Bencamin Franklin

 
Bencamin Franklin


Bencamin Franklin


Bencamin Franklin 1707-ci ildə Bostonda dəmirçi ailəsində böyümüşdür.13 yaşından tipoqrafiyada işləməyə başlamışdır.Artıq 16 yaşına çatanda özünün yerli qəzetlərdə məqalələri çıxmağa başlayır.Lakin Boston ona cansıxıcı gəldiyindən o Pensilvaniyaya—Filadelfiya şəhərinə gəlir.Orada özünə çox böyük şöhrət qazanır və Filadelfiya qubernatoru tərəfindən Londona göndərilir.Bir çoxları bilməsə də məhz Bencamin Franklin tərəfindən dünyada ilk dəfə olaraq öz üzvləri üçün pulsuz kitabxana və elm mərkəzinə malik olan klub yaradılmışdır.Həmin dövr üçün bu,görünməmiş addım idi.
Dövlət qulluğunda olduğu zaman ərzində 1743-cü ildə Amerika Fəlsəfə cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı bu dahi şəxsiyyət olmuşdur.Franklin bütün koloniya nümayəndələrinin iştirakı ilə konqressin çağırılmasının ilk təşəbbüskarlarından olmuşdur.1757-1775-ci illərdə Franklin Şimali-Amerika koloniyalarının Londonda təmsilçisi olmuşdur.Azadlıq Müharibəsi başlayan kimi O öz vətəninə qayıtmışdır.Tezliklə Parisə yenidən nümayəndə kimi göndərilmişdir.Onun xüsusi diplomatik bacarığının nəticəsində fransız-amerikan danışıqları uğurla başa çatır.1783-cü ildə Versal danışıqlarında Böyük Britaniyanın Amerikanı suveren və müstəqil olduğunu rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. Məhz O, müharibənin uğurlu sonluğunun və bugünki qüdrətli Amerikan dövlətinin təməlini qoyan və dövlətin xarici düşmənlərini neytrallaşdıran şəxsiyyət idi. 1785-ci ildə vətəninə qayıdanda qanunverici yığıncağın prezidenti seçilir.Onun digər bir xidməti də ABŞ Konstitusiyasının hazırlanması zamanı yaxından bu işdə löməkil etməsi olmuşdur.
Onun dahiliyi həm də inda idi ki,o yalnız dövlət qulluqçusu və qurucusu kimi deyil,həm də alim kimi o dövrün ən məşhur simalarından idi.Belə ki,müasir dövrdə ən çox müzakirə edilən insan hüquqları ilə bağlı elmi yanaşmanın banilərindən biri də Bencamin Franklin olmuşdur.Franklin, yaşamaq hüququ,azadlıq hüququ və mülkiyyət hüququnu insanın təbii ayrılmaz hüquqlarından sayırdı.Onun elmi pamfletləri və məqalələri əsasında günlərimizdə ən inkişaf etmiş dövlətlər insan hüquqları sahəsində öz daxili strategiyalarını müəyyən edirlər.
Bütün bu əməllərinə və Bəşəriyyət qarşısında xidmətlərinə görə BENCAMİN FRANKLİNİ DAHİ adlandırmağa dəyər.


Aşağıda isə sizi onun fikirləri ilə tanış edirəm.


1) Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!
2) Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır
3) Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə onun rəfiqələrinin yanında onu təriflə
4) Əgər boş vaxtının olmasını istəyirsənsə vaxtınl boş itirmə
5) Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır
6) Qürürlu insan həmişə qürürlu insana nifrət edir!
7) Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!
8) Həyatı sevirsənsə vaxtın boşa vermə - çünki həyat vaxtdan ibarətdir
9) Fırıldaqşılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!
10) Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!
11) Böyük impeiya - böyük piroq kimidir.Qıraqlardan yemək daha asanddır!
12) Ən yaxşı həkim əksər dərmanlarınn kömək edə bilmədiyini bilən həkimdir!
13) Şüşə,farfor və reputasiya - bunları sındırmaq çox asan yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!
14) Bir bu gün iki sabaha dəyər!
15) Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir ,kasıbçılıqla nahar edir,yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!


Geri dön

_RONALDO_

  • 30 may 2011 12:07
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Frankli Cavan getdi :))) Xebere gore twk

--------------------

_RONALDO_

  • 4 aprel 2011 23:21
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Frankli Cavan getdi :))) Xebere gore twk-KESSS BIZE GELIB FRAKLIN DOLLAR VERIMB GEDERDI

--------------------

Angel-Xranitel-666

  • 15 noyabr 2010 09:04
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
xebere gore saqolun

--------------------
AnGeL-xRaNItEl ti super

Sergio Ramos

  • 15 noyabr 2010 01:44
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
hamıya tşk..

--------------------

FAIQ JUK

  • 14 noyabr 2010 23:11
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
xlaqsızlıq zənginlikə səhər yeməyini yeyir ,kasıbçılıqla nahar edir,yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!

MuslimGirl

  • 14 noyabr 2010 21:48
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Cox gozel sozleri var. Istedim ki, birini sitat getirim. Amma onun butun sozleri sitata layiq oldugunu gordum. Tesekkurler

Yusif

  • 14 noyabr 2010 21:12
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Frankli Cavan getdi :))) Xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 12
Qonaqlar: 47
Cəmi: 76

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 23
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}