Susmaq üçündür

 
Susmaq üçündür

Deyiləcək heç bir şeyin yoxsa, susmağa nə deyirsən?

Söyləyəcək sözü olanları dinləməyə, başa düşməyə nə deyirsən?

Kitab səhifələrinin arasında gəzməyə ...

Kainatı oxumağa ...

Sifətini oxşayan küləyi, saçlarını isladan yağış damlasını, ayaqlarındakı qum dənələrini hiss etməyə ...

Günəşin batışını, həyata dair anlatacaqları olan bir filmi, ulduzları, uzaqlaşan bir gəmini izləməyə ...

Xəstəxanadakı xəstələri, həbsxanadakı məhkumları, qəbirsanlıqdakı məzar daşlarını görməyə ...

Yollardaki bir daşı, bir yıxılanı, bir özünü məğlub olanı qaldırmağa nə deyirsən?

Bir az düşünməyə, keçmişə, gələcəyə getməyə ...

Suallar soruşmağa, həyata, özünə, dünyaya dair ...

Kəllə yormağa, həmişə ertələdiyin mövzularda ...

Bir cavab tapmağa, bir cavab verən tapmağa; içindən çıxa bilmədiyi problemlərə dair ...

Söyləyəcək heç bir şeyin yoxsa, söyləyəcək bir şeyi olanlardan bir şeylər öyrənməyə nə deyirsən?





Bu günə qədər deyilmiş sözlərin üzərində dayanmağa; kiminin qızılı qırmızı, kiminin mavi, kiminin qara qələmlə çəkməyə; kiminin üstünü çəkməyə, kiminə bir hərf, bir söz, bir nida əlavə etməyə nə deyirsən?

Özünü bir az hesaba çəkməyə, cavablarının doğruluğuna nəzarət etməyə, səhvlərini qəbul etməyə ...

Bir az pozmağa əzbərlərini ...

Bir az dəyişdirməyə qurduğun cümlələri ...

Təslim bayrağını qaldırmağa ...

Yeni şeylər öyrənməyə ...

Yeni şeylər söyləmək üçün susmağa ...

Amma Susarkən də içinə heç bir eyham qatmadan, yalnız susmağa ...

Bir şey bilirmiş kimi deyil.

Özünü ağırdan satılırmış kimi də deyil.

Gümüş olan sözə üstünlük ediləsi bir qızıl dəyərində olduğundan heç deyil ...

Daha yolun başındaymış, daha öyrənəcək çox şey varmış, söyləyəcək heç amma heç bir şeyi yoxmuş kimi susmağa ...

Bir "danışsam yer yerindən oynayar havasında" deyil.

"Fırtına əvvəli səssizlik" kimi də deyil.

Səsini akkord edirmiş kimi heç deyil.

Söyləyəcək sözü olmayan hər hansı bir insan kimi ...

Susmağa nə deyirsən?


Geri dön

Ulya

  • 14 noyabr 2010 20:55
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
♥Princess♥,
Yusif,
::HappilY::,
Angel-Xranitel-666,
winked

Yusif

  • 13 noyabr 2010 18:56
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
TESEKKUr xebere gore dosi :)

Angel-Xranitel-666

  • 13 noyabr 2010 16:10
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqlidi ulya twk love

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 73

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}