Ziyarətlərimin mükafatı

 
Ziyarətlərimin mükafatı


Ailədən gördüyüm vəfasızlığa görə az qaldım onlara qarğış edəm, amma... öz-özümə dedim ki, bir dərd onlara bəsdir, dərd dərd üstündən olmasın. Qəbrin çatından daxil oldum. Gördüm Hadi gəlib, alma dolu səbəti hücrənin ortasına qoyub. Soruşdum ki, bu haradandır?
Hadi dedi… Bir kəs buradan keçirdi, gəlib “Fatihə” oxudu. Allah rəhmət etsin, vaxtında gətirdi.
Gördüm Hadi özü hücrəni bəzəməklə məşğuldur, mis, qızıl və gümüş oturacaqlar düzəldir və tavandan günəş tək şəfəq saçan qəndil asır.
Dedim… Axı biz yol üstəyik, bu hücrəni nə üçün bu sayaq bəzəyirsən?
Dedi… Eşitmişəm ki, qəbirlərin ziyarətinə getdiyin İmam övladları və onların ataları, gecə namazında adını çəkdiyin, qəbirləri üstə “Fatihə” oxuduğun alimlər sənin axirətə gəlişindən xəbərdar olublar. Sənin haqqını ödəmək üçün görüşünə gələcəklər.
Dedim… Nə gözəl tovfiq və səadət! Ailə, qohumlarımdan üz vermiş qəm-qüssə unuduldu. Bundan min dəfələrlə xoş xəbər qazandım. Mən və bu qabiliyyət?! Mən və bu səadət?!
Dedim… Hadi, hücrə kiçikdir.
Dedi… Düzdür, kiçikdir, amma onların gəlişi ilə genişlənəcək.
Birdən onlar daxil oldular. Necə nurlu surətlər, nə cəlal və əzəmət! Hər kəs öz mərtəbəsində əyləşdi. Hamıdan irəli Əbülfəzl (ə) və Əli Əkbər (ə). Hər ikisi böyük bir taxtda oturdular. Lakin onlar döyüş paltarında idilər. Mən bir zərrə zəhmətsiz, inadsız, düşmənsiz aləmdə belə bir paltara təəccüb etdim.

Mən, Hadi və onlarla gələnlər ayaq üstə durub onların camal və cəlalında məhv olmuşduq. Nəzərimi cəlal sahiblərinə dikmişdim.
Əbülfəzl (ə.s) Hadidən soruşdu ki, atamdan keçid sənədi almısanmı? Ərz etdi, bəli. Bu ayəni buyurdu… “Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz yalnız (Allahın əta etdiyi) qüdrət və qüvvətlə çıxa bilərsiniz.”
Sonra lütf edib mənə buyurdu… Vilayət sultanı atam, həmin sənəd isə sənin nicatındır. Müjdə olsun sənə, doğru yolu tutmaqda!
Mən şövq və təşəkkürdən torpağı öpdüm, ayağa qalxdım, belə bir görüşdən duyduğum sevincdən göz yaşlarım axdı. Yanımda durmuş Həbib ibni Məzahir pıçıltıyla dedi… Qarşıdakı yolun çətinliklərindən keçəcəyindən məyus olma. Çünki bu əzəmət sahibləri və onların məsum ataları səni unutmamışlar. Onların gəlişi atalarının işarəsi ilə olub. Onların şiələr və dostlara yardımı yalnız işin sonunda olacaq. İndiki görüş isə yalnız sənin arxayınlığın, şadlığın üçün idi. Zeynəb (ə.s) da sənə salam göndərdi. Buyurub ki, sənin qardaşımın ziyarətinə piyada getməyini, bu ziyarətin çətinliklərini, aclığını, susuzluğunu, yol boyu axıtdığın göz yaşlarını unutmarıq.
Dedim… Mənim və Allahın salamı, rəhməti və bərəkəti sənə və o Həzrətə olsun!
Soruşdum ki, burada ki döyüş yoxdur, bəs nə üçün ağalar döyüş paltarındadırlar?
Gördüm Həbibin rəngi dəyişdi, gözləri yaşla doldu və dedi… Kərbəlada bu iki nəfərin əzm və iradəsi elə bir həddə idi ki, təklikdə qoşun dəryasını tar-mar edib Cəhənnəmə vasil edə bilərdilər. İlahi təqdir, yazı səbəbindən mümkün olmadı ki, öz polad iradələrini göstərsinlər. O vaxt sinələrini qübar tutdu, sıxıldılar, indiyədək də belədirlər. Ona görə ricət dövrünü gözləyirlər ki, ürəklərinin qübarını dağıtsınlar. Döyüş paltarı kimi görünən həmin dərddir, amma sən onu hiss etmisən.
Birdən durub getdilər. Hadi ilə tək qaldıq. Hücrə əvvəlki tək kiçildi, daraldı. Hadiyə dedim ki, mən bir də ailə və övladlarımın yanına getmərəm. Çünki onların xeyirxahlığından əlimi üzmüşəm. Mənim adıma bir iş görsələr də, əməllərinin canı öz dünyaları üçündür. Mənə qəm artırmaqdan başqa bir nəticəsi yoxdur. Olanlarıma qənaət edər, çatdığım xətərlərdə bu əzəmətli şəxslərin mərhəmətini gözləyərəm, intizarı asan qəbul edərəm.
Hadi dedi… İndi sənin bir şeyə ehtiyacın qalmayıb. Yetkinliyin ilk üç ilinin məlumatlarına aid olan ilk üç mənzilin qorxusu yoxdur. Yetkinliyin başlanğıcı olan on beş yaşdan (zəif əql, güclü şəhvət, həvəslər səbəbindən vacib əmrlərə müxalifətdə, haramların tərkində) ağıl qüvvələrinin inkişaf və möhkəmlənmə zamanı olan on yeddi yaşadək cəza əhəmiyyətsizdir.
Həzrət Haqq əqli icad edərkən buyurdu… “Ey əql, sənə görə cəzalandırıram, sənə görə mükafat verirəm.”
Mükafat və cəza üçün ölçü əql oldu. Bu səbəbdən axirət dünyasının ilk üç mənzilində yetkinliyin başlanğıcındakı səhlənkarlıqlara görə elə bir xətər yoxdur. Əgər olsa da, tezliklə bitər. Demək, mənə elə bir ehtiyacın yoxdur. Mən əvvəlcədən dördüncü mənzilə gedib, orada səni gözləyəcəyəm. Sabah yükünü dalına alıb, üzü qibləyə olan əsas yolla hərəkət edərsən ki, mənə çatasan.
Dedim… Ey Hadi, sən özün bilirsən ki, sənin ayrılığın mənim üçün çətindir. Bu yol düz, geniş, xətərsiz olsa da, təklik və yoldan xəbərsizlik dərmansız bir dərddir.
Dedi… Bu üç mənzildə tək qalmağının çarəsi yoxdur. Axı dünyada da mən həmin üç ildə səninlə olmamışam, sonra səndə doğulmuşam, vücuda yetmişəm. Çünki mənim təbiətim illiyyindəndir ki, sənin inkişaf, hidayətinə sərf olunub. Bu qüsur da özündəndir.
“Məni yox, özünüzü danlayın.”
“İbrahim” surəsi, ayə 22.
Sonra uçub getdi və mən tək qaldım. Onun sözlərini fikirləşdim və gördüm ki, bütün dedikləri həqiqətdir. Yetkinliyin ilk üç ilində işlənən heyvani bir ağıldır. İnsani ağıl isə təklikdə bir şüa kimidir. Hikmət sahiblərinin təbirincə, demək olar ki, təkcə əql, ağlı qəbul etmək istedadı, əqlin toxumudur. Əlbəttə, Hadisiz olmuşam. Dediyim sözlərə, verdiyim vədələrə etinasız olmuşam, bivəfa olmuşam. Təkəbbür, eqoistlik məndə hakim olub. Xüsusilə, tələbəlikdə, elmin ilk mərhələsində bu barədə deyilib… Elm üç mərhələdir, əvvəli təkəbbür. Belə ki, nə Hadi olub, nə Əbül-vəfa, nə Əbu-turab. Tək olmuşam, tək də getməliyəm.
“Sən Allahın qanunlarında əsla dəyişiklik tapa bilməzsən!”
“Əzhab”, surəsi, ayə 62.
Birini anladın, o biri də belədir. “Nə üçün”, “niyə” isə anlamazlıq dəlilidir.

ZƏHMLİ ƏBÜL-HÖVL

Qalxdım, torbamı dalıma atıb, yenidən yola düşdüm. Yol tər-təmiz, daşsız-kəsəksiz idi. Hava yaz havası tək, mən də qüvvəli və təravətli! Böyük şövqlə məhbubum gülüzlü, vəfalı Hadinin görüşünə tələsirdim. Günün yarısınadək sürətlə getdim. Hava yavaş-yavaş istiləşdi. Yorğunluq, susuzluq başladı. Yol da daraldı, tikanlı, kol-koslu oldu. Dağın ətəyi ilə yuxarı qalxırdım. Öz tənhalığımdan üşənirdim. Qəfildən arxaya çevrilib, kiminsə mənə tərəf gəldiyini gördüm. Əvvəlcə sevindim ki, əlhəmdulillah, tənha qalmadım.
Gəlib mənə çatanda gördüm ki, qara, uzun boylu, qalın dodaqlı, iri dişləri bayırda, enli burunlu, heybətli və üfunətli bir şəxsdir. Mənə salam verdi, amma “l” hərfini izhar etmədi. Eləcə də “sam əleykə”. “Sam əleykə” düşmənçilik bildirdiyindən mən şəkkə düşdüm. Eybəcər qiyafəsindən də ədavətli olduğu duyulurdu. O da ola bilərdi ki, “l” hərfinin tələffüzündə süstlük edib. Mən ehtiyat üçün “əleykə” deməklə kifayətləndim. Soruşdum… Məqsədiniz hara getməkdir?
Dedi… Səninləyəm.
Hansı ki, mənimlə olmasına razı deyildim. Ondan bərk qorxmuşdum. Soruşdum… Adın nədir?
Dedi… Səninlə bir doğulmuşam, adım cəhalətdir, ləqəbim pozğun, ayamam Əbül-hövl (qorxu, təlatüm atası)! İşim fitnə-fəsad törətməkdir.
Bu dəhşətli adların hər biri məni qorxutdu. Düşündüm ki, əcəb yoldaş tapdım, heyf deyildimi tənhalıq. Soruşdum… İki yol ayrıcına çatsaq, lazım olanını tanıyacaqsanmı?
Dedi… Bilmərəm.
Dedim… Mən susamışam, yaxınlıqda su varmı?
Dedi… Bilmərəm.
Dedim… Mənzilə çox qalıb, yoxsa az?
Dedi… Bilmərəm.

Dedim… Var olmaq bilməklə eynidir, nə üçün bilmirsən?
Dedi… Onu bilirəm ki, ömrünün əvvəlindən kölgə tək səninlə gəzmişəm və Allahın tovfiqi, köməyi olmasa, səndən ayrılası deyiləm.
Öz-özümə dedim… Deyəsən bu həmin şeytandır ki, vəsvəsələri, yoldan azdıran pıçıltıları ilə xətalar etmişdim. Xudaya, əcəb düşmənlə rastlaşdım, rəhm et!
Mən qabaqda gedirdim. O isə on addım aralı arxamca gəlirdi. Yol üzüyuxarı idi. Dağın başına çatdım, istirahət üçün oturdum. Cəhalət mənə çatıb dedi… Yorulmusan. İndi hər beş fərsəx (bir fərsəx altı kilometrdir) yolu sənin üçün bir fərsəx edərəm ki, mənzilə tez çatasan.
Dedim… Görünür, bu nadanlığınla yanaşı möcüzən də varmış.
Dedi… Gəl yolun ağlığına bax. Kaman tək qövs şəklindədir. Onun uzunluğu beş fərsəxdir. Bu qövsün vətəri (qövsün uc nöqtələrini birləşdirən parça) kamanın ipi yerindədir. Özün fikirləş ki, kamanın ipi onun özündən nə qədər qısadır. Həndəsəyə görə qövs çevrənin yarsından böyük olduqca vətər qısalır. Biz bu qövs şəklində olan yolun vətəri ilə kəsə getsək, baş yola qədər bir fərsəxdən artıq olmaz. Hansı ki, baş yol özü beş fərsəxdir. Ağıllı adam qısa yolu qoyub, uzunu seçməz.
Dedim… Baş yol gediş-gəlişin çoxluğuna görə baş yol olub. Bəs bu uzun yolu seçən adamlar dəlimi olublar? Aqillər deyiblər ki, yolu yolçular kimi ket.
Dedi… Necə də ağılsızsan! Axmaq şairi aqillərdən sayırsan və özünü ona tabe edirsən. Hansı ki, onun səhv etdiyini özün də görürsən. Sözsüz ki, o yolu seçmiş yolçuların malı, yükü, arvad-uşağı, nəqliyyatı və s. olub. Bu kəsə yolun, vətərin başlanğıcındakı çökəklik onlara mane olub. Amma mən və sən kimi yurdsuzlara bu faydalı yolu tərk etməyə nə mane ola bilər?
Mən axmaq onu xeyirxah bilib, dərə ilə enməyə başladım. Digər tərəfdən yuxarı qalxdıq. Dərə ilə bir az getməmişdik ki, daha dərin bir dərəyə, onun ardınca əvvəlkindən də dərininə düşdük. Hamısı tikanla, daş-kəsəklə, yırtıcılarla, sürünənlərlə dolu. Hava şiddətli isti, dil-dodaq qurumuş, yorğunluqdan ağız açılı, ayaqlar yaralı, ürək qorxudan lərzədə, bir yandan da düşmənin məsxərəsi! Cəhalət istehzayla mənə gülürdü.

ƏBU CƏHLİN QARPIZLARI

Uzun müddətdən sonra, min bir əzabla baş yola çatdıq. Hər addımı bəlalarla dolu on fərsəx yol gəlmişdik. Oturub dincələndən sonra, Cəhalətə qarşı olan dərin nifrətlə dedim… Ey kaş səndən şərqlə qərb arası qədər uzaq olaydım!
O da məndən kənarda durdu. Qalxıb yola düşdüm. Bir yandan susuzluq, bir yandan da yorğunluq! Cəhalət də uzaqdan-uzağa ardımca gəlirdi. Yoldan dörddə bir fərsəx aralı çəmənlik var idi. Bu yerdə Cəhalətin hiylə caynağına keçə bilərdim. Özünü qaçaraq mənə çatdırdı və dedi… Orada su var, əgər susamısansa, gedək su içək.
Nə qədər cəhd etdimsə qulaq asmayım, susuzluq və yorğunluqdan təslim oldum. Yəqin ki, su olmasaydı ot bitməzdi. Amma çəmənliyə yaxınlaşanda gördüm ki, burada heç zaman su olmayıb. O qədər daş-kəsək var idi ki, yerimək mümkün deyildi. Burada xeyli ilan qıvrılıb yatmışdı. Əslində yaşıl görünən həmişəyaşıl meşə ağacları imiş. Məyus olub baş yola qayıtdım. Az sonra qarpızla dolu düzənliyə çatdıq. Cəhalət cəld birini kəsib, yeməyə başladı. Məni dəvət edib dedi… Qarpızdan ye, susuzluğun yatsın.
Dedim… Bu kiminsə malıdır və başqasının malını onun razılığı olmadan yemək olmaz.
O yeyə-yeyə, qarpızın suyu ağzından saqqalına, sinəsinə tökülə-tökülə başını qaldırıb dedi… Ay müqəddəs, birincisi, çox güman ki, bunlar özbaşına bitib, kimsənin deyil. Lap elə bir kəsin malı olsa da, yolçunun haqqını həqiqi malik, Müqəddəs Şare (Peyğəmbər) qərar verib. Sonrası, sənin halın susuzluqdan həlak olmaq üzrə, iztirardadır.
“Əlacsız qaldıqda zor işlətmədən, həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsə üçün bir günah yoxdur. Allah bağışlayan və mehribandır.” “Bəqərə” surəsi, ayə 173.
Lap sonrası isə bura vəzifə evi, dünya deyil.
Yavaş-yavaş ağlım çaşdı. Qarpızın birini götürüb kəsdim. Qarpızdan dişləyib dəhşətə gəldim. Qarpız canavarkökü (akonit) tək acıydı. O qədər acı idi ki, dilim, ağzım yaralandı. Qarpızı atıb dedim… Bu ki, Əbu Cəhl qarpızıdır.
Dedi… Yox, ola bilsin ki, biri acı olub.
Başqasını daddım, o da zəhrimar kimi idi. Cəhalət isə əvvəlki tək yeyir, çox şirindir, deyirdi. Yaxınlaşıb onun yediyi qarpızdan bir az ağzıma qoydum. O hamısından acı idi.
Dedim… Ay evi yıxılmış, bu zəhrimarı necə yeyirsən? Üstəlik deyirsən ki, şirindir!
Dedi… Doğru deyirsən. Amma mənim adım Cəhalətdir və Əbu Cəhl qarpızı mənim zövqümə görə şirindir, mənə münasibdir.
Bu vaxt gözlənilmədən bir it üstümüzə cumdu. İtin ardınca əlində çomaq bir şəxs, ağzı söyüşlə dolu bizi vurmağa tələsirdi. Cəhalət bir göz qırpımında özünü baş yola çatdırdı. Amma mən nə qədər qaçsam da, canımı qurtara bilmədim. İt mənə çatdı və mən qorxu içində yerə yıxıldım. İtin sahibi özünü yetirib mənə doyunca çubuq çəkdi. Nə qədər fəryad etdimsə ki, mən qarpız yeməmişəm, faydası olmadı. Dedi… Əlini başqasının malına uzadandan sonra onu yeməklə, kəsib yerə tökmək arasında fərq yoxdur!
Sözün qısası, min dəfə can verib, çubuq yeyəndən sonra onun əlindən xilas oldum. Özümü yolun ortasına sürüdüm. Ağzımın yaralarından, əzalarımın sınıqlarından, yorğunluqdan, susuzluqdan, eləcə də Hadinin fərağından nalə çəkib ağlayırdım.
İşini görüb, arzusuna çatmış düşmənim kösöv, məndən aralı oturub, gülümsünür, “sənin Hadinin əlindən nə gələr axı!” deyirdi. Davam etdi… Axı dünyada əzab-əziyyət toxumunu mənimlə əkmisən. Dünya axirət üçün əkinəcək, axirət isə məhsul götürmə günüdür. Yoxsa Quranda oxumamısan ki, “hər kəs zərrəcə pislik etsə, onu görəcək.”?
“Zəlzələ” surəsi, ayə 8.

Aqillərin dediyini eşit…
İnan kim nə edir, özünə edir,
Yaxşı səadətə, pis oda gedir.

Məgər bu dəlillər və Quran ayələrinə qarşı Hadinin əlindən nə gələr? İnşallah, o mənzildə ki Hadi səninlədir, mən də səninləyəm. Özün görəcəksən ki, başına nə bəlalar gələcək və Hadi nəfəsini belə çəkə bilməyəcək. Özü sənə demədi ki, günah etdiyin zaman səndən qaçar, tövbə edəndən sonra yanına qayıdardım?! Peyğəmbər buyurub… “Mömin möminlik halında zina etməz.” Özün de, Hadi ilə yoldaşlığın faydası nədir?
Bu məlun nə məlumatlı bəla imiş! Hadinin zikrindən də dayandım. Torbamdan bir alma çıxardıb yedim. Əlimin yaraları sağaldı, gücə gəldim. Qalxıb, yola düşdüm.


Geri dön

..:MeleK kiz:..

  • 4 iyul 2012 13:21
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
eziyyet cekimisiniz halal edin

_BiRiCiK_

  • 2 iyul 2012 01:04
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
Allah razi olsun canim..........
TWK

--------------------

C.I

  • 1 iyul 2012 14:34
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun canim..........

--------------------

music_angel

  • 1 iyul 2012 13:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah sizden qeni qeni razi olsunnnn

--------------------

Shokoladka

  • 1 iyul 2012 12:47
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun !

--------------------


_favorit_arkadas

  • 30 iyun 2012 21:55
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

music_angel

  • 30 iyun 2012 16:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun1

--------------------

★Miss Love★

  • 30 iyun 2012 11:42
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox gozel meqale idi canim braтim Allah razi olsun=)

frog

  • 30 iyun 2012 00:18
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....................!!!

✰GlaMurKa✰

  • 29 iyun 2012 21:29
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH sizdende razi olsun AMIN!! smile

my angel__

  • 29 iyun 2012 17:17
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
hamisini oxuya bilmedim..allah razi olsun!!

--------------------
Помни, что ты - мое все ❤

tinker bell

  • 29 iyun 2012 17:01
  • Məqalə: 0
  • Şərh: 3885
  • Bal:
{awards}
twklerrrrrr

--------------------

vefasiz heyat

  • 29 iyun 2012 14:46
  • Məqalə: 0
  • Şərh: 554
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Bir qəlbiki tike bilmirsən,niyə qırırsan???

✰GoLd GirL✰

  • 29 iyun 2012 14:43
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun........

Prank girl

  • 29 iyun 2012 14:30
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

SevhkaDuff

  • 29 iyun 2012 14:25
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
twkler xebere gore

--------------------
ṤεᾖṤḯz ὃḼḾàz ᾋᾖḼàṤàᾖà Hἒlἒdἒ Ṧἒᾖῗ ṦἓṽḯṝἓḾ...ṸṀửĐửṀ Ṽàṝ ṦἒṽḡἲḼἰḾ Đὃᾔ ᾋṙtḯḱ

ღ★Diamond★ღ

  • 29 iyun 2012 14:19
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Dedi… Bilmərəm.
Dedim… Mən susamışam, yaxınlıqda su varmı?
Dedi… Bilmərəm.
Dedim… Mənzilə çox qalıb, yoxsa az?
Dedi… Bilmərəm.

Disney_Quki

  • 29 iyun 2012 14:17
  • Məqalə: 2
  • Şərh: 161
  • Bal:
{awards}
təşəkkür edirəm

✰Dгeaм✰

  • 29 iyun 2012 13:46
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

EnD of TiMe

  • 29 iyun 2012 12:52
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Allah razi olsun canim...maraqli xeberdir......

LoVe_LiFe

  • 29 iyun 2012 12:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN CANIM

_NezisH_

  • 29 iyun 2012 12:45
  • Məqalə: 32
  • Şərh: 1703
  • Bal:
{awards}
Allah razi qalsin

SabriNa B-va

  • 29 iyun 2012 12:39
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Twk-Lerrrrrrrrrrrr winked

..:MeleK kiz:..

  • 29 iyun 2012 12:37
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun

...BARSA FANATI....

  • 29 iyun 2012 12:35
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
tesekkurler!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}