Allah hec kəsi anasız qoymasın:(

 
Allah hec kəsi anasız qoymasın:(


Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.

Günəş qürub etdi... otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.

Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?

"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?

Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.

Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir...
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.

Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
"Dərdin mənə gəlsin!" - deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..

Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?

Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
"Nənəm hanı?" - deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.

Bu gün yeddin oldu...
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.

"Kimləri çağıraq bu gün yeddiyə?"
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.

Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.

Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə...

Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır...
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxmlaşıram.
Bəxtiyar Vahabzadə 1933 recourse


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:23
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4oxx twkk elleriviz var olsunn

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

sevgi yalandir

  • 26 sentyabr 2011 19:32
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}

ALLAH HEC KİMİ ANASİZ QOYMASIN AMİN!

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

DENIZ QIZI

  • 13 iyun 2011 12:58
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
ALLAH HEC KİMİ ANASİZ QOYMASIN AMİN! wassat


ALLAH HEC KİMİ ANASİZ QOYMASIN AMİN! wassat

::..ONSLAUGHT::..

  • 4 mart 2011 17:45
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
gözəl şeirə görə çox sağol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

AWKSIZ

  • 18 noyabr 2010 14:25
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
tewekkurler

--------------------

Ulya

  • 17 noyabr 2010 22:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol bele gozel seire gore

Lindo

  • 17 noyabr 2010 09:12
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah hec kesi anasiz qoymasin ! Amin! twk maraqliiydi

Ghost

  • 16 noyabr 2010 22:06
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
cox gozel weirdi!

BOR ЗAKOH KA

  • 16 noyabr 2010 20:46
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
amin cox gozel weirdi

Just For Legend

  • 16 noyabr 2010 20:27
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
amin deyirem ve bashqa bir shey demirem

--------------------

☪SkAzKa KaVkAzA☪

  • 16 noyabr 2010 20:20
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
Allah hec kəsi anasız qoymasın AMIN!!
Teshekkurler cox gozel sheyirdi

Angel-Xranitel-666

  • 16 noyabr 2010 19:41
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
xebere gore sag ol superdi

--------------------
AnGeL-xRaNItEl ti super

Yusif

  • 16 noyabr 2010 19:27
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Allah hec kəsi anasız qoymasın:( Amin

MuslimGirl

  • 16 noyabr 2010 19:23
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Amin! Anani her hansi deyerli esya ile muqayise ede bilmirem. Cunki o, her seyden qiymetlidir. Allah razi olsun! Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}