Sağlam həyata doğru - Alkaqolizm

 
Sağlam həyata doğru - Alkaqolizm


BST-nın verdiyi məlumata görə dünyasını dəyişən hər 3 adamdan biri alkoqolizmin qurbanıdır. Alkoqolizmdə şəxsiyyətin deqradasiyası (itməsi) halı baş verir. Bütünlükdə, alkoqolizm elə ağır xəstəliklər sırasına aid edilir ki, onun müalicəsi müasir təbabətin ən mühüm problemlərindən biridir, bu istiqamətdə yeni, effektiv və prespektiv dərman maddələrinin alınması isə, bütün dövrlərdə olduğu kimi, bu gün də psixofarmakologiya elmi qarşısında duran ən aktual problemlərdən biridir.

Alkoqolizmin müalicəsi mütləq stasionar şəraitdə və ciddi mütəxəssis – narkoloq nəzarəti altında aparılmalı və bu məqsədlərlə bütün mövcud dərman vasitələri, eləcədə psixoterapiya, hipnoz, iqloterapiya və s. Bu kimi yardımçı müalicə vasitələrindən kompleks şəkildə istifadə olunmalıdır. Alkoqolizmin müalicəsi məqsədi ilə spirtli içkilərin qəbulunun birdən kəsilməsi yolverilməzdir. Əks halda, baş beyin və visseral (daxili) orqanlardakı üzvi dəyişikliklərin nəticəsi olaraq, bəzən hətta ölümə səbəb ola bilən abstinensiya və ya “məhrumetmə” halı meydana çıxa bilər. çünki bu bəlaya mübtəla olanlarda qısa müddətli olsa da, müvəqqəti yaxşılaşma halı yalnız spirtli içkilərin qəbulundan sonra baş verir. Başqa sözlə desək Etanol bu halda sanki xəstələr üçün “dərman” rolunu oynayır. Digər tərəfdən spirtli içkilərin qəbuluna məcburi qadağa qoyularsa, alkoqolizmin artması halı da (orqanizmin “daxili tələbatını” ödəmək üçün keyfiyyətsiz və daha toksiki tərkibli içkilər qəbul etmək məcburiyyətində qalan, alkoqolizmə meyilli və ya alkoqolizmin başlanğıc mərhələsində olan şəxslərin hesabına) baş verə bilər. Qeyd etmək lazımdır ki, belə insanlarda əksər hallarda müşahidə olunan kəskin iradə zəifliyi də alkoqolizmin sonrakı inkişafı və dərinləşməsində heç də az əhəmiyyətli rol oynamır.

Tarixdən məlumdur ki, böyük Pyotrun spirtli içkilərin qəbulunu qadağan edən məşhur fərmanı (сухой закон) qüvvədə olduğu dövrlərdə, alkoqolizm Rusiyada beş dəfə artmışdır. Analoji hal, keçmiş Sovetlər İttifaqında Mərkəzi Komitənin spirtli içkilərin istehsalı və satışına qadağalar qoyan 14 iyun 1985-ci il tarixli “məşhur” qərarından sonra da müşahidə olunmuşdur.

Alkoqolizm zamanı aparılacaq müalicənin əsas prinsipləri bütün dövrlərdə olduğu kimi yenə də spirtə qarşı orqanizmdə mənfi reaksiyanın yaradılmasıdır. Bu məqsədlə əsas dərman maddəsi kimi yarım əsrdən artıqdır ki, teturamdan (antabus, disulfiram) istifadə olunur. Teturam müalicə kursu müddətində xəstə spirtli içkilər qəbul edərsə, orqanizmdə yüngül halda öyümə, qusma, üzün qızarması, ürək nahiyyəsində ağrı, kəskin tər ifrazı, yaxınlaşmaqda olan “ölüm qorxusu“ kimi əlamətlərlə göstərir, ağır hallarda isə, ölümə səbəb olur. Unutmaq olmaz ki, teturamı, əsasən, 50 yaşına qədər və alkoqolizmdən müalicə olunmaq üçün şəxsi marağı olan (içkini özləri tərgitmək istəyən) xəstələrə təyin etmək lazımdır. Əks halda arzuolunmaz və faciəli nəticələrə səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, alkoqolizm baş beyin və perifirik orqanlar səviyyəsində ağır funsional və üzvi destruktiv dəyişikliklər törətdiyi, orqanizmin mövcud vəziyyətindən asılı olaraq, müxtəlif klinik əlamətlərlə getdiyi üçün bu, son dərəcə ağır patologiyanın müalicə və profilaktikasında praktik olaraq psixotrop dərman maddələrinin əksər nümayəndələrindən bu və ya digər dərəcədə istifadə olunur.


Geri dön

nilayka

  • 3 may 2011 20:57
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
cox sagol

--------------------

Ulya

  • 14 noyabr 2010 21:18
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Yusif

  • 13 noyabr 2010 21:08
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
saq olun xebere gore twk

BeAuTy_LaDy

  • 13 noyabr 2010 20:36
  • Məqalə: 9
  • Şərh: 621
  • Bal:
{awards}
Icki insani serxos edib, realligdan qoparir....!

--------------------
BeAuTy_LaDy...... =>Dediklerimnen cox demediklerimde gizliyem!<=

Angel-Xranitel-666

  • 13 noyabr 2010 20:22
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
saglemliq yaxsi weydi twk love

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}