Həzrəti Muhammədin mübarək merac hadisəsi

 
Həzrəti Muhammədin mübarək merac hadisəsi

İslam alimlərinin böyük əksəriyyətinin fikrincə, Həzrət Muhamməd(s.a.s) meraca cismi ilə gedib.

Həzrət Muhamməd Peyğəmbərin (s.a.s) həyatında baş vermiş ən mühüm hadisələrdən biri. Hansı tarixdə baş verməsi barədə alimlər arasında fikir ayırılığı vardır. Geniş yayılmış məlumata görə, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) baş vermişdir.

Merac gününün də dəqiq tarixi məlum deyil. Müxtəlif mənbələrdə 17 ramazan, 2 rəbiül-əvvəl, 17 rəbiül-əvvəl və ya 27 rəcəb gecəsində, yaxud rəcəb ayının ilk cüməsinin gecəsində baş verdiyi yazılıb. Merac Həzrət Muhamməd Peyğəmbərin (s.a.s) ən böyük möcüzələrindən biri sayılır. “Merac” sözünün ərəb dilindən tərcüməsi “yüksəliş, yuxarıya qalxma” mənasını verir.

Həzrəti Muhammədin mübarək merac hadisəsi

Əbu Talibin və Xədicənin vəfatından sonra Həzrət Muhamməd (s.a.s) tez-tez öz qohumlarının evini ziyarət edir, onlara qonaq olur, bəzən gecəni də orada qalırdı. Bir gün o, Əbu Talibin qızı, Həzrət Əlinin (ə) bacısı Ümmi-Haninin evində qonaq idi. Gecəyarı Allahın vəhy mələyi Cəbrail İslam Peyğəmbərinin görüşünə endi və onu çox şərəfli bir səfərə dəvət etdi. Bu səfərdə Həzrət Muhammədə (s.a.s) bələdçilik etməyi Allah-təala ona tapşırmışdı.

Peyğəmbərimiz Cəbrailin gətirdiyi “Büraq” adlı xüsusi vasitəyə minib gecəyarı Məkkəni tərk etdi. Onun səfərinin birinci mərhələsi müsəlmanların ilk qibləsi, böyük peyğəmbərlərin vətəni Qüds (Yerusəlim) şəhərindəki Beytül-Müqəddəs məscidinə oldu. Merac gecəsində Peyğəmbərin Məkkədən Qüdsə səfəri Quranda “İsra” adlandırılır.

Beytül-Müqəddəs məscidini, habelə Qüds şəhərinin başqa dini ziyarətgahlarını gəzib orada namaz qıldıqdan sonra Peyğəmbərin ilahi səyahətinin ikinci mərhələsi başlandı. Həzrət Muhamməd (s.a.s) Cəbrailin müşayiəti ilə səmaya qalxdı. Büraq o həzrəti səmanın təbəqələrindən asanlıqla keçirərək bu səfərin asanlığını təmin edirdi.

Həzrət Muhamməd (s.a.s) meracda keçmiş peyğəmbərlərin ruhları ilə görüşdü, cənnətdə möminlərə nə kimi mükafatlar veriləcəyindən, günahkarların necə cəzalandırılacaqlarından xəbərdar oldu. Hədislərdə deyildiyi kimi, merac zamanı Peyğəmbərimiz Allahın qüdrət və əzəmətinin zahir olduğu yerlərə elə yaxınlaşdı ki, heç bir mələk, o cümlədən cənab Cəbrail Onu müşayiət edə bilməyib geri qaldı.

Həzrəti Muhammədin mübarək merac hadisəsi

Meracın əsas əhəmiyyəti bundadır ki, həmin hadisə zamanı Allah-təala müsəlmanlara gündəlik namazları qılmağı vacib elan etdi.

Həzrət Muhamməd (s.a.s) çox qısa müddət ərzində, cəmi bir neçə dəqiqə içində böyük səfərini başa vurdu, getdiyi yolla da geri qayıtdı. O, səmada hərəkət edib Məkkəyə dönərkən yolda şəhərə yaxınlaşan ticarət karvanını gördü və karvanın nişanələrini yadda saxladı.

Səhər Həzrət Muhamməd (s.a.s) şəhərə çıxıb öz ilahi səfərini məkkəlilərə xəbər verdi. Onun bir neçə dəqiqə ərzində Məkkədən Qüdsə, oradan da səmaya qalxdığını, göy təbəqələrini dolaşdıqdan sonra geri döndüyünü eşidən bütpərəstlər yenə istehza etməyə başladılar. Bu zaman Həzrət Peyğəmbər yolda gördüyü karvanı təsvir etdi, dəvələrin sayını, rəngini, yükünü yerli-yerində söylədi. Məkkəlilər Peyğəmbərdən tələb etdilər ki, əgər doğrudan da Qüdsə getmişdirsə, oranın mənzərəsini təsvir etsin. Həzrət Muhamməd (s.a.s) Beytül-Müqəddəs məscidinin içini və çölünü, habelə başqa müqəddəs yerləri ətraflı şəkildə təsvir etdi. Tez-tez Qüdsə səfər edən tacirlər onun dediklərinin həqiqətə tam uyğun olduğunu təsdiqlədilər. Bu vaxt Peyğəmbərin yolda gördüyü ticarət karvanı Məkkəyə daxil oldu. Karvanın bütün əlamətləri Həzrət Muhammədin (s.a.s) söylədikləri ilə eyni idi.

Həzrəti Muhammədin mübarək merac hadisəsi

Keçmiş dövrdə yaşamış tədqiqatçıların bir hissəsi meracın cismlə deyil, ruhla olduğunu söyləmişlər. Onların fikrincə, Peyğəmbərin yalnız ruhu meraca getmiş, yəni o, xəyalən gəzib-dolanmış, bədəni isə Məkkədə qalmışdır. Alimlərin bu fikrə düşməsinin səbəbi orta əsrlərdə astronomik düşüncədə Ptolomeyin geosentrik (Yer mərkəzli) sisteminin hakim olması idi. Bu düşüncəyə görə, Yer kurəsini ardıcıl olaraq 4 həyat ünsürü – su, torpaq, hava və od əhatə edir. Bundan sonra “fələklər” adlanan doqquz qat gəlir. Hər hansı cismin bu fələkləri yarıb keçməsi mütləq kainatın məhvi ilə nəticələnər. Buna görə də, insanın cismani olaraq fələkləri yarıb meraca qalxması qeyri-mümkün sayılırdı. Lakin elm inkişaf etdikcə, həm Ptolemeyin geosentrik sisteminin, həm də “doqquz fələk” anlayışının yanlış olduğu aşkara çıxdı. Şiəliyin “şeyxiyyə” qolunun banisi Şeyx Əhsai kimi alimlər isə meracın ayıqlıqda deyil, yuxuda baş verdiyinə inanırdılar.

Lakin İslam alimlərinin böyük əksəriyyətinin fikrincə, Həzrət Muhamməd Peyğəmbər (s.a.s) cismani (fiziki) halda meraca getmişdir. Bu hadisənin bəzi cəhətləri əlçatmaz və qeyri-mümkün görünə bilər. Lakin Eynşteynin nisbilik nəzəriyyəsi, həmçinin müasir kvant fizikasına istinadən belə bir hadisənin məhz fiziki formada baş verə bilməsini əsaslandırmaq mümkündür.

Qurani-kərimin bir neçə ayəsində Həzrət Muhamməd Peyğəmbərin (s.a.s) merac və israsına həm açıq, həm də üstüörtülü işarələr mövcuddur. Belə ayələrin birində buyurulur: “Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. Ö,doğrudan da (hər şeyi) eşidəndir, görəndir
(‘İsra”, 1).

Həzrəti Muhammədin mübarək merac hadisəsi


Geri dön

LOREEN

  • 18 iyun 2012 14:52
  • Məqalə: 0
  • Şərh: 89
  • Bal:
melumatim vardi amma yene de cox xos oldu tesekkur emeye gore

LoVe_LiFe

  • 18 iyun 2012 10:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

faithful

  • 17 iyun 2012 20:05
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Allah razi olsun

enigmatic_girl

  • 17 iyun 2012 17:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir tesekkur....

--------------------

frog

  • 17 iyun 2012 16:48
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

aksana1993

  • 17 iyun 2012 15:22
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
Deyerli serhleriniz ucun minnetdaram
feel

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

Ada...07

  • 17 iyun 2012 14:38
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun, cox maraqli xeberdi..

--------------------


Nermin_M

  • 17 iyun 2012 14:13
  • Məqalə: 3
  • Şərh: 48
  • Bal:
{awards}
Allah razi olsun . haminizin Mirac kandiliniz mubarek olsun.

--------------------
Getsəm qalmalar hücum edir, qalsam getmələr çağırır...!!!
Birini özləmənin ən pis yolu, yan-yana oturduğun halda
onu heç bir zaman əldə edə bilməyəcəyini bilməyindir...

Nuray2012

  • 17 iyun 2012 13:52
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------

NeZNaKoMKa.

  • 17 iyun 2012 13:44
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
coooooooooooooooooxxxxxxxxxxxxxx sagolunnn!!!

--------------------

TAYNA VOSTOKA

  • 17 iyun 2012 13:39
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
: “Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. Ö,doğrudan da (hər şeyi) eşidəndir, görəndir”

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 17 iyun 2012 13:20
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
ALLAH razi olsun.twk...........

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

SeNi_SeVeN

  • 17 iyun 2012 13:11
  • Məqalə: 63
  • Şərh: 476
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

_BiRiCiK_

  • 17 iyun 2012 13:08
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

✰GlaMurKa✰

  • 17 iyun 2012 13:07
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
mende bu xeberi gondermisdim amma tekrar oldu yenede tesekkurler ALLAH razi olsun recourse

..:MeleK kiz:..

  • 17 iyun 2012 13:04
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun

★Miss Love★

  • 17 iyun 2012 12:53
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli idi oxudum Allah razi olsun))

✰Dгeaм✰

  • 17 iyun 2012 12:49
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

_favorit_arkadas

  • 17 iyun 2012 12:49
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

_NezisH_

  • 17 iyun 2012 12:49
  • Məqalə: 32
  • Şərh: 1703
  • Bal:
{awards}
Qurani-kərimin bir neçə ayəsində Həzrət Muhamməd Peyğəmbərin (s.a.s) merac və israsına həm açıq, həm də üstüörtülü işarələr mövcuddur. Belə ayələrin birində buyurulur: “Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. Ö,doğrudan da (hər şeyi) eşidəndir, görəndir”
(‘İsra”, 1).
ELHEMDULILLAH!!!

ღ★Diamond★ღ

  • 17 iyun 2012 12:47
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. Ö,doğrudan da (hər şeyi) eşidəndir, görəndir”
(‘İsra”, 1).

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}