Allahın evi Kəbədə dünyaya gələn insanın mövludu

 
Allahın evi Kəbədə dünyaya gələn insanın mövludu

Bismilləhir-Rahmənir-Rahim!

Hicrətdən 23 il öncə, Rəcəb ayının 13-də, Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
Fatimə binti Əsəd üç gün Ilahi qonaq olduqdan sonra öz möhtərəm və sevimli oğlunu qucağına alıb Kəbədən xaric oldu. Qeybdən belə bir nida gəldi: ``Ey Fatimə, bu uşağın adını Əli qoy. Mən Əliyyi-Əla olan Allaham. Mən onun adını Öz adımdan seçmişəm, ona ədəb öyrətmişəm və Öz əmrimi ona tapşırmışam. Onu öz elmimdən agah etmişəm. O, Mənim Evimdə dünyaya gəlib. O, Mənim Evimin üstündə azan deyəcək ilk şəxsdir. O, bütləri sındıracaq, Kəbənin üstündən yerə atacaq. Xoş o adamın halına ki, Onu sevib itaət və kömək edə. Ona düşmən kəsilib, ondan boyun qaçırıb xar edərək haqqını inkar edən kəsin halına vay olsun`` (``Biharül-ənvar``, c.35, səh 9-37).
Həzrət Rəsulullahdan (s) nəql edirlər: «Gördüm ki, behiştin qapısına yazılmışdır: “Allahdan başqa məbud yoxdur, Mühəmməd(s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır”».
Digər mübarək hədisdə Həzrət Rəsuli - Əkrəmdən (s) nəql edirlər: «Ey Əli can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir».
Mövlamız, intizarında olduğumuz, bəşərə nicat verəcək mübarək İmamımız Həzrət Mehdi Sahib-əz-zəmanın (ə.f) etdiyi dualardan birində deyilir: «İlahi!...Əmirəlmö’mininə, Peyğəmbərin (s) varisinə, dəstəmazdan nurlananların rəhbərinə, vəsilərin sərvərinə salam göndər !».

Ey Əli (ə) aşiqləri!
Ey Rəsul-Əkrəmin (s): «Əli ibni Əbi Talib (ə) İslamı qəbul etməkdə ümmətin ən öncülüdür, onların ən elmlisidir, onların içində ən imanlısıdır…və o, məndən sonra İmam və xəlifədir» vəsiyyətinə sadiq olan və gündəlik həyatlarında bu Peyğəmbər (s) göndərişini rəhbər tutanlar!.
Sizləri əziz Peyğəmbərimizdən (s) sonra bəşəriyyətin ən əşrəfi, Allah evində dünyaya gələn və Allah evindəcə də İlahiyə qovuşan, «Elm şəhərinin qapısı», Zülfüqar sahibi, kamillik təcəssümü - Əmirəlmö’minin Həzrət Əlinin (ə) mübarək mövludu münasibətilə təbrik edirik!
Həzrət Əli (ə) belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim».
Bəs elə isə bu böyük və məsuliyyətli ada - Əli (ə) davamçısı adlanmaq şərəfinə layiq olmaq üçün əlimizdən gələni edək! Uca Allahdan hər birimiz üçün, xalqımız üçün, bütün ümmət üçün Əli şücaəti, Əli kamilliyi, Əli dönməzliyi, Əli mətinliyi, ən əsası da Əli (ə) kimi yalnız Allaha tapınmağı diləyirik! Uca Allah bu işdə hər birimizə tofiqlər inayət etsin, inşəallah! AMİN!

Rəcəb ayında yaşayırıq. Bu ayın hər günü xeyir-bərəkətlə, nurla doludur. Amma xüsusi günlər var ki, bunların bərəkətliliyi fövqəladə dərəcədədir. Bu günlər arasında ən ümdəsi – Möminlərin Əmiri İmam Əlinin (ə) mövlududur. Amma bu, sadəcə hansısa dahi şəxsiyyətin dünyaya gəlişi günü deyildir. Bu müqəddəs gün – kamillik zirvəsini özündə əks etdirən bir mübarək simanın yad edilməsini, onun ideallarını yaşadılmasını labüd edən bir tarixdir.

Səni yalnız mömin sevər...

Həzrət Əli (ə) besətdən 10 il öncə, rəcəb ayının 13-də, Kəbə Evində dünyaya gəlmişdir. Atası – Həzrət Əbu Talib, anası – xanım Fatimə binti Əsəddir. Həzrət Əli (ə) - kişilərdən Peyğəmbərə (ə) iman gətirən ilk şəxs, Qurani-Kərimin katibi, Peyğəmbərimizin (s) vəsisi və canişinidir.

Həzrət Əli (ə) barədə danışmaqla qurtarmaz. Bircə onu demək kifayətdir ki, Peyğəmbərimizdən (s) sonra, İmam Əli (ə) Allah Təalanın ümmət üçün ilk hüccətidir, dəlilidir.

İmam Əli (ə) – bir mübarək meyardır. Ona münasibət vasitəsilə İslamla dostluq-düşmənlik mövzusu həll edilir. Allahın Peyğəmbəri (s) Həzrət Əli (ə) ilə bağlı buyurub: «Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər».

Başqa yerdə Rəsuli-Əkrəm (s) buyurub: «Atəş odunu yediyi kimi, Əlini sevmək də günahları yeyir».

Yenə də Rəsulullah (s) buyurub: «Möminin əməl dəftərinin başlıq və sərlövhəsi - Əli ibn Əbu Talibin məhəbbətidir».

Bəli, imana iddialı insanın əməl dəftərinin sərlövhəsi – İmam Əlinin (ə) məhəbbətidir. Bu məhəbbət sayəsində insan düzgün yol gedə bilər.

Allahın Evindən başqa yer tapılmadı bu mövlud üçün...

Allah evində dünyaya gələn, Allah evində dünyadan gedəndir Əli (ə)... Dünya Allahın Evindən başqa bir yer tapmadı Əlini (ə) qarşılamaq üçün. Dünya Əlini (ə) yola salmaq istəyəndə, Allah evindən başqa bir yer tapa bilmədi ki, daha layiq yola salsın. 63 illik bir misilsiz ömür yaşayan Həzrət Əli (ə), 33 ilini Rəsulallahın (s) qulluğundadır. Bu illərdə bəşərə şücaət, mərdanəlik, kişilik, fədakarlıq, sədaqət dərsini keçir. Qalan illərini bəşərə səbir dərsini keçir, amallara sadiqlik, İlahi vəzifəyə əməl etməkdə sabitqədəmlilik dərsini keçir. Bəşərə böyük hədəflərə görə, qabaqda duran böyük məqsədlərə görə qurban verməyi bacarmağı, hissləri cilovlamağı, İslamın əbədiyaşar dəyərlərinə görə səbir etməyi öyrədir. İmam Əli (ə) İslamın nə olduğunu hamıdan yaxşı bilirdi; o, inancın cövhərini təşkil edirdi. İmam Əli (ə) inancın yaşaması üçün hər nə lazımdırsa, edirdi. Şücaət lazım olanda Əli (ə) şücaət göstərirdi. Səbir meydanında Əliyə (ə) bənzəri yox idi. Onun haqqında Quranda 300 ayə gəlib. Həyatının hər günü ibrət olan bu insana aid İlahi Kitabda 300 ayə vardır...

Onun barəsində Peyğəmbərimiz (s) deyib: «Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır».

Başqa yerdə Allahın Peyğəmbəri (s) belə buyurub: «Əli - dinin sütunudur».

İlahi Elçi (s) onu bizlərə dinin sütunu kimi tanıdır. İman əhli üçün bu yolgöstərmə kifayət edər.

Niyə din onsuz naqisdir?

Peyğəmbərimizi (s) bildirir ki, Həzrət Əlisiz (ə) İslam naqisdir. Bunu, Rəsuli-Əkrəm (s) Qədir-Xumda bəşəiyyətə çatdırır və ondan sonra biz görürük Quran məntiqi bunu izah edir. Həzrət Peyğəmbər (s) vida həcci zamanı 23 ililk risalət zəhmətinin tam kamil hala düşməsi üçün zəruri olam bir şərtə işarə edərək, üzünü tutur 120 000 müsəlmana və buyurur: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».

Peyğəmbərimiz (s) Qədir-Xum çölündə Həzrət Əlini öz canişini və vəsisi elan edir. Bundan sonra “Maidə” surəsinin 3-cü ayəsi nazil olur. Hansında ki, Allah Təala buyurur: “... Bu gün dininizi sizin üçün kamil etdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı bəyəndim...”.

Bəs bu necə oldu? Qədir-Xum adlı məkana çatdıqda, Peyğəmbərimizə (s) “Maidə” surəsinin 67-ci ayəsi nazil olmuşdu. Allah Təala Pyğəmbərimizə (s) buyururdu ki, “... Rəbbin tərəfindən sənə nazil olanı (insanlara) çatdır. Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını (risaləti) çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz Allah kafirlərin dəstəsini hidayət etməz”.

Qeyd etdiyimiz kimi, bundan sonra Rəsuli-Əkrəm (s) Həzrət Əlini (ə) özündən sonra ümmətin rəhbəri kimi tanıtdırdı. Məhz bundan sonra İslamın kamil bir din olaraq Allah Təala tərəfindən bəyənilməsi barədə ayə nazil oldu.

Haqq onun ətrafına fırlanar...

Rəsuli-Əkrəm (s) daima müsəlmanları İmam Əlinin (ə) mübarək şəxsiyyəti barədə agah edirdi. Məşhur hədisdə buyurulur: «Əli haqq ilədir və haqq Əli ilə. Və o harada olsa, haqq onun ətrafına fırlanar».

Həzrət Əmirəlmöminin Əli (ə) haqqında nə qədər bəhs edilsə də, yenə də onun malik olduğu məqamı, onun şəxsiyyətini çatdırmaq üçün çox cüzi səy etmiş olarıq. Həqiqətən, sözlə bu müqəddəs insanın vəsfini etmək – çətin bir məsələdir. Bu, həmin hallardandır ki, söz, vəsfi etməkdə aciz olur.

Həzrət Əlinin (ə) üstünlüyünü təşkil edən, onu fərqləndirən hansı cəhətlərdir? Burada həm elm var, həm şücaət var, həm səbir var, həm şəfqət var... Ustad Mütəhhərinin təbirincə desək, İmam Əli (ə) – həyatın bütün səhnələrinin qəhrəmanıdır.

Əlini (ə) tanımaq üçün bir səhnəni təsəvvür edək. Bu hadisə Rəsulullah (s) məktəbinin ən şərəfli şagirdi - Əlinin (ə) hökumət başında olanda baş vermişdir. Nəql edirlər ki, bir gün Əmirəlmöminin Əli (ə) Kufə məscidində əyləşmişdi. Əbdullah adlı bir yəhudi əynində zirehlə onun yanından keçir. Əli (ə) onun əynindəki zirehi görən kimi buyurur: “Bu zireh Təlhənin zirehidir və Bəsrə döyüşündə qənimətdən xəyanət edilmişdir”. Əli (ə) baxır deyir bu xəyanət olunmuş bir şeydir, kimsə bunu oğurlayıb. Tanıyır bu zirehi.

Yəhudinin, İslamda mövcud olan ictimai ədalətdən xəbəri var idi. Və bilir ki, Əli (ə) xəlifədir, ölkə başçısıdır. Əli (ə) bu məmləkətin rəhbəridir. Yəhudinin yəqini də var ki, İslam - ictimai ədaləti qəbul edən bir dindir. Deyir: “Gedək İslamın qazisinin yanına”. O qazinin yanına ki, onu Əli (ə) təyin edib. Bu şəxsdə şəkk yoxdur ki, nə mənası var gedim qazinin yanına, onsuz da onu Əli (ə) təyin edib. Gör insanların Əlinin (ə) ədələtli əmir olmasında nə qədər arxayınçılıqları, əqidələri var idi!

Onlar hakimin yanına daxil olurlar. Burada Əli (ə) vəziyyəti izah edir, deyir hal-qəziyə budur. Qazi bu vəziyyəti görür, deyir: “Gərək iddianıza bir şahid də gətirəsiniz”. Çox qəribə bir səhnədir. Həzrət Əli (ə) xəlifədir. Onun təyin etdiyi hakim, qazi məhkəmə aparır. Əli (ə) ölkə başçısıdır, iddiaçı isə müsəlman da deyil, yəhudidir. Amma, məhkəmə onun hüquqlarını qoruyur. Beləliklə, qazi deyir: “Gərək şahid gətirəsiniz”. Əli (ə) İmam Həsəni (ə) dəvət edir. Qazi deyir: “gərək bir nəfər başqasını da gətirəsiniz”. İmam Əlinin (ə) Qəmbər adlı bir qulamı olur. Buyurur: “Qəmbərə də deyin, gəlsin”. Şahidlər şəhadət verir. Qazi deyir ki, qulluqçunun şəhadəti ilə məsələ həll olunmur. İmam (ə) bu halda yəhudiyə müraciətlə dedi: “Bu insan üç dəfə səhv hökm çıxartdı. Amma, buna baxmayaraq, zirehi götür, get”. Fikir verin. Hakim, qazi səhv hökm çıxarır. Amma, məhkəmənin qərarıdır deyə, xəlifə də bu hökmə tabe olur. İctimai ədalət budur.

Yəhudi bu vəziyyəti görür və söyləyir: “Sübhanallah! Müsəlmanların xəlifəsi qazinin yanına gəlir və onun əleyhinə qəzavət edirlər və o da razılaşır!”. Deyir: “Ey Əmirəlmöminin, siz düz buyurursunuz. Zireh sizin xurcundan düşüb, mən də onu götürmüşəm”. Axırda yəhudi deyir: “Ey Əmirəlmöminin! Əşhədu ən lə iləhə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah!”. Beləliklə, Əli (ə) ədaləti və Əli (ə) həqiqəti bir nəfərin də İslama gəlib çıxmasını nəsib edir.

İmam Əlini (ə) görüb, Əliyə (ə) görə bu cümlələri, kəlmeyi-şəhadəti deyənlər çox olub. Bu, onlardan yalnız birisidir.

Qaziyə qəzavət dərsi

Amma Əlinin (ə) iradını eşitcək, qazi deyir: “Əgər söyləməsən ki, üç səhvim nədən ibarətdir, daha mən qəzavət etməyəcəyəm”. Burada artıq, Əli (ə) bir imam kimi qaziyə dərs keçir. Maariflənmə məqamıdır. Deyir: “Vay olsun sənə. Peyğəmbər (s) buyurub: “Xəyanətlə bağlı şahidə ehtiyac yoxdur”. Yəni, bir var ki, müəyyən bir şey bir şəxsindir. Digər birisi isə deyir ki, “yox, bu mənimdir”. Bu halda, iddia edən gərək sübut etsin ki, həmin şey o şəxsin deyil. Bir də var hamı bilir ki, müəyyən bir şey, bir şəxsin olub, sonra, məsələn, yoxa çıxıb. Yəni, hamı bilir ki, bu itib, təzə bir yiyəsinə çatıb. Bu halda artıq gərək təzə yiyəsi sübut edə ki, bunu haradan əldə edib. Əgər hamı bilirsə ki, bu kimindir və onda bunu təzə bir yerdə tapanda, gərək artıq o adam özü sübut edə ki, onu halal yolla əldə edib.

İndi Əli (ə) bu qaziyə dərs keçir. Deyir: “Əvvəla, xəyanətlə bağlı şahidə ehtiyac yoxdur”. Əslində, tərəf müqabili gərək sübut edərdi ki, onu düzgün yolla əldə edib.

Sonra Həzrət Əli (ə) buyurur: “İkincisi. Həsəni dəvət etdim, sən isə dedin ki, bir şahidlə hökm etmirəm. Halbuki, bir şahidlə və iddiaçının andı ilə hökm yetərdi. Yəni, mən and içə bilərdim, Həsən də şahidlik edə bilərdi. Bu ikinci səhvin. Üçüncü səhvin - Qəmbər şəhadət verdi. Amma, sən dedin ki, o quldur və qulun şahidliyi ilə hökm etmirəm. Lakin, İslam hökmünə əsasən, əgər qul adil bir şəxsdirsə, onun şahidliyi qəbul olunmalıdır”. Sonra buyurur: “Vay olsun sənə. Müsəlmanların İmamının və rəhbərinin daha böyük məsələlərdə əmin sayıldığı bir halda, sən necə onun iddiasını qəbul etmədin?”.

İdeal davranış modeli

Həzrət Əlini (ə) tanıyaq. O, bir dahi şəxsiyyətdir ki, bir insandır ki, saatlar, günlər, həftələr, illər, əsrlər qadir deyil “Əli (ə) kimdir?” sualına cavab verə. Bir neçə məsələyə də toxunaq. Əli (ə) bir şəxsdir ki, tək müsəlmanlar onun haqqında danışmırlar. Qərb alimlərindən biri deyir: “Əgər Əlini (ə) zərbətləməsydilər, əgər Əli (ə) mehrabda namazda dayanan vaxtı öldürülməsə idi, Əli (ə) bu dünyadan gedəsi deyildi”. Deyirlər “Necə?”. Həmin alimin hədislə, Quranla işi yoxdur. Müsəlman da deyil. Deyir: “Mən Əlinin (ə) həyatını mütaliə etmişəm. Onun həyatında bir dənə də olsun ifrat-təfrit yoxdur. Bu insan nə edib – kamillikdir”. Bu insan döyüşüb haqq uğrunda. Bu insan yaşayıb haqq uğrunda. Bu insan daima durub haqq müstəvisində.

Gəlin Əlinin (ə) həyatının səhnələrinə nəzər salaq. İmam Əli (ə) Allah evində dünyaya gəlir, Allah evində də dünyadan gedir. O, kişilərdən Allah dinini ilk qəbul edən insandır. Bilavasitə Allah Elçisinin (s) tərbiyəsini görən insandır. Allah Elçisi (s) ilk müraciətini edəndə, o, “ləbbeyk!” deyən ilk insandır. Əli (ə) baxmayıb əməlləri kiminsə xoşuna gələr və ya gəlməz. Baxıb ki, Allah bu işdən razı deyilsə, onu etməsin. Əqil kimi qardaşı qapısına gələndə, Əli (ə) ona deyir ki, mənim özümün nəyi varsa, verim. Amma mən sənə görə Allahıma qarşı çıxmayacağam. Yaxud, Təlhə və Zübeyr gəlirlər, vəzifə, məqam istəyirlər. Asan idi onları razı salmaq, əlində idi hər şey. Təlhə-Zübeyrkimilərə guya nə lazım idi ki? Deyə bilərdi ki: “Hə, filan yerin valiliyini verdim sənə”. Söz demək asan məsələdir. Müaviyənin (lən) etdiklərini ondan yaxşı da etmək olardı. Hoqqabazlıqları nə var etməyə, siyasətbazlıqları nə var etməyə? Nə var hoqqabaz olmağa, nə var zəlil yaşamağa? Amma Əli (ə) bunu edə bilməzdi, çünki o - Əlidir (ə)!

Bu gün kimsə Əliyə (ə) baxıb deyərdi ki: “Nə olardı ki?”. Nə çətin iş idi ki, Əli (ə) Təlhəyə bir vəzifə verərdi, Zübeyrə də bir şey verərdi. Əqilə də bir şey verərdi. Sonra yavaş-yavaş, mərhələ-mərhələ digər məsələləri həll edərdi, İslamı bərqərar edərdi.

Amma, Əli (ə) onu edə bilməzdi! Əgər, Əli (ə) belə etsəydi, tarixdə Əli (ə) kimi qalmazdı. İndi soruşulanda ki, “Hanı təmiz İslam?”, “Hanı ədalətli rəhbər?” deyirik, baxın Rəsulullaha (s), Əliyə (ə). Soruşanda ki, “Hanı həqiqi vətəndaş mövqeyi?” deyirik, baxın Hüseynə (ə). Soruşanda: “Hanı mənəviyyat?” deyirik, baxın İmam Səccada (ə); “hanı dönməzlik?” - deyirik, baxın İmam Kazıma (ə); “hanı əziyyətlərə qarşı mətinlik, şücaət, dönməzlik?” - deyirik baxın Həzrət Zeynəbə (s.ə).


Əli (ə) mövludunu yaşatmaq

Bir kəsin mövludunu qeyd edirik ki, Allahın Evi o şəxsin mövludunu qarşılayıb. Bir kəsin mövlududur ki, əziz Peyğəmbərimizdən (s) sonra bəşəriyyətin ən kamil insanıdır. Bəhsimizi böyük İslam Peyğəmbərindən (s) Həzrət Əli (ə) ilə bağlı buyurduğu mübarək hədislə bitirmək istərdik. Yaranışın hikməti, Allahın Elçisi, əziz Rəsulumuz (s) elm şəhərinin qapısı olan Həzrət Əlini (ə) bizlərə çox incə bir buyuruşla tanıdır. Peyğəmbər (s) buyurur: “Ey Əli can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir”. Rəsulallah (s) Həzrət Əlinin (ə) dərəcəsini olduqca dəqiq çatdırır. Buyurur, necə ki, Allah Elçisinin qanına və ətinə iman qarışıb, o cür də Əlinin (ə) əti və qanına iman qarışıb.

İmam Əli (ə) mövludunu yaşamaq çox az tapılan, nadir səadətlərdən biridir. “Əşhədu ənnə Əmirəlmumininə Əliyyən vəliyullah” sədasını ucaltmaq - böyük bir nemətdir. Bu, elə bir sədadır ki, batil əqidələrin müqabilində ucalır. Bir vaxtlar bu sədanı ucaltmaq çox təhlükəli olub. Həmin zamanlarda bunun yerinə “Əli Allahın düşmənidir” (nəuzibillah!) şüarı səsləndirilirdi. Öyrədilmiş şəxslərə bu sözü deməyə görə böyük pullar paylanılırdı. Əli (ə) kimi haqq, kamil insan Allahın düşməni kimi tanıtdırılırdı... Amma, Əli (ə) sevərlər bu böyük eşqi əsrlər boyu müxtəlif yollarla yaşadıb. Və bu günə çatdırıblar bu məhəbbəti. Allah Təala bu zəhmətləri çəkənlərin hamısına rəhmət eləsin!
Allah Təaladan istəyimiz budur ki, Əli (ə) zirvəsinə xatir, Əli (ə) mövluduna xatir, Əli (ə) həyatına xatir bizləri həqiqi bəndələrdən qərar versin! Amin!


Geri dön

SabriNa B-va

  • 15 iyul 2012 16:08
  • Məqalə: 207
  • Şərh: 3772
  • Bal:
ALLAH razı olsun!!!

Melek Kiz

  • 4 iyul 2012 19:51
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
eziyyet cekmisiniz halal edin

faithful

  • 22 iyun 2012 14:27
  • Məqalə: 56
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun

come back

  • 19 iyun 2012 23:41
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler xebere gore cox maraqli idi Allah razi olsun.

frog

  • 19 iyun 2012 20:38
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

_BiRiCiK_

  • 19 iyun 2012 20:25
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
Allah sizden razı olsun

--------------------

music_angel

  • 19 iyun 2012 17:18
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Onun barəsində Peyğəmbərimiz (s) deyib: «Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır».
ALLAH RAZI OLSUN

--------------------

✰GlaMurKa✰

  • 19 iyun 2012 16:54
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
“Səni yalnız mömin sevər...”

Həzrət Əli (ə) besətdən 10 il öncə, rəcəb ayının 13-də, Kəbə Evində dünyaya gəlmişdir. Atası – Həzrət Əbu Talib, anası – xanım Fatimə binti Əsəddir. Həzrət Əli (ə) - kişilərdən Peyğəmbərə (ə) iman gətirən ilk şəxs, Qurani-Kərimin katibi, Peyğəmbərimizin (s) vəsisi və canişinidir.

sun_shine98

  • 19 iyun 2012 15:25
  • Məqalə: 0
  • Şərh: 404
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------
ARKAMDAN KONUSUP BESTE YAPACAĞINA,YÜZÜME KONUŞ DÜET YAPALIM

ღ★Diamond★ღ

  • 19 iyun 2012 14:07
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
“Allahdan başqa məbud yoxdur, Mühəmməd(s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır”».
Digər mübarək hədisdə Həzrət Rəsuli - Əkrəmdən (s) nəql edirlər: «Ey Əli can! İmanın sənin ətin və qanınla qarışması, mənim ətimə və qanıma qarışması qədərdir».
Mövlamız, intizarında olduğumuz, bəşərə nicat verəcək mübarək İmamımız Həzrət Mehdi Sahib-əz-zəmanın (ə.f) etdiyi dualardan birində deyilir: «İlahi!...Əmirəlmö’mininə, Peyğəmbərin (s) varisinə, dəstəmazdan nurlananların rəhbərinə, vəsilərin sərvərinə salam göndər

Melek Kiz

  • 19 iyun 2012 12:53
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox sagolun

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 19 iyun 2012 11:52
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
ALLAH razi olsun maraqli idi.tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

_NezisH_

  • 19 iyun 2012 11:52
  • Məqalə: 32
  • Şərh: 1679
  • Bal:
{awards}
Həzrət Əli (ə) belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim».

Allah razi olsun sizden

SU PƏRİSİ

  • 19 iyun 2012 11:18
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN DEYERLİ YAZİYA GORE........

--------------------

★Miss Love★

  • 19 iyun 2012 10:36
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Maraqli meqale idi cox sagol=)

✰Dгeaм✰

  • 19 iyun 2012 10:19
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun canim..

_RiHanNa_

  • 19 iyun 2012 10:04
  • Məqalə: 84
  • Şərh: 1610
  • Bal:
{awards}
Gözəl məqalədi çoox thankss)

LoVe_LiFe

  • 19 iyun 2012 09:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI MEQALEYE GORE

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 57
Cəmi: 96

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 791
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}