Dünyanın ən sıx bitki örtüyünə malik olan Papua adasında dünən maraqlı müharibə baş verib.
Kvaki bölgəsində yaşayan Dani və Damal qəbilələri bir qıza görə müharibə ediblər.
Damal qəbiləsində yaşayan gənc oğlanlardan biri Dani qəbiləsindən olan bir qıza təcavüz edib.
Qəbilə qanunlarına görə, bu hadisədən ötrü pul verilməli idi. Ancaq Damal qəbiləsi bundan imtina edib. Məhz bundan sonra Dani qəbiləsi qonşu qəbiləyə müharibə elan edib.
Meşədə üz-üzə gələn iki qəbilədən 200 kişi əvvəlcə qışqıraraq bir-birilərini qorxutmağa çalışıblar.
Daha sonra ox və nizələrlə hücuma keçiblər. Təxminən 1 saat davam edən döyüşdən sonra 1 nəfər həlak olub. Ümumilikdə isə hər iki tərəfdən 25 nəfər yaralanıb.
Əraziyə yeridilən təhlükəsizlik qüvvələri aranı sakitləşdirməyə çalışıblar.

Publika.Az