Oxumağa dəyər aforizmlər

 
Oxumağa dəyər aforizmlər

Həyat, ölümü pəncərəsindən izlədiyimiz bir evdir.

*Ölümlə hələ dost ola bilmədinsə, bil ki yaxında düşmən olacaqsan.

*Ölümün əlindən qurtara bildiklərin səni "sən" edən şeylərdir.

*Yaşamağı həqiqətən arzu edən adam, ölümün yanından fit çalaraq keçər.

*Tək başına öləcəksən deyə heyyfslənmə, doğularkən də tək başına deyilmiydin?

*Hər an minlərlə ölüm və doğum olar, sən doğularkən olduğu kimi və ölərkən olacağı kimi…


*Ölüdən belə intiqam almaq istəyən alçaqlar vardır; ölüdən qorxan qorxaqlar olduğu kimi.

*İnsanların qeydsiz şərtsiz bərabər olduqları tək şey ölümdür. Çünki dilənçini də tapar, kralı da.

*Özün və başqaları üçün daim ölümün xeyirlisini dilə.

*Ağıllı adam əsla ölümsüzlük istəməz. Ölüm bitmə, son kimi deyilsə də da əslində bir yeni başlanğıcdır.

*Peşmansansa atəşlər içində yanırsan deməkdir. Çünki peşmanlıq keçmişin cəhənnəmidir.

*Ağrıların qazandırdıqları, mükafatların qazandırdıqlarından daha çoxdur.

*Ən şirin zövq, ən çətin əldə ediləndir.

*Çəkdiyimiz ağrıları unuda bilərik, amma buraxdıqları izləri əsla silə bilmərik.

*Sevgilinə qarşı sevgin nə qədər böyüksə, sənə çəkdirəcəyi acı da o qədər böyükdür.

*Cəmiyyət cinayət törədəni günahlandırar; cinayət törədən də cəmiyyəti.

*Acı, ən yaxşı müəllimdir.

*Qüsur axtarırsansa bil ki, asanca tapacaqsan; üstünlük axtarırsansa işin olduqca çətin deməkdir.

*Zaman keçir deyə kədərlənmə; çünki "zaman keçir deyə kədərlənərkən" də zaman keçir.

*Bağışlamadan əvvəl o adam üçün "dəyərmi, dəyməzmi?" deyə düşünmə; amma "mənə qarşı düşmənlik bəsləyərmi, bəsləməzmi? "sualını mütləq soruş.

*Zaman ömürü azaldar, lakin təcrübəni artırar.

*Balı , şirin, ləzzətli ya da ləzzətsiz edən arı deyil,arının bal yığdığı çiçəklərdir.

*Pis bir şey olacaq deyə gözləmə içinə girib də dərd etmə, olduğunda onsuz da kifayət qədər dərdlənəcəksən.

*Ağrıdakı dad, zövqdə yoxdur.

*"Mənə qüsurlarımı söylə, məni tənqid et" deyən insanların tələlərinə əsla düşmə. Onların dediklərini etsən ya bir dost, ya bir yoldaş itirərsən; ya da yeni bir düşmən qazanarsan.

*Başqalarında olunca qüsur, özümüzdə olunca üstünlük qəbul etdiyimiz o qədər çox şey var ki!

*Yoxsula ayıb olan şey, zənginə haqq ola bilər.

*Hər etirafın altında böyük bir mükafat gözləməsi yatar.

*Yoxsullara kömək et; amma bunda da çox irəliyə getmə.

*Gülmək üçün o qədər çox səbəb varkən, hələ gülməməkdə israr edişimizi anlaya bilmirəm.

*Aclığın alçalda bilmədiyi bir insanı, alçatabiləcək başqa heç bir güc yox deməkdir.

* Dünyasını böyütmək hər insanın öz əlindədir, yetər ki düşüncələrinin önünə çəkilən divarları aşmasını bilsin.


*Dünyada barış təmin edilməsini lazım olduğunu müdafiə edənlərin çoxu, gerçəkdə döyüşdən yana olanlardır.

*Dünyanı dəyişdirməyə işinizi buraxın da onu anlamağa və ona uyğun yaşamağa çalışın.

*Düşüncələrimizdəki dünyanın yıxılması, gerçək dünyanın yıxılmasından daha ağrıdır.

*Kainat, bütün var olanlarla, sonsuz bir boşluğun cəmindən ibarətdir; təbii beləsi bir toplama riyaziyyat baxımından doğrudursa!

*Kainatdakı sonsuzluğu, sərhədsizliyi qavraya bilən hər insan yaranma ilə əlaqədar bir sirri də kəşf etmiş olar. Düşüncə və həyatına bu sirri tətbiq edərək də yeni yeni görüşlər ortaya qoya bilər.

*Dünya sizin görmək istədiyiniz kimi bir dünya deyil; o səbəblə var olduğu kimi görünən bir dünya qəbul etməyə çalışmalısınız.

*Yersiz insan, xam bir meyvə kimidir; arif insan isə yetkin bir meyvə kimidir


Geri dön

Ulya

  • 17 noyabr 2010 21:43
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
super sozlerdi.ellerine sagliq

Yusif

  • 16 noyabr 2010 12:09
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Bir az oxudum tesekkureler

CandyGirl

  • 15 noyabr 2010 21:22
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
cox saqol oxumaqa deyer

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 55

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}