Atasına laqeyd olanın aqibəti

 
Atasına laqeyd olanın aqibəti

ATASINA LAQEYD OLANIN AQİBƏTİ

Yusif (ə) Misir padşahı olandan sonra qardaşları ərzaq məhsulları almaq üçün həmin vilayətə gedirlər. O, qardaşlarının vasitəsilə köynəyini atasına göndərir. Həmin köynəyi həzrət Yaqubun (ə) kor olmuş gözlərinə sürtən kimi gözləri açılır.

Həzrət Yaqubun (ə) tapşırığı ilə elə həmin gün ailə üzvləri Misirə yola düşürlər. Karvan böyük şadlıqla və iti sürətlə Misirə tərəf hərəkət edirdi. Kənandan yola düşən karvan doqquz günə mənzil başına çatdı. Çünki neçə il övlad həsrətində olan ata oğlunu görməyə gedirdi.

Atası və qardaşlarının gəlişini eşidən Yusif (ə) təmtəraqla onları qarşılamaq üçün yola düşdü. Padşahın xüsusi qoşunundan əlavə, minlərlə şəhər camaatı Yusifi (ə) müşayiət edirdi.
Bu təmtəraqlı mərasimi görən Yaqub (ə) oğlu Yəhudadan soruşdu:
Bu gələn Misir padşahıdır?
"Xeyr atacan. Bu oğlun Yusifdir”– deyə Yəhuda cavab verdi. Yaqub (ə) atdan enib Yusifə (ə) tərəf addımladı.
Yusif (ə) uzaqdan atasını görəndə tez atdan enmək istədi. Amma öz padşahlıq məqamına görə bir az ləngidi. Atası ilə salamlaşıb görüşəndən sonra (mərasim sona yetəndə) Cəbrayıl (ə) nazil olub dedi:
"Ey Yusif! Allah-təala buyurur:
"Bizim saleh bəndəmiz və sənin zəhmətkeş atan olan Yaqubu (ə) görəndə nəyə görə ondan sonra (bir az gec) atdan endin? İndi isə əlini aç. Elə bu vaxt Yusifin barmaqları arasından parlaq bir nur xaric oldu.”
Yusif (ə) dedi: Ey Cəbrayıl! Barmaqlarımın arasından çıxan bu nur nə idi belə?
"Bu peyğəmbərlik nuru idi. Sənin atandan sonra atdan enməyin, atana qarşı hörmətsizlik sayılır- dı. Ona görə də Allah-təala peyğəmbərliyi sənin nəslindən kəsdi. Səndən sonra gələcək peyğəmbər daha sənin nəslindən olmayacaq.” – deyə Cəbrayıl (ə) cavab verdi.

ATA-ANAYA EHSANIN NƏTİCƏSİ

Valideynlərinə ehsan və yaxşılıq edən insanlar haqqında söz açmazdan əvvəl burada mühüm bir məsələyə işarə edirik:
İslam dinində ata-anaya yaxşılıq və hörmət etmək mühüm məsələlərdən biri sayılır. Ona görə də Allah-təala Quranın dörd surəsində bu məsələni Allahı dərklə eyni səviyyədə tutmuşdur.
1-O cümlədən də Bəqərə surəsinin 83-cü ayəsində buyurur:
"Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin...
2-Həmçinin Ənam surəsinin 151-ci ayəsində buyurur:
"Ya Rəsuləllah! De: "Gəlin Rəbibnizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin...
3-Allah-təala Nisa surəsinin 36-cı ayəsində camaata xitab edərək onları ibadətə dəvət edib buyurur:
"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin...”
4-Həmçinin İsra surəsinin 23-cü ayəsində Peyğəmbərə (s) xitab olaraq buyurulmuşdur:
"Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.”
Ata-anaya yaxşılıq etmək haqqında İslam Peyğəmbəri (s) buyurmuşdur:
"Valideynlərə hörmət və yaxşılıq etmək, namaz, oruc, həcc, ümrə və Allah yolundakı cihaddan qat-qat üstündür.”("Cəmiüş-səadət" c. 2. səh,264)
Ata-anaya yaxşılıq etmək fəzilətli əməllərdən biri sayılır. Hətta valideynin üzünə baxmaq belə Həcc ziyarətinin savabı ilə bir sırada qeyd olunmuşdur.
Peyğəmbər (s) buyurur:
"Elə bir gözəl əməl sahibi olan övlad yoxdur ki, hər dəfə valideynlərinə rəhmət və qayğıkeş nəzərlərlə baxdığında, Allah-təala həmin övladın hər baxışının əvəzində onun əməl dəftərinə qəbul olmuş bir Həccin savabını yazmamış olsun.”
Ərz olundu: "Ey Allahın Rəsulu! Əgər gündə yüz kərə baxsa necə?
Buyurdu: "Bəli! Mehriban Allah o həddə böyük və pakdır ki, hətta min kərə baxsa belə ona hər baxışın müqabilində həmin savabı yazar.”

Atasına laqeyd olanın aqibəti

ceferiler.com


Geri dön

leyluwka_20

  • 10 iyul 2012 22:45
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
xebere gore twkkk.

--------------------

..:MeleK kiz:..

  • 4 iyul 2012 13:39
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
eziyyet cekimisiniz halal edin

_favorit_arkadas

  • 2 iyul 2012 13:51
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

★Miss Love★

  • 1 iyul 2012 23:25
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli idi Allah razi olsun=)

LoVe_LiFe

  • 1 iyul 2012 16:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

music_angel

  • 1 iyul 2012 14:40
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
"Xeyr atacan. Bu oğlun Yusifdir”– deyə Yəhuda cavab verdi. Yaqub (ə) atdan enib Yusifə (ə) tərəf addımladı. raziyam sagolun

--------------------

..:MeleK kiz:..

  • 1 iyul 2012 14:37
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Papasini cox istemeyen insan olmaz yeginki

---ANGELA---

  • 30 iyun 2012 18:23
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
təşəkkkürlər....

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

my angel__

  • 28 iyun 2012 16:54
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
allah razi olsun......... what

--------------------
Помни, что ты - мое все ❤

✰Dгeaм✰

  • 28 iyun 2012 00:53
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

faithful

  • 28 iyun 2012 00:21
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
meqaleye soz ola bilmez.cox beyendim
Allah razi olsun

✰GoLd GirL✰

  • 27 iyun 2012 22:12
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Atam her seyidir....Allah atalarimizi qorusun........

AysU_DilarE

  • 27 iyun 2012 17:30
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
cox sag ol bacim cox gozel meqale idi ellerin derd gormesin

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 27 iyun 2012 16:21
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
cox tewekkurler meqaleye gore.

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

tinker bell

  • 27 iyun 2012 15:41
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
cox gozel melumatdi eziyyete gore twklerrr

--------------------

_Kyonul_

  • 27 iyun 2012 13:47
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
Ataya laqeyd olmaq olar hec,men atamla nefes aliram.twk xebere gore

--------------------

✰GlaMurKa✰

  • 27 iyun 2012 13:15
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
Sitat: dj ayka
ALLAH RAZI OLSUN DEYERLI MEQALEYE GORE

Тень

  • 27 iyun 2012 13:15
  • Məqalə: 0
  • Şərh: 105
  • Bal:
{awards}
Allah razi olsun

_BiRiCiK_

  • 27 iyun 2012 13:05
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Allah razı olsun sizden....................

--------------------

_NezisH_

  • 27 iyun 2012 12:38
  • Məqalə: 32
  • Şərh: 1703
  • Bal:
{awards}
gozel meqaleye gore tewekkirler Allah razi olsun

_НеЛюбимая_

  • 27 iyun 2012 12:07
  • Məqalə: 0
  • Şərh: 297
  • Bal:
{awards}
COOOOOOOOOX XOWUMA GELDI ALLAH RAZI OLSUN

lie to the world

  • 27 iyun 2012 12:06
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
her ikiside cox gozel ve ibret goturulesi hekayeler idi..tewekkurler paylawdiginiz ucun..

--------------------

..:MeleK kiz:..

  • 27 iyun 2012 11:51
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox gozel yazidi baciwim cox sagol i love father

frog

  • 27 iyun 2012 11:21
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Malina

  • 27 iyun 2012 11:11
  • Məqalə: 1
  • Şərh: 186
  • Bal:
{awards}
Allah razı olsun gözeldi
ALLAH ezizlerimize can saglıgı uzun ömür versin Amin!

--------------------
[pppppp]

LoVe_LiFe

  • 27 iyun 2012 10:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI MEQALEYE GORE

Shokoladka

  • 27 iyun 2012 10:32
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Ilk serh menden.Uzun olmasina baxmayaraq axira kimi oxudum maraqli idi.Allah razi olsun bele deyerli ve gozel xeber ucun.

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}