Səhərlər gümrah oyanın

 
Səhərlər gümrah oyanın


Hər kəs səhərlər gümrah və dinlənmiş vəziyyətdə yuxudan oyanmaq istəyir.

Saytların birində oxuduğum maraqlı məlumatları sizinlə də bölüşürəm.

Hər gün eyni saatda yuxudan qalxın

Həftəsonunun yuxu cazibəsinə qapılmamaq çox çətindir. Amma bir təhər iradənizi toplayıb həftə içi oyandığınız saatda oyanmağa diqqət göstərsəniz, bədəninizin buna alışmasına köməkçi olarsınız. Buna alışan bədən də hər gün eyni gümrahlıqda, yorğun olmadan qalxmağa meylli olacaq.

Zəngli saatı təxirə salmaqdan imtina edin

Bunu etməyən var məgər? Səhər zəngli saat çalanda, 5 dəqiqə, sonra daha bir 5 dəqiqə arxaya qururuq, o qısa yuxudan möhtəşəm bir kef almağa çalışırıq. Halbuki aparılan bir çox araşdırmaya görə, bu təxirə salmalar əsnasındakı qısa yuxular dərin olmadıqları üçün bizi yorğun etməkdən başqa bir işə yaramırlar. Bu səbəbdən də zəng çalınan kimi dərhal qərarlı olmaq və oyanmaq gərəkdir.

Qalxan kimi bir stəkan su

Yuxu əsnasında bədənimiz su itirir və bu vəziyyət bizi həddindən artıq halsız edir. Əgər səhər oyanan kimi bir stəkan su içsəniz, bunun bədəninizə verəcəyi enerjini və ruhunuza verəcəyi sevinci dərhal hiss edəcəksiniz. Səhərlər su içmək eyni zamanda maddələr mübadiləsinin də sürətlənməsini təmin edəcək.

Günəş sizi oyandırsın

Yuxu problemi olanlara daha çox təklif edilən məsləhətlərdən biri də yataq otağının qaranlıq olmasıdır. Qaranlıq otaqda yatmaq daha da asan olacaq, lakin səhərlər oyanmaq da bir o qədər çətinləşəcək. Əgər səhərlər enerjili bir şəkildə oyanmaq istəyirsinizsə, gecə yatmadan öncə otağın pərdələrini aralayın ki, sizi günəşin şüaları oyandırsın.

Zəngli saatı qurun, musiqi çalsın

Zəngli saatın narahat edici bir tonla səslənməsindənsə, günə musiqi ilə başlamaq daha çox əyləncəli olacaq. Eyni zamanda saatın narahat edici səsi ilə oyanmaq, günə ürək döyüntüsü ilə başlamağa da səbəb olurmuş. Bu səbəbdən günə enerjili bir Madonna və ya Beyons musiqisi ilə başlamaq həvəsləndirəcək.

Səhər-səhər hərəkət

Səhər oyananda hərəkətsiz şəkildə ağır bir günə başlamaq əvəzinə, bir neçə məşq hərəkətləri edərək günə çox dinc bir şəkildə başlaya bilərsiniz. Daha çox idman etməyə vaxtınız olmasa da, işə gedərkən kütləvi nəqliyyat vasitələrinə minməkdənsə piyada gəzin, lift yerinə nərdivanı seçərək hərəkət edə bilərsiniz.

Zülal tərkibli nahar edin

Karbonhidratla zəngin olan nahar edəndə, özünüzü daha tənbəl hiss edəcəksiniz. Ağır karbonhidrat yerinə zülalla zəngin bir qəlyanaltı seçin. Bunun üçün səhər menyunuza qatıq, yumurta, süd və yüksək zülal məmulatlar əlavə edin. Bu şəkildə enerjinizi günortana qədər qoruyaraq, tox qala biləcəksiniz.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:06
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

RoMaNTiK SerSeRi

  • 21 dekabr 2011 22:18
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
maraqlidi cox saqol..........

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

In_The_Dark

  • 31 avqust 2011 10:49
  • Məqalə: 0
  • Şərh: 473
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

music_angel

  • 25 avqust 2011 18:11
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------

NELLY19

  • 27 iyul 2011 21:40
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

_DreaM_

  • 16 iyul 2011 00:09
  • Məqalə: 450
  • Şərh: 1374
  • Bal:
{awards}
maraqli movzuya gore tesekkurler...

--------------------

_RONALDO_

  • 14 may 2011 12:28
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Tesekkurlerr Gozel Xeberdi

--------------------

Made_In_Bakinka

  • 9 fevral 2011 02:56
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
maraqli xeberdir dosim tesekkurler

nilayka

  • 15 yanvar 2011 22:19
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkurler

--------------------

CrazyGirl

  • 15 yanvar 2011 17:09
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
thanks......

--------------------
Sən varsansa həyat çox gözəl!

Ulya

  • 15 noyabr 2010 16:30
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol xebere gore

Yusif

  • 15 noyabr 2010 13:44
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Tesekkurlerr Gozel Xeberdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 48
Cəmi: 68

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}