Albert Eynşteyn Haqqında Tam Məlumat

 
Albert Eynşteyn Haqqında Tam Məlumat

Albert Eynşteyn

1879-cu il martın 14-də Almaniyada doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziumuda alır. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ile evlənir . Bir qızı ve iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyasini müdafiə edir və 1909-cu ildə Zürix Universitetinde professor kimi çalışmağa başlayır. 1911-ci ilde Praqa Universitetində fizika professoru oldu. 1912-ci ildə Zürix Universitetinə geri dönüb riyaziyyatçı Marcel Grossman ilə çalışmağa başlayır. 1914-cü ildə Berlin Universitetində professor kimi çalişmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib Amerikaya köçür və Prinston Universitetində professor kimi çalişmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır. İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Dr. Chaim Weizmann ilə Jerusalem Universitetində birgə çalışır. 1945-ci ildə Ruzvelt-ə yazdığı məktubunda nüvə silahını düzəldə bildiyi baradə xəbər verir. Xirosima və Naqasaki faciəsindən sonra bu ixtirasından böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom Bombası Albert Eynşteynə, Avropa ve Amerikadakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır. 1920-ci illərdə Avropada, Amerikada dərs deyir. Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında Copley Nişanı (1925) ve Franklin Nişanı (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatına layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ilde Prinstonda vəfat edir.

Nisbilik nəzəriyyəsi və xüsusilə də cisimlərin kütlə və enerjiləri arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında - xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatları, kapilyar hərəkət, kritik opalesensiya, statik mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Eynştyen bununla Foton nəzəriyyəsinin əsanı qoyur), süni (və ya həyəcanlaşdırılmış) süalanma da daxil olmaqla radiasiya nəzəriyyəsi, eynicinsli sahə nəzəriyyəsi və digər elmi tədqiqat işlərini göstərmək olar.

1999-cu ildə Time jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.


Geri dön

_RONALDO_

  • 6 aprel 2011 23:04
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
cox sawqol

--------------------

Ulya

  • 14 noyabr 2010 21:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

Yusif

  • 13 noyabr 2010 19:59
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkurler Beyendim xeberi

Angel-Xranitel-666

  • 13 noyabr 2010 19:33
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
thank laughing wink

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}