Namaz qılanlar

 
Namaz qılanlar

Allah-taala “Furqan” surəsində özünün yaxşı bəndələrinin səciyyələrindən birinin gecəni sübhə qədər namaz qılmaq olduğunu qeyd edir:

“Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) halında keçirərlər”.

Belə ki, bu şəxslər gecə yarısı yuxudan oyanır, heç kəs onları görmədən, səmimi, saf niyyətlə Allahla razü-niyaz, ibadət, münacat edirlər.

Həzrət Peyğəmbər (s) gecə namazını möminlərin izzəti sayaraq buyurur:

“Möminin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır”

Həzrət Əli (ə) isə buyurur:

“Gecəni çox yatan şəxs (yəni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz”.

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:

“Allah-taala Musa ibn İmrana buyurdu: “Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlığında isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər,

(məgər dost dostu ilə etdiyi söhbətdən ləzzət almazmı?”

O həzrət digər bir hədisdə gecə namazının əhəmiyyəti haqqında buyurur:

“Gecə namazını əldən vermə. Həqiqətən, gecə namazından məhrum olan şəxs ziyankardır”

Hər bir şəxs məhəbbət bəslədiyi, möhtərəm sandığı bir şəxsin görüşünə getdikdə özünü səhmana salır, ən gözəl, təmiz paltarını geyinir, ətirlənir və s.

Ən böyük məhəbbətə, ehtirama layiq olan uca Allahdır. Demək, onunla görüşə getdikdə - namaz qıldıqda özümüzü səhmana salıb, ə

n səliqəli paltarlarımızdan istifadə edib, ətirlənməyimiz lazımdır.

“Əraf” surəsində oxuyuruq:

“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin…”

Quran şərhçiləri məlum ayədə qeyd edilən “zinət” sözünü açıqlayarkən yazırlar:

“Bu, həm cismani zinətlər - gözəl və təmiz geyinmək, saçı daramaq, ətirlənmək və s., həm də mənəvi zinət - bütün əxlaqi sərvətlərə malik olmaq mənasındadır”.

Bu ayənin şərhində İmam Sadiq (ə) belə buyurur:

“Saçı daramaq ruzinin cəlb olunmasına, insanın gözəlləşməsinə, ehtiyaclarının ödənilməsinə səbəb olur”.

İmam Səccad (ə) haqqında nəql edilir: “Namaz qılmağa başladığı vaxtlarda cənamazın yanına qoyduğu ətirlə ətirləniridi”.

İmam Sadiq (ə) isə buyurur: “Ətirli halda qılınan bir rükət namaz ətirsiz halda qılınan yetmiş rükət namazdan üstündür”.

İslam peyğəmbərindən (s) nəql olunduğuna görə, o, qadınların zinətsiz halda namaz qılmalarını xoşlamırdı.

İslam Peyğəmbəri (s) mənəvi gözəlliyi hər şeydən üstün tutaraq buyurur:

“Əgər Allah bir şəxsi xeyirli zinətlərlə bəzəmək istəsə ona daxili paklıq bəxş edər”.

İmam Əli (ə) gözəllik haqqında buyurur:

“Kişinin gözəlliyi səbr, möminin gözəlliyi təqva, bəndənin gözəlliyi itaət, elmin gözəlliyi isə onu başqalarına çatdırmaqdır...”


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:03
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

..::Only_Life::..

  • 25 iyul 2011 21:09
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
ALLAH razi olsun.ALLAH namaz qilanlarin namazini qubul etsin.namaz qilmayanlarada qismet eder INSALLAH

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

_RONALDO_

  • 6 aprel 2011 23:05
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Tesekkurler. Cox maraqli yazidir. Allah butun namaz qilanlarin namazlarini qebul etsin! Namaz qilmayanalara da hidayet versin! Amin!

--------------------

Ulya

  • 14 noyabr 2010 21:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun.

Just For Legend

  • 13 noyabr 2010 20:22
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Allah hamiya oz Hidayetinden bexsh etsin

--------------------

Yusif

  • 13 noyabr 2010 19:45
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler maraqli xeberdi

Angel-Xranitel-666

  • 13 noyabr 2010 19:32
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
cox sagol bacim wink

--------------------
AnGeL-xRaNItEl ti super

MuslimGirl

  • 13 noyabr 2010 19:17
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler. Cox maraqli yazidir. Allah butun namaz qilanlarin namazlarini qebul etsin! Namaz qilmayanalara da hidayet versin! Amin!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 37
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}