Azərbaycanda Ağ və Qara Magiya

 
Azərbaycanda Ağ və Qara Magiya


Qurani-Kərimin El-fəlaq surəsində buyurulur:" (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən Sənə (Allaha) sığınıram."

Cadunun olduğu müqəddəs kitabımızda da təsdiqlənib. Hətta bir hədisi şərifdə buyurulur ki, bir yəhudi Peyğəmbərin (s.a.v.) darağından aldığı tüklə peyğəmbərin özünə cadu etmişdir.

Cadunun Azərbaycanda yayıldığı ən başlıca yer cənub zonasıdır. Ən əvvəl onu qeyd edim ki, sizə çox gülməli görünsə də burda uşaq anadan olan kimi uşağa bədnəzər duası, tez dil açma duası, agil duası və s. bu kimi şeylər yazdırıb uşağın yaxasından asırlar. Hələ-hələ uşaq qız olsun ooo.. onda lap müsibət olur. Uşağa bəxt duası, bəxtin acilma duası, taleyin gözəl olma duası və s. bu kimi şeylər yazdırırlar. Bir də görürsən ki, uşaq nədənsə qorxub, həkimə aparmaq əvəzinə tez mollaya gedib qələm vurdururlar.

Cadu ilə ev yıxmaq da olur. Birindən zəhlən gedirsə gedirsən mollaya, filankəsə elə cadu elə ki, əl ayağı tutmasın, heç nə edə bilməsin əri də onu boşasın. Və ya filankəsin yolların bağla evə eşiyə baxa bilməsin arvad uşağı da evdən didərgin düşsün. Belə hallardan biri də qonşumuzda olmuşdu. Doğma bacısı ailəsinə elə bir cadu elətdirmişdi ki, demək olar ki, ailə 1 ilə parçalandı. Bacısı ərini işdən gələndə maşın vurmuşdu, kişi də şikəst olub evdə yatirdi. Oğlu davada birini biçaqlayıb türməyə düşmüşdü, qızı da özündən yaşca çox böyük biri ilə qoşulub qaçmışdı. Tək qalan biçarə qadın da xəstə ərinə baxa bilmək üçün günə muzd evlərdə xidmətçi işləyirdi..

Bunlardan başqa, cadu ile insanın ömrünə son qoymaq istəyənlər də tapılır. Bu cadu belə olur: lazım olan şeyləri, yəni 'qurban seçdiyin insanın' şəxsi paltarından, saçından teli, şəkilini və s. bu kimi şeyləri hazır edib gedirsən mollaya. Molla da səndən 500-1000 dollar pul aldiqdan sonra tapşırır ki, qapida duran arvadla çıx get kənd qəbirstanlığına. Filan ölünün( əsasən də həmin ölü kəndin ən alçaq adamlarından biri olur) qəbirinin üstündə paltarı yandır və külünü qəbirin üstünə səp , saçını baş daşının altında basdır, şəkili isə-şəkildəki insanın başını ayır, bədəni ayaq tərəfdə başı isə baş tərəfdə basdır. Sonra da torpaqdan bir ovuc götür və mənə (yəni mollaya) gətir. Molla da o torpağı xüsusi məlhəmdə el arasinda "Qurd yağı" deyilən məlhəmdə qarışdırır. Sonra tapşırır ki, apar bu məhlulu həmin adamın yəni "qurbanın" yatağının altına və ya döşəklərinə sürt.


P.S. Əgər soruşacaq olsanız ki, bunları hardan bilirəm?
Cavabım: Mənim çox yaxın qohumum ağ magiya ilə məşğul olur. Bütün bu məlumatları da o mənə verib. Amma Allaha şükür nə mən nə də o, indiyə kimi heç kimə yuxarda yazdığım pislikləri etməmişik. Allah belə şər niyyətli şeytan insanlardan bizi qorusun. Amin!!!


Geri dön

nilayka

  • 3 may 2011 20:59
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
belay

--------------------

AySeLLiM

  • 28 mart 2011 20:43
  • Məqalə: 0
  • Şərh: 390
  • Bal:
{awards}
TESEKKURLER no

--------------------
Nə qədər bilirsən bil,söylədiklərin qarşındakının anladığı qədərdir".

R_Vusala

  • 9 dekabr 2010 13:31
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
Təşəkkür edirəm! Hərdən inanıram hərdən yox. Hər halda ALLAH bizi cadulardan qorusun.Amin!

Yusif

  • 15 noyabr 2010 17:32
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tesekkurler maraqli xeberdi

Ulya

  • 15 noyabr 2010 17:20
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

MuslimGirl

  • 15 noyabr 2010 16:28
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Amin! Bele seylere inanmiram. Cadu ile mesgul olan insanlara hec vaxt inanmayacam. Cunki Peygemberimiz deyib:"Falciya inanin 40 gun duasi qebul olunmaz, onu tesdiq eden ise Quran kufr etmis olar" Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}