Ağladım

 
Ağladım


Hüzn ulduzları parlayır bu gün göy üzündə. Bu

gecə yenə için-için yanıram. Oturub səni düşünüb ağlayıram. Səni, gedişini, sevməyini, hər şeyini.

Unutmur səni bu yaralı qəlbim. Etdiklərini xatırlayıb peşman olur. Səni düşünürəm bu gecə, qaranlıq

göy üzündə parlayan ulduzları seyr edirəm. Onları sənə bənzədirəm. Qaralmış qəlbimin kənarında

yanan məşəl kimi. Səni düşünürəm bu gecə, məni sevdiyini, mənə necə baxdığını, mənə necə

güldüyünü, əllərimi necə tutduğunu, əllərini necə tutduğumu. Yüksələn bir atəş kimi sevgimizin necə

çoxaldığını və bir gün anidən buraxıb getdiyini, son vidanı xatırlayıram. Gözlərimə ağlarcasına

baxdığını, gözlərini qəlbimə basdırdığımı xatırlayıram. Bir daha çıxmasın deyə. Onsuzda çıxa bilmədilər

qəlbimdən gözlərin. Ölülər dirilirlər ki, basdırılanlar çıxsın getsin? Getdin son bir vida ilə gözü yaşlı,

əlimdə sərin, arxandan dəqiqələrcə baxdım ağlamaqlı, sıxıldım, üzüldüm, pərişan oldum, amma

ağlamadım. Ağlaya bilmədim əngəl oldu qürurum, əngəl oldu sevgim. Uzaqlara getdin, bəlkə bir daha

əsla dönməmək üzrə gözlədim səni dəlilər kimi, hələ də gözləyirəm... Daim səni xəyal edib, daim səni

düşündüm. Səsini eşitdikcə yaşayar, eşitmədikcə ölürdüm. Aylarla axtardın bir sevgi uğrunda. Heyf ki,

tərk edildin, bir səhv uğrunda, üzüldün, ağladın, bağışladın, amma həmişə də sevdin, məni sevdin.

Gülüm məni, qəlbi qırıq vəfasızı. Yenə tərk edildin, yenə unuduldun, sevdanla baş-başa buraxıldın,

yenə qırıldın, yenə ağladın, amma bu səfər bağışlamadın. Sevdiyini ən sevincli günündə öldürdün və

arxana baxmadan getdin. Məni özümlə baş-başa buraxdın. Yıxıldım, üzüldüm səndən ayrılanda.

Qaldım çarəsiz, sevgisiz və bir də sənsiz... Onsuzda həmişə sənsiz idim, amma indiki kimi deyil.

Dağılmış bir qəlbə sahib oldunmu sən heç? Parça-parça edilmiş, sökük və viranə, bir o qədərdə

vəfasız. Əvvəllər üzüldüm, amma heç vaxt ağlamadım, gəldi keçdi deyib, səni də gözlərin kimi qəlbimə

basdırdım. Unutdum dedim, unudacağam dedim, unuda bilmədim, unutmaram dedim. Əvvəl gözlərin

sonra sən çıxdın qəlbimdən. Bir vicdan əzabı başladı ölü ürəyimdə, qəlbimdə heç bir şey qalmadı

səndən başqa. Xatirələrin, gözlərin və sözlərin. Şerlərini gətirdilər mənə, məni öldürən şerlərini.

Vəfasız dediyini eşitdim, yıxıldım, səni düşündüm gecələrcə, daim tək başıma. Şerlərin öldürdü,

həsrətin yandırdı ürəyimi üzüldüm, qırıldım, yıxıldım və en sonunda ağladım. 3 nəfərlə ağladıq sənə.

Mən, qəlbim və gözlərim. Sənin üçün yandım, səni sevdim, səni xatırladım hər yerdə. Günlərcə bir gün

səsini eşitmək ümidi ilə telefon zəngini gözlədim. Telefon çalmayıb həsrət qalınca ağladım-ağladım.

Sənə etdiklərimi ancaq o zaman anladım. Eşitdim ki, qəlbini verməmisən heç kimə, içində məni görərlər

deyə, mən də heç kəsə vermədim içində səni görərlər deyə. Göy üzü ulduzlarla bəzənmişdi. Mən

həmişə səni düşünərkən hüzn ulduzları qoydum adını. Səni xatırladırlar deyə. Eyni onlar kimi səndə

məndən çox uzaqlardaydın. Həmişə göz qırpardın uzaqdan səssizcə. Mən isə daim səni gözlədim, qırıq

qəlbim, yaşlı gözlərimlə. Bəzən xəyala gedirəm, səni düşünürəm, ağlayıram, səni və sevgini axtarıram

qəlbimdə. Düşmür adın heç dilimdən. Gülüm öləcəyəm bir gün mən sənin sevgindən, sənin dərdindən.

Bəlkə də bir gün görəcəyəm səni. Sən məni unutmuş, mənim olmayan səni. Elə o an sevgimin göz

yaşını xatırlayacağam və yenə bir kənarda oturub ağlayacağam. And içdim sənin üstündən başqasını

sevməyim deyə. Və hər zaman, hər yerdə təkrarlayıram. Səni unutmaq üçün öldürsələr belə, qarşılıq

olaraq dünyanı versələr belə, dar ağacı qurub edam etsələr belə səndən başqasını əsla

sevməyəcəyəm...


Geri dön

Cici-Kiz

  • 15 yanvar 2011 20:57
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
Bu yazilara bu sozlere gozel, əla deməmək olmaz. İnanin nece kovreldim.Bele bir xeber ucun size minnetdaram.

Bəzən xəyala gedirəm, səni düşünürəm, ağlayıram, səni və sevgini axtarıram

qəlbimdə. Düşmür adın heç dilimdən. Gülüm öləcəyəm bir gün mən sənin sevgindən, sənin dərdindən.
Səsini eşitdikcə yaşayar, eşitmədikcə ölürdüm. Aylarla axtardın bir sevgi uğrunda. Heyf ki,

tərk edildin, bir səhv uğrunda, üzüldün, ağladın, bağışladın, amma həmişə də sevdin, məni sevdin.

Gülüm məni, qəlbi qırıq vəfasızı. Yenə tərk edildin, yenə unuduldun, sevdanla baş-başa
buraxıldın,

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Yusif

  • 15 noyabr 2010 11:19
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Oxuyub Beyenenlere Tesekkur edirem

Angel-Xranitel-666

  • 15 noyabr 2010 09:07
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
feel no sad

--------------------
AnGeL-xRaNItEl ti super

Baby_Love

  • 15 noyabr 2010 01:32
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
recourse

Sergio Ramos

  • 15 noyabr 2010 00:22
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Hmm..belədə noRmAL...

--------------------

Ulya

  • 14 noyabr 2010 23:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
recourse recourse

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}