"ALLAH BAGISLAYAR" Deyib Rahat Olmuyun..

 
"ALLAH BAGISLAYAR" Deyib Rahat Olmuyun..


İnsanların çoxu Allahın varlığını bilir və qəbul edirlər, amma Onun qüdrətini lazımi kimi təqdir etmirlər. Yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Məsələn, Allahın qullarına qarşı çox lütfkar, bağışlayıcı və mərhəmətli olduğunu düşünsələr də, inkarçılardan intiqam alan, onlara ...əzab edən sifətlərini düşünmürlər.Allahı lazımi kimi təqdir edə bilməyən bu insanların ya Allah qorxusu yoxdur, ya da çox məhduddur. Bu da insanın axirəti baxımından çox təhlükəli bir vəziyyətdir. Çünki Allah qorxusu olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan bir insan hər cür pisliyi, zülmü rahatlıqla edə bilər. Allahın qadağan və haram etdiyi hər cür günahı işləyib, sonra da "Allah bağışlayar" kimi reallıqdan uzaq düşüncəyə qapıla bilər. Buna görə şeytan insanlara həmişə bu istiqamətdən yaxınlaşır və insanların özlərini "yəqin ki bağışlanılaram" düşüncəsi ilə aldatmalarına səbəb olur.Diqqət yetirilsə din əxlaqından uzaq cəmiyyətlərdə insanlar həmişə bu yanlış dünyagörüşlə hərəkət edir və davamlı Allahın əmr və qadağalarını pozurlar. Namazlarını qılmayanlar, oruc tutmayanlar, ehtiyac içində olan insanları qorumayanlar, xəsislik edərək mallarından zəkat verməyənlər, öz mənfəətləri üçün insanlara zülm edənlər, adam öldürənlər, oğurluq edənlər, başqalarının malını haqsızlıqla yeyənlər, yer üzündə fitnə-fəsad çıxaranlar, insanları əxlaqsızlığa sürükləyənlər həmişə "Allah bağışlayar" düşüncəsi ilə hərəkət edirlər. Halbuki bu düşüncəyə sahib olan insanlar böyük bir yanlışlıq içindədirlər. Çünki Allah tövbələri qəbul edən və bağışlayıcı olandır, ancaq eyni zamanda da sonsuz ədaləti ilə hər hərəkətin əvəzini əksiksiz olaraq verəndir. Əlbəttə yaxşılıq edənlərlə pislik edənlər bir tutulmayacaq, dünyada da, hesab günündə də hər kəs layiq olduğuna qarşılıq görəcək. Bu həqiqət Quranda belə bildirilir:Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Casiyə Surəsi, 21-22)

Allahın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə Surəsi, 281)


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:05
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

Ulya

  • 15 noyabr 2010 17:10
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
duzdu.cox beyendim xeberi

MuslimGirl

  • 15 noyabr 2010 16:09
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Yusif,
tamamaile raziyam. Amma insanlarda qeribe rahatliq hissi var. Onlar neyin ki, bu ifadeni isledir. Hetta onlari sabah cennete ve cehenneme gedecekleri bele narahat etmir. Tesekkurler

Just For Legend

  • 15 noyabr 2010 15:08
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Yaxsi bir mesel var eeee,MESCIDIN QAPISI ACIQDIR,ITIN HEYASINA NE GELIB )))))

--------------------

Yusif

  • 15 noyabr 2010 14:46
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Allah Gunahlarimizin Coxunu Baqislayar amma hamisini yox

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 45
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}