O Səni Sevmir?!

 
  • 13.11.2010, 19:10
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
O Səni Sevmir?!

Əgər kimisə sevirsinizsə və onun da sizi sevdiyini düşünürsünüzsə bu gözəl bir hissdir və böyük xoşbəxtlikdir.

Bəs əgər onun sevgisinə hansı səbəbdənsə şübhə edirsinizsə?

İnamsızlıq sizi üzürsə?


Onda bu suallar sizin üçündür:

1. O sizinlə danışmağa can atırmı, yoxsa sizinlə olan müddətin çoxunu susur?

2. Sizin mesajlarınıza o dəqiqə cavab yazırmı, ya siz hər dəfə çox gözləməli olursunuz?

3. Getmək istədiyiniz zaman tez sağollaşırmı və ya hiss edirsiniz ki, getmənizi istəmir?

4. Sözlərində sizi sevindirəcək və könlünüzü oxşayacaq kəlmələr işlədirmi yaxud siz bu sözləri kəlbətinlə çəkirsiniz?

5. Sizin yanınızda başqa qadınlara qarşı mehribanlığını və rəğbətini bir qədər yığışdırırmı, yoxsa sizin qısqana biləcəyiniz umurunda belə deyil?

6. Sabahlar ayıldığınızda bir mesaj alırsınızmı - Canım, sabahın xeyir, günün uğurlu olsun! Yoxsa belə şeylərə həsrətsiniz?

7. Başqa insanların yanında da sizinlə eyni mehriban rəftar edir, yoxsa soyuq və etinasız olur, tanınmayacaq qədər?

8. Sizin million sevgi sözlərinizə milliard sevgi əvəzi verirmi, yoxsa yalnızca gülümsünür?

9. Sizin çatmayan cəhətlərinizi üzünüzə birbaşa deyirmi, yoxsa onları yavaş yavaş dəyişmənizi gözləyir?

10. Xətrinə dəymisinizsə üzr istəyərkən bunu gözləyirmiş kimi barışırmı, yoxsa bu incikliyi əsas tutaraq hər şeyi uzun müddərtə dəyişir?

Məncə bu suallara cavab verərkən onun sizi sevib sevmədiyini özünüz biləcəksiniz!
Artıq sözə nə ehtiyac var ki?!
Sevmədiyini anlarsanız özünüzü incitməyin!
Zorla gözəllik olmaz! Qəlbinizi asta-asta soyudun!
Sizi olduğunuz kimi sevib dəyər verəcək, qüsurlarınızı deyil, özəlliklərinizi görə biləcək biri bu qədər geniş dünyada əlbət ki vardır!
Həyat davam edir!

P.S. amma bir şey deyim... Bütün hər şey cəfəngiyyatdı...
Sevirsinizsə bir kəlmə xoş sözündən unudarsınız bütün bu suallara verdiyiniz cavabları...
Qoşarsınız yenə də dünyanın o başına belə olsa çağırsa sizi...
Hər gecə özünüzə - bu dəfə son - deyib yatsanız da, sabah ayılarkən bir dəfə daha görsəydim deyərsiniz...
Odur ki, hər birinizə sorğu sualsız ürəkdən sevmək və sevilmək arzu edirəm!


Geri dön

vusal-1

  • 9 aprel 2011 17:02
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
cox maraqlidir

MinawkA

  • 2 dekabr 2010 22:04
  • Məqalə: 0
  • Şərh: 53
  • Bal:
{awards}
maraqlidi..

--------------------
herkese inanmamagi heyat oyretdi..

Ulya

  • 14 noyabr 2010 20:59
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
super yazidi.xosuma geldi

Just For Legend

  • 13 noyabr 2010 20:23
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
hele bir men sevim,qaldi ki o

--------------------

Yusif

  • 13 noyabr 2010 19:45
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
maraqli xeberedi twk

Angel-Xranitel-666

  • 13 noyabr 2010 19:34
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
maraqldi laughing

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 39
Cəmi: 70

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}