirlər: «Normal miqdarda istifadə etdikdə, qoz xolesterinin səviyyəsini azaldır və çəkinin düşməsinə kömək edir. Salata bir qədər qoz əlavə etmək və ya azacıq püstə yemək kifayətdir ki, bu superməhsul pəhrizinizdə öz yerini tutsun».

Brokolli kələmi

Bir müddət öncəyə qədər çoxları Azərbaycanda bu kələmin adını belə bilmirdilər. Elə dünya alimləri də brokollinin adını çox az çəkirdilər. İndi isə bu kələmi Azərbaycanda da rahat tapmaq olar, üstəlik alimlər də onun faydalı keyfiyyətlərini sübuta yetiriblər.

Əvvəllər brokollini ancaq zərif və ləzzətli yemək həvəskarlarının tapıntısı hesab edirdilər. Amma zaman keçdikcə bu kələmin sağlam qida rasionundakı rolunun əvəzsiz olduğunu göstərən daha çox faktlar toplanıb. Bu gün həkimlər bilirlər ki, brokolli vitaminlər və minerallarla bol olan əsl xəzinədir. Məsələn, onun tərkibində A, S və K vitaminləri kifayət qədərdir.

İndiyə kimi hesab edilirdi ki, A vitamini ancaq portağalın tərkibində üstünlük təşkil edir. İndi isə məlum olub ki, brokollinin tərkibində də bu faydalı vitamindən kifayət qədərdir. K vitamini indiyə kimi qiyməti verilməyən, amma sümüklər üçün faydalı olan vitamindir. Brokollidən istifadə onun orqanizmə çatdırılması üçün ən yaxşı yol hesab edilir.

Kələmin digər növlərində olduğu kimi, brokllidə də lflərlə boldur. Bu, insanda doymaq hissi yaradır, eyni zamanda, çəkinin artmasına yol vermir. Kanadanın Ontario ştatının Universitetinin alimlərinin son tədqiqatlarının nəticəsinə görə, brokollidən istifadə xərçəng xəstəliyinin bir neçə növünə, o cümlədən kişilər arasında çox yayılan prostat vəzinin xərçənginə tutulmaq riskini azaldır. Bundan əlavə, hamilə qadınların bu kələmi qəbul etməsi, doğulacaq körpədə patologiya hallarının qarşısını alır.

Zeytun yağı

Zeytun yağı ən qədim zamanlardan çox gözəl keyfiyyətləri ilə məşhurdur. Alimlər hesab edirlər ki, bu, qidada istifadəsi doğru sayılan yeganə yağlı məhsuldur. Hələ 1980-ci illərdə aparılan tədqiqat göstərib ki, əhalisinin xeyli hissəsinin siqaret çəkdiyi İtaliya və Yunanıstan kimi ölkələrdə ağ ciyər xərçənginin səviyyəsi digər ölkələrdəkindən azdır. Səbəb isə birdir: bu ölkələrdə zeytun yağından daima və böyük miqdarda istifadə edilir.

Sonrakı illərin tədqiqatı zeytun yağının onkoloji xəstəliklərin profilaktikasındakı yüksək effektivliyini təsdiq edib. Özü də, söhbət xərçəngin ayrı-ayrı növlərindən deyil, ümumiyyətlə bu xəstəliyin hüceyrələrinin məhv edilməsindən gedir. Alimlər qeyd edirlər ki, hər şey zeytundakı antioksidantların səviyyəsinin yüksək olmasındadır.

Zeytun yağının ikinci müsbət cəhəti onun ürək-damar sisteminə müsbət təsiridir. Məsələn, tərkibində zeytun yağı bol olan pəhriz saxlayanlar arasında ürək-damar sistemindəki xəstəliklər səbəbindən ölüm halları digərlərinə nisbətən iki dəfə azdır.

İspanaq

Elə ispanaq da qədim zamanlardan ən gözəl bitkilərdən biri sayılıb. Amerikalıların bir neçə nəsli ispanaq yeyərək məğlubedilməz şəxsə çevrilən dənizçi Papea barəsində cizgi filminin təsiri altında böyüyüb. Alimlər qeyd edirlər ki, bu cizgi filmindəki mübaliğə dərəcəsi o qədər də böyük deyil. İspanağın superməhsullar siyahısındakı yeri ümumiyyətlə müzakirə edilməməlidir. Çünki onun faydalılığı şübhə doğurmur.

Əsas müsbət cəhət onun qidalılıq xüsusiyyətindədir: ispanaq heç bir artıq kalori vermədən insanı doyurdur. O, qanda şəkərin miqdarını azaldır, tərkibindəki flavonidlər, eləcə də aktivliyə təsir edən fermentlər sayəsində xərçəngin profilaktikasında effektiv vasitə sayılır.

İspanaq mədə, bağırsaq və prostat vəzi xərçənginə qarşı mübarizədə daha effektivdir.

İspanağın tərkibində antioksidantlar, S və E vitaminlərinin, betakartion, sinkin olması osteoporoz, ateroskleroz və yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün onu əvəzedilməz məhsula çevirir.

Amma bu da son deyil. İspanaqda A vitamini zəngindir və bu da onu dəri xəstəlikləri və psoriazla mübarizədə vacib məhsula çevirir. Onun tərkibindəki K vitamini isə sümük quruluşuna və beynin işinə köməklik göstərir.

Son tədqiqatlardan birinin nəticəsi isə göstərir ki, ispanaqdan daimi istifadə immun sisteminin xeyli yaxşılaşmasına gətirib çıxarır.

Yoqurt

Yağsız natural yoqurtlar süd məhsulları dünyasının «kralı» hesab edilir. Onların tərkibində kalsium və digər faydalı birləşmələr, məsələn protein və kalium digər süd məhsullarındakından çoxdur. Bundan əlavə, yoqurtlara asanlıqla digər faydalı maddələr də əlavə etmək olar.

Yoqurtlar mədə-bağırsaq sistemi üçün faydalıdır. Onların probiotiklərlə zənginləşdirilmiş bəzi növləri xüsusilə faydalı sayılır. Laktozanı pis qəbul edən insanlar yoqurtu adi süddən daha yaxşı mənimsəyirlər.

Tədqiqatların çoxu göstərir ki, ən faydalı yoqurtlar D vitamini ilə zənginləşdirilən adi yoqurtlardır. Onları da natural meyvələrlə qəbul etmək daha çox məsləhət görülür.

Amerikalı həkim Robert Zini bildirir ki, natural yoqurtlarda bizim orqanizmimiz üçün vacib olan bütün faydalı maddələr var: «Öz-özlüyündə orqanizmə bu qədər fayda verə biləcək ikinci ərzaq məhsulu yoxdur».

Giləmeyvələr

Alimlər qeyd edirlər ki, giləmeyvələrin tərkibində olan faydalı maddələrin siyahısı sonsuzdur. Tədqiqatlar daha çox hər bir giləmeyvənin tərkibində olan antioksidantları göstərirlər. Bu, uzunömürlülüyə birbaşa yol və onkoloji xəstəliklərdən müdafiədir. Giləmeyvələrin kalorisi azdır, onlarda su və bitki liflərinin faizi böyükdür. Bunun sayəsində giləmeyvə insanı doydurur, amma çəkisinin artmasına imkan vermir. Giləmeyvələrin şirin növləri isə insanın orqanizmi üçün zərərli olan şəkəri azaltmağa kömək edir.

Alimlərin fikrincə, ən faydalı giləmeyvə qaragilədir. Qaragilədə antioksidantların faizi xüsusilə yüksəkdir.

Giləmeyvələrdə insan orqanizmi üçün mənfi xüsusiyyətlər isə yoxdur. Onlar ancaq allergiyası olan və mədəsi çiy qidanı qəbul etməyən insanlarda problem yarada bilər.

Paxlalılar

Paxlalı bitkilər də insanda doymaq hissi yaradır, amma piy qatlarının əmələ gəlməsinin qarşısını alır. Bu, paxlalı bitkilərin ən geniş çox məlum olan müsbət cəhətidir. Amma yeganə cəhəti deyil: paxlalılar bitki zülalının, karbohidratların, maqnezium və kaliumun mənbəyidir. Soyalı paxlalılarda omeqa-3 turşuları olduğundan, onlar xüsusilə faydalıdır.

Paxlalılarda əsəb sisteminin və yaddaşın normal işləməsi üçün faydalı olan lesitinin səviyyəsi də yüksəkdir.

Paxlalı bitkilərin daha bir vacib cəhəti isə ondan ibarətdir ki, onlar yemək masasında ət məhsullarını əvəz edə bilərlər. ABŞ Milli Səhiyyə Assosiasiyası tədqiqatlara əsaslanaraq insanları həftədə ən azı 3 dəfə paxlalı bitkilər qəbul etməyə çağırır.

Tünd şokolad

Tədqiqatçılar yekdilliklə bildirirlər ki, səhhəti ilə bağlı narahat olan insanlar qida rasionuna tünd şokoladı daxil etməlidirlər. Şokoladın bu növünün üstünlüklərinin siyahısı (digər növlərə aid deyil) böyükdür. Onlardan bəzilərinə diqqət yetirmək kifayətdir.

Tünd şokolad qan təzyiqini aşağı salır. O, tərkibindəki antioksidantların səviyyəsinə görə lider mövqelərdən birindədir. Amma nəzərə almaq lazımdır ki, tünd şokoladı südlə qarışdırmaq olmaz: antioksidantların səviyyəsi aşağı düşəcək.

Digər tədqiqatlar göstərib ki, tünd şokolad yaddaşın yaxşılaşmasına kömək edir, xolesterinin səviyyəsini aşağı salır, immuniteti yüksəldir.

Amma tünd şokoladdan həddən çox istifadə etmək olmaz: çox kalorili olan bu qida məhsulu çəkinin artmasına səbəb olur.

Beləliklə:

Yumurta

+ Zülal, 12 vitamin növü
- Həddən çox istifadə olunduqda, xolesterini artırır

Qızılbalıq

+ Ürəyin sağlamlığının əsası olan omeqa-3 turşusu
- Balıqda civənin çox olması səbəbindən həddən çox istifadə etmək olmaz

Qoz

+ Xolesterinin səviyyəsini azaldır, qocalıqla və xərçənglə mübarizə aparır
- Ancaq az miqdarda faydalıdır, piylənməyə yol aça bilər

Brokolli kələmi

+ Vitamin xəzinəsi, xərçənglə mübarizə
- Yoxdur

Zeytun yağı


+ Xərçəng və ürək xəstəlikləri ilə effektiv mübarizə
- Yüksək kalorili olması səbəbindən çox istifadə zərərlidir

İspanaq

+ Vitaminlər və antioksidantlardan ibarət bomba
- Böyrək, qara ciyər və podaqrası olan şəxslərə çox istifadə məsləhət deyil

Giləmeyvə

+ Vitamin və antioksidantların tükənməz mənbəyi
- Yoxdur

Paxlalılar

+ Xolesterinin səviyyəsini aşağı salır, ürək və əsəb sisteminə xeyirlidir
- Böyük miqdarda qəbul edildikdə, mədə üçün ziyanlıdır

Tünd şokolad

+ Ən yaxşı antioksidantlardan biridir
- Yüksək kaloriliyi səbəbindən ancaq az miqdarda xeyirlidir

Yoqurt

+ kalsium və digər maddələrlə zəngindir, mədə-bağırsaq sisteminə yaxşı təsir edir
- Ancaq natural yoqurtlar xeyirlidir.


«Ölüm legionu»

Faydalı məhsullarla yanaşı, hər gün bizim ölümümüzü daha da yaxınlaşdıran məhsullar var. Dietoloqlar bu gün hər birimizin qəbul etdiyi bu məhsulların da qısa siyahısını hazırlayıblar.

Alkoqol: Hətta az miqdarda belə vitaminlərin qəbulunun qarşısını alır. Bundan əlavə, yüksək kalorilidir.

Qazlı içkilər: Qaz, kimyəvi maddələr və şəkərin qarışığı zərərli maddələrin orqanizmimizdə tez bir zamanda mənimsənilməsinə kömək edir.

Hamburgerlər: Həzm sistemini pozur, qıcqırma, qastrit, qəbzliyə səbəb olur.

Fri kartofu: Uşaqların ən sevimli qidası olan fri kartofu piylənməyə, xolesterinin səviyyəsinin artmasına, ürəyin işemik xəstəliyinin, infarkt və insultlara gətirib çıxarır.

Qril toyuqları: Xolesterinin artmasına, qocalma prosesinin sürətlənməsinə, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.

Pitsa:Duzun çox olması arterial təzyiqə gətirib çıxarır, piylər isə ürək tutmaları və insulta səbəb ola bilər.

Ponçik: Tərkibində çoxlu miqdarda yağ və karbohidrat, eləcə də kansorgenlər var. Həzmə pis təsir göstərir, mədənin selikli qişasını zədələyir və qıcqırmaya səbəb olur.

Sosiska və kolbasalar:Gizli yağlar deyilən maddələri özündə birləşdirir, onlara aromatizatorlar və dadı dəyişən maddələr vurulur. Bundan əlavə, onlarda təbii məhsulun səviyyəsi az olur.

Çipsi:Dad dəyişən, boyalı maddələr və ədviyyatla, yağalar və piylərlə bol olur.

Şokoladlı batonlar: Boyalar, şəkər və qida əlavələrinin yüksək faizli qarışığı xəstəliklərə aparan yoldur.


Geri dön

LoVe_LiFe

  • 18 iyun 2012 10:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
maraqliydi tewekkurler

..:MeleK kiz:..

  • 17 iyun 2012 20:35
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
adini hec beyenmedim ona gorede oxumadim incime qardasim

_BiRiCiK_

  • 17 iyun 2012 20:21
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Tewekkür................

--------------------

come back

  • 17 iyun 2012 18:54
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler bunlarin coxunu bilirdim bilmediklerimi de oyrenmiw oldum

pisik.

  • 17 iyun 2012 18:49
  • Məqalə: 0
  • Şərh: 288
  • Bal:
{awards}
tesekkurlerr

enigmatic_girl

  • 17 iyun 2012 18:11
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
qoz yeyirem o birileri yox arada bir...

--------------------

ZAC EFRON

  • 17 iyun 2012 17:32
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Tünd şokolad

+ Ən yaxşı antioksidantlardan biridir
- Yüksək kaloriliyi səbəbindən ancaq az miqdarda xeyirlidir


Yoqurt

+ kalsium və digər maddələrlə zəngindir, mədə-bağırsaq sisteminə yaxşı təsir edir
- Ancaq natural yoqurtlar xeyirlidir.

Nako92

  • 17 iyun 2012 17:16
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
xaxa dehset ujas "(0-0)"

--------------------

frog

  • 17 iyun 2012 16:35
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
Tanrilarin neydi ayib olsun Tanri birdir ve qidalanmir

...BARSA FANATI....

  • 17 iyun 2012 16:32
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
tskkkkk...

Nermin_M

  • 17 iyun 2012 16:09
  • Məqalə: 3
  • Şərh: 48
  • Bal:
{awards}
tewekkurler

--------------------
Getsəm qalmalar hücum edir, qalsam getmələr çağırır...!!!
Birini özləmənin ən pis yolu, yan-yana oturduğun halda
onu heç bir zaman əldə edə bilməyəcəyini bilməyindir...

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 17 iyun 2012 16:08
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
xeber ucun tesekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

TAYNA VOSTOKA

  • 17 iyun 2012 16:08
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
DAHA BU NE OLDUKIIII,HEM XEYIR HEMDE ZERERLIDIKI HAMISI am

--------------------

music_angel

  • 17 iyun 2012 15:56
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Giləmeyvə
+ Vitamin və antioksidantların tükənməz mənbəyi
- Yoxdur

--------------------

tinker bell

  • 17 iyun 2012 15:51
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
twkler xebre gore

--------------------

★Miss Love★

  • 17 iyun 2012 15:49
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
mesleheтlere gore тewekkurler braт winked

✰GlaMurKa✰

  • 17 iyun 2012 15:46
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
baligi coxx sevirem birde sakalati tesekkurler abicim winked

cuqqu

  • 17 iyun 2012 15:43
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
cooox maraqli idi bunlari bilmirdim. cooox sag olun

aksana1993

  • 17 iyun 2012 15:41
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
maraqli xeber ucun cox sag ol

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

---ANGELA---

  • 17 iyun 2012 15:27
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
THANKS THANKS THANKS

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

MELEK INSAN...

  • 17 iyun 2012 15:24
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
XEBERE GORE TWK........

--------------------

✰Dгeaм✰

  • 17 iyun 2012 15:15
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meslehet ucun cox sag ol.

NeZNaKoMKa.

  • 17 iyun 2012 15:13
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
maraqli iidii.. twkk.. :)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 35

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}