Bu 12 qadından özümüzü qoruyaq!

 
Bu 12 qadından özümüzü qoruyaq!

Dünyada elə kişi yoxdur ki, qadınla münasibət qurmaq məsələsində ağzı yanmasın. Adam neçə dəfə aldanar, neçə dəfə ağzı süddə elə yanar ki, sonra qatıq içməyə qorxar? Amma kişilər öz səhvlərindən xeyirli nəticələr çıxarırlarmı? Əlbəttə, yox! Çünki hər dəfə təzə münasibətlər qurulanda, hər dəfə üfüqdə təzə qadın görünəndə sadəlövhcəsinə ümid edirlər ki, yox, bu dəfə hər şey başqa cür olacaq.

Psixoloqlar hesab edir ki, təhtəlşüur olaraq, kişilər hər dəfə əvvəllər tanıdıqları tiplərə oxşar can yoldaşı axtarırlar. Və buna görə də hər dəfə eyni şey təkrarlanır. Eyni dramlar, eyni üzüntülər və həmin paralanmış ürək.

Və kişiləri qorumaq üçün psixoloqlar onlara ən təhlükəli qadın növü olan 12 tip qadının siyahısını təqdim edirlər. Diqqətli olun, belələrindən oddan qorxan sayaq qorxmaq lazımdır.

1) Kişi düşməni - Feminist
Onlara elə gəlir ki, cəmiyyətdəki bütün problemlərin səbəbkarı kişilərdir. Siz belə qadının hörmətini və sevgisini bircə yolla qazana bilərsiniz ki, bu da cinsinizi dəyişmək və qadın olmaqdır. Feministlərin düşüncəsinə görə, kişilər olmasaydı, mələklər qadınlara kişilərsiz - bu iyrənc patriarxlar olmadan - dünyaya uşaq gətirmək məsələsində kömək eləyə bilsəydilər, dünya qat-qat daha gözəl olardı.

O ki qaldı feministləri müəyyənləşdirməyə, bu çox asandır. Əgər təzə tanış olduğunuz qadın “kişilər nadir halarda beyinləri ilə düşünürlər” kimi ifadələr işlədirlərsə, ondan qaçın. Elə qaçın ki, tozunuza da çata bilməsin!

2) Pulgir – Qabırğa
Belələrinə ancaq sizin pullarınız lazımdı, vəssalam. O elə bilir ki, siz ona gül, kosmetika, daş-qaş, bahalı paltarlar bağışlamağa, onun restoran, gözəllik salonu və s. kimi hesablarını ödəməyə borclusunuz. Beləsinə “çağırışla gələn qız” da demək olardı, amma bu tip qadınlar elə eləyir ki, çağırışla o sizin yanınıza gəlmir, siz çağırışla onun yanına qaçırsınız. Sizin hissləriniz heç onun vecinə də deyil. O elə bilir ki, ömrü boyu kimsə onu xərclərdən və qayğılardan qorumalıdır. Və bu adam bacardıqca pullu, etibarlı adam olmalıdır. O əmindir ki, onun sevgisi bahalı, bədəni isə büllürdandır. Daha doğrusu, bədininin lazımlı yerləri...

Əgər siz dünyanın ən bahalı bədənini qazanmaqda elə də israrlı deyilsinizsə, beləsindən də qaçın.

3) Şahzadə qız – mamlı-matan...
Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu “xanım-xatın”ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var.

Belə qadın elə bilir ki, siz mütləq ağ atın belində onun yanına gəlməli, əlinizi və qəlbinizi təklif etməli, onunla xoşbəxt ailə qurmalı və eyni gündə ölməlisiniz. Ömür boyu sizdən qayğı, nəvaziş tələb edəcək, sizinlə ancaq ulduzlardan danışacaq, əlini ağdan qaraya vurmayacaq.

4) Dinamik qadın – Heç nəyə vaxtı yoxdur!
Bu isə Şahzadə qızın bacısıdır. Amma bir fərqlə – beləsi ondan da pisdir. Əgər belə qadınla tanış olub, münasibət qurmaq istəsəniz, bərk yara alacaqsınız. Ömrü boyu elə biləcəksiniz ki, günah sizdədir və siz qadınları başa düşmürsünüz.

Amma beləsi ilə hər şey yaxşı başlayır. Əvvəlcə o özü sizi yoldan çıxarır, sizə telefon nömrəsini verir və aradan çıxır. Hər dəfə zəng eləyəndə isə bircə bahanəsi olur – vaxtım yoxdur! Hətta görüşməyə başlasanız da, siz heç vaxt onunla dostluqdan o tərəfə gedə bilməyəcəksiniz. Onun sevgilisi, nişanlısı və ya əri olmaq mümkün deyil. O sizi özünə yaxın buraxmayacaq.

Beləsinin də dərdi odur ki, əvvəllər qəlbi bərk yaralanıb. Və o, ömrü boyu bir daha kimisə yaxına buraxmaqdan qorxur.

5) İfritə – feminstin uzaq qohumu
O, bəlkə də feminist ola bilərdi. Amma ifrat şəxsi problemləri ona mane olur. Nə vaxtsa, kimsə onun qəlbinə dəyib və indi o, bütün kişilərə nifrət edir. Əgər feministlər gender-balans, cinslər arasında hüquq bərabərliyi kimi şeylər uğrunda mübarizə aparırlarsa, ifritənin buna nə vaxtı, nə də həvəsi var. O, sadəcə öz dərdini çəkir. Bütün kişilər isə onun üçün “iyrənc donuzlar” və “eşşəklər”dir.

Məsləhət: üzünüzə kiminsə tüpürməyindən xoşhal olmursunuzsa, beləsinə yaxın getməyin!

6) Getmə gözümdən – gedərəm özümdən: yapışqan qadın
Bu tip qadınlar əvvəlcə kişilərin çox xoşuna gəlir. Qayğıkeş, nəvazişli... amma bir müddətdən sonra görəcəksiniz ki, o ən azı gündə on dəfə sizə zəng edir. Hər şeylə maraqlanır, hər şeyə burnunu soxur. Dünən sizi öpmədiyi üçün inciyib-incimədiyinizi soruşur, bir sözlə, canınızı boğazınıza yığır. Sizdən elə yapışır ki, elə bil dünyada axırıncı kişi sizsiniz. Həmişə elə bilir ki, onu atıb, başqasını tapacaqsınız. Boğazınıza ilan kimi sarılır. Bir gün də ayılıb görəcəksiniz ki, sizi qocaldıb.

Deməli, belə qadından da qaçmaq məsləhətdir.

7) Ləçər – amma qəşəngindən...
Ləçərlərin bütün fikri-zikri öz görünüşündə, öz personasında, öz mənindədir. Onun dərdi-səri kimisə “mədəni” şəkildə alçaltmaq, kiminsə boynuna minmək, kiminsə qanını qarltmaqdır. Özü gözəl geyinir, gözəllik salonlarından, solyarilərdən qalmır və bütün standartlara cavab verməyən bütün adamlara üstdən aşağı baxır. Başqasını alçaltmaq, el içində biabır eləmək ona zövq verir.

8) Burda mənəm – Bağdadda kor Xəlifə: Eqoist!
Bu da Ləçərin bacısıdır. Amma ləçərlərdən fərqli olaraq, eqoistlərin dərdi məhz öz şəxsiyyətləridir. O diqqət mərkəzində olmaq istəyir, özünü dünyanın mərkəzi sayır, hamının onunla hesablaşmasını gözləyir. Bu tip qadınlar adətən uşaqlıqda evin bir övladı olan qızlardır. Onları özlərindən və öz rahatlıqlarından savayı heç nə maraqlandırmır və maraqlandırmayacaq da.

9) Ər ölüsü...
Bu xanımları digərlərindən fərqləndirən bir cəhət var – o ərə getmək istəyir! Tez! Yerindən tərpənmədən. Kişi ilə tanış olar-olmaz o, kişini ələ almağa, onu nikah masasına oturtmağa çalışır. Bu kompleksin səbəbi müxtəlif ola bilər. Ya o cinsi yetişkənlik dövrünün tələblərinə tez cavab vermək istəyir, ya bütün rəfiqələri artıq ərə gedib və o həmin qızların arasında yeganə qarımış qızdır. Səbəb nə olur-olsun, nəticə eynidir. Onu ancaq sizə ərə gəlmək maraqlandırır. Başqa heç nə.

10) İkiüzlü
Bunlar kişi xasiyyəti üzrə ekspertlərdir. Kişini ələ almaq üçün min dəfə dondan-dona girə bilərlər. Əvvəllər sizə mehribanlıq göstərəcək, özünü Müqəddəs Məryəm kimi aparacaq. Sizi ələ alacaq. Elə ki, ona vuruldunuz və ya evləndiniz, həngamə bundan sonra başlayacaq. O sizin başınıza it oyunu açacaq. Maskasını çıxarıb, əsl üzünü sizə göstərəcək. Və inanın ki, o əsl üz sizin heç xoşunuza gəlməyəcək...

11) İtoynadan...
Belə qadınların isə dərdi-səri kişilərlə məzlənməkdir. Onun üçün sizin onu sevməyiniz, münasibətlərinizin nəticəsi maraqlı deyil. Onun üçün maraqlı olan prosesdir. O sizi ələ salıb, barmağında fırlatmaqdan zövq alacaq. Çünki kişiləri özünə bənd eləmək, onları ram etmək onun xoşuna gəlir. Daha sonradan sizin necə ona vurulduğunuzu, sevəndə necə mənasız göründüyünüzü, sevgi sözləri deyəndə necə də axmağa oxşadığınızı və gülməli olduğunuzu rəfiqələrinə danışmaqdan ötəri ürəyi gedir. O, bu sənət üzrə ixtisaslaşıb. Sizi isə özünə bənd elədiyi kişilərin siyahısına qatmaq istəyir. Vəssalam.

12) Hökmran
Bu tip qadınlara dözmək ümumiyyətlə mümkün deyil. O çalışacaq ki, həyatınızn hər dəqiqəsini nəzarət altında saxlasın, sizə nəyi və necə eləməli olduğunuzu desin. Siz hər şeyi o deyən kimi eləməlisiniz. Çünki o, həmişə haqlıdır. Əgər birdən o haqlı deyilsə, deməli, yenə də haqlıdır.

Belə. Yazıq kişilər...


Geri dön

★NuTeLLa★

  • 15 iyul 2012 22:15
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
3) Şahzadə qız – mamlı-matan...
Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu “xanım-xatın”ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var.
wink

Aleyra

  • 13 iyul 2012 13:57
  • Məqalə: 4
  • Şərh: 643
  • Bal:
{awards}
Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu “xanım-xatın”ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var.

SabriNa B-va

  • 1 iyul 2012 21:07
  • Məqalə: 207
  • Şərh: 3772
  • Bal:
{awards}
..::twk_lerRRRRR ::...

✰GoLd GirL✰

  • 1 iyul 2012 20:33
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
cox sagolun....

quzum menim

  • 30 iyun 2012 10:22
  • Məqalə: 26
  • Şərh: 625
  • Bal:
{awards}
payyyyyyyyyyyy atonnan onda kisiler haqda yazsalar qutarmazki....... angry

--------------------
İnsanlar pisliyi arzuları güclü olduğu üçün deyil,vicdanları zəif olduğu üçün edərlər...

---ANGELA---

  • 25 iyun 2012 17:51
  • Məqalə: 301
  • Şərh: 2716
  • Bal:
{awards}
THANKS................

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

★Miss Love★

  • 25 iyun 2012 12:14
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
3) Şahzadə qız – mamlı-matan...
Beləsindən isə Allah saxlasın. Əvvəl danışdığımız iki tip bu “xanım-xatın”ın yanında heç nədir. Mamlı-matan qız tipi daha əzabverən və zəhlətökəndir. O, uşaqlıqdan şirin nağıllara qulaq asaraq yatan, gəncliyində sevgi romanları oxuyan, babat vaxtında isə ancaq komediyalara baxan qadındır. Uşalıqdan dörd tərəfi sevgi, qayğı ilə dolu olub, onu pambığın içində böyüdüblər. O, dünyaya çəhrayı gözlüklərdən baxır. Heç kim ona deməyib ki, dünyada hesab ödəmək və tualet təmizləmək kimi işlər də var. lol

Kiwilerde dehweттттт уaziqdir axi ne ise xebere gore sagol=)

I am Happy

  • 24 iyun 2012 20:41
  • Məqalə: 111
  • Şərh: 3077
  • Bal:
{awards}
Teshekkurler xebere gore.

--------------------

frog

  • 24 iyun 2012 19:10
  • Məqalə: 0
  • Şərh: 3172
  • Bal:
{awards}
XA XA XA XA XA XA XA XA XA XA XA XA XA XA XA XA XA XA XA

Nuray2012

  • 24 iyun 2012 18:26
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
tesekkurler xeebr ucun

--------------------

sweet_angel

  • 24 iyun 2012 17:54
  • Məqalə: 13
  • Şərh: 336
  • Bal:
{awards}
Şahzadə qız – mamlı-matan...

--------------------
Gel dost olaq, birce mahnılıq qal menimle.
Sene danışacam derdlerimi.
Sene danışacam her şeyi men!
Her şeyi men!

asel

  • 24 iyun 2012 17:44
  • Məqalə: 0
  • Şərh: 998
  • Bal:
{awards}
nc nc nc gor qadinlari nece taniyiblarda.o zaman kiwilerinde 2uzluluyunden daniwinda.qadinlarda ele kiwilerden daniwsin da 1 elinde 10 qarpiz tutan,evli yada niwanli ola ola bawqalari ile daniwan,gezen eee men saysam bura dolacaqki.qedr bilmezler angry

--------------------
awk aciyi sever.

my angel__

  • 24 iyun 2012 16:40
  • Məqalə: 291
  • Şərh: 10822
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

lilly

  • 24 iyun 2012 16:29
  • Məqalə: 0
  • Şərh: 397
  • Bal:
{awards}
ele daniwirsiz ki guya KIWILER sudden cixmiw ag qawiqdilar. angry qadinlarin kiwilerden uzaq olmali tipleri saysaq inanin yazilacaq maddeleri oxumaqda hami cetinlik cekecek,yeni cox uzun olacaq.

--------------------
SADECE YORGANI UZERIME CEKEREK BELE XOWBEXT OLA BILIREMSE,MENI BEDBEXT EDECEK DERECEDE AXMAQ OLA BILMEZSEN!!!

-_Broken Heart_-

  • 24 iyun 2012 14:57
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
tesekkurler maraqli xeber idi.....

--------------------
Dağlar önümdə əyilirkən , qayalara yalvarmaram !!!

tinker bell

  • 24 iyun 2012 14:37
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
xexexe biz qizlarrrrrrr ........... wink

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 24 iyun 2012 14:17
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
cox gulmeli adlardi. wink twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

music_angel

  • 24 iyun 2012 14:02
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
THANKS...........

--------------------

LoVe_LiFe

  • 24 iyun 2012 13:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xexe ne yaxwi adlar qoyulub bu qadinlarawink tewekkurlerwink

ZAC EFRON

  • 24 iyun 2012 13:48
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
Sitat: angel00
bir gun de "bu kisilerden ozumuzu qoruyaq" basligi altinda meqale olsun daa...

Onu yox bir gun bizsiz bir gunuz olmasin ay qadinlar deye bir xeber a4mag isteyirem=))))))

Melek Kiz

  • 24 iyun 2012 13:39
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
3) Şahzadə qız – mamlı-matan...
mende ele xasiyyet var wink

✰GlaMurKa✰

  • 24 iyun 2012 13:38
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
bu heyatda qadinlarinda kisilerinde piside var yaxsisida tesekkurler maraqli idi

alice96

  • 24 iyun 2012 13:30
  • Məqalə: 1
  • Şərh: 21
  • Bal:
{awards}
8) Burda mənəm – Bağdadda kor Xəlifə: Eqoist!
Bu da Ləçərin bacısıdır. Amma ləçərlərdən fərqli olaraq, eqoistlərin dərdi məhz öz şəxsiyyətləridir. O diqqət mərkəzində olmaq istəyir, özünü dünyanın mərkəzi sayır, hamının onunla hesablaşmasını gözləyir. Bu tip qadınlar adətən uşaqlıqda evin bir övladı olan qızlardır. Onları özlərindən və öz rahatlıqlarından savayı heç nə maraqlandırmır və maraqlandırmayacaq da.
wink
12) Hökmran
Bu tip qadınlara dözmək ümumiyyətlə mümkün deyil. O çalışacaq ki, həyatınızn hər dəqiqəsini nəzarət altında saxlasın, sizə nəyi və necə eləməli olduğunuzu desin. Siz hər şeyi o deyən kimi eləməlisiniz. Çünki o, həmişə haqlıdır. Əgər birdən o haqlı deyilsə, deməli, yenə də haqlıdır.


xaxaxa

✰GoLd GirL✰

  • 24 iyun 2012 13:14
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
bir gun de "bu kisilerden ozumuzu qoruyaq" basligi altinda meqale olsun daa...

ღ★Diamond★ღ

  • 24 iyun 2012 12:40
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
) İfritə – feminstin uzaq qohumu
O, bəlkə də feminist ola bilərdi. Amma ifrat şəxsi problemləri ona mane olur. Nə vaxtsa, kimsə onun qəlbinə dəyib və indi o, bütün kişilərə nifrət edir. Əgər feministlər gender-balans, cinslər arasında hüquq bərabərliyi kimi şeylər uğrunda mübarizə aparırlarsa, ifritənin buna nə vaxtı, nə də həvəsi var. O, sadəcə öz dərdini çəkir. Bütün kişilər isə onun üçün “iyrənc donuzlar” və “eşşəklər”dir.

ZAC EFRON

  • 24 iyun 2012 12:23
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
Sitat: Love World
Hec biri men deyilem, yasadi oglanlar...Tskler kanki, tam da sana yakisir xeber

Deymez Kanki=)He Ne bilmsidin bes?!=) wink


Qizdarin ureyi doluymuse deysen....=)))))))

EnD of TiMe

  • 24 iyun 2012 12:07
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
3) Şahzadə qız – mamlı-matan...

hhaha adini esidende oldum gulmekden......


Belə. Yazıq kişilər...
cox yaziqdirlar gorunur...saman altindan su yeridir bu kisiler wink

Тень

  • 24 iyun 2012 11:48
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
ay allah acigima gelir ele xeber qoymayin kisliler ele bil melikdi bu xeberden sonra..........dasa donerem twk

_Kyonul_

  • 24 iyun 2012 11:47
  • Məqalə: 135
  • Şərh: 2970
  • Bal:
{awards}
qadinlar bele olanda gorun indi kisilerde nece eyibler vare.umumiyyetle hec kimi tam olaraq bir tipe aid etmek olmaz.her kesin yaxsi cehet de var,pis ceheti de.

--------------------

lie to the world

  • 24 iyun 2012 11:38
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
bu nedi bele oldum gulmekden ta qadinlara demedikleri qalmadiki. wink ..dehwetdilere ama qadinlar kimide bezi kiwilerde geri qalmirlar hetta qadinlardanda beter olanlari var...

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 43
Cəmi: 78

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 639
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}