Yeni Tablet – "Microsoft Surface" haqqında hər şey

 
Microsoftun Surface tableti iki versiyada olacaq. Windows 8 Pro və Windows 8 RT-nin istifadə edəcəyi sistemlərin texniki detalları ilə birlikdə tanış olaq.

Microsoft, Surface adlı yeni Windows 8 əsaslı tabletini tanıtdı. Microsoft Surface, əslində bir tabletdən ibarət olmayacaq. Microsoft Surface, iki fərqli versiya ilə gəlir və bu iki versiya arasında böyük fərqliliklər var. Biz də Surface tabletlərin bütün xüsusiyyətlərini dərin bir şəkildə təqdim etmək istədik.

Əvvəlcə Surface adını daha yaxından tanıyaq. Surface, Microsoftun çoxlu sensorlu işləri inkişaf etdirdiyi bir platformadır. Bu platforma əvvəlcə toxunan adamı tanıma kimi xüsusiyyətləri Samsung ilə birlikdə Surface platformasına qazandırmışdı. Daha əvvəl sensorlu masa olaraq ortaya çıxan Surface-in sensorlu LCD panelini Samsung çıxarırdı. Hətta əvvəlki Surface 2 modelini də aşağıdakı şəkildə görə bilərsiniz.
PixelSense texnologiyası ilə gələn yeni Surface tablet iki fərqli versiyada olacaq. Bu versiyalardan biri x86 əsaslı platforma istifadə edir və adı Surface for Windows 8 Pro olacaq. ARM əsaslı olacaq ikinci Surface versiyasının adı isə Surface for Windows 8 RT kimi təqdim edilir. Buyurun iki fərqli model ilə yaxından tanış olaq.
Surface for Windows 8 Pro:

Yeni Tablet – "Microsoft Surface" haqqında hər şey

Windows 8 RT əməliyyat sistemi ilə gələcək olan Surface modeli, iOS və Android əsaslı cihazlara rəqib olaraq, ARM əsaslı inkişaf etdirilir. Windows 8 RT onsuz da ARM əsaslı cihazlar üçün çıxarılmış bir Windows 8 versiyasıdır.

Bu modeldə prosessor olaraq Nvidianın 4 nüvəli Tegra 3 prosessoru istifadə edilib. Windows 8 Pro versiyası da eyni ekran böyüklüyünə yəni 10.6 düym ekrana sahib olacaq. Surface for Windows 8 RT, Pro-dan fərqli olaraq 1366×768 pixel həllolma dəqiqliyinə sahib olacaq.

Təbii ki aparat təchizatı fərqləri tabletlərin ölçülərində və ağırlıqlarında da fərqliliklər meydana gətirir. Windows 8 RT Surface 673 qram ağırlıqda olacaq. Qalınlığı isə 9.3 mm olacaq.

Windows 8 RT Surface-də 32 GB və 64 GB-lıq SSD ya da daxili yaddaş istifadə ediləcək. İkisi arasında performans fərqi olmayacaq.

Windows 8 RT ilə birlikdə gələn Office Home 2013 RT proqramı quraşdırılmış olan Windows 8 RT-li Surface, Windows 8 Pro-lu Surface-dəki PalmBlok dəstəkli ekrana sahib olmayacaq.

Surface Tabletlərin Ortaq Xüsusiyyətləri:

Yeni Tablet – "Microsoft Surface" haqqında hər şey

İki versiyada da cüt dinamik, cüt mikrofon və cüt WiFi antennası var. Hər iki modelin ön kamerası 22 dərəcə bucaq ilə təyin olunub. Bunun köməyilə dock istifadəsində tam olaraq qarşısındakı adamı görə biləcək.

Hər iki modelin ekranı maqneziumdan hazırlanmış Gorilla Glass 2 texnologiyasına sahibdir.

Microsoft Surface Aksessuarları:

Yeni Tablet – "Microsoft Surface" haqqında hər şey

Yalnız 0.7 mm-lik Surface klaviaturalarından əlavə, Touch Cover və Type Cover adlı klaviaturalar bazara təqdim ediləcək. Hər iki tablet modelinə də uyğun gələcək olan klavişlərdə Touch Cover adlı sensorlu düymələr olacaq. 0.3mm qalınlığında bu klaviatura, touchpad istifadə edilmədiyi sensorlar ilə vəziyyəti qəbul edir və enerji qənaəti üçün bağlanır.

Digər fiziki klaviatura stendi isə klassik touchpad ilə gəlir və qalınlığı 0.5 mm olacağı bildirilir. Aksessuarlar çox fərqli rəng variantları ilə təqdim ediləcək.


Microsoft Surface. Qiyməti və Çıxış Tarixi:

Microsoftun Windows 8 Pro-lu Surface’i Ultrabook modellərinə yaxın bir qiymət ilə satılacaq. Ultrabook modellərində istifadə edilən 3-cü nəsil Core i5 prosessor ilə gələn və Ultrabook modellərinə görə bir çox üstünlüyü olan cihaz, istehsalçılara çox böyük rəqib olacaq.

Windwos 8 RT-li Surface isə Nvidia Tegra 3 ilə gələn Android tabletlər ilə bənzər bir qiymət aralığında satışa təqdim ediləcəkdir. Microsoftun tabletlərini 3-4 aylıq müddət içərisində satışa təqdim etməsi gözlənilir.





Geri dön

music_angel

  • 4 iyul 2012 15:15
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
ayda texnologiya nece inkisaf edire..superdi cox sagolun

--------------------

adsiz2

  • 22 iyun 2012 00:44
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
tesekkurler..........

--------------------

Мой Мир

  • 21 iyun 2012 14:05
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Texnologiyaci oldun beledide wink twk edirem muellif))


Ele deyesen ilk serhide men yazmisam xexexe tongue wink

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}