Şaban ayında baş verən mühüm hadisələr. Şəban ayınının fəzilət və əməlləri

 
Şaban ayında baş verən mühüm hadisələr. Şəban ayınının fəzilət və əməlləri



Şəban ayında İslam tarixində bir sıra mühüm hadisələr baş vermişdir. Beləki, hicrətin 4-cü ili Şəbanın ayının 3-ü Hz.Fatimənin(s.ə) evində şəhidlər sərvəri İmam Hüseyn(ə) dünyaya gəlib. Şəban ayının 4-ü Hz.Əbülfəzl-Abbasın(ə), 5-i isə İmam Zeynəlabidinin(ə) mövlud günləridir. Bu üç bayramı ardıcıl olduğuna görə, müsəlmanlar adətən müqəddəs şəhərlərə ziyarətə yola düşürlər və bu günləri müqəddəs məkanlarda keçirirlər. Ümümiyyətlə, belə aylarda ilahi övliyalarla əlaqə yaratmaq, onlara təvəssül etmək, onları ziyarət etmək xüsusi önəm daşıyır. İnsan həm Allah qarşısında təvazokarlıq edir həm də övliyalar kimi fəzilətli olmaq istəyir. Təvəssül Allahın dərgahına övliyanın vasitəsilə yaxınlaşmaqdır. Təvəssül insana öz əməlləri ilə öyünməməyi, başqa insanlar qarşısında təvazökarlıq etməyi öyrədir. İnsan təvəssül vasitəsilə həyatın əbədi olduğunu, ölümün bir aləmdən digər aləmə keçid olduğunu anladır. Həmçinin əvəssül edilən övliyalar insani fəzilətləri özlərində cəmləşdirmiş şəxslər olublar. Ona görə də onlara ehtiram göstərmək elə insanlığa qoyulan hörmətdir.
Bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şəban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər(s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...»
İmam Baqirdən(ə) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət(ə) belə buyurub: "Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl(və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki, bu gecə heç bir əli nə qədər ki, günah tələb etməyib, öz dərgahından boş qaytarmayacaqdır".
Ona görə də gərək bu gecə insan qüsl edə, əhya saxlaya(gecəni səhərədək oyaq qala), ilahi övliyaları ziyarət edə. Bu gecəyə digər özəllik verən də dövrümüzün imamı Həzrət Mehdinin(ə.f) mövlududur. Miladi 878-ci ildə hazırkı Samirə(İraq) şəhərində dünyanın xilaskarı anadan olmuşdu. Ona görə də bu gecənin əməlləri savabla yanaşı inasan həyat fəlsəfəsini aşılayır. Bu gecə əhya saxlayan şəxs yaxşıdır ki, İmam Hüseyni(ə) sonra isə İmam Mehdini(əf) uzaqdan ziyarət etsin, salamlasın. Bu isə o anlama gəlir ki, insan həyatı boyu gərək ayıq yaşasın, qafil olmasın. İmam Hüseyn(ə) kimi Haqq uğrunda canından keçməyə hazır olsun, özünün və cəmiyyətin islahı, rifahı üçün çalışsın ki, İmam Mehdinin(ə.f) zühüru yaxınlaşsın və dünyada sülh, əmin-amanlıq bərqərar olsun. Nə qədər ki, insanlar özlərini düçünür, dünyada ədalət hakim ola bilməz. İnsan dua edərkən, ilk öncə başqalarının yaxşılığını istəməlidir, başqalarını özündən çox düşünməlidir. Bunun üçün isə insana möhkəm iradə və əzmkarlıq lazımdır. İnsanın iradəsini gücləndirən ən böyük ibadət isə orucdur.


Şəban ayınının fəzilət və əməlləri

Şəban ayının fəziləti barədə Peyğəmbər (s)-dan belə nəql olunub ki, buyurur: «Şəban ayı mənim ayımdır». O Həzrət (s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Allahın Rəsulu (s) Şəban ayında oruc tutmağın fəziləti barədə belə buyurub: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».

Şəban ayının bütün günlərində yerinə yetirilməsi çox tövsiyə olunan bəzi əməlləri nəzərinizə çatdırırıq:

1. Hər gün aşağıdakı zikri 70 dəfə demək:

«Əstəğfirullahə və əsəluhut-təubə»

2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.

3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nə`budu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.

4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.

Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır. Rəvayət olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər. Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.

5. Bu ayda çoxlu salavat göndərmək və s.

Şəban ayının ilk gecəsi

«İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur. Biz onlardan yalnız birini sizin nəzərinizə çatdırırıq: Bu namaz on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.

Şəban ayının birinci günü

Seyyid ibn Tavus Allahın Rəsulundan (s) nəql etmişdir: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) çoxlu savabı vardır».

Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar»


Geri dön

..:MeleK kiz:..

  • 4 iyul 2012 19:16
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
eziyyet cekimisiniz halal edin

Kamran Tenha

  • 25 iyun 2012 11:41
  • Məqalə: 78
  • Şərh: 115
  • Bal:
{awards}
Hz.Əli (ə) Buyurur: ♥
- «Dostluq və məhəbbətləri qəlblərdən
soruşun.Çünki qəlblər rüşvət qəbul
etməyən şahidlərdir.»

--------------------
Esil aşiq odu ğz yarı üçün can versin,
Canını istənilən an ona qurban versin..

K.T

LoVe_LiFe

  • 24 iyun 2012 12:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH sizdende RAZI OLSUN. DEYRLI WERHLERE GORE TEWEKKURLER

✰GlaMurKa✰

  • 23 iyun 2012 19:45
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

frog

  • 23 iyun 2012 19:07
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...............................!!!

Prank girl

  • 23 iyun 2012 15:34
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....!

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

come back

  • 23 iyun 2012 15:34
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler allah razi olsun.

my angel__

  • 23 iyun 2012 15:16
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
allah razi olsun smile

--------------------
Помни, что ты - мое все ❤

✰GoLd GirL✰

  • 23 iyun 2012 15:14
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun!

...BARSA FANATI....

  • 23 iyun 2012 14:53
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....!

..::Only_Life::..

  • 23 iyun 2012 14:17
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
ALLAH razi olsun canim menim

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

_BiRiCiK_

  • 23 iyun 2012 13:49
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Tewekkürler................

--------------------

---ANGELA---

  • 23 iyun 2012 13:17
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
DƏYƏRLİ MƏQALƏYƏ GÖRƏ TƏŞƏKKÜRLƏR......

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

faithful

  • 23 iyun 2012 13:05
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Allah razi olsun

★Miss Love★

  • 23 iyun 2012 12:31
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli idi oxudum Allah razi olsun))

Rogue

  • 23 iyun 2012 12:30
  • Məqalə: 0
  • Şərh: 359
  • Bal:
{awards}
cox sagolun deyerli melumat idi

--------------------
kimlərsə mənim şəkillərimi yenə götürüb başqa saytlarda öz adlarıyla qoymasun söyüşüm pisdi !

Shokoladka

  • 23 iyun 2012 12:15
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Oxudum.Allah razi olsun!

--------------------


music_angel

  • 23 iyun 2012 12:15
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
H.əmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar».....

--------------------

ღ★Diamond★ღ

  • 23 iyun 2012 12:11
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir

_NezisH_

  • 23 iyun 2012 12:09
  • Məqalə: 32
  • Şərh: 1703
  • Bal:
{awards}
İmam Baqirdən(ə) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət(ə) belə buyurub: "Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl(və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki, bu gecə heç bir əli nə qədər ki, günah tələb etməyib, öz dərgahından boş qaytarmayacaqdır".

_Kyonul_

  • 23 iyun 2012 12:08
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

..:MeleK kiz:..

  • 23 iyun 2012 12:04
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
gulum Allah razi olsun oxudum

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}