Insanlar Daha çox nə oxuyur?

 
Insanlar Daha çox nə oxuyur?

May ayında ən çox satılan kitabların siyahısı elan olunub. Araşdırma nəticəsində məlum olub ki, siyahıda məşhur yazar Sesilia Ahern və Paulo Koelho romanları satış tirajına görə liderdir. Beləliklə, ən çox satılan kitabların ardıcılığı aşağıdakı kimidir.

1. Sesilia Ahern P.S - "Mən səni sevirəm"

2. Paulo Koelho - "On bir dəqiqə"

3. Qurban Səid - "Əli və Nino"

4. Frederik Beqbeder - "Məhəbbət üç il yaşayır"

5. Paulo Koelho - "Kimyagər"

6. Xaruki Murakami - "Norveç meşəsi"

7. Xalid Hüseyni - "Çərpələng uçuran"

8. Çingiz Abdullayev - "İnsan ovu"

9. Paulo Koelho - "Rio-Pyedranın sahilində oturdum və ağladım"

10. Əjdər Ol - "Tütün limanı"

İndi isə bu kitabların nədən bəhs etdiyini qısaca olaraq sizing diqqətinizə çatdırırıq.

1.P.S. Mən səni sevirəm” bestselleri sevginin ölümdən güclü olması haqqında müasir bir hekayətdir. Sevimli ərini itirən 30 yaşlı Holli Kennedi ümidsizliyə qapılır, evdən çıxmır,hamı ilə əlaqəni kəsir.

Və qəfildən içi məktublarla dolu bir bağlama alır: bu məktubları bir-bir, həm də ayda cəmi birini açmaq olar, özü də onları yoxluğundan bu qədər əzab çəkdiyi insan yazıb… Sən demə ölümündən bir qədər əvvəl o, sevdiyi qadına kömək etmək qərarına gəlib və bu məktubları yazıb.

Növbəti məktubu açmaq üçün qadın hər ayın birini böyük səbirsizliklə gözləyir, orda yazılanlara ciddi şəkildə əməl edib onu həyata qaytaran addımlar atır:özünə təzə paltar alır, karaoke müsabiqəsində iştirak edir, dəniz sahilinə tətilə gedir.

2. İnsan qəlbinin gizlinlərindən bəhs edən “On bir dəqiqə” adlı bestselleri həyata orijinal münasibətilə diqqəti çəkir. Roman, Braziliyadan Avropanı fəth etməyə gələn gənc qızın romantik xəyalları və acı gerçəklik haqqında ürəktərpədən elegiyadır.

3.Əli və Nino” əsərindəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqe etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Azərbaycanın müstəqilliyi uğründa həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.

Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.

Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.

Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni aqibət ilə qarşılaşmaqdan çəkinir.
Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlmısi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şavanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.

4.Məhəbbət üç il yaşayır – bu təbiətin qanunudur”. Mark belə hesab edir. Amma onun həyat yoldaşı ilə ayrılmağı bu qanunlarla əlaqəli deyil, sadəcə o başqasına vurulur. O hələ də öz fərziyyəsinin doğruluğuna inanır və həmin tarixin gəlməyini qorxu ilə gözləyir.

5.Kimyagər” əsərində Santyaqo adlı cavan bir çoban artıq ikinci dəfədir ki, eyni yuxunu görməkdədir. Yuxusunda böyük bir xəzinəyə çatacağını görən Santyaqo öz taleyinin ardınca səhralardan keçərək axtarışda olur. Bu illər ərzində yollar boyunca öyrəndiyi həyat fəlsəfəsi onun gələcəyinin başlıca meyarı olur. Artıq Santyaqo xəzinəsinə çatmışdır.

6.Norveç meşəsi” əsərində XX əsrin ikinci yarısında Yaponiyadakı çətin insan talelərindən söhbət açılır. Romanda hər şeydən əvvəl insan itkisi müzakirə mövausuna çevrilir. əsas qəhrəman və hekayəçi – Tooru Vatanabe Tokio universitetində oxuduğu illəri xatırlayır. Onun xatirələri sayəsində oxucu Vatanrbinin iki qızla – gözəl, amma psixoloji problemləri olan Naoko və emosional , həyatsevər Midari – münasibətinin şahidi olur.

7.Çərpələng uçuran”da dostluq və sədaqət, satqınlıq və günahların yuyulmasından bəhs edən bu əsər oxucunun daxili aləminə nüfuz edir.

Əmir və Həsəni uçurum ayırırdı. Biri yerli zadəəgan mühitinə, digəri isə nifrət edilən azadlıqlara daxil idi. Birinin atası yaraşıqlı və möhrəşəm bir şəxs, digərininki isə aciz və axsaq idi. Biri kitablara aludə olmuş xoucu, digəri isə savadsız idi. Həsəsnin dovşan dodaqlarını hamı görür, Əmirin iyrənc çapıqları isə daxilində gizli qalırdı. Lakin bütün bunlara baxmayaraq, bu iki uşaqdan daha yaxın başqa iki insan tapmaq çox çətin olardı.

Bu oğlanları amansız həyat burulğanı müxtəlif tərəflərə atır. Hər birinin öz teleyi və öz faciəsi olmasına baxmayaraq, onları yenədə incə tellər birləşdirir.

8.İnsan ovu”nda kökü Latın Amerikasının zəif inkişaf etmiş ölkələrinin ucsuz-bucaqsız plantasiyalarından gələn narkobiznes xərçəngi öz rişələrini bütün dünyaya atır. Beynəlxalq və milli polislər bu bəlaya qarşı mübarizə aparmaq məramı ilə qüvvələrini səfərbər edirlər. İqtisadiyyatları yox dərəcədə olan təzadlı ölkələrin narkobaronlarının variyyətləri isə artıq milyardlarla ölçülür. Narkobaronlara daha, sadəcə, nəhəng var-dövlət və hüdudsuz hakimiyyət kifayət etmir. Onlar bütün dünyanı lərzəyə gətirəcək və beynəlxalq iqtisadiyyat sisteminə böyük zərbə vuracaq “X gününü” – ABŞ və SSRİ kimi superdövlətlərin başçılarının qətli gününü hazırlayırlar. Dünya şöhrətli Dronqo bu dəfə özü üçün qeyri-adi səpkidən çıxış edəcək insan ovunda canlı tələ yemi rolunu yerinə yetirəcək. Əsər başgicəlləndirici macəralarla zəngindir.

9.Rio-Pyedranın sahilində oturdum və ağladım” əsərin baş qəhrəmanı Pilar öz uşaqlıq sevgisilə qarşılaşınca birlikdə səyahətə çıxmağı planmaşdırırlar. Onları bu məhəbbət macərası harayadək aparacaq?

10.Tütün limanı”nda isə yazıçı hekayələrində insan mənəviyyatının ən dərin qatlarına enir, ədəbi portretlərində sənətkarların tam fərqli tərcümeyi-hallarını yazır, pyesində incə dramatik məqamları üzə çıxardır.


Geri dön

music_angel

  • 4 iyul 2012 15:23
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
men derslikden basqa hec ne oxumuram wink

--------------------

✰GoLd GirL✰

  • 24 iyun 2012 17:58
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
tesekkur......

tinker bell

  • 20 iyun 2012 14:49
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
twkllerrrrrrrr

--------------------

HaYaT_GuZeL

  • 20 iyun 2012 13:27
  • Məqalə: 234
  • Şərh: 1854
  • Bal:
{awards}
5. Paulo Koelho - "Kimyagər"

Oxumuşam.Super bir kitabdır.Belə sözlə demək, ifadə etmək olmur.
Mən əsasən fəlsəfi romanları sevirəm.Sujet xətti olmasa da olar)

Melek Kiz

  • 20 iyun 2012 12:44
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
Eli ve Nino oxuyuram

music_angel

  • 20 iyun 2012 01:12
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
2. Paulo Koelho - "On bir dəqiqə"
bu tanis geldi mene tesekkur edirem ellerinize saglik

--------------------

SU PƏRİSİ

  • 20 iyun 2012 00:58
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
tesekkurler xebere gore...

--------------------

m.gulshen

  • 20 iyun 2012 00:01
  • Məqalə: 14
  • Şərh: 2128
  • Bal:
{awards}
tesekkur maraqliydi

lovely555

  • 19 iyun 2012 23:46
  • Məqalə: 0
  • Şərh: 443
  • Bal:
{awards}
..........................

--------------------
......

come back

  • 19 iyun 2012 22:12
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
Tewekkurler men en cox Cingiz Abdullayeviin eserlerin oxuyuram.

✰GlaMurKa✰

  • 19 iyun 2012 22:00
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
tesekkurler xebere goreee

pisik.

  • 19 iyun 2012 21:46
  • Məqalə: 0
  • Şərh: 288
  • Bal:
{awards}
maraqli olan "Men seni sevirem" dir

EnD of TiMe

  • 19 iyun 2012 21:39
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
. Qurban Səid - "Əli və Nino"
superdir bu cox beyendim xeberi tesekkurler

_NezisH_

  • 19 iyun 2012 21:25
  • Məqalə: 32
  • Şərh: 1679
  • Bal:
{awards}
maraqlidir cox sagolun

sun_shine98

  • 19 iyun 2012 21:03
  • Məqalə: 0
  • Şərh: 404
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
ARKAMDAN KONUSUP BESTE YAPACAĞINA,YÜZÜME KONUŞ DÜET YAPALIM

frog

  • 19 iyun 2012 21:00
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
THANKS......... YARIMCHIQ QALAN KITABIM VAR IMTAHANDAN SONRA YAYDA OXUYARAM ARDINI YEQIN

aksana1993

  • 19 iyun 2012 20:54
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
{awards}
emeye gore cox sag ol

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

SHARIM:)

  • 19 iyun 2012 20:51
  • Məqalə: 2
  • Şərh: 340
  • Bal:
{awards}
kitab oxumag menim ucun zovgdu bu yay mutleq bulardan birini oxuyacam

★Miss Love★

  • 19 iyun 2012 20:07
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Men kiтab oxumagi coox sevirem burda уazilanlarda cox maraqli idi secilmiwlere aтdim xeberi bir bir oxuуacam hamisini тewekkurler=))

_BiRiCiK_

  • 19 iyun 2012 20:06
  • Məqalə: 144
  • Şərh: 3252
  • Bal:
{awards}
4. Frederik Beqbeder - "Məhəbbət üç il yaşayır"
BELKİ BU OLUR

--------------------

✰Dгeaм✰

  • 19 iyun 2012 20:06
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.

Nuray2012

  • 19 iyun 2012 20:05
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

Miranda ss

  • 19 iyun 2012 20:00
  • Məqalə: 1
  • Şərh: 233
  • Bal:
{awards}
1. Sesilia Ahern P.S - "Mən səni sevirəm"

Deniz

  • 19 iyun 2012 19:59
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Tesekkurler, maraqli statiska cixib...men esasen, bedii edebiyyat oxumagi sevirem, dedektivlik,ya da yazcilarin oz heyatlari mene maraqli gelmir...Ellerinize sagliq, redaktesi yorucudu bele xeberlerin bir az))))

enigmatic_girl

  • 19 iyun 2012 19:50
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
hmmm bilirdim tesekkur....

--------------------

LoVe_LiFe

  • 19 iyun 2012 19:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli meqaleye gore tewekkurler

ღ★Diamond★ღ

  • 19 iyun 2012 19:48
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
. “P.S. Mən səni sevirəm” bestselleri sevginin ölümdən güclü olması haqqında müasir bir hekayətdir. Sevimli ərini itirən 30 yaşlı Holli Kennedi ümidsizliyə qapılır, evdən çıxmır,hamı ilə əlaqəni kəsir.

Və qəfildən içi məktublarla dolu bir bağlama alır: bu məktubları bir-bir, həm də ayda cəmi birini açmaq olar, özü də onları yoxluğundan bu qədər əzab çəkdiyi insan yazıb… Sən demə ölümündən bir qədər əvvəl o, sevdiyi qadına kömək etmək qərarına gəlib və bu məktubları yazıb.

Növbəti məktubu açmaq üçün qadın hər ayın birini böyük səbirsizliklə gözləyir, orda yazılanlara ciddi şəkildə əməl edib onu həyata qaytaran addımlar atır:özünə təzə paltar alır, karaoke müsabiqəsində iştirak edir, dəniz sahilinə tətilə gedir

..::Only_Life::..

  • 19 iyun 2012 19:39
  • Məqalə: 263
  • Şərh: 908
  • Bal:
{awards}
mende kitab oxumagi coxx sevirem tesekkurler

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

adsiz2

  • 19 iyun 2012 19:37
  • Məqalə: 57
  • Şərh: 1729
  • Bal:
{awards}
cox uzuuuuun tsk. el zehmetine gore sifde menden

--------------------

lie to the world

  • 19 iyun 2012 19:36
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
hmm maraqli ktablara oxwuyurlar..tapsam oxuyacam

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 69

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 158
 
The Shield
Xəbərləri: 50
Cəmi: 313
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 38
Cəmi: 87
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 19
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}