Allahın yaradanı və xaliqi kimdir?

 
Allahın yaradanı və xaliqi kimdir?

Mən Allahın varlığını inkar etmirəm. Lakin deyilənlərə görə, hər bir şeyin yaradanı vardır. Görəsən, Allahın yaradanı və xaliqi kimdir?

Bəli, hər bir şeyin, hər bir şəxsin xaliqi və yaradan səbəbi var. Amma diqqət yetirmək lazımdır ki, görəsən, bu qanunun me`yarı var, ya yox? Digər tərəfdən, görəsən, Allah-taalada bu me`yar mövcuddurmu, O da bu qanuna aid edilirmi?

Əvvəla, “hər bir varlığın və nəticənin bir səbəbi vardır” – qanunu me`yara əsaslanır. Necə ki, İslam filosofları bu məsələ barəsində ayrıca bir fəsildə bəhs etmiş və ona “Səbəbə möhtac olmağın me`yarı” adını vermişlər. Bu məsələni qısa şəkildə belə bəyan etmək olar ki, əgər səbəb əlaqəsinin predmeti mütləq şəkildə varlıq olarsa, mə`nası budur ki, varlıq (olduğu kimi) səbəbə möhtacdır. Bu da, hər bir varlığın səbəbə möhtac olmasını tələb edir. Lakin belə bir mətləb, aydın olmadığı kimi, onun heç bir dəlili də yoxdur. Üstəlik onun əksini sübut edən dəlillər var. Allah-taalanın varlığını sübut edən dəlillər göstərir ki, səbəbə möhtac olmayan varlıq da mövcuddur. Buna əsasən, “hər bir varlıq səbəbə möhtacdır” – qanununun predmeti mütləq deyil, onun şərti vardır. Bəs, bu predmetin şərti nədir?

İslam filosofların nəzərincə, hazırkı məsələnin predmeti “mümkün”dür; yə`ni, zati olaraq mövcudluğu (yoxluğu) mümkün olan fərz edilməsi qeyri-mümkün olmayan hər bir varlıq səbəbə möhtacdır. Halbuki Allah-taala «mümkün» yox, «zəruri» bir varlıqdır; yə`ni, Onun fərz olunmaması mümkün deyil. Onun üçün varlıq zəruri, yoxluq isə qeyri-mümkündür. Mövcud olub-olmaması bərabər olan varlığın səbəbə ehtiyacı var. Belə ki, səbəb yaranıb, bir tərəfi başqa tərəfə qalib edərək ona varlıq verir. Çünki o şey öz-özünə nə mövcud, nə də yox ola bilər. Lakin Allah-taala “zəruri varlıqdır” və Onun üçün varlıq vacibdir. Buna əsasən, “hər bir şey səbəbə möhtacdır” – cümləsində məqsəd (Allaha da aid edilən) hər varlıq yox, “varlığı mümkün olan” hər bir şeydir.

Bundan əlavə, əgər (varlığı zəruri olan) Allahı yaradan bir səbəbin mövcudluğunu fərz etsək, fəlsəfədə batilliyi sübut edilmiş sonsuzluğa – mühakimə ilə sübutların bir-birindən asılı olaraq davam edib, müəyyən bir nəticəyə çatmamasına – düçar olacağıq. Əgər (sonu olan və sonu olmayan) bir sıra səbəb və nəticələri, xaliq və məxluqları zati olaraq zəruri, səbəbi və yaradanı olmayan varlığı nəzərə almadan fərz etsək, ümumi şəkildə və ayrı-ayrılıqda onların heç biri zəruri olmayacaqdır. Zəruri olmadığına görə, vücuda da gəlməyəcəkdir. Çünki hər bir nəticə zəruri olaraq (zaman baxımından yox, dərəcə baxımından) vücuda gəlir və onun yox olması əsla mümkün deyil. Əgər onun min bir şərtlə yaranmasını, hər hansı bir silsilənin mövcud olmamasını nəzərə alsaq, vacibin mövcud olmadığını görəcəyik. Mə`lum olduğu kimi, varlığın özünün özünə səbəb olması və öz məhvinin qarşısını ala bilməsi də belədir; çünki o silsilənin, yaxud bütün silsilənin səbəbinin mövcud olmasını fərz etsək, nəticə vacib olaraq vücuda gələcəkdir. Lakin bizim fərziyyəmizə görə, həmin səbəbin də yox olması mümkündür və nəticənin yox olması yolu həmin səbəbin yox olması vasitəsilə açıqdır. Necə ki o səbəbin yox olmasının yolu səbəb olmaması vasitəsilə də açıqdır. Bu minvalla o, sonsuz olaraq nəticəsiz qalacaqdır. Yə`ni, hər bir nəticəni nəzərə alsaq, onun yox olması yolu öncəki bütün səbəblərin yox olmasının vasitəsilə açıqdır.

Beləliklə, bütün silsilələr «vacib» yox, «imkan» mərhələsindədir. Demək, zəruri mərhələyə çatmayınca, vücuda gələ bilməz. Bu silsilədə təkcə zati olaraq zəruri varlıq yoxluq imkanının qarşısını alır. Lakin varlıq aləmi mövcud olduğu üçün vacibdir, vacib olduğu üçün də bu aləmin başında zəruri varlıq durur və Onun zatı ilə bütün mümkünlərin varlığı zərurət tapır.

Allahın yaradanı və xaliqi kimdir?

ceferiler.com


Geri dön

music_angel

  • 2 iyul 2012 01:55
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun.

--------------------

_BiRiCiK_

  • 2 iyul 2012 01:12
  • Məqalə: 144
  • Şərh: 3313
  • Bal:
{awards}
BİR SÖZ VAR DEYERLER ALLLAHI DERİNDEN OYRENME KAFİR OLARSAN ....

--------------------

_favorit_arkadas

  • 1 iyul 2012 13:18
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

music_angel

  • 30 iyun 2012 01:30
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razı olsUn

--------------------

✰GlaMurKa✰

  • 29 iyun 2012 22:42
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

my angel__

  • 29 iyun 2012 17:00
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Помни, что ты - мое все ❤

Prank girl

  • 29 iyun 2012 14:55
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰GoLd GirL✰

  • 29 iyun 2012 14:44
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun..

lie to the world

  • 29 iyun 2012 14:18
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
heqiqetende cox maraqliydi..tewekkurler...

--------------------

EnD of TiMe

  • 29 iyun 2012 13:02
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Allah razi olsun..deyerli xeberi gore

SabriNa B-va

  • 29 iyun 2012 12:19
  • Məqalə: 207
  • Şərh: 3845
  • Bal:
{awards}
Twk-Lerrrrrrrrrrrr winked

Nuray2012

  • 29 iyun 2012 12:13
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰Dгeaм✰

  • 29 iyun 2012 12:00
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

..:MeleK kiz:..

  • 29 iyun 2012 11:40
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Allah razi olsun bacim

★Miss Love★

  • 29 iyun 2012 11:13
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqli meqaleуe gore cox sagol=)

LoVe_LiFe

  • 29 iyun 2012 11:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★Diamond★ღ

  • 29 iyun 2012 10:52
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Beləliklə, bütün silsilələr «vacib» yox, «imkan» mərhələsindədir. Demək, zəruri mərhələyə çatmayınca, vücuda gələ bilməz. Bu silsilədə təkcə zati olaraq zəruri varlıq yoxluq imkanının qarşısını alır. Lakin varlıq aləmi mövcud olduğu üçün vacibdir, vacib olduğu üçün də bu aləmin başında zəruri varlıq durur və Onun zatı ilə bütün mümkünlərin varlığı zərurət tapır.

frog

  • 29 iyun 2012 10:38
  • Məqalə: 0
  • Şərh: 3225
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Shokoladka

  • 29 iyun 2012 10:26
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Oxudum Allah razi olsun bacim.

--------------------


_NezisH_

  • 29 iyun 2012 09:32
  • Məqalə: 32
  • Şərh: 1703
  • Bal:
{awards}
Allah raZi olsun gozel meqaleye gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}