Bitməz dediyim nağıl

 
  • 14.11.2010, 11:19
  • Bölmə: Sevgi
  • Müəllif: OK
Bitməz dediyim nağıl


Əvvəllər elə bilirdim Onu itirsəm məhv olacam….
Onu itirsəm bütün dünyamın sönəcəyini düşünürdüm. Onsuz bir yaşamın mümkün olmamasından tam əmin idim. Onu itirməklə öz məhvimə yol açacağımı bilirdim.
Necə də xoşbəxt idik onda..Necə də maraqlı..Çox maraqlı-bitməz dediyim bir nağıla oxşayırdı. Oxuduqca oxumaq istədiyim bir nağıl. Və bu nağılın baş qəhrəmanları da biz idik. Mən və O. Heç bitmirdi də bu nağıl. Hər gün bir öncəkindən daha maraqlı macəralar yaşayırdım..Təbii ki, Onunla birgə. Hər gün müxtəlif cür düşünürdüm. Çox çox irəlini-bir birimizin olduğu günü düşünürdüm. Bu nağılda belə şeylərin olacağından əmin idim. Hər gün yuxuya getməmişdən qabaq dua edirdim. Dua edirdim ki, “Allahım, çox sağol ! Çox sağol ki, məni mənim qədər anlayan birini qoymusan ürəyimə. Çox sağol ki, O da məni sevir və hər vaxt sevəcək ! Çox sağol ki, Onu və Məni yaşadırsan bu həyatda.”...


Bitməz dediyim nağıl


Hər gün dua edirdim..Hər gün....Onsuz bir yaşam artıq yox idi mənə, haram idi mənə... Bu nağıl isə günü gündən daha da irəliyə gedir və günəşin bərq vuran işıqları altında sanki böyüyürdü. Sevgimiz günəşə doğru yol almaqda idi. Bəzən bir-birimizdən küsəndə bu yolda dayanırdı sevgimiz. Geriyə qayıtmaq üçün yox ! Sadəcə dayanırdı ki, bir – birimizin dəyərini bir – birimizin yoxluğunda anlayaq. Və anlayırdıq da. Beləcə günəşə doğru gedən eşq usanmırdı-gedirdi....gedirdi....
Və əmin idim ki, O yalnız mənimdi Bunu özüdə deyirdi mənə.
Mənsiz ona, Onsuz mənə həyat bir heç kimi gəlirdi...Çox sevirdik..Sərhədləri belə aşmışdı sevgimiz... Yalnızca ikimizin bəs edəcəyi bir dünya qurmuşduq özümüzdə...Gələcəkdə daha da böyüdəcəkdik bu dünyamızı. Belə söz vermişdik bir-birimizə. Sevgi Son olmayacaqdı bizdə. Adımıza hekayələr, nağıllar qoşulacaqdı biz öldükdən sonra. Bütün dünya bizim sevgimizdən danışacaqdı. Təbii ki, hər bir sevginin, hər bir insanın öz xəyallarındakı dünyası var və hamı ora istədiyi şeyləri yazır. Bizdə belə. Oxuyurdum bu nağılı. Bitmirdi, bitmək bilmirdi. Bitməsini isə heç istəmirdim. Onu gördüyümdə üzündəki təbəssüm mənim əsl yaşamaq istədiyim dünyam idi. Sevirdim...Sevirdik....Həmdə çoooox sevirdik....


Bitməz dediyim nağıl


Ancaq bizim nağıllarda belə şeylər çox tez-tez olur ki, qarşına bir bədheybət div çıxır. Və o divlə də mübarizə aparmaq üçün 40 gün lazım olur. Sonda da bilirsən ki, gərək heç bu qədər mübarizə aparmayaydın, əslində divin canı yuxarıdakı şüşədədir..
Və mənim oxuduğum nağılda da bədheybət div çıxmadı qarşıma...Kaş ki, çıxaydı...Onunla 40 deyil, lap 80 gün mübarizə aparıb öz sevdiyimi yenidən qazanardım heç olmasa. Amma elə olmadı... Burdakı qəhrəmanları ayırmağa çalışdılar bir-birindən. Axı niyə ?! Axı niyə ?! sevirdim,sevirdik. Axı bu qərar niyə ? Oxuduqca qorxurdum, yaşadıqca məhv olurdum. Aman ALLAH bitirdi bu şirin nağıl ! Artıq hər gecə etdiyim duaları etmək istəmirdim. Artıq bitmək üzrəydi. Həm də dəfələrlə başladıqdan sonra, bitmək üzrəydi. Sevdiyimi tanımırdım, bu O ola bilməzdi, bitməsini O istəyirdi....Bütün oxuduğum bu nağıl, yaşadığım bu macəralara artıq nöqtə qoyulurdu yavaş-yavaş...Həm də mənə gələcəyimiz ilə bağlı xəyallar verən Sevdiyim tərəfindən. Ağlayırdım. Ağlayırdım. Həmdə bərk. Dəniz qırağı və ağlayış səsləri. Dənizin coşub-daşan səsinə təsir etmirdi bu nalələr...Və bu oxuduğum nağılı ən sonunda aldı canımdan çox sevdiyim məndən. Aldı...və mənim yanımda həmin kitabı dənizə tulladı. Ən dərinə... İnsan əli çatmayan yerə...Və getdi...Onunla birgə qurduğum xəyalları özü ilə birgə yıxıb, darmadağın edib çıxıb getdi...


Bitməz dediyim nağıl


Onu bugün gördüm. Uzaqdan...Çox xoşbəxt görsənirdi, deyib gülürdü. Buna haqqı var idimi ? -deyə düşündüm.. Özümdə ona haqq qazandırdım, əlbətdə var idi . Tək, sevincsiz qalacaq deyilki. Mən ona uzun və davamlı bir yuxu oldum. Bir gün ayıldı bu yuxudan və unutdu. Daha yatmadı ki, həminki yuxunu təkrar görsün. –belə düşündüm. Və yıxıldım. Ürəyim əzildi, dağıldı... Amma yaşadım yenədə...İçimdə bəzən nifrət, bəzən hələdə bir ümid içində olan sevgiylə yaşadım yenədə...Bugün də varam. Ətrafımda arzu etdiyim hər bir kəs var : Dostlar, Qohumlar, Valideynlər və yaşamın tək səbəbi bacım. Hamı var – və bugün mən deyib gülürəm. Qəlbimdə artıq Onun qoyduğu yaradan sadəcə balaca bir közərti qalıb. Soyuq olanda isidir qəlbimi.
Nağıla isə son qoyuldu – dərin bir dənizə atıldı....Ən dərinə...
İstəsəm belə əlimin çatmayacağı bir dərinliyə....


Bitməz dediyim nağıl


Bəzən nağıllar kədərləndirir...İstəsən belə o nağıldakı pis hadisələrə müdaxilə edə bilmirsən..
Amma canın yanır nağıldakı qəhrəmanlara.

Uğrunda nə vaxtsa öləcəyimi düşündüyüm, bu gün isə onsuz xoşbəxt yaşadığım SEVDİYİMƏ həsr edirəm...


Geri dön

guneliyeva

  • 24 yanvar 2011 12:43
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
recourse recourse

--------------------
ELVEDA dercesine bakan gözlerine
EYVALLAH der gibi çeker giderim ! ! !

Ulya

  • 14 noyabr 2010 21:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqlidi twk

Baby_Love

  • 14 noyabr 2010 12:55
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Uğrunda nə vaxtsa öləcəyimi düşündüyüm, bu gün isə onsuz xoşbəxt yaşadığım SEVDİYİMƏ həsr edirəm...

Çooox romantik yazıdı love ) Təşəkkür

SoNefeS

  • 14 noyabr 2010 12:21
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
Tesekkkur.Heyatda hec kes ucun olmeye deymez,cunki olmeyine deyecek adam senin olmeyini istemez.

Angel-Xranitel-666

  • 14 noyabr 2010 11:29
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
twk maraqli idi love

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}