Quranın Gücü - Furqan

 
Quranın Gücü - Furqan

Qur’anın Qur’andan başqa Furqan, Bəyan, Zikr, Haqq, Ədl və digər adları da vardır. Bunlardan biri də “əl-Kitab”dır. Qur’anın, Qur’anda ən çox zikr edilən adı “əl-Kitab”dır. Kətəbə-yazmaq, katib-yazıçı, məktub-yazılmış vəsiqə kimi fərqli mənalara gələn bu kəlimənin kökü üç hərifdən ibarətdir. Bu kəlimə çoxmənalı bir kəlimə olub etimolojik olaraq karaə və karanə ilə qohum kəlmədir. “Kətəbə”nin bu mənalarından başqa yan-yana qoymaq və ya düzmək, tək başına mənası olmayan hərflərdən mənalı bir kəlimə meydana gətirmək kimi mənaları da mövcuddur.

Əsasən kitab deyildiyi zaman əvvəli və sonu məlum olan və bir mövzunu ehtiva edən mətn başa düşülür. Bununla yanaşı söyləmək lazımdır ki, Ərəb dilində kitabın birdən çox mənası var. Xüsusilə də Qur’andaki mənaları daha da çoxdur. Qur’andakı mənası ilə “əl-Kitab”, Qur’anı və eyni zamanda digər kitabları da ifadə edən və əhatə dairəsi geniş olan ilahi bir kəlimədir. Məsələn Qur’anda Tövrat bir çox yerdə əl-Kitab olaraq ifadə edilir. [1] “Kitab”ın bəzi mənalarını izah etmədən öncə bu kəlimə ilə Qur’an, Zikr adları arasında mövcud olan bəzi fərqlərə diqqət çəkmək istəyirik. Qur’anda keçən Qur’an kəlməsi ilə möminlərə müraciət edilir, Zikr, Təzkirətən kimi adlar isə ümumi mahiyətdə olub bunlarla bütün bəşəriyyətə, Kitab adı ilə isə ayədəki mənasına görə bəzən mömünlərə, bəzən Əhl-i kitaba (yəni xrsitianlar, yəhudilər), bəzən də hər kəsə müraciət edilir. Bu kəlimənin Qur’andakı bəzi mənaları aşağıdakılardır.

1) Qanun, qayda mənası.
Allah Təala Ənam surəsinin 12-ci ayəsində belə buyurur: “Allah öz zatına rəhməti yazdı” [2] . Buradan Allahın mərhəmət etməyi öz zatına vacib (fərz) etməsi mənasını çıxartmaq da mümkündür. Yəni Allah mərhəmət etməyi öz zatı üçün qayda, qanun halına gətirdi. Başqa bir ifadə ilə Allah öz qullarına hər zaman mərhəmət edər.

2) Sünnət (Adət ənənə).
Allah Təala Fatır surəsinin 43-cü ayəsində belə buyurur: “Çünki onlar yer üzündə kibirlənmək və xain hiylə qurmaq (istəyirlər). Ancaq hiylə və məkr sadəcə onu hazirlayanlara geri dönər. Onlar öncəkilərin sünnətindən (başlarına gələnlərdən) başqa bir şey gözləyirlər? Allahın sünnətində əsla bir dəyişmə görə bəlməzsiniz” [3] . Buradakı sünnət adət-ənənə, qanun mənasına gəlir. Yəni Allahın, əmrlərinə üsyan edənlərə qarşı göndərdiyi əzabı ənənəvi olaraq eynidir. Keçmişdə necə idisə, indi də belədir. Burada bir dəyişiklik olmaz. Allah əzabının mahiyyətində, tərzində, zamanında bir dəyişiklik görmək mümkün deyil.

3) Xitab və kitab mənası.
Allah Təala belə buyurur: “Kitab verdiyimiz o (xalis) möminlər ki, onu haqqını verərək tilavət edərlər, oxuyarlar. (O zaman onlar həqiqi mənada) iman etmiş olarlar” . [4]
Buradan çıxan nəticə budur ki, Kitabı, yəni, Qur’anı başa düşmədən oxuduğumuz zaman bu sadəcə tilavət, anlayaraq oxuduğumuz zaman isə ayədə də vəhy edildiyi kimi “haqqa tilavətih” olur və ancaq belə bir oxuma tərzi ilə tilavətin, qiraətin haqqını vermiş olarıq. Əks təqdirdə insan Cümə surəsinin 5-ci ayəsində vəhy edildiyi kimi kitab yüklü mərkəbin (eşşəyin) dərəcəsinə enmiş olar. Allah bu ayədə belə buyurur:
Tövratı çiyinlərinə aldıqdan sonra bunu daşımayanların vəziyəti ağır ağır kitabları daşıyan mərkəbin-eşşəyin vəziyyəti kimidir” . [5]
Yeni əgər kitab verilənlər belə bir məsuliyyətə sahib olmaq istəmirlərsə onların kitab yüklü eşşəklərdən bir fərqi yoxdur. Çünki Allah bu kitabı cansız varlıqlara deyil, yaxşını pisdən, gözəli çirkindən, faydalı olanı faydasızdan ayırmağı bacaran və bunu etmək üçün ağıl, zehin bəxş etdiyi insana endirmişdir. Ona görə ağlın vəzifəsi ilk öncə ilahi bir kitabı qəbul etmək, onu dərk etmək, təfəkkür edərək oxumaqdan ibarət olmalıdır.

4) İbadət mənası.
Allah Təala belə buyurur “Sizdən öncəkilərə (keçmişdə yaşayan millətlərə) yazıldığı kimi oruc sizə də yazıldı” . [6]
Bir məqama diqqət çəkmək lazımdır ki, burada furiza (fərz olmaq, vacib olmaq) fe`li yerinə kutibə (yazılmaq) fe`lindən istifadə edilmişdir. Sanki kutibə ilə əmr edilən ibadətlər insanlığın qanun qaydası hökmündə olduğu üçün bu kəlimədən istifadə edilmişdir. Başqa bir sözlə bu bütün bəşəriyyəti əhatə edən bir kəlimədir. Yəni oruc ibadəti sizdən öncəkilərə yazıldığı, əmr edildiyi kimi və ya qanun şəklinə salındığı kimi sizin üçün də qanun halına gətirildi.

Kitabın bəzi mənaları haqqında məlumat verdikdən sonra burada bir məsələdən də bəhs etnək istəyirik. Daha öncə çox mənalı bir kəlmə olan “kətəbə”nin yan yana qoymaq və ya düzmək mənalarına gəldiyini də söyləmişdik. Əslində bu kəlmə bir bütünlüyü, kiçik hissələrdən meydana gətirilən vəhdəti ifadə edir. Yəni hərflərdən kəlmə, kəlmələrdən cümlə, cümlələrdən ayə, ayələrdən surə, surələrdən də Kitab meydana gəlir. Ona görə Kitabı (Qur’anı) bir bütünlüyü içərisində oxuduğumuz zaman bizim üçün bir məna ifadə edər. Çünki bütünün funksiyasını, ehtiva etdiyi dərin mənasını kiçik parçalarda, hissələrdə axtarıb tapmaq mümkün deyil. Ona görə Kitabı oxuyan bir şəxsin, onun hissələrini ayrı ayrılıqda deyil, bu hissələri bir ayaya toplayaraq bir bütün halında oxuması zəruridir. İlahi əmr və yasaqların (nəhy) hamısı insanın içində bir bütün halındadır və hamısı möhtəşəm bir bütünün parçalarını təmsil edir.

Bu parçalardan biri əksik olarsa və ya zərər görərsə fəsad digər hissələrə sıçrayar və bu bütünlüyün təhlükə altına düşməsinə səbəb olar. Bir neçə örnəklə bunu izah etmək mümkündür. Məsələn zəkatını verən bir şəxsin, eyni zamanda faiz alması, faiz yeməsi verdiyi zəkatın səvabını da boşa çıxardar. Çünki Allahın əmr və qadağası (nəhy) bir birinə ayrılmaz bağlarla bağlıdır. Birinin bağı qoparılarsa digərinin də bir funksiyası qalmaz. Çünki zəkat verilməsi vacib olan bir əməldir, faiz isə haram hökmündədir. Bu kontekst içərisində dəyərləndirsək, namazı orucdan, dəstəmazı namazdan ayırmaq, ümumiyyətlə ibadətlər ailəsini parçalamaq bütünü parçalara ayırmaq deməkdir. Bir sözlə ibadətləri qüsursuz bir şəkildə icra edən bir müsəlmanın əməlləri də saleh olmalıdır, Qur’andan öyrəndikləri onun həyatının hər sahəsində özünü əks etdirməlidir. Nəticə olaraq deyə bilərik ki, bütünü parçalara ayırmaqdan və belə bir xətaya mübtəla olmaqdan uzaq durmaq Allahın vəhyini, Kitabını bir bütün halında, təfəkkür edərək oxumaqla mümkündür.

Quranın Gücü - Furqan


Geri dön

Melek Kiz

  • 4 iyul 2012 19:50
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
eziyyet cekmisiniz halal edin

Nur hilal

  • 30 iyun 2012 18:51
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
salam aleykum. Bu xeberi başqa bir saytdan oğurlamısınız ve xeberin müellif hüquqlarını pozmusunuz. Bu xeber www.azerislam.com saytından götürürlüb. Bunu yaxşıca bilin ki qul haqqına girirsiniz. Allahdan qurxunuz olsun xeber oğurlayanda. Ümumiyyetle bu satda başqa saytlardan kopya xeberler çox görürem. Eger Allahdan qorxunuz varsa saytdan halallıq alın Allah rizası üçün

pisik.

  • 20 iyun 2012 12:37
  • Məqalə: 0
  • Şərh: 288
  • Bal:
{awards}
Allah razi olsun!

Kaş həyatımız da oyunlar kimi olardı..
Hər "Game Over" olanda "New Game" ilə hər şeyə yenidən başlaya bilərdik..

Nuray2012

  • 20 iyun 2012 09:01
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Allah razi olsun........

--------------------

adsiz2

  • 20 iyun 2012 01:49
  • Məqalə: 57
  • Şərh: 1729
  • Bal:
{awards}
tesekkurler................

--------------------

come back

  • 19 iyun 2012 23:30
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler..........

frog

  • 19 iyun 2012 20:27
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

_BiRiCiK_

  • 19 iyun 2012 19:16
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 19 iyun 2012 19:03
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
cox tewekkurler ALLAH razi olsun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

✰GlaMurKa✰

  • 19 iyun 2012 16:47
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

music_angel

  • 19 iyun 2012 15:41
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
oxudum tesekkurler...Allah razi olsun

--------------------

lie to the world

  • 19 iyun 2012 15:41
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
hamisin axira kimi oxudum twkrler bezi weyleri oyrendim...

--------------------

HappyNezrin

  • 19 iyun 2012 15:00
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
maraqlidir.coox sagolun

sun_shine98

  • 19 iyun 2012 14:36
  • Məqalə: 0
  • Şərh: 404
  • Bal:
{awards}
MARAQLI IDI TEWEKKURLER

--------------------
ARKAMDAN KONUSUP BESTE YAPACAĞINA,YÜZÜME KONUŞ DÜET YAPALIM

ღ★Diamond★ღ

  • 19 iyun 2012 14:02
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Allah Təala Ənam surəsinin 12-ci ayəsində belə buyurur: “Allah öz zatına rəhməti yazdı” [2] . Buradan Allahın mərhəmət etməyi öz zatına vacib (fərz) etməsi mənasını çıxartmaq da mümkündür. Yəni Allah mərhəmət etməyi öz zatı üçün qayda, qanun halına gətirdi. Başqa bir ifadə ilə Allah öz qullarına hər zaman mərhəmət edər.

---ANGELA---

  • 19 iyun 2012 13:45
  • Məqalə: 301
  • Şərh: 2716
  • Bal:
{awards}
ÇOX SAĞOLUN

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

LoVe_LiFe

  • 19 iyun 2012 13:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰Dгeaм✰

  • 19 iyun 2012 13:11
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun..

★Miss Love★

  • 19 iyun 2012 13:06
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Maraqli idi bilmirdim oxudum cox sagol=)

_NezisH_

  • 19 iyun 2012 13:06
  • Məqalə: 32
  • Şərh: 1679
  • Bal:
{awards}
Allah razi qalsin

Melek Kiz

  • 19 iyun 2012 13:00
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox sagolun Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 70

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 137
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 293
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 11
Cəmi: 70
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}