Sözünü dinləmirəm

 
Sözünü dinləmirəm


Sözünü dinləmirəm. Bağışla... Bağışla, dost, bağışla məni.

Verdiyim sözü tuta bilmirəm. Bağışla... Bağışla, dost, sən yenə bağışla məni.

Ürəyimin, düşüncəmin tərsinə gedə bilmirəm. Bağışla...Bağışla, dost, bacardığın qədər bağışla məni.

Bilirəm... Bilirəm ki, qırdım səni, bilirəm. Bilirəm ki, üzdüm səni. Bunu üzə vurmasan belə, dilə gətirməsən belə, bilirəm... duyuram səsinin titrəməsindən, üzündəki cizgilərdən, gözlərindəki suallardan...

Sən özünü anlaya bilmədiyin kimi məni də anlaya bilmirsən, gözəl dost. Sən özünə bəraət tapa bilmədiyin kimi mənə də bəraət verə bilməyəcəksən günün birində. İndi nəzərində ikimiz də haqlıyıq, ikimiz də adi insanıq, ikimiz də mərhəmətli, xeyirxah, həssas dostlarıq. İkimiz də...

Sən necə ki, ailənə məsuliyyətlisən, mən də eləcə sənə və sənin ailənə məsuliyyətli olmaq borcundayam. Çünkü gerçəkdən gizlinlərin aşkar olması var bir gün. Gerçəkdən dik gəzən başların aşağı dikildiyi gün var. Gerçəkdən bu gün riya donuna girib bir-birimizə bəraət qazandırdığımız əməllərin üzümüzə duracağı gün var. Gerçəkdən də var. Sən buna inanmırsan, inanmaq istəmirsən. Çünkü sən xeyirxahlıq edirsən həmişə, mərhəmətli davranırsan hər kəsə və elə zənn edirsən ki, bu yetərlidir kölgədə qoyduğun əməllərə bəraət qazandırmaq üçün. Çünkü sən inanırsan ki, xeyirxahlıq etdiyin üçün hər bir əməlin seviləndir, hətta o gizlində olmuş olsa belə, tək özündən savayı kimsəyə zərər verməsə belə. Bilmirsən ki, özünə zülm etmək də günahlar sırasındadır, dost, bilmirsən. Mən səni də, özümü də bu zülmdən qurtarmaq xatirinə verdiyim sözü tutmadım. İndi anlamasan da, indi incisən də, bir gün məni anlayacağına inanıram. O zaman indikindən daha böyük hörmətlə, rəğbət və sevgi ilə anacayıq, xatırlayacağıq bir-birimizi.

Az qala bağırmaq, qəzəblə üzünə şillə kimi hayqırmaq istəyirəm bütün düşündüklərimi. Amma bacarmıram. Bacarsam da bunun bir faydası olmayacağını bilirəm, anlayıram. Zor gücünə, yüksək təzyiq altında qəbul olunan fikir sabun köpüyü kimi tez partlyır, yox olur, o tam, mütləq həqiqət olsa belə. Odur ki, səbirlə, zamanla anlatmaq istəyirəm sənə yanlışlarımızı...


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:06
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 14 may 2011 12:29
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Həyatına ondan əvvəl olduğu kimi davam edirsən.

Deyirsən, gülürsən. Onu unutmuş kimi görsənirsən.

Əslində unutmuşda sayılırsan vaxt keçdikcə.

Yeni-yeni flirtlər çıxır qarşına. Bir sözlə, ondan qalan yalnız xatirələr olur.

Budur. Sonunda sənin ürəyincə olan biridə çıxır qarşına.

cox sagol bele maraqli yaziya gore

--------------------

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:14
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
cox tesekkurler qeseng yazidir

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Sad-Angel

  • 27 fevral 2011 01:59
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
Həyatına ondan əvvəl olduğu kimi davam edirsən.

Deyirsən, gülürsən. Onu unutmuş kimi görsənirsən.

Əslində unutmuşda sayılırsan vaxt keçdikcə.

Yeni-yeni flirtlər çıxır qarşına. Bir sözlə, ondan qalan yalnız xatirələr olur.

Budur. Sonunda sənin ürəyincə olan biridə çıxır qarşına.


Sen gizli gelmisen omrume inan.
Bu gizli esq ile yasayacagam
Dunyanin en agir yuku sayilan,
Gecikmis mehebbet dasiyacagam.
Sen menim omrumde acan ciceksen.
Onu ureyimde besleyeceyem.
Sen meni hec zaman gormeyeceksen
Men seni her zaman gozleyeceyem
Sen mene heyatda en dogma adam,
Men sene yaddan da yad olacagam,
Sen omur edeceksen ayri adamla,
Men kimem, neciyem bilmeyeceksen



--------------------
Если хочешь,чтобы женщина была ангелом,подари ей РАЙ...

Made_In_Bakinka

  • 9 fevral 2011 02:58
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
cox tesekkurler qeseng yazidir

Ulya

  • 15 noyabr 2010 16:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol bele maraqli yaziya gore

Yusif

  • 15 noyabr 2010 13:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
xebere gore tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}