Beton altda qalan əsgərin hekayəsi

 
Beton altda qalan əsgərin hekayəsi

Əsgərlikdən gəlməsinə 20 gün qalmışdı. Ölümündən iki gün əvvəl telefonla danışdıq. Mənə dedi ki, gələn kimi bir yerdə işləyib maşın, ev alarıq, anamızın əlini isti sudan soyuq suya vurmağa qoymarıq. O, bunu deyəndə haradan biləydi ki, iki gün sonra ölüm onu aparacaq, bizi gözüyaşlı qoyacaq”. Bu sözləri iyunun 5-də Ağstafadakı hərbi hissədə bədbəxt hadisə nəticəsində ölən əsgər Elmin İslam oğlu Quliyevin qardaşı Cavanşir deyir. Onunla Elminin ata evində - Əhmədli qəsəbəsi, Qaçaq Nəbi, 3 ünvanında yerləşən 6 saylı yataqxanada söhbətləşdik.

Burada gördüyümüz mənzərə ürək ağrıdır. Həyətdə yas çadırı qurulmuşdu, Elminin üç mərasimi keçirilirdi. Ata-anası danışa biləcək vəziyyətdə olmadığından Elminin qardaşı və xalası oğlu ilə söhbətləşdik. Cavanşir qardaşının ölümünü hələ də qəbul edə bilmir: “Qardaşım 1990-cı il yanvarın 20-də Zəngilanın Məlikli kəndində anadan olub. Çox şən uşaq idi. Özünü hər kəsə sevdirməyi bacarırdı. Heç kim deyə bilməzdi ki, bir dəfə də olsun onu kədərli görüb. İdman Akademiyasını bitirəndən sonra, ötən il iyulun 8-də əsgərliyə yollandı. Hərbi xidməti dövründə heç bir problem yaşamayıb. Əsgərlər arasında böyük hörməti vardı. Əsgərliyinin altı ayı tamam olan kimi 10 günlük məzuniyyətə buraxmışdılar. Qardaşımı yanvardan bəri cəmi 15 gün görə bilmişəm. Çünki mən əsgərlikdən gəlməmiş onu əsgər apardılar. Onu ancaq məzuniyyətə gələndə görə bildim

Qəhər Cavanşiri boğur deyə söhbəti xalası oğlu Füzuli Hüseynəliyevlə davam etdirdik. Füzuli rəhmətlik xalası oğlu ilə çox yaxın olduqlarını dedi: “Onun həyatda olmadığına hələ də inana bilmirəm. Ona görə də onun haqda danışmaq mənə ağırdır. Elmin Ağstafanın Soyuqbulaq kəndindəki hərbi hissədə xidmət edirdi. Hadisədən iki gün əvvəl telefonla danışdıq. Mənə hər şeyin yaxşı olduğunu dedi. İdman Akademiyasını bitirsə də hələ diplomunu almamışdı. Diplomunu mən alıb surətini də hərbi xidmətə verməsi üçün ona yolladım. Son söhbətimizdə dedi ki, diplomumu təsdiq etdirmişəm, 20-25 gün vaxtım qalıb, deyirlər nümunəvi əsgər olduğuma görə iyulun 1-də məni buraxacaqlar. Ona demişdim ki, gəlib səni özüm qarşılayacağam. Amma mənə onun özünü yox, tabutunu qarşılamaq qismət oldu. İyunun 5-i hadisə baş verəndə bir qohumumuz zəng etdi ki, Ağstafada iki əsgər ölüb. Elminin də yaralandığını dedi. Televiziyada xəbərlərə, internetdə xəbər saytlarına baxanda gördük ki, deyilir beton altda qalıb ölən əsgərlərdən biri Sumqayıt sakini Quliyev Emindir. Bu səhv məlumat bizi çaşdırdı. Düşündük ki, yəqin bu uşaq Elmin deyil. Axı ad və yaşadığı yer başqa idi. Amma yenə də ürəyim narahat idi. Hadisə saat 17:00-da baş versə də ölənin xalam oğlu olduğunu gecə saat 4-ün yarısında bilmişik. Ağdaşdan olan və Elminlə birgə beton altda qalan uşağın ailəsi oğlunu morqdan özləri götürüb. Biz isə Elminin yaxın olduğu əsgər yoldaşına zəng edib öyrənmişik ki, artıq Elminin cəsədini Bakıya gətirirlər. Biz ancaq onlar yola çıxanda dəqiq bilmişik ki, ölənlərdən biri Elmindir. Hazırda aidiyyəti qurumların heç biri bu uşağın ölüm səbəblərini araşdırmır. Bir əsgərin ölümünü bu cür adi və sakit bir şəkildə qarşılamaq nə dərəcədə düzgündür?! Elminin İlham adlı əmisi 1993-cü ildə Ağdamda şəhid olub. Dayısı oğlu Fərəcov Zahid də 1992-ci ilin noyabrında Zəngilanın ilk şəhidi olub. Yəni bu ailədə bu cür bədbəxt hadisələr olub. Bəzi əsgərlərin dediyinə görə, hərbi hissənin həyətində təhlükəli zona var. Bu qadağan olunmuş bölgədə rusun dövründən qalmış anbarlar var və bu anbarların hər zaman uçma təhlükəsi olub. Buna görə də əsgərlərin ora girişi qadağandır. Deyilənə görə, əsgərləri aparıb həmin qadağan olunmuş bölgədə işlədiblər. Bu bədbəxt hadisə də həmin vaxt baş verib. Bəzi əsgərlərdə deyir ki, hadisə silah anbarında olub. Orada silahları çölə çıxaran zaman anbar uçub. Hər il milyardlarla pul ayrılan ordunun silah anbarı necə bərbad vəziyyətdə ola bilər? Bu inandırıcı deyil. Mənə hadisənin baş verdiyi yerin şəklini çəkib göstəriblər. Şəkildən baxanda da bilinir ki, ora silah anbarına oxşamır. Bu uşağı əsgərliyinin bitməsinə 22 gün qalmış tabuta qoyub valideynlərinə göndərdilər”.Söhbət zamanı onu da öyrəndik ki, Elminin qeydiyyatda olduğu Zəngilan rayonunun hərbi komissarlığından dəfn günü gəlib “hamımızın itkisidir” deyib gediblər. Füzuli bəy buna etiraz edir: “Hamının itkisi olan bir insana bu cür laqeyd yanaşmırlar. Dəfn mərasiminin hamısını öz şəxsi hesabımıza görmüşük. Bu ailə yataqxanada birotaqlı bir mənzildə məcburi köçkün kimi sığınıb. Onun şəraiti olmadı ki, övladının cəsədini öz mənzilindən çıxartsın. Elmin kasıbçılıqla böyümüş uşaq idi. Atası işləmir, anasının aldığı pensiya ilə dolanırdılar. Bu iki qardaş vaxt tapanda dərsdən sonra gedib hansısa bir işlə məşğul olur, bir-iki manat pul qazanırdı. Anası onu min bir əzab əziyyətlə, yarıac-yarıtox boya-başa çatdırıb. İstəyirik ki, Elminə bir ad verilsin. Bu uşaq hərbi xidmətini yerinə yetirərkən ölüb. Nəyə görə ona qiymət verilməsin? Elminin əmisi II Şəhidlər Xiyabanında dəfn olunub. Onu əmisinin yanında dəfn etmək istəsək də buna icazə vermədilər. Səbəb kimi də dedilər ki, ancaq qəlpə, güllə yarası alan əsgərlər Şəhidlər Xiyabanında dəfn edilə bilər. O da Müdafiə Nazirliyinə müraciət etməlisən və oradan sənə 3 gün ərzində cavab verilməlidir. Ancaq bundan sonra Şəhidlər Xiyabanında dəfn oluna bilər. Bu istidə meyiti 3 gün saxlamaq olar? Əlbəttə, yox. Elmini Mehdiabad qəbiristanlığında dəfn etmişik. Keçən ay bu uşağın nənəsi öldü, ona nənəsinin yasında iştirak etməyə icazə vermədilər. Əgər sən bu uşağa vacib olan hansısa bir hadisəyə görə bir gün icazə vermirsənsə, xidmətdə olmalıdır deyirsənsə, xidmətdə öləndə də bu uşaqla lazımı şəkildə maraqlanmalısan. Bizə dövlətin pulu lazım deyil. Elmin bu həyatda olmayandan sonra onun adına verilən pul bizə lazım deyil. Bizə lazım olan odur ki, bu uşağa qiymət versinlər. Necə olur ki, bu dövlət hər hansısa bir tədbiri keçirmək üçün 3-4 milyard xərcləyə bilir, ancaq onun ailəsinə bir təskinlik olsun deyə o əsgərin adına bir şey etməyə gücü çatmır?! Əgər biz bu dövlətdən bu cür laqeydlik, səhlənkarlıq görürüksə, sabah övladımı böyüdüb necə əsgərliyə göndərim? Necə bilim ki, övladımın təhlükəsizliyi təmin olunacaq? Əsgərlər fəhlə deyil ki, onları aparıb işlətsinlər. O necə beton altda qala bilər? Bunu ora kim aparıb? Əgər buranın qəzalı vəziyyətdə olduğunu bilirlərsə, yazıq əsgərləri niyə ora aparıb işlədirlər? Məndə şübhə yaradan bir məqam var. Elminin cəsədi Bakıya gətiriləndə Zəngilan Rayon Hərbi Komissarlığı bizdən əvvəl bunların qabağını kəsib. Elmini gətirən uşaqları sorğu-sual edib. Biz Ağdaşdan olan və Elminlə bərabər beton altda qalan uşağın ailəsi ilə görüşüb bu işi birgə araşdıracağıq. Bu hadisənin necə baş verdiyini tam dəqiqliyi ilə araşdıracaq və aidiyyəti qurumlara müraciət edəcəyik”.İyunun 8-də isə Elmin Quliyevin yaxınları Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Mərhumun əmisi İsmayıl Quliyev özünü yandırmağa cəhd edib. Onun “Azadlıq” radiosuna dediyinə görə, Elminin ölümünə heç bir dövlət qurumundan reaksiya verilməməsi onlara pis təsir edib: “İyunun 5-də qardaşım oğlu həlak olub, 3 gün sonra cənazəsini gətirib atıb gediblər”.

Günel MANAFLI


Geri dön

SabriNa B-va

  • 12 iyul 2012 21:13
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
ALLAH rəhmət eləsinnnn

dj deniz

  • 12 iyul 2012 12:04
  • Məqalə: 0
  • Şərh: 146
  • Bal:
{awards}
Allah rehmet elesin recourse

--------------------
AnLa MəNi............

cuqqu

  • 23 iyun 2012 00:29
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
duz deyir dee camahatin o boyda balasi gedib niye bele edirler ki? size xaqq qazandiriram sona kimi gedin. ozumuzunkuler bele edirlerse ermeniye ne demek olar?

Jesse

  • 22 iyun 2012 00:46
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Allah rehmet etsin, recourse

--------------------
Imza MEN

_Kyonul_

  • 21 iyun 2012 18:26
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah Rehmet etsin.tesirlendim.Allah butun esgerlerimizi qorusun!Amin!

--------------------

guncicek

  • 20 iyun 2012 19:57
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
off cox pis oldum allah valideynlerine sebr versin

--------------------

LOREEN

  • 18 iyun 2012 14:42
  • Məqalə: 0
  • Şərh: 89
  • Bal:
{awards}
allah rehmet elesin!cox pis oldum.allah valideynlerine sebr versin.twk[left][/left]

Dalga

  • 18 iyun 2012 12:07
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allah rehmet elesin.DEMEYE SOZ TAPMIRAM, ONSUZDA AZERBAYCANDA QAYDA QANUN YOXDUR.NECE YENI ESGERI OLDURUB VALIDEYNLERINE CESEDINI GONDERSINLER.DUWMEN YALAN OLUB BUNLAR GERCEK

--------------------

LoVe_LiFe

  • 18 iyun 2012 10:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ayy ne piss olub tewekkurler maraqli hekayeye gore

VIPTOZ

  • 17 iyun 2012 23:35
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
sonacan oxudum cox pis ldum bele laqeydlik olmaz axi.olen insandi ve o da can dasiyib.onuda boyudum vetenin kesiyinde durmaga gonderen ana.ata var axi.en azinnan onlari fikirlesmek lazimdi.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

tunayka

  • 17 iyun 2012 23:28
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
cenletlik olsunlar

..:MeleK kiz:..

  • 17 iyun 2012 20:41
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun sad pis oldum

come back

  • 17 iyun 2012 19:05
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
oxudum cox huzunlendim allah butun esgerlerimizi qorusun sad

enigmatic_girl

  • 17 iyun 2012 18:06
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
neee inanmiram bu nece ola biler.... wassat

--------------------

Nako92

  • 17 iyun 2012 17:14
  • Məqalə: 12
  • Şərh: 354
  • Bal:
{awards}
oxuyacam uzundu sonra

--------------------

frog

  • 17 iyun 2012 16:39
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
THANKS!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 17 iyun 2012 16:14
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
ALLAH rehmet elesin.twkler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

TAYNA VOSTOKA

  • 17 iyun 2012 16:13
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
COX TESIRLENDIM,ALLAH YERINI BEHIWT ETSIN

--------------------

aksana1993

  • 17 iyun 2012 16:03
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
deyerli meqale ucun allah razi olsun

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

Nermin_M

  • 17 iyun 2012 15:51
  • Məqalə: 3
  • Şərh: 48
  • Bal:
{awards}
SALAMUN ALEYKUM . men bu xeberi oxudum ve bir nece gun ozume gele bilmedim hemin ailenin yerine ozumu qoydum heqiqeten sozun esl menasinda dehwetdi. mende bu xeberi qoymuwdum biraz bawqa cur qebul elemediler .yenede sagolsunlar tewekkurler...Allah rehmet elesin.

--------------------
Getsəm qalmalar hücum edir, qalsam getmələr çağırır...!!!
Birini özləmənin ən pis yolu, yan-yana oturduğun halda
onu heç bir zaman əldə edə bilməyəcəyini bilməyindir...

★Miss Love★

  • 17 iyun 2012 15:44
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Oxudum cox pis oldum((Allah rehmeт elesin ve уaxinlarinada sebr versin...

ღ★Diamond★ღ

  • 17 iyun 2012 15:43
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Allah wehidlerimize rehmet etsin sad

---ANGELA---

  • 17 iyun 2012 15:37
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
ÇOX UZUN İDİYE OXUYA BİLMƏDİM AMA TƏŞƏKKÜRLƏR....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

ZAC EFRON

  • 17 iyun 2012 15:36
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ALLAH bütün şəhidlərimizə rəhmət etsin...

asel

  • 17 iyun 2012 15:24
  • Məqalə: 0
  • Şərh: 1016
  • Bal:
{awards}
cox pis oldum Allah rehmet etsin ailesine sebr versin.insanlar neycun olumu bele sana qebul edirler mene catmir.neycun adilewib axi olum??????oldu getdi yox.olen axi hele genc idi daha 21 yawinda idi.ehhh yalan dunya el cek bu genclerin bawini yemekden recourse

--------------------
awk aciyi sever.

✰Dгeaм✰

  • 17 iyun 2012 15:20
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Gozel hekaye idi.Cox tesirlendim...

NeZNaKoMKa.

  • 17 iyun 2012 15:11
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
xebere gore twkk no

--------------------

MELEK INSAN...

  • 17 iyun 2012 15:10
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
xebere gore twk.......

--------------------

✰GlaMurKa✰

  • 17 iyun 2012 15:07
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
tesekkurler hekayeye gore belay

_BiRiCiK_

  • 17 iyun 2012 15:02
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Təşəkkür edirəm

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}