Atılmış mələk

 
Atılmış mələk

Atılmış mələk.

(Gecə barlarında cəhənnəmi yaşayan günahsız qadınların əziz xatirəsinə ithaf).

I

Atılmışdı. Bir “saf” bildiyi sevgilisinin amansız tuzağına düşmüşdü Mələk. O gecə olanların necə baş verdiyini özünə belə inandırmaqda çətinlik çəkirdi. Ehtirasınmı qurbanı olmuşdu, ya bir xoşbəxt ailə qurmaq arzularımı tutmuşdu gözünü. Hər nə isə olan olmuşdu artıq, yayından çıxmış oxu kim qaytara biləcəkdi. Bir tək kiçicik kağız parçası qalacaqdı “saf” bildiyi sevgilisinin gedişinin ardından.

Səni məhz bu gecə üçün xəyal edirdim və bu gecə sənlə mənim aramızda olan ilk və son gecə olacaq. Məndə sənə qarşı sevgi yox, sadəcə bir ehtiras, bir şəhvət oyanmışdı içimdə və sonda istəyimə çatdığımdan dolayı olduqca xoşbəxtəm. Səhər sən bu sətirləri oxuyan zaman mən uzaqlarda, çox-çox uzaqlarda olacağam və bir daha qarşılaşacağımıza belə ümid etmirəm. Əlvida!

Bu sətirləri oxuduqca yeddi dəfə ölüb-dirilmişdi Mələk. Hara getsə, kimə getsə bağlanacaqdı üzünə qapılar, damğalanacaqdı və bu gözəl adın sahibi ömürlük lənətlənəcəkdi. Bütün bunları düşündükcə daxilində bir titrəyiş yaranır, gözlərindəki yaş leysan kimi axa-axa süzülürdü yanaqlarından. Getdiyi yerlərdə, döndüyü küçələrdə, izdihamlar içində bir tək onu axtaracaqdı Mələk. Əlində olan vur-tut on manatı yeddi gün xərcləyəcəkdi sadəcə. Bəs sonra, sonra nə edəcəkdi dalğalar içində boğulan adam.

Hadisədən keçən dörd gün ərzində çox şeyi fikirləşmişdi, çox götür –qoy etmişdi. Bir əlac yolu tapa bilməmişdi. Bir o murdar işi düşünməmişdi hələ. Ancaq onu da düşünməyinə çox az zaman qalırdı və zaman onu o işə doğru aparırdı. Bir zaman adı Mələk, özü mələk olan bu insandamı o şeytan əməlinə üz tutacaqdı. (Ətiniz ürpəşirsə demək hələ yaşayır vicdan, kor olmayan gözlər var demək). Mələklərin şeytana möhtac olmasından daha betər olası bir şey varmı dünyada. Yox,əlbəttə ki, yox, ola da bilməz, olması belə mümkün deyil...

II

Zaman 2011 in bir yaz səhəri. Məkan Bakının gecə barıarından biri. O barlardan biri ki, səhərə kimi ulayırdı “musiqi”lər, atılıb-düşürdü fahişələr, bərəlmiş gözləri ilə “kişiliyindən” zövq alırdı kişiciyəzlər. Siqaret tüstüləri, içki qoxuları, dəyişkən işıqları ilə cəhənnəmi xatırladan, adını çəkməyə belə dilim gəlməyən gecə barlarının birində bir zaman mələk olmuş bir qadın da yaşayırdı bu cəhənnəm həyatını. O həyat ki, ona “sevgili”sindən ərməğan edilmişdi, təsəvvür edirsiniz sevgilsindən. Necə də qəribə səslənir deyilmi? O, sevgili ki, bir daha heç zaman onunla qarşılaşmayacağını yazırdı son məktubunda. Hər sözü bir insan öldürən sətirlərində. İllər ötmüş, Mələk də, o da bir xeyli yaşlaşmış olsalar da yenə bir- birini tanıya biləcəkləri qədər cavan idilər hələ və tale o “saf” sevgilini özü- öz ayağı ilə gətirmişdi Bakının gecə barlarının birinə. Öz fahişəsini gözləyirdi o “saf” sevgili, XXI əsrin saxta məcnunlarından biri. Və zaman yetişdi daxil olduğu iki nəfərlik otaqda qarşısına çıxacağı fahişənin o qadın olacağını heç zaman güman eləməzdi bəlkədə, bəlkə də heç güman etməmişdidə. Gözlərinə inanmasalarda artıq hər ikisi inanmışdı buna və yuxu kimi anın mövcudluğuna. Bir müddət sükut çokmüşdü araya və sonra oğlan yalvarmağa başlamışdı, etdiyi əməlinin alçaqlığından dolayı üzr istəmək, yalvarmaq nəyi dəyişəcəkdi ki. Və sonra Mələk özü son dəfə məhz burda, bu gecə barlarının birində hər şeyə son qoyacaq və ürəkləri yandıran bu sözləri deyəcəkdi “saf” sevgilisinə.

Səni adam bilmişdim, adam bildiyim üçündə inanmışdım sənə, qəlbimi vermişdim, sevmişdim səni, demə heç sevilməyə dəyməyəcək qədər alçaq, əclaf imişsən sən. İndən sonra min dəfə yalvar, üzrxahlıq elə. Axı bunlar nəyi dəyişdirəcək ki, yoxsa nələrinsə dəyişə biləcəyinə inanırsan hələ də. Adım ömürlük damğalanmış, qaytar mənə adımı, namusumu qaytar. Ötən günlərimin səadət dolu anlarını qaytar. Bir bakirə qızcığazın ümid dolu arzularını qaytar. Bilirəm qaytara bilməyəcəksən və bunun üçün də daha səndən istəniləcək heç nəyim yoxdur. Məni bir daha görməyəcəyini düşünürdün, amma indi pis yer olsada burası özün-öz ayağınla gəlmisən görüşümə. Burası sənin kimilərin bədbəxt elədiyi onlarla qadının son ümid yeri, cəhənnəm məkanı. Məni, mənim kimi zavallıları buraya sürükləyərək məhv etməklə kişilikdən dəm vuran kişiciyəzlərlə doludur bu məkan. İndi isə son qərarı da mən verəcəyəm sən yox. Rədd ol, rədd ol gözlərim önündən ki, bir fahişə qadından daha alçaq olan birini görməsin gözlərim”.

Və hər şey bununla bitəcək, illərlə çəkdiyi acısını azacıq olsa belə azaldacaqdı Mələk. Ürəyindən keçənləri o ki var deyəcəkdi “saf” sevgilisinə.

Dağ dağa rast gəlməsədə, adam adama rast gələr” kəlamını boş-boşuna deməmiş babalar. Dünyanın harasında olursansa ol, əgər qismətində nə isə bir şey varsa demək mütləq olacaq o şey, görüşmü, tanışlıqmı daha nələr, nələr.

Atılmış mələk

16.11.2011

23:22:20

Habil Yaşar.


Geri dön

ZeMka

  • 19 iyul 2012 20:29
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
tewekkurler

--------------------

TeKtoNik_EMO_BoY

  • 17 iyul 2012 02:33
  • Məqalə: 8
  • Şərh: 520
  • Bal:
{awards}
“Dağ dağa rast gəlməsədə, adam adama rast gələr” kəlamını boş-boşuna deməmiş babalar. Dünyanın harasında olursansa ol, əgər qismətində nə isə bir şey varsa demək mütləq olacaq o şey, görüşmü, tanışlıqmı daha nələr, nələr.

--------------------
ß █ %5 üzqüN,,muTsuz ws..
█ █ %1o AcaiP ...
█ █ █ %21 qıCıqK ...
█ █ █ █ %32 Bash beLaSı .. .
█ █ █ █ █ %44 MaTrocqK...
█ █ █ █ █ █ %56 AnTi Ciddi ...
█ █ █ █ █ █ █ %61 . SéwimLiii..
█ █ █ █ █ █ █ █ %73 Züfee xDe...
█ █ █ █ █ █ █ █ █ █ %1oo DéLüüü ... x)) …

leyluwka_20

  • 13 iyul 2012 16:49
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
xebere gore twkk

--------------------

TeKtoNik_EMO_BoY

  • 6 iyul 2012 08:36
  • Məqalə: 8
  • Şərh: 520
  • Bal:
{awards}
hmm..cox sagolun.marqli idi

--------------------
ß █ %5 üzqüN,,muTsuz ws..
█ █ %1o AcaiP ...
█ █ █ %21 qıCıqK ...
█ █ █ █ %32 Bash beLaSı .. .
█ █ █ █ █ %44 MaTrocqK...
█ █ █ █ █ █ %56 AnTi Ciddi ...
█ █ █ █ █ █ █ %61 . SéwimLiii..
█ █ █ █ █ █ █ █ %73 Züfee xDe...
█ █ █ █ █ █ █ █ █ █ %1oo DéLüüü ... x)) …

KETTY

  • 2 iyul 2012 13:04
  • Məqalə: 9
  • Şərh: 662
  • Bal:
{awards}
tesekkurler cox maraqlıdır

--------------------

★Miss Love★

  • 1 iyul 2012 23:34
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli idi heqiqeтende cox beуendim oxuduqca da oxumaq isтedim cox sagolun=)

HabilYashar

  • 1 iyul 2012 22:05
  • Məqalə: 3
  • Şərh: 30
  • Bal:
{awards}
MİNNƏTDARAM!

✰GoLd GirL✰

  • 1 iyul 2012 21:30
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox sag olun..

_favorit_arkadas

  • 1 iyul 2012 14:11
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Hekayəyə görə çox sağol...

--------------------

music_angel

  • 1 iyul 2012 14:06
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
superdi COOX BEYENDİM ELLERİNİZE SAGLİK smile

--------------------

HabilYashar

  • 1 iyul 2012 00:27
  • Məqalə: 3
  • Şərh: 30
  • Bal:
{awards}
Minnətdaram!

dj deniz

  • 30 iyun 2012 17:46
  • Məqalə: 0
  • Şərh: 146
  • Bal:
{awards}
cox maraqli idi təşəkürrrrrrrr.

--------------------
AnLa MəNi............

HabilYashar

  • 29 iyun 2012 15:56
  • Məqalə: 3
  • Şərh: 30
  • Bal:
{awards}
ÇOX SAĞOLUN ƏZİZ OXUCULAR!

frog

  • 29 iyun 2012 11:39
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
THANKS..................................

cuqqu

  • 29 iyun 2012 00:06
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
meleyin oglana dediyi sozler cox xowuma geldi xususen de son kelmeler.

Angel-11

  • 28 iyun 2012 23:10
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
:((((((((((((((

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

HabilYashar

  • 28 iyun 2012 16:20
  • Məqalə: 3
  • Şərh: 30
  • Bal:
{awards}
Habil Yaşarın Kitabı

Habil Yaşarın "Yoxluğumun Varlığı" Kitabını AliNinonun Park Bulvar, Nİzami 91, Nizami Küçəsi, Akademik Kitab evindən əldə edə bilərsiniz....

EnD of TiMe

  • 28 iyun 2012 15:14
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
cox maraqlidir beyendim..tesekkurler

HabilYashar

  • 28 iyun 2012 02:55
  • Məqalə: 3
  • Şərh: 30
  • Bal:
{awards}
agent adresim silindiyinden sabah yenisini acacagam ve size deyeceyem.mende minnetdaram asqa xanim.

asqa

  • 28 iyun 2012 02:05
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
oxudum cox gozel hekayedi zehmet olmasa mene agent adresinizi yaza bilersiniz indiden tesekkurler

✰Dгeaм✰

  • 28 iyun 2012 01:20
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye ucun tesekkurler.

_ESMERALDA_

  • 28 iyun 2012 00:42
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
twk maraqli idi

--------------------
Xatırla o keçən günlərimizi. Səni nə çox sevdiyimi. O zaman sevmirdin məni, çünki başqasını sevirdin. İndi nəyə görə mənə yalvarıb qarşımda diz çökürsən. İndi isə sənə verə biləcəyim bir sevgim yoxdur çünki sənə nifrət edirəm :((((((((((

LoVe_LiFe

  • 28 iyun 2012 00:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
coxx beyendim tewekkurler

Prank girl

  • 27 iyun 2012 23:53
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

enigmatic_girl

  • 27 iyun 2012 23:15
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maraqli yazirsan ve cox tesirli idi.... az qala aglayacaqdim....(( tesekkurler... recourse

--------------------

Dalga

  • 27 iyun 2012 23:13
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Maraqli hekayedir .Ellerine saglik

--------------------

HabilYashar

  • 27 iyun 2012 23:11
  • Məqalə: 3
  • Şərh: 30
  • Bal:
{awards}
DƏYƏR VERƏN İNSANLAR, OXUYAN GÖZLƏR, DUYAN ÜRƏKLƏR VAR OLSUN AMİN!

ღ★Diamond★ღ

  • 27 iyun 2012 23:01
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Dağ dağa rast gəlməsədə, adam adama rast gələr” kəlamını boş-boşuna deməmiş babalar. Dünyanın harasında olursansa ol, əgər qismətində nə isə bir şey varsa demək mütləq olacaq o şey, görüşmü, tanışlıqmı daha nələr, nələr

Deniz

  • 27 iyun 2012 22:57
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Cox beyendim hekayeni, men oxuduqca oxumaq isteyirem hemise. burda da ele oldu, ellerinize sagliq =)

MENI_GOR_YIXIL_OL

  • 27 iyun 2012 22:48
  • Məqalə: 0
  • Şərh: 574
  • Bal:
{awards}
cox idid bagiwla oxumadim yende eziyete gore twklerrrr

--------------------
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki SIRIN təkdir və dardadır
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}