Bir həyat, bir təbəssüm, birdə sevgi

 
  • 15.11.2010, 15:00
  • Bölmə: Sevgi
  • Müəllif: Yusif
Bir həyat, bir təbəssüm, birdə sevgi


Bir həyat bütün sahib olduğundur. Əlindəki tək dəyərdir. Bəs bu dəyərin qısa bir zamanda yox olmasına necə göz yuma bilirsiniz? Bütün yaşlıların dedikləri bunlardır" Gözümü yumdum sonra açdım.Bu yaşıma
Necə gəldiyimi xatırlamıram!".
Bəzən öz-özümüzə deyərik nə əhəmiyyəti var həyatımızda kı, o kiçik gördüyümüz dəyərlərin?
Nə əhəmiyyəti var şəkillərin, çarpayıların, boşqabların? Nə əhəmiyyəti var fəsillərin?Nə əhəmiyyəti var bir gülüşün?
İzah edim nə ehəmiyyəti olduğunu. O şəkillər dediyiniz kiçik və dəyərsiz hesab etdiyiniz əşya sevdiyiniz bir yaxınınızın şəklini özündə əks etdirirsə, çarpayıda ən sevdiklərinizin rahat yatdığını görürsünüzsə, gülərək şən əhval –ruhiyyə ilə süfrələr açılırsa, yağan yağışa ya da şiddətli qarın şahidi oldunuzsa bax o anda yaşadıqlarınız çox əhəmiyyətlidir. O anda sahib olduqlarınız çox əhəmiyyətlidir.

Bir təbəssüm bütün sahib ola biləcəyindir. Başqasını xoşbəxt etmək nədir ki? Nə qədər əhəmiyyətlidir? Sənin üçün adi görünən o bir gülüş başqaları üçün böyük əhəmiyyət kəsb edə bilər.Kiməsə
Göstərdiyin təbəssüm səni digərlərindən fərqləndirər, sevdirər.Elə et ki sənin xoşbəxtliyin başqasının xoşbəxtliyi olsun. Sən güldükcə ətrafındakı insanlarda səninlə birlikdə güləcəklər.

Bir sevgi Bütün verə biləcəyindir.Rəvayyetə görə Cənub Afrika Respublikasında daş ürəkli bir adamın qurduğu sade bir almaz şirkətiymiş De Bears. Heç kəs onu sevməzmiş. Daş ürəkli həmin insanın kiçikliyindən bəri , tək istəyi brillianta sahib olmaq imiş. Və həmişə onu axtararmış. Brillianta olan sevgisinin həddi hüdüdu yox imiş. O sevgini əslində əldə etmək o insanın düşündüyü qədər çətin deyilmiş.Halbuki sevgisini bölüşsəydi, əlindəkiləri bölüşsəydi sevgisinə sahib olardı.Sevgi bölüşdükcə çoxalandır. Bir sevgi uğrunda , VƏ BÜTÜN SEVGİSİ İÇİNDƏYKƏN, həyata vida etmiş daş ürəkli insan...
İçin ağlayarkən gülməyə səy göstərməkdənsə, gözlərinin içi gülərken gözyaşı tökməyini üstün tutaram.
İnsan sevendə ölümdən qorxar, ebədi ayrlıqdan qorxar. Söhbət sadəcə, eks cinsə olan sevgidən behs etmir. Bütün sevgilərdən, yaxınlarımızdan bizə dəyərli olan bütün varlıqlardan gedir. Hər şey əlinizdəykən dəyərləndirməyi bacarın...


Geri dön

_RONALDO_

  • 6 mart 2011 16:10
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
xebere gore sagol superdi

--------------------

Yusif

  • 15 noyabr 2010 17:38
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Oxuduqunuz ucnu tesekkurler

Ulya

  • 15 noyabr 2010 17:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super yazidi.ellerine sagliq

Yusif

  • 15 noyabr 2010 15:11
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
oxuyub rey yazanlara tesekkurler

Baby_Love

  • 15 noyabr 2010 15:03
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Çox sağol xəbərə görə...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}