Xəyallar

 
Xəyallar

Xəyallar insanı düşünməyə vadar edir. Qurduğun xəyal dünyan bir gün hansısa zəlzələ ilə uçub dağılır. Onda sən düşünməyə başlayırsan. Ya da ən asan çıxış yolu – “axı niyə belə oldu?” deyib ağlayırsan.

Xəyallar

İnsanlar müxtəlifdir: öz qurduğu yalanlara inananlar, ancaq gözü ilə gördüyünə inananlar, heç nəyə inanmayanlar, duyğusal, aqresiv, optimist və s. Bir də xəyallar qurub o xəyallarla yaşayan, real olmadığını və olmayacağını bilən xəyalpərəst insanlar. Bəzən xəyallar insanı uçuruma aparır. Bəzən özündən asılı edir. Bəzən də özlərinin sadəcə xəyal olduqlarına inandırırlar bizi...


Xəyallar

Hərdən xəyal qurmaqla bütün həyatdan doyursan. Hərdən xəyal quraraq yeni fikirlər gəlir insanın ağlına. Hətta xəyallarımdan əsər belə yaratmışam mən =) Söz o deyil ki, yalnızca yaxşı xəyallar qururam.. Mən Xəyalpərəst olduğum qədər də Realistəm. Bir o qədər pis şeyləri də xəyallarımda canlandırıram.. Həyat təkcə yaxşılardan ibarət olsaydı, insan-insanın qədrini necə bilərdi?

Xəyallar

Özümdən də xəyalpərəst insanlar görmüşəm.. Hətta xəyal dünyasında yaşayan, real həyata baxmayan insanlar görmüşəm. Qurduğu xəyalların gerçək olduğuna özünü inandırıb sonra da ətrafındakı insanlara real həyatda baş vermiş kimi danışmasının da şahidi olmuşam. Düşünə bilərsiniz ki, o yalançıdır. Xeyr, o sadəcə ümidlərini xəyallarına bağlamış, gecə-gündüz xəyal qurmaqdan başqa işi-peşəsi olmadığı üçün artıq özü də o xəyallara inanmış insandır. O, sadəcə iradə cəhətdən zəif olan bir insandır. Belə insanlar ən adi hərəkətdən belə inciyər, ən adi zarafatı belə ciddi qəbul edər.

Xəyallar

Hərdən normadan artıq xəyal quranda ertəsi gün gecə düşündüklərimin xəyal, yoxsa yuxu olduğunu xatırlamıram mən) Hərdən xəyallara qapılıb gözəl bir şəkil çəkə, ya da gözəl bir şeir yaza bilirəm. Hərdən də xəyallarımı vərəqə tökürəm. Hərdən xəyal dünyamın qəhrəmanını , “O”nu düşünürəm. Və elə o an reallığa qayıdıram. Çünki “O” yoxdur...



Bir fikirdir, bir yalandır, bir XƏYALDIR “O” ...
.


Geri dön

Inciciceyi

  • 17 iyun 2011 11:14
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Maraqlidi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

lqasimova

  • 27 may 2011 08:21
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
cox sag olun.

Ulya

  • 14 noyabr 2010 20:56
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
♥Princess♥,
Yusif,
Angel-Xranitel-666,
Emo_girl_98,
winked

Yusif

  • 13 noyabr 2010 18:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqli xeberdi TTesekkurler

Angel-Xranitel-666

  • 13 noyabr 2010 17:13
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqlidi ulka twk love

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 8
Cəmi: 23

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}