Etiqada Aid Vacib Və Haram Əməllər

 
Etiqada Aid Vacib Və Haram Əməllər

Əqidəyə aid hökmlərin bir dəstəsi elə bir hökmlərdən ibarətdir ki, insan zehnində o barədə sual yaranan kimi dərhal həqiqəti tapmağı vacib olub, onun şəkk və şübhə halında qalması isə haram sayılır. Bu hökmlər (bizim əqidəmiz) ünvanı ilə qeyd olunmuşdur ki, aşağıdakılardan ibarətdir:

1. Biz kainat xilqətinin xaliqi olan «vacibul-vücud» (varlığı vacib olan) Allahın varlığına inanır, həmçinin Onun müqəddəs zatının yeganəliyi, Zatı camal və cəlal sifətlərində heç bir şərikinin olmamasına inanırıq. Yə᾽ni «La ilahə illəllah» (Allahdan başqa ayrı bir mə᾽bud yoxdur).

2. Biz Allah-taalanın «cəlal» və «cəmal» sifətlərinə inanırıq. «Cəlal» sifətlərindən məqsəd, Onun müqəddəs zatının hər bir eybdən uzaq olması, «cəmal» sifətlərindən isə məqsəd Onun müqəddəs Zatının bütün gözəl və kamal (üstün) sifətlərə malik olmasından ibarətdir.

3. Biz ümumi risalət və peyğəmbərliyə inanırıq; belə ki, Allah-taala bəşəriyyət üçün onların özündən bir sıra peyğəmbərlər və onların vasitəsi ilə asimandan (müəyyən) kitablar göndərmişdir. Həmçinin insanlar cəmiyyətini hidayət etmək, tə᾽lim və tərbiyələndirmək üçün din (şəriət) göndərmişdir. Biz Qur᾽ani-kərimdə adı gəlmiş peyğəmbərlərə aydın, adları çəkilməmiş peyğəmbərlərə qarşı isə ictimai şəkildə inanırıq.

4. Biz Ərəb, Qüreyş tayfası, Məkkə və Mədinə əhlindən olan həzrət Məhəmməd ibni Əbdillah (s)-in risalət və peyğəmbərliyinə inanırıq. Həmçinin O həzrətin (s) sonuncu peyğəmbər, dini və kitabının isə sonuncu din və kitab olduğuna inanırıq. Belə ki, bəşəriyyətin O həzrətdən sonra ayrı bir peyğəmbər və dinin gəlməsinə ehtiyacı yoxdur. Çünki onun gətirdiyi din (şəriət), insanların bu dünyada yaşadığı müddətdə hər növ fərdi, ictimai, maddi və mə᾽nəvi ehtiyaclarını ödəyən bütün hökmlərə şamildir. Bu mətləbin fərz edilməsi bə᾽zilərinin ağlına sığmasa da, onun şiə dini baxımından heç bir eybi yoxdur.
Çünki həzrət Məhdi (ə.c) zühur etdikdən sonra peyğəmbərlik məqamından başqa sonuncu Peyğəmbərin (s) bütün ixtiyarları və vəzifələrinə malik olacaq və o cümlədən ilahi hökmlərin vilayətini əldə edərək zaman və xalqın ehtiyacları əsasında onları dəyişdirəcəkdir.

5. Biz axirət aləmi və cismani qayıdışa (mə᾽ada) inanırıq. Belə ki, dünyaya gəlib ölmüş bütün insanlar, bu maddi aləm dağıldıqdan sonra bir daha bu maddi təbiətdən kənar bir aləmdə diriləcək, həmçinin Məhşər adlı bir yerdə və Qiyamət günü adlı bir zamanda Allah-taala qarşısında hazır olacaqdır. Şübhəsiz belə bir böyük və misilsiz hadisədə bütün mələklər, cinlər və heyvanlar belə hazır olacaqdır.

6. Biz həzrət Peyğəmbərdən (s) sonra təşrii᾽ (şər᾽i) və intisabi (Allah tərəfindən seçilmə) xilafət və imamətə inanınırq. Belə ki, həzrət Məhəmməd (s) vəfat etməzdən qabaq, Allah-talanın göstərişinə əsasən özündən sonra canişinlik və islam ümmətinin rəhbərliyi üçün müəyyən şəxsləri növbə ilə tə᾽yin etmişdir. Həmçinin şübhəsiz O həzrət (s) bu ağır və mühüm olan vəzifəni əncam verməmiş dünyadan getməmişdir.

7. Bizim əqidəmizə görə həzrət Peyğəmbər (s) öz vəfatından sonra canişinliyi öz Əhli-beytində olan on iki müəyyən şəxsi Allah-taalanın tə᾽kidli göstərişinə əsasən xilafət üçün tə᾽yin etmişdir ki, onların birincisi həzrət Peyğəmbərin (s) əmisi oğlu Əli ibni Əbu Talibdir (ə). Qalan on bir imam isə həzrət Əli (ə) və qızı həzrət Fatimənin (s) aşağıdakı övladlarından ibarətdir:

Həsən ibni Əli, Hüseyn ibni Əli, Əliyyibnil Hüseyn, Məhəmməd ibni Əli, Cə᾽fər ibni Məhəmməd, Musa ibni Cə᾽fər, Əliyyibni Musa, Məhəmməd ibni Əli, Əliyyibni Məhəmməd, Həsən ibni Əli və Məhəmməd ibni Həsən Məhdi (ə). On bir imamın xilafət dövranı Hicri-qəməri tarixi ilə 260-cı ilədək davam etmişdir, qeyb pərdəsi arxasında olan on ikinci imamın rəhbərliyi isə indiyədək davam etməkdədir. Belə ki, Allah-taala istədiyi vaxt zühur edərək dünyanı ədalətlə dolduracaqdır.

8. Bizim əqidəmizə görə hal hazırda müsəlmanlar əlində olan Allahın böyük kitabı Qur᾽ani-məcid, Allah-taala tərəfindən islam Peyğəmbərinin (s) mübarək qəlbinə nazil olmuş yeganə və əbədi bir mö᾽cüzədir. Belə ki, bu müqəddəs kitabda nə surə və ayə adı ilə qeyri-ilahi bir söz artırılmış, nə də ondan bir surə və ya ayə azaldılmışdır. Həmçinin bu müqəddəs kitab heç bir yol ilə təhrif olunmamışdır.

Qeyd etmək lazımdır ki, əqidəyə aid hökmlərdən digər bir hissəsi isə haqqında tədqiqat aparılması vacib olmayn hökmlərdən ibarətdir. Hətta bu kimi məsələlərdə şəkk halında qalmaq caizdir. Lakin təriqat (sorğu-sual və s.) üzündən bu barədə agahlıq tapan şəxsin öz əqidələrini onların əsasında tənzim etməsi vacibdir. Həmçinin bu kimi məsələləri dəlilsiz və şübhə niyyəti ilə inkar etmək caiz deyildir. Bu kimi hökmlər isə aşağıdakılardan ibarətdir:

9. Bizim əqidəmizə əsasən, Allah-taala cism deyil, başqa şeylərdən təşkil (tərkib) tapmamışdır. Onda heç bir dəyişiklik baş verməz və Onun sifətləri zatından ayrı deyildir. O zaman və məkana bağlı deyil, birindən doğulmamış və biri ondan doğulmamışdır. O müqəddəs Allah vacibul-vücuddur ki, Onun zatının həqiqətini dərk etmək, hər bir ağıllı şəxsin ixtiyarı və dərrakəsindən kənardır. İstər peyğəmbərlər, istər mələklər, istərsə də dünya alimləri bu işdən acizdirlər.

10. Biz mələklərin vücudu, isməti (günahsızlığı) və Allahın iradəsi ilə dünyada geniş istilasına inanırıq. Qur᾽ani-kərimdə isə onların kainatda müxtəlif istila və mə᾽muriyyətlərindən çoxlu söz açılmışdır. Bizim əqidəmizə əsasən onları və xüsusi ilə adları Qur᾽ani-kərimdə zikr olunmuş mələkləri inkar etmək, küfrə səbəb olur, həmçinin istər bir cins, istərsə də müxtəlif olan cin və şeytanların varlığına inanırıq.

11. Biz Allah-taala tərəfindən sonuncu peyğəmbər həzrət Məhəmməddən (s) qabaqkı ilahi peyğəmbərlərə nazil olmuş bütün asimani kitablara inanırıq. Belə ki, Qur᾽anda adları çəkilmiş kitablara qarşı aydın, Qur᾽anda adları çəkilməyən kitablara qarşı isə ictimai şəkildə inanırıq.

12. Biz «vəhy»-ə inanırıq. Yə᾽ni ilahi peyğəmbərlərin Allah-taala ilə mə᾽nəvi və gizli rabitəsi, həmçinin bütün ilahi din və asimani kitabların Allah tərəfindən vəhy yolu ilə insanlara çatdırılmasına inanırıq. İlahi peyğəmbərlər bundan başqa bir sıra hökmlər və elmləri də Allah-taaladan alıb, xalqa çatdırmışlar. Onların vəhyi isə üç növ olmuşdur:

Birinci: İlahi kəlamın zahiri hissiyyat üzvləri yolu ilə deyil, məhz peyğəmbərin qəlbinə ötürülməsi;

İkinci: İlahi kəlamın bir şey gözə görünmədən qulağına yetirilməsi;

Üçüncü: Vəhy mələyinin peyğəmbərə nazih olaraq, Allah kəlamını bir başa olaraq ona yetirməsi:


Hər üç növün bütün peyğəmbərlər haqqında onların dərəcələri, zamanlar, məkanlar və vəhy olunan sözlərin bir-birindən fərqli olması ilə həyata keçməsi mümkündür.

13. Bizim əqidəmizə görə bütün ilahi peyğəmbələr dini işlərdə hər növ günah, xəta və səhvdən mə᾽sumdurlar. Belə ki, istər uşaqlıq, istərsə də sonrakı həmçinin istər peyğəmbərlikdən qabaq, istərsə də ondan sonra dövranlarda onlardan heç bir böyük və ya kiçik günah baş verməz.
İlahi peyğəmbərlər Allah-taala tərəfindən hökmləri öyrənmək və onu xalqa danışıq və ya yazı yolları ilə çatdırmaqda səhvə yol verməzlər. Həmçinin onların (ilahi hökmləri) cəmiyyət arasında da icra etmək, şəxsi əməllər və fərdi təqva halları da bu qəbildəndir.

14. Biz həzrət Peyğəmbər (s), mə᾽sum imamlar, həmçinin onların hər bir səhabə və yaxınları mələklər və s. müqəddəslər haqqında «ğüluv» etməyi, istər ağıl, istərsə də şəriət baxımından tə᾽kidlə haram bilirik. «Ğüluv» isə əqidə baxımından onların həqiqi həddini aşmaqdan ibarətdir ki, aşağıdakılardan ibarətdir:

1. Allah-taalanın vücudunu inkar edərkən onları Allah bilmək;
2. Həm Allah, həm də onları müstəqil şəkildə Allah bilmək;
3. Məsihilərin İsa (ə) barədə dedikləri şərikə qail olmaq;
4. Onların Allaha məxsus olan bə᾽zi sifətlər malik olmasını bilmək; məsələn göylər və yerin xaliqiyyəti, insanlar və heyvanların yaradanı, bütün dirilərə ruzi verən, canlı və qeyri-canlıları dirildib, öldürmək və s. bu kimi xüsusiyyətləri qeyd etmək olar. Qeyd etmək lazımdır ki, «ğüluv» çox vaxtlar küfrə səbəb olur.

15. Biz hal hazırda müsəlmanlar əlində olan müqəddəs Qur᾽ani-məcidin təhrif olmamasına inanırıq. Belə ki, bu müqəddəs kitab, vəhy mələyinin Allah-taala tərəfindən həzrət Peyğəmbərin (s) müqəddəs qəlbinə nazil etdiyi, O həzrətin (s) müsəlmanlara yetirdiyi, Qur᾽an katibləri vasitəsi və daha sonra sair katiblər vasitəsi ilə yazılaraq müsəlmanların ixtiyarında qoyulan və təhrif olunmadan əldən-ələ müsəlmanlar vasitəsi ilə bizə çatmış kitabdan ibarətdir. Bu Qur᾽andan nə bir surə və ya ayə azalmış, nə də ona bir ayə və ya surə artırılmışdır.

Bəli, bu nurani kitab O həzrətin mübarək qəlbinə nazi olan, «lövhi-məhfuzda» mövcud olan və «lövhi-məhfuzda» mövcud olan isə Allah-taalanın əzəli elmində mövcud olan bir həqiqətdir.

Ardı var...

Etiqada Aid Vacib Və Haram Əməllər


Geri dön

MELEK INSAN...

  • 19 iyun 2012 01:04
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
melumata gore twk...........

--------------------

★Miss Love★

  • 18 iyun 2012 20:35
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli xebere gore cox sagol=)

✰GlaMurKa✰

  • 18 iyun 2012 19:02
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Biz Allah-taalanın «cəlal» və «cəmal» sifətlərinə inanırıq. «Cəlal» sifətlərindən məqsəd, Onun müqəddəs zatının hər bir eybdən uzaq olması, «cəmal» sifətlərindən isə məqsəd Onun müqəddəs Zatının bütün gözəl və kamal (üstün) sifətlərə malik olmasından ibarətdir.

LOREEN

  • 18 iyun 2012 18:31
  • Məqalə: 0
  • Şərh: 89
  • Bal:
{awards}
cooooooooooooooox tesekkurler emeye gore cox beyendim.ALLAH RAZI OLSUN!

come back

  • 18 iyun 2012 18:01
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
deyerli meqaleye gore cox tewekkurler.

pisik.

  • 18 iyun 2012 16:48
  • Məqalə: 0
  • Şərh: 288
  • Bal:
{awards}
cox cox cox tesekkuler

_MAGIC_GIRL

  • 18 iyun 2012 16:43
  • Məqalə: 2
  • Şərh: 257
  • Bal:
{awards}
thanksssssss))

--------------------
Sesini duysam da her an yuzunu gormek gibi degil, ozledigimi bil her an cunku hicbir sey seni sevmek gibi degil!..............

_BiRiCiK_

  • 18 iyun 2012 15:59
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
9. Bizim əqidəmizə əsasən, Allah-taala cism deyil, başqa şeylərdən təşkil (tərkib) tapmamışdır. Onda heç bir dəyişiklik baş verməz və Onun sifətləri zatından ayrı deyildir. O zaman və məkana bağlı deyil, birindən doğulmamış və biri ondan doğulmamışdır. O müqəddəs Allah vacibul-vücuddur ki, Onun zatının həqiqətini dərk etmək, hər bir ağıllı şəxsin ixtiyarı və dərrakəsindən kənardır. İstər peyğəmbərlər, istər mələklər, istərsə də dünya alimləri bu işdən acizdirlər.

--------------------

_NezisH_

  • 18 iyun 2012 14:44
  • Məqalə: 32
  • Şərh: 1703
  • Bal:
{awards}
2. Biz Allah-taalanın «cəlal» və «cəmal» sifətlərinə inanırıq. «Cəlal» sifətlərindən məqsəd, Onun müqəddəs zatının hər bir eybdən uzaq olması, «cəmal» sifətlərindən isə məqsəd Onun müqəddəs Zatının bütün gözəl və kamal (üstün) sifətlərə malik olmasından ibarətdir.

tinker bell

  • 18 iyun 2012 13:31
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

---ANGELA---

  • 18 iyun 2012 13:12
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
ÇOX TƏŞƏKKÜRLƏR.....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

SU PƏRİSİ

  • 18 iyun 2012 13:10
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN .....

--------------------

_BiRiCiK_

  • 18 iyun 2012 12:54
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN........

--------------------

..:MeleK kiz:..

  • 18 iyun 2012 12:53
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagol gozelim

Ahli-Shia313

  • 18 iyun 2012 12:53
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
əhsəntum!
ƏLHƏMDULİLLAH!

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

alicia

  • 18 iyun 2012 12:34
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
xebere gore twk

Nuray2012

  • 18 iyun 2012 12:26
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Alllah razi olsun

--------------------

ღ★Diamond★ღ

  • 18 iyun 2012 12:12
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bəli, bu nurani kitab O həzrətin mübarək qəlbinə nazi olan, «lövhi-məhfuzda» mövcud olan və «lövhi-məhfuzda» mövcud olan isə Allah-taalanın əzəli elmində mövcud olan bir həqiqətdir.

MENI_GOR_YIXIL_OL

  • 18 iyun 2012 11:55
  • Məqalə: 0
  • Şərh: 574
  • Bal:
{awards}
maraqliydi twklerrrrrrr

--------------------
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki SIRIN təkdir və dardadır

LoVe_LiFe

  • 18 iyun 2012 11:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI MEQALEYE GORE

evil_angel

  • 18 iyun 2012 10:56
  • Məqalə: 56
  • Şərh: 1187
  • Bal:
{awards}
Allah razi olsun cooox sagol xebere gore

--------------------

✰Dгeaм✰

  • 18 iyun 2012 10:54
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

_NezisH_

  • 18 iyun 2012 10:32
  • Məqalə: 32
  • Şərh: 1703
  • Bal:
{awards}
Allah razi olsun cox sagol

frog

  • 18 iyun 2012 10:12
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

SWEET LOVE

  • 18 iyun 2012 09:18
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
tesekkurler canim bu deyerli melumata gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}